Lerikdə molla 3 uşaq anasını qətlə yetiribAprelin 28-də axşam saatlarında Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində üzərində xəsarət izləri olan meyidi tapılmışdı.

Bu barədə kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, qətli törədən şəxsin kimliyi məlum olub. Belə ki, dəhşətli cinayəti həmin kənddə yaşayan və mərhum Z. Fərziyevanın qonşusu, Lerikin taınınmış din xadimlərindən biri Murad Əsgərov adlı şəxs törədib. Məlumatda bildirilib ki, molla Murad Əsgərov qonşuluqda yaşayan Z.Fərziyevanın evdə tək olduğunu bilərək gizli evə girib və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. 3 uşaq anası olan Z.Fərziyeva qışqıraraq evə oğru girib deyə qonşularını çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək onu amansızlıqla qətlə yetirib.

Kənd sakinləri bildirilib ki, M.Əsgərov ötən gün polis tərəfindən saxlanılıb.

Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən Z.Fərziyevanın yoldaşı Rusiyaya işləməyə gedib, bir oğlu isə Vətən Müharibəsi qəhrəmanlarındandı və hazırda Şuşada hərbi xidmətddədir. (modern)
Xamenei Cavad Zərifin Qasım Süleymani ilə bağlı səs yazısı haqdaİranın Ali lideri Ayətullah Əli Xamenei "müəllim" və "zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı general Qası Süleymani ilə bağlı yayımlanan son səs yazısına da münasibət bildirib.

APA-nın məlumatına görə, bu mövzuya üstüörtülü toxunan Ayətullah Xamenei deyib ki, bəzi sözlər ABŞ-ın iddialarının təkrarıdır: "Məsələn, amerikalılar çoxdandır İranın nüfuzundan xeyli narahatdırlar. Şəhid Süleymanidən buna görə şikayətlənirdilər. Bu səbəbdən də onu öldürdülər. Qüds briqadası və Süleymani haqda danışarkən diqqətli olsunlar. Qüds briqadası Qərbi Asiyada diplomatiyamızın aktivliyinə öz töhfəsini vermişdir".

Qüds briqadasının keçmiş komandiri Süleymaniyə qarşı terror edilməsinə toxunaraq Ayətullah Xamenei bildirib ki, onu qətlə yetirəcəkləri ilə bağlı təhdid etmişdilər: “O da dostlarına demişdi ki, məni dağlarda-düzlərdə axtardığım şeylə hədələyirlər. Belə fədakar insanlarımız var”.

Xatırladaq ki, dünən İranın xarici işlər naziri Məhəmməd Cavad general Qasım Süleymaninin ailəsi qarşısında geniş rezonans doğurmuş gizli müsahibəsində söylədiyi sözlərə görə “İnstaqram” səhifəsində üzr istəmişdi: “Məni günahlandıran, mənə böhtan atanların hamısını bağışlayıram. Ümidvaram ki, böyük İran xalqı, generalın bütün pərəstişkarları və xüsusilə böyük Süleymanilər ailəsi məni bağışlayacaqlar”.

Onu da qeyd edək ki, daha əvvəl Zərifin 2021-ci ilin mart ayında jurnalist Səid Leylaza verdiyi və səsyazısı hökumət arxivlərinə yerləşdirilmiş müsahibəsinin yayılması geniş müzakirələrə səbəb olub. Müsahibəni aprelin 25-də Londonun “Iran International TV” telekanalı yayımlayıb. Sözügedən müsahibədə Zərif Qasım Süleymanini İranın xarici siyasətinə müdaxilə etməkdə ittiham edib. Zərifin müsahibədə səsləndirdiyi fikirlər ölkənin mühafizəkar dairələrinin reaksiyasına və istefa çağırışlarına səbəb olub.
Qırğızıstan-Tacikistan müharibəsi başa çatdı3 may yerli vaxtla saat 9:30-a üçün Qırğızıstan dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət sabitdir.

Avrasiya.net-in məlumatına görə, bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, ötən gecə ərzində heç bir insident və atışma qeydə alınmayıb.

Sərhəd naryadları Qırğızıstan-Tacikistan dövlət sərhədi boyunca patrul xidməti həyata keçirirlər.

Tərəflər əlavə qüvvə və vasitələrin dövlət sərhəd xəttindən öz ərazilərinə qədər çıxarılmasını başa çatdırıblar.

Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidmətinin sərhəd bölmələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Rusiya bizə xəbərdarlıq etdi, risk var - GeneralUkrayna ordusunun sərt cavab atəşi düşmənin cəbhədə sakitləşməsi üçün ən effektiv vasitədir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Viktor Mujenko danışıb.

"Ukraynanın hərbi komandanlığı Donbasda Rusiya ilə müharibədə taktikanı dəyişdirməlidir. Eskalasiya sərt cavab tədbirləri tələb edir. Rusiya qoşunlarının sərhəddən kənara aparılmasına baxmayaraq, Rusiyanın işğal riski hələ də yüksəkdir", - o bildirib.

Mujenkonun sözlərinə görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Krıma səfəri zamanı səsləndirdiyi hədələr də bunu göstərir:

"Bu, hazırlıq elementidir. Rusların son aydakı hərbi fəallığı isə böyük müharibəyə hazırlıq deyil, qorxutmaq cəhdidir".
İbrahim Tatlısəs özündən 43 yaş kiçik xanımla evləndiTürkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs aparıcısı olduğu “İbo Show” verilişində maraqlı açıqlamalar edib.

“Haber Global”ın məlumatına görə, sənətçi bu yaxınlarda gizli şəkildə ailə həyatı qurduğunu bildirib.

Onun həyat yoldaşı isə özündən 43 yaş kiçik Gülçin Karakaya olub.

“Xoşbəxtəm, mən evliyəm. Gülçin mənə yaxşı baxır. Mən bu saatdan sonra heç kimə hesab verəcək vəziyyyətdə deyiləm”, - deyə ifaçı sayca beşinci evliliyini şərh edib.

Qeyd edək ki, Tatlısəsin 69, həyat yoldaşının isə 26 yaşı var.

Koronavirusdan günlük ölüm sayı 12 mini ötdü - ÜSTÖtən sutka ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 151,8 milyonu ötüb.

Avrasiya.net Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata istinadla xəbər verir ki, mayın 2-də dünyada daha 808 min 563 insanda COVID-19 aşkarlanıb, virusa yoluxmuş 12 min 870 nəfər həyatını itirib.

Ötən gün ərzində yoluxma hallarının yarıdan çoxu cənub-şərqi Asiya regionunun payına düşür.

İndiyədək ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerləri Hindistan, Braziliya, Fransa, Türkiyə, Rusiya, Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya, Argentina və Kolumbiya bölüşür.
"Heç bir güc İranı tərpədə bilməz" -  XameneiBu gün İranın Ali lideri Əli Xamenei qarşıdan gələn prezident seçkiləri ilə bağlı xalqa müraciət edib.

Ayətullah Xamenei "müəllim" və "zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında bildirib ki, seçkilər sözün əsl mənasında mühüm bir fürsətdir.

"Xalqı seçkilərdən məyus etmək yanlışdır. Aldadıcı vədlər verilməməli və namizədlər öz platformalarını təqdim etməlidirlər. Seçkilər dövlətçiliyimizin təməllərini möhkəmləndirir", deyə Ali lider vurğulayıb.

O qeyd edib ki, xalq seçkiyə gələrsə, heç bir güc ölkəni tərpədə bilməz:

"Seçkidə iştirak edən vətəndaş əslində ölkənin və gələcəyin taleyini düşünür. Bu səbəbdən kimsə seçkilərin əhəmiyyətini şübhə altına almamalıdır. Əmanətə xəyanət ötən heç bir seçkidə mütləq baş verməyib. Buna görə də yalan yerə ittiham etmək əxlaqa ziddir, iğtişaş isə cinayətdir" (apa).