"Türk oğlu türk olmaqdan qürur duyuruq”Cənubi Kipr Prezidenti Nikos Anastasiadis mesajında ​Kiprin türk xalqına “mənim vətəndaşlarım” deyə xitab edərkən köhnəlmiş zehniyyətini bir daha göstərdi, xalqımızı təhqir etdi.

Avrasiya.net xəbər verir ki, bunu Şimali Kipr Prezdenti Ərsin Tatar deyib.

“Dünya və Anastasiadis bunu bilməlidir ki, Kiprin türk xalqı yunan tərəfinin vətəndaşları deyil, azad və suveren Şimali Kipr Türk Respublikasının (KKTC) vətəndaşlarıdır.

Anastasiadis Cenevrədə təqdim etdiyim ikidövlətli həll variantını “yeni Osmanlı imperiyası xəyal edənlərin riyakarlığı" kimi qəbul edib. Bunun üzərinə ona bildrimək istəyirəm ki, güzgüyə baxsın və riyakar şəxsin kim olduğunu görsün. Biz 1571-ci ildə Kipri ​​fəth edərək onu türk vətəni edən Osmanlı imperatorluğunun nəvələri və türk oğlu türk olmaqdan qürur duyuruq”. – Ə. Tatar bildirib.
Azərbaycanda söz və mətbuat azadlığı sadəcə konstitusion norma deyil, milli dəyərdir - EkspertSöz və mətbuat azadlığı Şərqdə ilk demokratik respublika quran və mətbuat haqqında qanun qəbul edən Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası üçün sadəcə konstitusion norma deyil, milli dəyərdir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, məhz bu baxımdan, söz və mətbuat azadlığı dövlətimiz üçün prioritet istiqamət sayılır və daim diqqət mərkəzindədir: “Hazırda ölkəmizdə çoxsaylı media qurumları fəaliyyət göstərir və az qala, hər gün yeniləri yaranır. Mahiyyət etibarilə, cəmiyyətimizin informasiya ehtiyacının ödənilməsi baxımından ciddi problemlər olmasa da, mediada peşəkarlıq, ixtisaslaşma, maddi-texniki baza, kadr potensialı, müstəqil maliyyə qaynaqları, reklam bazarı ilə bağlı mövcud olan problemlər, bir çox hallarda bu informasiyaların ictimai rəyə obyektiv şəkildə, ictimai maraqlar nəzərə alınmaqla, təhlil edilərək çatdırılmasında çatışmazlıqların ortaya çıxmasına zəmin yaradır.

Azərbaycan mediası ümumən vətənpərvərdir, ictimai və dövlət maraqlarını nəzərə almağı bacarır. Amma təəssüf ki, peşəkarlıq, kadr və ixtisaslaşma problemlərinin yaşandığı media resurslarının vətənpərvərliyi, informasiyanın mənbəyini araşdırmadan, ciddi təhlil etmədən, doğuracağı nəticələri, riskləri nəzərə almadan yayımlaması, son nəticədə ölkəmizə qarşı çevrilir, ictimai maraqlara zərbə vurur.

Vətənpərvər duyğular və bundan qaynaqlanan entuizazm o zaman fayda verir ki, iti və çevik zəkanın, peşəkarlığın süzgəcindən keçsin. Bu gün Azərbaycan mediası üçün elə milli ideologiyamızdan, bayrağımızın rənglərindən qaynaqlanan vahid bir yol, istiqamət var: Azərbaycan mediası milli mətbuatımızın klassik maarifçilik ənənələrini yaşatmaqla, modernləşməli, çağdaş dünyanın çağırışlarına cavab verməli, rəqabətədavamlı olmalıdır.

Ölkəmizdə media sahəsində həyata keçirilən islahatların ana xəttini də bu amil təşkil edir. Yüksək peşəkarlıq, operativlik, vətəndaş mövqeyi, məsuliyyət, qərəzsizlik, ictimai maraqların korporativ maraqlardan üstün tutulması, milli-mənəvi və bəşəri dəyərlərin qorunması Azərbaycan mediasının inkişafının təməlini təşkil etməli və onu əsas istinad mənbəyinə çevirməlidir.
Ermənilər Rusiyaya qaçırErmənilər qazanc dalınca kütləvi şəkildə Rusiyaya üz tuturlar.

Bu barədə “Moskovskiy komsomolets” nəşrində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Ermənistanın müasir müstəqil dövlət kimi mövcud olduğu 30 il ərzində sakit və bolluq illərini barmaqla saymaq olar. 1990-cı illərin əvvəllərində Ermənistan əhalisinin sayı 3,5 milyon nəfər olduğu halda hazırda əhalinin sayı 2,9 milyon nəfərədək azalıb.

Gevorq adlı bir erməni məqalə müəllifi ilə söhbətində bildirir ki, Qarabağ uğrunda müharibədə məğlubiyyətdən sonra mal-qara sahiblərinin əksəriyyəti narahatlıq keçirir, çünki mal-qaranı otarmağa yer olmadığından onlar tələf olur. Əvvəllər bunu Qarabağda edirdilər, indi Ermənistanda hər şey bahalaşıb.

Ermənistanın əməkqabiliyyətli əhalisinin qalan hissəsi əmək miqrasiyasına məcbur olub. Məsələn, Şirak vilayətində kişilərin 70 faizi Rusiyada işləyir. Qadınlar uşaqları tərbiyə etmək və ev-eşiyə baxmaqdan ötrü qalırlar. Ailələr qışda 2-3 aylığa bir araya gəlir, muzdla çalışan ailə başçıları Yeni ili və uşaqların qış tətilini onlarla birgə keçirirlər. Fevralın sonlarında onlar yenidən Rusiyaya qayıdırlar. Bax, beləcə təqribən 500 min erməni “səyahət edir”.

İrəvanda və şəhərətrafı zonada yaşayan sakinlərlə söhbətdən sonra məqalə müəllifi belə qənaətə gəlib ki, bu insanların həyat səviyyəsinin “orta həddən aşağı” kimi müəyyən etmək mümkündür.

Müəllif yazır: “Məsələn, kəndlərdə sürüşmə zonalarında yaşayan erməniləri görmək olar, çünki həmin yerlərdə torpaq məhsuldardır. Hər neçə ildən bir təbii fəlakət onların evini dağıdır, onlar isə yenə də həmin yerlərdə ev tikirlər. Çünki acından ölməmək və hansısa ehtiyatı tutmaqdan ötrü öz sahələrində kifayət qədər məhsul yetirşdirmək mümkündür”.

Moskvadan İrəvana köçən Anna qəzetin müxbiri ilə söhbətində bildirib ki, əvvəllər o, oğlunu orduya xidmətə göndərməyi planlaşdırırdı. İndi isə o başa düşmür ki, İkinci Qarabağ müharibəsində insanlar nədən ötrü həlak olub. Anna deyib: “Ölkə kiçikdir və sən daim elə hisslə yaşayırsan ki, sabah müharibənin artıq Ermənistan ərazisində başlana biləcəyinə heç kim zəmanət verməyəcək”.

Məqalədə deyilir ki, ölkədə məmur özbaşınalığı ilə bağlı böyük problem yaşanır. İş o yerə çatıb ki, hətta Qarabağa könüllü döyüşə yollananlar dövlətdən yardım ala bilmirlər, çünki onların statusu qanunda nəzərdə tutulmayıb. Müvafiq olaraq, onlar müalicə xərclərini özləri çəkir və Ermənistandakı sosial-iqtisadi vəziyyət nəzərə alınarsa, bu, həddən artıq çətin başa gəlir.

Müəllif daha sonra yazır ki, yerli sakinlərin fikrincə, ölkədə korrupsiya baş alıb gedir. Məsələn, İrəvan sakini Vaqan deyir:

“Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra yalnız ilk bir neçə ay ərzində korrupsiya azaldı. Sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı. Təkcə yol polisləri rüşvət götürmür... Düzdür, onlar ümumiyyətlə bir iş görmürlər – yollarda hərc-mərclikdir. Belə ki, hər kəs rüşvət alır: vergi, gömrük, şəhər hakimiyyət orqanları... Əsasən, necə deyərlər, “işləri tezləşdirmək” üçün pul alırlar, lakin bizdə yuxarı dairələrdə də korrupsiya qalmaqalları az deyil”.

axar.az
Politoloq: “Azərbaycan bu məsələni Lavrovun qarşısında şərt kimi qoymalıdır”“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 10-11-də Bakıya işgüzar səfəri gözlənilir. Bundan əvvəl isə Lavrov Ermənistanda olacaq. Qarabağda sülhməramlısı yerləşən bir ölkənin xarici siyasət məsələlərinə məsul nazir təbii ki, hər iki ölkədə Qarabağ ərtafında müəyyən müzakirələr aparacaq. Bu sırada 10 noyabr üçtərəfli razılaşması, 11 yanvar Moskva görüşündə əldə edilən nəticələr, kommunikasiyaların açılması və s. kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir”.

Bunu “Ölkə.Az”a açıqlamasında politoloq Rafail Becanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın marağında olan bir neçə məsələ var ki, bu, xüsusilə Lavrovla müzakirə edilməlidir.

“Birincisi, parad məsələsidir. Rusiya sülhməramlıları niyə Xankəndidə parad keçirir, hansı status və ya haqla?

İkinci məsələ isə Rusiyanın Ermənistana təzyiq etməsi və minalanmış xəritələrin Azərbaycana verilməsi olmalıdır. Azərbaycan tərəfi bu məsələni Lavrovun qarşısında şərt kimi qoymalıdır. Ermənistan sabitlik istəyirsə, Rusiya da bu məsələdə maraqlıdırsa, xəritələri alıb Azərbaycan tərəfinə təqdim etməsi üçün Paşinyan hökumətinə təzyiq etməlidir”, - politoloq qeyd edib.

O əlavə edib ki, hazırda Ermənistanı buna məcbur etmək üçün daha münasib zamandır:

“Ermənistanda seçkiyə hazırlaşırlar. Təzyiq və tələb olarsa, Paşinyan hökuməti Rusiyanı incik salmamaq üçün xəritələri təqdim edə bilər. Revanşistlər də bu məsələdə çox dərinə getməyəcəklər. Çünki hər iki tərəfə, həm Paşinyana, həm də revanşistlərə Rusiyanı incik salmamaq və onun dəstəyini qazanmaq hava-su qədər vacibdir. Seçkidən sonra isə qələbə qazanan kim olur-olsun, Paşinyan və ya revanşistlər bu xəritələri verməkdən imtina edəcəklər. Hazırda isə Azərbaycanın tələbi, Rusiyanın təzyiqi ilə bunu daha rahat təqdim edə bilərlər.

Bu baxımdan Lavrovun səfəri bizim üçün nəticəli bitməlidir”.
Paşinyan baş nazir seçilmədiErmənistan parlamentinin bu gün keçirilən xüsusi iclasında deputatlar Nikol Paşinyanı baş nazir seçməyib.

Erməni KİV xəbər verir ki, 75 deputat səsvermədə iştirak etməyib, 3 deputat N.Paşinyanın əleyhinə, 1 deputat lehinə səs verib.

Qanunvericiliyə əsasən, iki həftə ərzində növbəti səsvermə keçirilməlidir. N.Paşinyanın növbəti dəfə seçilməyəcəyi təqdirdə parlament buraxılacaq və yeni seçkilər təyin olunacaq.

Qeyd edək ki, N.Paşinyanın aprelin sonunda baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Parlament seçkilərinin ilkin tarixi iyunun 20-nə təyin olunub.
ABŞ-ın İrana 7 milyardı qaytaracağı təkzib edildiABŞ və İranda məhbus mübadiləsi həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

Qeyd edək ki, bundan öncə “Əl Məyadin” televiziyası ABŞ və İranın məhbusların mübadiləsi ilə bağlı razılaşdıqlarına dair məlumat yayıb. İddialara görə, ABŞ İranın dondurulmuş hesablarından 7 milyard dolları Tehrana verməyi öhdəsinə götürüb.

“Mən Cənubi Kiprə güvənmirəm, inanmıram"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cenevrədəki Kipr görüşü ilə bağlı açıqlama verib.

Avrasiya.net xəbər verir ki, Ərdoğan Kİpr probleminin həlli ilə bağlı görüşün 2-3 ay sonraya təxirə salınmasına diqqət çəkib.

“Mən Cənubi Kiprə güvənmirəm, inanmıram, onlar heç bir zaman dürüst davranmadılar. Doğru danışmadılar. İndi 2-3 ay sonrasına atıldı. Mən yenə bir nəticə alına biləcəyinə ehtimal vermirəm”, – deyə o bildirib.

Yunanların dürsüt olmadığını qeyd edən Ərdoğan, “Bunlar Bürgenstock zirvə görüşündə də yalan söylədilər, aldatdılar və onun nəticəsində keçirilən referanduma da sayğı duymadılar. Şimal 65% “Bəli” deyərkən, cənub tam əksinə, bir o qədər də “Xeyr” dedi. Bunlar yalançıdıar, dürüst deyil. İnid yenə eyni şeyləri edirlər. Keçən dəfə bəzi görüşlər xarici işlər nazirlərimiz arasında keçirildi. yenə gəldilər, fərqli-fərqli şeylər söyləyirlər. Dürüst davrandıqları zaman bizdən dürüstlüyü görəcəklər, amma dürüst davranmadıqları müddətcə bunlarla razılaşmaya gəlmək mümkün deyil”, deyə danışıb.
Elməddin Quliyevə YÜKSƏK VƏZİFƏ verildiElməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə E.Quliyev özünün feysbuk səhifəsində bildirib.

E. Quliyev bildirib ki, artıq 5 ildən çox çalışdığı Dövlət Statistika Komitəsindəki işindən ayrılıb: “Ötən müddət ərzində dövlət qulluğunda üzərimə düşən vəzifə və öhdəlikləri bacardığım qədər əzmlə yerinə yetirməyə çalışdım. Ən böyük qazancım isə zəngin təcrübə və peşəkarlarla iş oldu. Dövlət Statistika Komitəsinin bütün strukturlarında çalışan dostlarıma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Qeyd edim ki, fəaliyyətimi bundan sonra hakim Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam etdirəcəyəm. Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, regionun ən böyük təşkilatı olan hakim partiyada fəaliyyətə başlamaq sözsüz ki, mənim üçün böyük bir şərəfdir. Praqmatik Lider, qalib sərkərdə kimi dünyada böyük nüfuza malik olan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkənin alternativsiz təşkilatı olan bir siyasi partiyada çalışmaq, eyni zamanda, üzərimə böyük bir məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edərək əminliklə bildirirəm ki, çalışdığım bütün qurumlarda olduğu kimi, Yeni Azərbaycan Partiyasında da fəaliyyətimi var gücümlə davam etdirməyə və mənə göstərilən böyük etimadı doğrultmağa çalışacağam. Dəyərli həmkarlarımla qurulacaq yeni əməkdaşlıqdan fərəh hissi keçirirdiyimi bildirirəm".

Xatırladaq ki, Hüseyn Paşayev Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi ilə əlaqədar YAP mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib.
İlham Əliyev Türkiyə səfirinə: Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!"Bizim əlaqələrimiz haqqında saatlarla danışmaq olar, siz bütün bunları yaxşı bilirsiniz. Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər".

Avrasiya.net-in xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edərkən deyib.

"Mən əminəm ki, siz fəaliyyətiniz müddətində bu əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərinizi göstərəcəksiniz. Sizə uğurlar arzulayıram və “Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!” deyirəm", - Prezident bildirib
Nazirlik xəbərdarlıq etdi – Hava PİSLƏŞƏCƏKETSN Milli Hidrometeorologiya Xidmətinin Avrasiya.net-ə verdiyi məlumata əsasən mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-25 m/s, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı ehtimalı var.

Mayın 5-dən 6-sı axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir 15-20 m/s, mayın 5-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.