Azərbaycan 3 ermənini azad etdiAzərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm sayəsində 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra tərksilah edilən erməni hərbçilərdən üçü azad edilib.

Avrasiya.net Caliber.az-a istinadla xəbər verir ki, yaxın saatlarda onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan reysilə Ermənistana çatdırılacaqlar.

Azad edilən ermənilər bunlardır: Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Təhməzyan.

İstintaq prosesi çərçivəsində Ermənistan vətəndaşları olan bu şəxslərin Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, onların əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib.

Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən humanizm prinsipləri ilə cavab verilmir.

Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir. Minalanmış ərazilər mülki və hərbi şəxslərin ölümü və yaralanması ilə nəticələnir.

Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində Ermənistan tərəfindən məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib.

Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində Ermənistan hələ də məlumat vermir. Yəqin ki, həmin şəxslər işgəncələrlə öldürülüblər. Amma Ermənistan onlar barəsində hər hansı məlumat verməkdən boyun qaçırır.

Ona görə də Ermənistan hansı əsaslarla humanizmdən danışır və hətta bu əsaslarla Azərbaycana qarşı iddialar irəli sürür.

Azərsu ASC-nin sədri işdən çıxarıldıPrezident İlham Əliyev Qorxmaz Cavanşir oğlu Hüseynovun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.
"İran bunu etməməliydi"Qonşu İranın Ermənistan üzərindən, "Laçın dəhlizi" vasitəsilə Xankəndinə gizli və şübhəli yüklər göndərməsini aşkara çıxaran videogörüntülər hamımızı məyus etdi. İran bunu etməməliydi. Bunun adı "yardım" və ya "humanitar yardım" deyil. Bizimlə razılaşdırmadan, Azərbaycandan icazə almadan və ya ən azından Azərbaycanı xəbərdar etmədən "yardım" adı altında Xankəndinə oğrun-oğrun yük daşımağın adını nə istəsəniz qoya bilərsiniz.

Bu açıq surətdə qaçaqmalçılıqdır. Bu riyakarlıqdır. Bu özbaşınalıqdır. Bu qonşuluq prinsiplərinə sayğısızlıqdır. Bu beynəlxalq hüquqa ziddir, Azərbaycanın suverenliyinin pozulmasıdır, ərazi bütövlüyümüzə qarşı hörmətsizlikdir. Bu ən yaxın qonşularımız tərəfindən erməni separatçılığına dəstək verilməsinin bir daha əyani təsdiqidir. Görünən budur ki, istər 30 ilə yaxın davam edən işğal dönəmində, istərsə də 44 günlük müharibə zamanı həm Ermənistanı ayaqda saxlamağa çalışan, həm də Xankəndidəki separatçılara silah ötürən, işğal olunmuş torpaqlarımız üzərindən narkotrafik quran İran bu gün də öz məkrli ənənələrinə sadiqdir. Üzdə özünü bizə dost kimi göstərən İran, reallıqda isə Ermənistanı və Xankəndindəki separatçıları bu və ya digər formalarda dəstəkləməyə, ermənilərin müharibə yaralarını sarımağa davam edir.

Əfsuslar olsun ki, Rusiya sülhməramlıları da bu işdə İranla əlbir olmuş kimi görünürlər. Sözügedən yüklər, "yardım"lar birbaşa rus sülhməramlılarının gözləri önündə daşınır. Bu Rusiya sülhməramlılarının İranın "yardım"larına humanist yanaşmasıdırmı? Təki elə olaydı. Biz özümüz də yardımların əleyhinə deyilik. Amma dırnaqarası "yardım"ların əleyhinəyik. Əgər qonşularımız həqiqətən də Xankəndindəki mülki ermənilərə humanitar yardım etmək istəyirlərsə, buyursunlar, etsinlər. Bizim buna hər hansı bir etirazımız yoxdur. Amma bunu leqal şəkildə etsinlər, öncədən rəsmi Bakı ilə razılaşdırsınlar. Əgər Bakının bu "yardım"lardan xəbəri yoxdursa, demək ki, bunun adı yardım yox, rəsmən qaçaqmalçılıqdır.

Biz hələ bilmirik İrandan bizim ərazimizə "yardım" adı altında nə daşıyırlar. Kim zəmanət verə bilər ki, "yardım" adı altında Xankəndinə silah-sursat daşınmr? Kim zəmanət verə bilər ki, bu gün Xankəndinə daşınan bu "yardım"lar sabah hansısa təxribatlar formasında Azərbaycana qarşı çevrilməyəcək və yaxud, ərazi bütövlüyümüzə təhdid yaratmayacaq? Birdəki, özünün köməyə ehtiyacı olan İranın məhz Xankəndindəki bir ovuc separatçıya belə canfəşanlıqla kömək etməkdə marağı nədir? İran tərəfi bütün bunlara aydınlıq gətirməlidir.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
İcra başçısının birinci müavini ifşa olunduSəbail Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə Nuru qızı Bayramovanın qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokuruluqdan məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, Səbail RİHB-nin birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVİD-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib.

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilmişdir.
Azərbaycan gəncləri üçün uğurlu yol açmışdır!Biz cəmiyyətə yalnız idmanla məşğul olan idmançılar, idman mütəxəssisləri deyil, həm də ölkənin mövcud ictimai quruculuğunda rolu olan, ərazi bütövlüyümüzün müdafisəində qətiyyətlə dayanan gənclər yetişdiririk. Fiziki tərbiyənin nəzəriyyəsinin təkmilləşdirilməsini tədqiq edən tədqiqatçılar belə bir müddəanı əsas götürürlər ki, fiziki tərbiyə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə təsir göstərir, onların qıvraq, möhkəm bədənli, çətinliyə dözümlü, cəsarətli, mətin, iradəli, şən və gümrah böyüməsinə kömək edir.

Demək cəmiyyətə yararlı, hərtətəfli formalaşmış gənclərin ötürülməsində biz müəllimlərin, idman mütəxəssislərinin üzərinə böyük yük düşür. İdmanın hərtərəfli müsbət təsirlərini nəzərə alaraq məktəblərdə, istər ali, istərsədə orta məktəblərdə fiziki tərbiyə işini tədrisin keyfiyyətini daha da yüksəldəcək dərəcədə qurmaq lazımdır. Bu sahədə islahatlar davamlı aparılmalı, tələbə-gənclərlə iş zamanın nəbzinə və beynəlxalq təcrübələrə istinadən qurulmalıdır. Azərbaycanın daxili və xarici inkişaf strategiyasının aparıcı qüvvəsi olan gənclərimizin yetişməsində həmrəy olub gücümüzü səfərbər etməliyik. Çünki, hər bir ölkənin parlaq gələcəyi onun bu günkü gəncliyi ilə sıx bağlıdır.

Yusif Babanlı
ADBTİA-nın prorektoru, professor
Siyasi vəziyyət Paşinyanın xeyrinə dəyişəcək - Politoloq“Ermənistanda siyasi vəziyyət mürəkkəb olaraq qalır. Azərbaycanın bu ölkə üzərində hərbi qələbəsi və torpaqları azad etməsi bu ölkədə siyasi parçalanmaya gətirib çıxardı. Hazırda erməni müxalifəti paraçlanma ilə seçkiyə gedir. “Vətən Uğrunda Hərəkat” seçkiyə getmir, Vazgen Manukyanın başlatdığı siyasi proseslər Paşinyana qarşı etrazlar fiaskoya uğradı. Növbəti mərhələdə eks-prezident Robert Koçaryan meydana çıxdı. Vətən partyasının sədri Artur Vanetsyan, Respublika partiyası Serj Sarkisyanın namizədliyini irəli sürsə də, Serj Sarkisyanı Artur Vanetsyan dəstəkləyəcək. Bundan əlavə, İşıqlı Ermənistan partiyasından Marukyan və Levon Ter Petrosyanın partiyası seçkilərə gedir”.

Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, göründüyü kimi parçalanmış müxalifət Paşinayana qarşı deyil, parlamentdə yer almaq üçün seçkilərə gedir: “Ümumiyyətlə seçkilərdə əsas diqqət çəkən məqamlar liderlərin Qarabağla və Azərbaycanla bağlı verdiyi açıqlamalardı. Hesab edirəm ki, Robert Koçaryanın digər müxaliflərdən fərqli olaraq reytinqi var. Amma Paşinayana qalib gəlmək şansı yoxdur. Çünki onun irəli sürdüyü proqram Rusiyadan aslılıq, revanşist və ölkənin əvvəlki vəziyyətdə saxlayaq iqtisadi blokdada qalmaqdır. Ona görə də xalq onun seçki kampaniyasında verdiyi açıqlamalarda heç də ölkəni sülhə və demokratik sürəcə gətirməyəcəyinin fərqindədirlər. Koçaryan sadəcə Qarabağ deyib duracaq. Bu da ona reytinq gətriməyəcək. Ümumiyyətlə Ermənitan cəmiyyəti üçün artıq Qarabağ məsələsi maraqlı deyil. Müharibə onlar üçün 21-ci əsrin ən böyük faciəsi idi. Müharibə onlara elə bir zərbə vurub ki, onlar üçün Qarabağ psixoloji zərbə və gənclərinin ət maşınında məhv olduğu bir yerdir. Ona görə də Koçaryan kimi odioz və Kremlin köləsinə səs verməyəcəklər. Digər namizədlərin nə dediyi Ermənistan üçün maraqlı deyil”.

M.Əsədullazadənin fikrincə, hazırda siyasi liderlərin verdiyi açılamalara fikir verdikdə ən optimist və regionda sülhün bərqərarına çalışan Paşinyandır: “Robert Koçaryan həmçinin, Artur Vanetsyan birbaşa revaşşist qüvvələrdir və onların bəyanatları birbaşa Ermənistan cəmiyyəti üçündə təhlükəlidir. Biz görürük ki, Baş nazir Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırlımasında maraqlı görünür. Zəngəzur dəhliznin açılmasını irəli sürür və bunun Ermənistana da əlverişli bir iqtisadi vəziyyətin gətirəcəyini elan edir. Ölkənin iqtisadi blokadadan çıxarılmasını irəli düşünməklə, yeni bir mərhələnin başlamasını elan edir. Amma, onu oponenetləri isə müharibə, Şuşa və Hadrut deməklə yeni bir təkliflər irəli sürmür. Türkiyə ilə sərhədlərin açılmasını Ermənistan üçün daha da dağıdıcı olacağını qeyd edirlər. Bu, onu göstərir ki, onlar birbaşa Kremlin siyasətini həyata keçirirlər. Ona görə də Ermənistan da hazırda əsas reyitnq Paşinyanın üzərindədir və onun növbəti dəfə hakimiyyətdə qalması Azərbaycanın maraqlarına cavab verir. Həmçinin bu Ermənistan cəmiyyətinin də maraqlarına cavab verir. Düşünürəm ki, Ermənistanda siyasi vəziyyət Paşinyanın xeyrinə dəyişəcək və bu da regional əməkdaşlığa və əldə olunan razılaşmaların həyata keçirilməsinə gətirib çıxaracaq”.
Azərbaycanın Xankəndinə nəzarəti bu tarixdən başlayacaqErmənistanda seçkidən sonra Qarabağda idarəçiliyin Azərbaycanın nəzarətinə keçməsi prosesi başlanacaq.

Bu barədə erməni politoloq Robert Marqaryan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan seçkilərə görə bu prosesin dayandırılmasını xahiş edir.

“Seçkidən sonra isə proses başlanacaq, Azərbaycan rəsmilərinin açıqlamaları da bunu göstərir”, - o deyib.


"Sülhməramlılarımızın fəaliyyəti həmişə yüksək qiymətləndirib""Azərbaycan-NATO münasibətləri, əməkdaşlığı inkişafdadır və tərəfləri qane edir. Azərbaycan Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir".

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında ALDP sədri Fuad Əliyev Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulmasının 27-ci illiyinə münasibətində açıqlayıb.

Xatırladaq ki, Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan "Sülh naminə tərəfdaşlıq" (SNT) sazişini imzalayıb.

Partiya sədri bildirib ki, Azərbaycan Avroatlantik Tərəfdaşlıq Şurası və NATO-nun "Sülh naminə tərəfdaşlıq" (SNT) Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir: "SNT təlim və məşğələlərində mütəmadi iştirak nəticəsində Azərbaycan NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı əməliyyatlara qoşularaq Avratlantik təhlükəsizliyin təmin olunmasına fəal töhfə verib.

Azərbaycan silahlı qüvvələrinin hərbi bölmələri Türkiyə hərbi kontingenti tərkibində Kosovo Qüvvələri və Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində NATO Silahlı Qüvvələri ilə birgə xidmət ediblər".

Ölkəmizdə səfərdə olan NATO ekspertləri, qurum rəhbərliyi bu məsələdə rəsmi Bakının mövqeyini yüksək qiymətləndiriblər.

Bundan başqa sülhməramlılarımızın uğurlu xidməti beynəlxalq koalisiya qüvvələrinin komandanlığı tərəfindən də yüksək qiymətləndirilib, bir qrup Azərbaycanlı zabiti ABŞ-ın "Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı" ilə təltif olunub, çoxsaylı fəxri fərmanlarla mükafatlandırılıb.

Bir faktı xatırladım: ABŞ Prezidenti Corc Buşun sülhəramlılarımızın uğurlu xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təşəkkür məktubunda deyilir: "2003-cü ildən etibarən İraqda çoxmillətli qüvvələrə öz hərbçiləri ilə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına ABŞ-ın dərin minnətdarlığını bildirirəm. Əl-Ənbər vilayətində Hadita su bəndinin həmin qüvvələr tərəfindən mühafizəsini xüsusilə yüksək qiymətləndirirəm." Uzağa getməyək, aprelin 28-fə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə telefonla danışığında ABŞ-Azərbaycan isti münasibətlərinə toxunmaqla yanaşı Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.

Demək istəyirəm ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olub".

Fuad Əliyev onu da vurğulayıb ki, Azərbaycan-NATO əlaqələrinin etibarlı əməkdaşlıq zəminində yaradılması ordu quruculuğu işinin bütün sahələrində özünü qabarıq şəkildə göstərməyə başladı: "Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində "Sülh Naminə Tərəfdaşlıq" mərkəzi fəaliyyət göstərib. Zabitlərimiz burada keçirilən təlim və seminarlarda NATO standartlarına uyğun hazırlaşdırılıb. Azərbaycan Ordusunun NATO standartları səviyyəsində qurulması işğalçı Ermənistan üzərində 44 günlük müharibədə qazanılan qələbədə özünü göstərdi. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alıb".
Müğənni Aslan Hüseynov vəfat etdiMüğənni Aslan Hüseynov vəfat edib.

Kult.az xəbər verir ki, onun avtomobil qəzasında dünyasını dəyişdiyi bildirilir.

Sosial şəbəkələrdə qəza zamanı ifaçının yanında olan şəxsin də həlak olduğu qeyd edilib.

Xatırladaq ki, ötən gün ifaçının anasının 7 mərasimi olub.