Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib - FOTOAzərbaycan Ağsaqqallar Şurası ölkəmizin şəhər və rayonlarında tədbirlərini davam etdirir. May ayının 6-da Şuranın sədr müavini, professor Elmira Süleymanovanın iştirakı ilə Biləsuvar və Salyan rayon təşkilatlarının konfransları keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla məhdud tərkibdə keçirilən bu tədbirlərdə ağsaqqallarla yanaşı rayon icra hakimiyyətlərinin rəhbərləri də iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, hər iki rayonda tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Konfranslarda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Biləsuvar və Səlyan ağsaqqalları ilə görüşdüyü üçün çox şad olduğunu bildirib və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını onlara çatdırıb. Daha sonra Elmira Süleymanova böyük qürur hissiylə qeyd edib ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun apardığı 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi və Ermənistanın tam təslim olması ilə nəticələndi. Əzəli və əbədi torpaqlarımız 30 illik erməni işğalından azad edilərək ölkəmizin tarixi ərazi bütövlüyü bərpa olundu. Bildirilib ki, şanlı Ordumuzun zəfər yürüşü, düşmənin bütün torpaqlarımızdan qovulması, Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi yaşadığımız bütün bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə oldu və bu gün savaş meydanında əldə etdiyimiz bu tarixi Qələbənin ardınca Azərbaycanı daha firəvan həyat gözləyir.

Elmira Süleymanova həmçinin, xüsusi olaraq vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət istiqaməti, məqsəd və vəzifələri barədə fikirlərini bölüşən Elmira Süleymanova qeyd edib ki, onların Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin tapşırığı ilə Biləsuvar və Salyan rayonlarına gəlməkdə əsas məqsədləri rayonların Ağsaqqallar Şurasına sədr, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası seçkisində iştirak etməkdir və çox sevindirici haldır ki, hal-hazırda Respublika Ağsaqqallar Şurası daha intensiv fəaliyyət göstərərək cəmiyyətimizin və dövlətimizin inkişafında öz layiqli rolunu oynayır.

Konfranslarda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirlərin işinə uğurlar arzulayaraq bildiriblər ki, ağsaqqallar həmişə ölkəmizin ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayıblar və Azərbaycanda ağsaqqal sözü hər zaman böyük məna daşıyıb, xüsusi əhəmiyyət kəsb edib. Qeyd edilib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyəti danılmazdır. Həmçinin rayonların sosial-iqtisadi inkişafında da ağsaqqalların böyük əməyi vardır.

Daha sonra təşkilati məsələlər müzakirə olunub - yeni Əsasnamələr qəbul edilib, Əli Babayev Biləsuvar Rayon Ağsaqqallar Şurasının, Beydulla İmanov isə Salyan Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin hər iki rayon təşkilatının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Sonda rayonların yeni seçilmiş sədrləri, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri onlara göstərilmiş yüksək etimada görə tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər və bu etimadı doğrultmaq üçün öz potensiallarından maksimum istifadə edəcəklərinə söz veriblər.
“Heydər Əliyev  və Azərbaycan gəncliyi” esse yazı müsabiqəsi başa çatıbSiyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən rayon tam orta məktəblərinin VIII-XI sinif şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda keçirilən müsabiqəyə 35 esse təqdim olunub.

19 aprel – 7 may 2021-ci il tarixlərində təşkil olunan müsabiqə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.1 yarımbəndinin icrasının təmin edilməsi, Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin və zəngin irsinin yetişməkdə olan gənc nəsil arasında təbliği, istedadlı gənclərin üzə çıxarılması və onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyıb.
Müsabiqənin yekun nəticəsinə əsasən şəhər 1 saylı tam orta məktəbin şagirdi Sərdarova Zabitə birinci, şəhər 3 saylı tam orta məktəbin şagirdi Məmmədova Sona ikinci, şəhər 1 saylı və Böyük Həmyə kənd tam orta məktəblərin şagirdləri Məlikova Ayxanım və Ağamalıyev Murad üçüncü yerə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Əliyeva Nuray, şəhər 2 saylı tam orta məktəbin şagirdi Ramazanlı Şəms, şəhər 4 saylı tam orta məktəbin şagirdi İlyasova Röya, şəhər 5 saylı tam orta məktəbin şagirdi Səfərli Şəhanə, şəhər 6 saylı məktəb-liseyin şagirdi Quliyeva Selcan, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Ağamalıyeva Həlimə, Eynibulaq kənd tam orta məktəbin şagirdi İbrahimli Nisə və Zarat kənd tam orta məktəbin şagirdi İsmayılzadə Şəhrəbanu həvəsləndirici yerlərə layiq görülüblər.

Müsabiqə qalibləri onlayn fəxri fərmanlarla təltif ediliblər.

#ÜmummilliLider98 #HeydərƏliyev #HeydərƏliyev98 #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #AzərbaycanGəncliyi
Müşahidə Şurası mühüm qərarlar qəbul edibMayın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

İclasda çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Guliyev bütün üzvləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Azay Quliyev müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü bir neçə gün sonra xalqımızın və dövlətimizin qeyd edəcəyini bildirərək ulu öndərin xalqımız qarşısında milsilis xidmətlərindən danışıb: “İlk dəfədir ki, xalqımız ulu öndər Heydər Əliyevin doğum gününü torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ümummilli liderimizin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı, o cümlədən hamımız üçün müqəddəs olan Şuşa şəhərini işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırdı”.

Daha sonra Azay Quliyev gündəliyə təklif olunan aşağıdakı məsələlər haqqında məlumat verib:
1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması haqqında;

2. Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması haqqında;

3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.2, 7.3-cü bəndlərində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqi nəzərdə tutulan sənəd layihələrinə təkliflər haqqında;
a) Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası;
b) İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası;
c) Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası;
d) Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi.

4. Agentliyin strukturu, işçilərin say həddi və işçilərin vəzifə maaşları layihəsi haqqında

5. Agentliyin loqotipinin (emblemi) hazırlanması haqqında;

6. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri haqqında.

Gündəlik müzakirə edilərək yekdilliklə təsdiq olunub.
İclasda Müşahidə Şurasının 5 İşçi Qrupu yaradılıb:
1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması üzrə işçı qrupu:
Zaur İbrahimov (koordinator)
Günel Səfərova
İsrayıl İsgəndərov
Əvəz Həsənov

2. Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması işçi qrupu:
Əvəz Həsənov (koordinator)
Zaur İbrahimov
Azər Allahverənov

3. Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası, İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi məsələləri üzrə işçı qrupu:
Nurəddin Mehdiyev (koordinator)
Zakir Hacıyev
İlqar Orucov

4. Agentliyin loqotipinin (emblemi) hazırlanmasının təşkili üzrə işçı qrupu:
Günel Səfərova (koordinator)
Əvəz Həsənov
İlqar Orucov

5. QHT-lərin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi və ictimai faydalılığının ölçülməsi üzrə işçı qrupu:

İsrayıl İsgəndərov (koordinator)
Günel Səfərova
Zaur İbrahimov
İlqar Orucov

İclasda gündəliyin 6-cı məsələsi geniş müzakirə edilib və Muşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri və bu sahədə görəcəyi işlər təsdiq olunub.

Sonda Müşahidə Şurası üzvlərinin ayda bir dəfə keçirəcəyi qəbul günlərinin qrafiki müəyyənləşdirilib. Bu haqda yaxın günlərdə əlavə məlumat veriləcək.

Sanskrit dili tədris olunacaqHindistanın Bakıdakı Səfirliyi Sanskrit dilini öyrənmək üçün ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etdi.

Hindistanın Bakıdakı Səfirliyinin Azərbaycan Dillər Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində 07 may 2021-ci il tarixində Sanskrit dilini öyrənmə tətbiqi olan ‘Little Guru’ adlı yeni tətbiqi təqdim etmək məqsədilə onlayn tədbir təşkil olundu. Onlayn tədbirdə Azərbaycan Dillər Universitetinin prorektoru Dr. Jalə Qəribova və universitetin digər fakültə heyəti iştirak etdi. Tədbirə həmçinin Sanskrit dilini öyrənmək istəyən tələbələr və akademiklər qatıldı.

Dünyanın ilk oyun formatına salınmış Sanskrit dilini öyrənmə tətbiqi olan “Little Guru” tətbiqi Hindistanın Mədəni Əlaqələr Şurası və “GamappSportswizz” Texnologiyalarının birgə əməkdaşlığı ilə hazırlanmış və 09 aprel 2021-ci il tarixində Hindistanın Mədəni Əlaqələr Şurası tərəfindən rəsmi şəkildə bütün dünyaya təqdim olunmuşdur. Sanskrit dili dünyanın ən qədim dillərindən biridir. Bu dilin qrammatik strukturu yüksək dərəcədə inkişaf etmişdir və ən mükəmməl proqramlaşdırıla bilən kompüter dili kimi görünür.

Hindistanın Bakıdakı səfiri cənab B. Vanlalvavna açılış nitqində Sanskrit dilinin əhəmiyyəti və müxtəlif ölkələr arasında mədəni əlaqələrin qurulmasında rolu barədə ümumi məlumat verdi. O, Azərbaycan Dillər Universitetinin dilin inkişafı və Hindistan ilə Azərbaycan arasında mədəni əlaqələrin qurulması sahəsində Hindistan Səfirliyi ilə əməkdaşlığını vurğuladı. Azərbaycan Dillər Universitetinin prorektoru Dr. Jalə Qəribova Hindistanın Bakıdakı Səfirliyi ilə uzun müddət davam edən əlaqələrin, həmçinin Azərbaycanda dil biliklərinin təbliğinə dair razılaşmaların təfərrüatlarını açıqlayaraq geniş çıxış etdi. O, həmçinin hind dilinin tədrisi üçün Hindistan Səfirliyi tərəfindən universitetdə təsis edilən hind dili mərkəzinin əhəmiyyətindən bəhs etdi. Hindistanın Səfirliyinin Mədəniyyət şöbəsinin müdiri tərəfindən “Little Guru” tətbiqi haqqında və bu tətbiqdən istifadə etməyin yollarını izah edən qısa təqdimat keçirildi.

‘Little Guru’ Tətbiqi abunə əsaslı bir tətbiqdir. İlk bir neçə dərs pulsuzdur və abunə yalnız istifadəçilər daha da irəlilədikdə fəaliyyətə başlayır. Proqramı Google Play-də yükləmək üçün https://bit.ly/3mDhnXo linkindən, App Store-da yükləmək üçün isə https://apple.co/3t8tAWv linkindən istifadə olunur.
Terror təşkilatlarına qoşulan azərbaycanlılar həbs edildi - VİDEOAzərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.

Avrasiya.net Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir ki, araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilib:

“Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olub.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər”.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda qanunsuz aksiya keçirməyə cəhd edildiBakıda qanunsuz aksiya keçirməyə cəhd edilib.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib:

"Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur".
Biləsuvarda ailənin 3 üzvü koronadan öldüBiləsuvar rayonunda bir ailənin üç üzvü koronavirusdan vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Bəydili kəndində yaşayan Fərəcovlar ailəsinin 5 üzvündən götürülmüş koronavirus testinin nəticələri pozitiv çıxıb.

Müalicə alan ailənin üzvlərindən - Fərəcov İxtiyar Paşa oğlu (1939-cu il), Fərəcov Teymur İxtiyar oğlu (1966-cı il) və Fərəcov Badam Mehdi qızı (1939-cu il) vəfat edib.

Qeyd edək ki, ölənlərdən ikisi ər və arvad, digəri isə onların oğludur.
Musa Yaqub vəfat etdiXalq şairi Musa Yaqub vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza məlumat yayıb.

Xalq şairi bu gün 84 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, vəsiyyətinə uyğun olaraq İsmayıllı rayonunun Buynuz kəndində - xanımının yanında dəfn ediləcək

Allah rəhmət eləsin!
Azərbaycanda həbsdə olan polkovnik azadlığa buraxıldıBakı Hərbi Məhkəməsində rüşvət almada təqsirləndirilən Samiq Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Əzizovun barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. S.Əzizov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində çalışmış polkovnik S.Əzizov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Ağsuda qonşu qonşusunu güllələdi20 yanvar 2021-ci ildə Ağsu rayon sakini Hacıyev Mürvət Zabit oğlunun qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Ağsu rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Qaya Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd edib:

“Qaya Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.