Poqosyan: 5 il sonra Türkiyənin vilayəti olacağıqƏgər indiki hökumətin gündəmi işə salınarsa, beş il sonra biz Türkiyənin vilayətinə çevriləcəyik.

Axar.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında İnsan İnkişafı üzrə Beynəlxalq Mərkəzin rəhbəri Tevan Poqosyan deyib.

“Düşmənimiz maraqlarını gerçəkləşdirir. Dövlətçiliyimiz 10 noyabrdan indiyə qədər hər gün əzab çəkir. Əslində biz 2018-ci ilin dekabrından əzab çəkirik, çünki o vaxtdan milli birlik formalaşmayıb”, – deyə o bildirib.
Yeznə qaynını güllələdiYardımlı rayonunda yeznə qayınına odlu silahdan atəş açıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən xəbərə görə, Yardımlı Rayon Polis Şöbəsinə Telavar kəndi ərazisində kənd sakini H.Quliyevin münaqişə zəminində tüfəngdən açdığı atəşlə qaynı C.Zabitova xəsarət yetirməsi barədə məlumat daxil olub.

Xəstəxanaya yerləşdirilən C.Zabitovun vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən H.Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Araşdırma aparılır.
Türkiyənin Azərbaycandakı səfiri müraciət yaydıTürkiyə və Azərbaycan arasında dünyada tayı bərabəri olmayan və ürəklərə həkk olunan qardaşlığa birlikdə şahid oluruq və yaşayırıq. Heç şübhəsiz, bu qardaşlığın təməli ortaq tarix və mədəniyyətə dayanır".

Avrasiya.net xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı vətəndaşlara müraciətində bildirib.

“Türkiyənin qurucusu Mustafa Kamal Atatürk deyib: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir”. Onun bu sözləri ilə ümumilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” anlayışı qardaşlıq əlaqələrimizin təməlini təşkil edir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla cənab Prezident İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları isə bu qardaşlığı qorumağa hesablanan bir and və ikili münasibətlərimizi daha da irəliyə aparmaq iradəsinin göstəricisidir” - səfir qeyd edib.
3 May Ümumdünya Mətbuat Azadlığı Günü üçün medianın durumuMüşfiq Ələsgərli

Bu gün 3 May Ümumdünya Mətbuat Azadlığı Günüdür. Ənənəvi olaraq söz, ifadə, media azadlığının mövcud durumu, inkişaf perspektivləri müzakirəyə çıxarılıb.

Senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad edilməsi, təzyiqlərə, təhdidlərə məruz qalan, cəzalandırılan jurnalistlərin məsələsi diqqət mərkəzindədir.

Avropa Jurnalistlər Federasiyasının hazırladığı hesabata görə, qeyd edilən istiqamətlər üzrə qlobal səviyyədə neqativ istiqamətdə dəyişmə halları son 1 il ərzində də davam edib.

Qlobal səviyyədə müşahidə edilən bu prosesdə ən narahatedici məqam odur ki, pisə doğru dəyişmə tendensiyası son illərdə dünyanın ən mədəni, ən demokratik hesab olunan parçasını – Avropanı da əhatə edib.

AJF-nin 3 may günü ilə bağlı hazırladığı məruzədə göstərilir ki, 2020-21-ci illərdə Avropa məkanında media azadlığının çox ciddi şəkildə pisləşməsi davam edib. Qeyd edilib ki, bu məkanda söz, ifadə, media azadlığı sahəsində müşahidə edilən neqativ tendensiyaların qarşısını almaq üçün 2015-ci ildə 14 beynəlxalq təşkilat öz gücünü birləşdirib, Avropa Şurası nəzdində “Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi Platforması”nı yaradıb.

Onlar koordinasiya edilmiş formada fəaliyyət göstərməklə prosesi durdurmağa çalışıblar. Amma hələ ki, buna nail olunmayıb, əksinə, neqativə doğru dəyişmə tendensiyası daha da artıb.

Nümunə üçün Avropa məkanında media azadlığı üzrə son 5 il müddətində baş verən hadisələrin müqayisəsi verilib.

Yaxın təqvimdə – 2021-ci ilin aprel ayında 2 ispan jurnalistin qətlə yetirilməsinə istinad edilərək qeyd olunur ki, son 5 il müddətində Avropa Birliyinə daxil olan ölkələrdə fəaliyyətinə görə 31 nəfər jurnalist qətlə yetirilib.

Avropa Şurasına üzv olan ölkələr sırasında isə qətlə yetirilən jurnalistlərin sayı 41 nəfərdir.

Hazırda dünyada 238 nəfər jurnalist həbsdədir ki, onların da 91 nəfəri Avropanın payına düşür.

Təkcə son bir il ərzində dünyada jurnalistlərə qarşı 873 təhdid halı qeydə alınıb ki, bunlardan da 245-i Avropa ölkələrinin aktivinə yazılıb.

6 il öncə AŞ nəzdində platforma qurularkən, Avropa məkanında jurnalistlərə qarşı təqib, təzyiq və təhdid hallarının sayı 2021-ci ilin göstəricilərinə nisbətən 2 dəfə aşağı olub. Bu da onu göstərir ki, indi vəziyyət 2 dəfə pisləşib.

Maraqlıdır ki, jurnalistlərin fiziki şiddətdən ən çox təsirləndikləri ölkələr sırasında Rusiya ilə yanaşı İtaliya, Serbiya və İngiltərənin də adı göstərilir.

Təqib hallarının ən çox müşahidə olunduğu ölkələr sırasında isə Fransa, Sloveniya, Türkiyə, Ukrayna, Belarus və Polşanın adı qabardılır.

AJF 3 May Dünya Mətbuat Azadlığı Günü ərəfəsində Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçə müraciət edərək onun Avropa hökumətlərinə çağırış etməsini, “pisləşməyə son qoymaq, jurnalistləri və müstəqil jurnalistikanı qorumaq üçün daha güclü siyasi iradə göstərməsini” istəyib.
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) isə 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Azərbaycan mediası ilə əlaqədar daha çox diqqət çəkən tendensiyaları müəyyənləşdirib. Qeyd edilib ki, son bir il müddətində Azərbaycan media məkanı islahatlar prosesinin təsirində olub. Bu dövrdə diqqət çəkən tendensiyalar təsnifatlaşdırılıb:

– Dövlət və hökumət təmsilçilərinin sosial media müstəvisində aktivliyi, auditoriya ilə interaktiv münasibətləri, media ilə təmaslarını intensivləşdirdikləri diqqət çəkib. 2018-ci ildən etibarən müşahidə edilməyə başlayan bu tendensiya 2020-21-ci illərdə daha da sürətlənib.

– Bu dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həm milli, həm də transmilli media ilə canlı təmaslarının intensivləşməsi müşahidə edilib. Prezidentin köməkçiləri Hikmət Hacıyevin, Anar Ələkbərovun, MEDİA Agentliyinin direktoru Əhməd İsmayılovun media təmsilçiləri ilə görüşləri xarakterik hal alıb.

– 2020-ci ildə həyatın digər sahələri kimi, media təsisatları da COVID-19 pandemiyasının təsiri altında olub. Azərbaycanda 230 nəfər jurnalist COVID-19-a yoluxub, onlardan 10 nəfəri həyatını itirib.

– Azərbaycanda pandemiyanın mediaya təsirini azaltmaq üçün dövlət bir sıra addımlar atıb; “Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı media sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində mediaya dövlət dəstəyi göstərilib ki, bu da mediada iş yerlərinin qorunub saxlanması üçün stimul olub.

– Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran media qurumu yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi ölkədə media çalışanlarının 4 faizini əhatə edib.

– 2020-ci ildə ümumrespublika yayımlı media qurumlarından 3-ü öz fəaliyyətini qismən dayandırıb və ya dövriliyini azaldıb. Bununla yanaşı, 2020-ci ildə təqribən 15 yeni onlayn media qurumu fəaliyyətə başlayıb.

– Azərbaycanda sərbəst çalışan (freelance ) jurnalistlərin fəaliyyətinin rəsmi qurumlar müstəvisində ilk dəfə tanınması halı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistləri adından ünvanladığı müraciəti nəzərə alaraq, sərt karantin rejimi dövründə fəaliyyətinə icazə verilən kateqoriyalar sırasına VÖEN əldə edib sərbəst çalışan jurnalistləri də daxil edib. Məlumat üçün bildirək ki, sərbəst çalışan jurnalistlərin sayı yüksək rəqəmlərlə ifadə olunsa da, Azərbaycanda onların fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud deyil.

– Adları beynəlxalq təşkilatların hesabatlarında “həbsdə olan jurnalistlər” kimi hallandırılan şəxslərdən 7 nəfəri 2020-21-ci illərdə Prezidentin əfv sərəncamları ilə sərbəst buraxılıblar və ya üzərlərindən şərti məhkumluq götürülüb. Bununla yanaşı, həbsdə olan jurnalistlər mövzusu sıfırlanmayıb. Xüsusi olaraq Polad Aslanovun, Əfqan Sadıqlının məhkumluğu üzrə məsələlər diqqət mərkəzində olub. Arzuediləndir ki, ölkənin media sferasında həyata keçirilən islahatlar fonunda bu məsələ birdəfəlik həll edilsin, həbsdə olan jurnalistlər birmənalı şəkildə azadlığa buraxılsın, Azərbaycanın adı bir daha bu məsələdə hallandırılmasın.

– Siyasi aktivliyin artdığı dönəmlərdə, ekstremal vəziyyətlərdə informasiya bolluğu yaratmaq, informasiyanın əlçatımlığını təmin etmək, media təmsilçilərinin uyğun dövlət orqanları ilə təmaslarının intensivləşdirilməsi üçün marağın da artdığı diqqət çəkib. Bu sırada 2020-ci ildə Milli Məclis seçkiləri zamanı aktivləşdirilən “Seçkilər” İnformasiya Mərkəzinin işini, COVID-19 pandemiyasına uyğun olaraq tətbiq edilən sərt karantin rejimi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah vasitəsilə keçirilən gündəlik brifinqləri, 44 günlük Vətən müharibəsi günlərində formalaşdırılan Hərbi İnformasiya Mərkəzinin fəaliyyətini göstərmək olar. Dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlərin keçirilməsi, jurnalistlərin suallarının operativ cavablandırılması göstərdi ki, informasiya ilə iş Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Azərbaycan jurnalistlərilə bağlı hesabat açıqlandı: 10 nəfər ölübBu gün 3 may, Ümumdünya Mətbuat Azadlığı Günüdür.

Avrasiya.net xəbər verir ki, Avropa Jurnalistlər Federasiyasının hazırladığı hesabata görə, son illər jurnalistika ilə bağlı pisə doğru dəyişmə tendensiyası dünyanın ən mədəni, ən demokratik hesab olunan parçasını-Avropanı da əhatə edib. 2020-21-ci illərdə Avropa məkanında media azadlığının çox ciddi şəkildə pisləşməsi davam edib.

2021-ci ilin aprel ayında İspaniyada 2 jurnalistin qətlə yetirilməsinə istinad edilərəkər qeyd olunur ki, son 5 il müddətində Avropa Birliyinə daxil olan ölkələrdə fəaliyyətinə görə 31 nəfər jurnalist qətlə yetirilib. Avropa Şurasına üzv olan ölkələr sırasında isə qətlə yetirilən jurnalistlərin sayı 41 nəfərdir. Hazırda dünyada 238 nəfər jurnalist həbsdədir ki, onların da 91 nəfəri Avropanın payına düşür. Təkcə son bir il ərzində dünyada jurnalistlərə qarşı 873 təhdid halı qeydə alınıb ki, bunlardan da 245-i Avropa ölkələrinin aktivinə yazılıb. 6 il öncə AŞ nəzdində platforma qurularkən, Avropa məkanında jurnalistlərə qarşı təqib, təzyiq və təhdid hallarının sayı 2021-ci ilin göstəricilərinə nisbətən, 2 dəfə aşağı olub. Bu da onu göstərir ki, indi vəziyyət 2 dəfə pisləşib. Maraqlıdır ki, jurnalistlərin fiziki şiddətdən ən çox təsirləndikləri ölkələr sırasında Rusiya ilə yanaşı, İtaliya, Serbiya və İngiltərənin də adı göstərilir. Təqib hallarının ən çox müşahidə olunduğu ölkələr sırasında isə Fransa , Sloveniya, Türkiyə, Ukrayna, Belarus və Polşanın adı qabardılır.

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan mediası ilə əlaqədar bəzi məlumatlar açıqlayıb.

JuHİ-nin məlumatına görə, son bir il müddətində Azərbaycan media məkanı islahatlar prosesinin təsirində olub.
Belə ki, 2018-ci ildən etibarən müşahidə edilməyə başlayan bu tendensiya 2020-21-ci illərdə daha da sürətlənib. Bu dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həm milli, həm də transmilli KİV-lərlə canlı təmaslarının intensivləşməsi müşahidə edilib. Prezidentin köməkçiləri Hikmət Hacıyevin, Anar Ələkbərovun, MEDİA Agentliyinin direktoru Əhməd İsmayılovun KİV təmsilçiləri ilə görüşləri xarakterik hal alıb.

2020-ci ildə həyatın digər sahələri kimi, media təsisatları da COVİD-19 pandemiyasının təsiri altında olublar. Azərbaycanda 230 nəfər jurnalist COVİD-19-a yoluxub, 10 nəfər jurnalist həyatını itirib.

Azərbaycanda pandemiyanın KİV-ə təsirini azaltmaq üçün dövlət bir sıra addımlar atıb; “Pandemiya dövründə kiçik və orta sahibkarların dəstəklənməsi” proqramı KİV sahibkarlarına da şamil edilib. Proqram çərçivəsində KİV-lərə dövlət dəstəyi göstərilib ki, bu da KİV-lərdə iş yerlərinin qorunub saxlanılması üçün stimul olub. Azərbaycanda məxsusi olaraq pandemiya dövrünün şərtləri altında fəaliyyətini dayandıran KİV qurumu yoxdur. Bununla yanaşı, iş yerlərinin ixtisarı aparılıb. Hesablamalara görə, pandemiya dövründə aparılan ixtisarlar, iş yeri itkisi ölkədə KİV çalışanlarının 4%-ni əhatə edib.

2020-ci ildə ümumrespublika yayımlı KİV qurumlarından 3-ü öz fəaliyyətini qismən dayandırıb və ya dövriliyini azaldıb. Bununla yanaşı, 2020-ci ildə təqribən 15 yeni onlayn KİV qurumu fəaliyyətə başlayıb.

Azərbaycanda sərbəst çalışan (freelance ) jurnalistlərin fəaliyyətinin rəsmi qurumlar müstəvisində ilk dəfə tanınması halı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Mətbuat Şurasının ölkə jurnalistləri adından ünvanladığı müraciəti nəzərə alaraq, sərt karantin rejimi dövründə fəaliyyətinə icazə verilən kateqoriyalar sırasına VÖEN əldə edib sərbəst çalışan jurnalistləri də daxil edib. Məlumat üçün bildirək ki, sərbəst çalışan jurnalistlərin sayı yüksək rəqəmlərlə ifadə olunsa da, Azərbaycanda onların fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud deyil.

Adları beynəlxalq təşkilatların hesabatlarında “həbsdə olan jurnalistlər” kimi hallandırılan şəxslərdən 7 nəfəri 2020-21ci illərdə Prezidentin Əfv sərəncamları ilə sərbəst buraxılıb və ya üzərlərindən şərti məhkumluq götürülüb. Bununla yanaşı, həbsdə olan jurnalistlər mövzusu sıfırlanmayıb. Xüsusi olaraq Polad Aslanovun, Əfqan Sadıqlının məhkumluğu üzrə məsələlər diqqət mərkəzində olub.
Azərbaycanda gənc oğlan ona dərs demiş müəlliməsini zorladı – ŞOK TƏFƏRRÜATBir müddət əvvəl Tovuz rayonunun Məşədivəlilər kəndində baş vermiş zorlama hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Əsgərov barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zorlama - öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 157.1-ci (mənzil toxunulmazlığını pozma), 180.2.3-cü (soyğunçuluq - yaşayış sahəsinə qanunsuz girməklə törədildikdə) və 157.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə açılmış cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində şok faktlar üzə çıxıb.

Məlum olub ki, Orxanın zorladığı 1969-cu il təvəllüdlü Tahirə Məmmədova (ad və soyad şərtidir) həmin kəndin məktəbində müəllimə işləyib və illər əvvəl, Orxan 5-ci sinifdə oxuyarkən ona dərs deyib. Lakin Orxan məktəbi yarımçıq atıb çobanlıqla məşğul olmağa başlayandan sonra onu 15 ilə yaxın müddətdə görməyib.

İşsiz qaldığı üçün kəndə qayıtdı

İstintaq materiallarından məlum olur ki, hadisəni törədən gəncin atası 2001-ci ildə vəfat edib, bundan sonra anası 1 qızını götürərək kəndi tərk edib. Orxan və 2 qardaşı isə qohumlarının himayəsində böyüyüb və çobanlıq etməyə başlayıblar. O, qeyri-qanuni yolla Ağstafa rayonunun Çeyrançöl adlanan hissəsindən Gürcüstan Respublikası ərazisinə keçərək qonşu ölkədə müxtəlif şəxslərin təsərrüfatında çoban işləyib. 2019-cu ilin oktyabrında isə işsiz qalan Orxan yenidən qeyri-qanuni yolla ölkəyə qayıdıb və doğma kəndində yaşamağa başlayıb.

Gürcüstandan ata kəndinə qayıdan Orxan burada olduğu müddətdə bir neçə dəfə küçədə Tahirə müəlliməni görüb və onunal salamlaşıb. O, müəlliməsinin Tovuzun başqa kəndindən olduğunu bilib və həftədə 2 gün Məşədivəlilər kəndində kirayə tutduğu evdə tək yaşadığını öyrənib.

Bu yerdə qeyd edək ki, zərərçəkən qadın 20 il əvvəl həyat yoldaşından boşanıb və daha sonra ailə qurmayıb, övladı olmayıb.

Oktyabrın sonlarında isə gənc oğlan kənddə dostları ilə yeyib-içdikdən sonra Tahirə Əsgərovanı zorlamaq qərarına gəlib. O, saat 20:30 radələrində 51 yaşlı qadının tək yaşadığı evə gələrək ətrafı yoxlayıb və Tahirənin otağında uzandığını yəqin edəndən sonra məftillə qapının cəftəsini açıb.

Müəllimənin yalvarışlarına məhəl qoymadı

Evin işığı söndüyündən əlindəki alışqanın fənəri ilə otağa daxil olan Orxan qadına hücum edərək ona seksual xarakterli zorakılıq hərəkətləri edib. Orxanın onu zorlamaq istədiyini görən qadın onun əlindən dişləyərək qışqırıb. Məqsədinə nail olmaq üçün gənc oğlan qadını öldürəcəyi ilə təhdid etməyə və fiziki zorakılıq göstərməyə başlayıb. T.Əsgərova keçmiş şagirdinə “mən sənin ana yerindəyəm, məni də, özünü də məhv etmə”, deyərək yalvarmasına baxmayaraq Orxan “mənim anam yoxdur”, deyərək çirkin əməlini başa çatdırıb.

O, qadını zorladıqdan sonra üzünü divara çevirməsini tələb edib. Orxanın onu öldürəcəyini düşünən qadın yorğanın altına girərək üzünü çevirib. Bu zaman Orxan Tahirənin çantasını eşməyə, pul axtarmağa başlayıb. O, evdən ümumilikdə 646 manat pul taparaq götürüb və mənzili tərk edib.

Orxanın çıxıb getdiyini görən Tahirə dərhal işlədiyi məktəbin direktoruna zəng edib. Direktor digər kənd nümayəndələri ilə mənzilə gəldikdən sonra qadını öz evinə aparıb. Burada Tahirə Əsgərova 102-yə məlumat verərək başına gələnlər barədə bildirib.

Cinayət törətdikdən sonra Bakıya qaçdı

Araşdırmalar zamanı məlum olub ki, hadisədən sonra Orxan kəndi tərk edib. O, əvvəlcə bir neçə gün Tovuzda qaldıqdan sonra oktyabrın 30-da Bakıya gəlib. Noyabrın 4-də isə axtarışda olan Orxan Məmmədov Novxanı qəsəbəsi ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Məhkəmədə təqsirləndirilən şəxs müəlliməni zorlamadığını, onunla könüllü razılıq əsasında cinsi əlaqədə olduğunu, evdən pul götürmədiyini deyib.

Məhkəmə tibbi ekspertiza rəyindən isə qadının çoxsaylı bədən xəsarətləri alması, zorlamaya və müqavimətə xas fiziki zədələrə məruz qalması məlum olub.

Gəncə Ağır Cinaytlər Məhkəməsinin hökmü ilə Orxan 9 il müddətinə azadlıqdan məhrum edilib.

İtkin düşmüş daha bir hərbi qulluqçunun nəşi ailəsinə təhvil verilibHəyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bu barədə Avrasiya.net-ə Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanıb və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnib.

2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub. Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, müvafiq qaydada götürülüb, müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən bundan əvvəl verilən məlumatlara əlavə olaraq bildirilib ki, birgə həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - leytenant Yusifov Əli Süləddin oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

“İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik”, - Mətbuat xidmətindən bildirilib.
İnsanda ləyaqət, ədalət həm də cəsarət olarsa... Bir daha Əhmədli bələdiyyəsi haqqındaBura Xətai rayonu Əhmədli qəsəbəsi Şahin Səmədov küçəsidir.(https://www.youtube.com/watch?v=9O66QcP25W8&t=35s) Diqqətlə baxsaq XXI əsrdə Bakı şəhərinin mərkəzə yaxın hissəsində açıq və yararsız vəziyyətdə olan kanalızasiya xəttinin düz “kəndin” mərkəzindən keçdiyini və hansı vəziyyətdə olduğunu görərik. Bəzi yerdən isə xəttin nasazlığı ucbatından yola axan kanalizasiya suyu asfaltı yuyaraq biabırçı vəziyyətə salıb. İcra nümayəndəliyinin rəsmiləri, həm bələdiyyə sədri, həm üzvlər, həm də qulluqçular yoldan istifadə etdiyindən bu mənzərə ilə hər gün qaşılaşırlar. Biz qəsəbənin ən işlək küçəsindəki vəziyyəti haqqında danışırq. O birilərində isə bundan daha pis vəziyyətdə olduğunu ehtimal etmək olar. Qəsəbədə olarkən qarşılaşdığım sakinlər söylədilər ki, dəfələrlə danışılıb, deyilib, xüsusən də səs verdiyimiz bələdiyyəyə dəfələrlə müraciət etmişik. Sakinlərdən birinin fikri isə belə oldu: “Bələdiyyədən əlimizi üzmüşük. Çünki nə işlər görür, hansı addımlar atır məlumatımız yoxdur. Sədri ümumiyyətlə yerində tapmaq mümkün deyil. Onsuzda bələdiyyənin pulu yoxdur. Bəs səs vermişik, heç olmasa biz əvəzdən qabağa düşüb məsələ qaldırsın, həllinə nail olsun. Belə olmaz axı.”

Bundan əvvəl Əhmədli bələdiyyəsinin fəaliyyətsizliyi barədə qısa şəklidə olsa da öz münasibətimizi və fikirlərimizi qeyd etmişdik. İlkin reaksiyalarda yazıda səslənən məqamların həqiqət olduğu bir daha qeyd edilmiş, zəng edənlərin bəziləri yazının bəzi məqamlarının çox “mülayim” formada ifadə etdiyimizə görə hətta bizi qınamaları diqqətimizdən qaçmadı. Biz əslində bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə səy göstərdiyimiz və bu problemlərin həllinə çalışdığımız halda adıçəkilən bələdiyyənin neqativ fəaliyyətini qabaratmağımızın kökündə Əhmədli bələdiyyəsində sakin-bələdiyyə münasibətinin bu şəkildə qurulmasından narahat olmağımız dayanır. Çünki yerində saymaq, sakinin fikirlərini saya salmamaq, ictimai rəyi nəzərə almamaq ən azı sədrin bacarıqsızlığından xəbər verir.

Bu günlərdə ünsiyyət saxladığım bələdiyyə sədrlərindən olan Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov bizimlə söhbət əsnasında insanın və xüsusəndə bələdiyyə sədrlərinin hansı keyfiyyətə malik olmasıyla bağlı çox maraqlı bir məqama toxundu. Yəni insanlarda, xüsusəndə bələdiyyə sədrində üç keyfiyyət - ləyaqət, ədalət və cəsarət birlikdə cəm olarsa, o insanın, o bələdiyyə sədrinin ərazidə çəkisi, hörməti və nüfuzu da çox yüksək olacaq.

Müşahidələr göstərir ki, deyilənləri Əhmədli qəsəbəsinin rəsmilərinə və xüsusən də bələdiyyəsinə aid etmək olmaz.

Qaldı ki, Xətai RİH-ə, düşünürəm ki, söhbətin Xətai rayonunda yaranmış vəziyyətdən getdiyindən müharibə veteranı olan rayonun siyasi rəhbəri, mənimdə hörmət etdiyim Rafiq Quliyev Əhmədli qəsəbəsində, o cümlədən bələdiyyəsində yaranmış vəziyyətə aydınlıq gətirməklə əvvəlki yazılarda qaldırdığımız məsələlərə öz münasibətini tezliklə bildirəcəkdir.

Vüqar Tofiqli
Lerikdəki dəhşətli qətllə bağlı rəsmi məlumat - Molla qadının başını niyə kəsib...Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Lerikdə qadının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Avrasiya.net-ə verilən birgə məlumatda bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Lerik rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Xəbər verildiyi kimi, aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əsgərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Murad Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf etmiş, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İcma "Tullantıdan incəsənətə" adlı layihə həyata keçirirXaçmaz Skautları Ətraf Mühit İcmasının "Tullantıdan incəsənətə" adlı ekoloji layihəsində iştirak ediblər.

Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin ən böyük problemlərindən biri ətraf mühitin mühafizəsi və təhlükəli tullantılardan təmizlənməsidir. Bu halın azalmaq əvəzinə getdikcə çoxalması insanları sözügedən məsələ barədə düşünməyə məcbur edir.

Uzun-uzadı düşüncələrin və aparılan müzakirələrin sonunda gəlinən qənaət ondan ibarətdir ki, təbiəti qorumaq atılan tullantının miqdarını azaltmaqdan keçir. Beləliklə, plastik, rezin və bunlar kimi çoxsaylı materiallar var ki, həyatımızda yeri çox böyük olsa da, təbiət üçün təhlükəlidir. Odur ki, imtina etmək mümkün olmadığından, onlarla yaşamağı öyrənməliyik. Məhz bu məqsədlə İcmamız bir layihəyə start verib: “Tullantıdan incəsənətə” adlanan bu müsabiqə icma üzvlərini, skautları və insanları təbiət üçün səfərbər edib.

Skautların əl işlərindən və bu işlərlə yaşıdlarına verdikləri ismarıcdan məmnun qalan icma rəhbəri və etni zamanda Xəzər dəstəsinin Skaut lideri Vəfa Musayeva deyir ki, onlar dostlarını da bu prosesə cəlb ediblər. Həm tullantıların toplanmasında, həm də işinin ortaya çıxmasında tay-tuşları ilə birgə işləyiblər. Bununla onlar dostlarını da gördükləri işin əhəmiyyətinə inandırıblar.