Meyxanaçı Ağakərimin son halı - VideoMeyxanaçı Ağamirzə Məmmədov uzun müddətdir yataq xəstəsi olan həmkarı Ağakərimə baş çəkib.

Avrasiya.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi Ağakərimin yaxşı olduğunu bildirib. O, meyxanaçının yeni görüntülərini yayıb.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci il martın 30-da beynə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Sabah Bakıya yağış yağacaq, rayonlara dolu düşəcəkSabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, mayın 2-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Yarımadada gecə 11-15 dərəcə, gündüz 17-19 dərəcə isti, Bakıda gecə 12-14 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq.

Mayın 02-si gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Mayın 2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi, meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Mayın 2-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, əsasən şimal və qərb rayonlarında dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.

Mayın 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.
Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan həlli vacib suallarİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dünən yaydığı məlumat diqqətimi çəkdiyindən gecikdirmədən (http://belediyye.info/new/details/torpaqlardan-qanunsuz-istifade-hallari-arasdirilib-faktlar--6381.htm) bəzi məqamlara münasibət bildirməyi özümə borc bilirəm.

***

Cənab Prezident İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə pozuntuların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqları canla-başla icra edildiyini dilə gətirən Əmlak Məsələləri Dövlət Xidməti kaş ki üç istiqamət üzrə, özü də ayrı-aryı rayonlarda olan regional idarələrin birləşdirilməsi məsələsinə də bir aydınlıq gətirəydi. Yəni bir qurumun üç istiqamət üzrə saysız-hesabsız regional idarələri formalaşdırılıb. Bu fikri önə çəkməklə biz regional idarəetməyə keçidn əleyhinə deyilik. Əksinə araşdırma və yazılarımızda daim bu ideyanın daha geniş miqyas almasının tərəfdarıyıq. İradım onadır ki, bu cür regional idarəetmə qəbul edilən deyil. Əslində idarətemədə optimallaşdırılmanın aparılmasında əsas meyar vətəndaş məmnunluğunun təminatı dayanır. Əgər qəbul edilən qərar buna yönəlmirsə demək qərar düz verilməyib.

Ən acınacaqlı məqam ondadır ki, müşahidələrimiz göstərir ki, bu qurumların, yəni mövcud regional idarələrin heç biri digərini qəbul etmir. Qısası qurumlar arası əlaqələr sıfır həddindədir desəm, yəqin ki, yanılmaram.

Fikir verin misal olaraq bir regional idarəyə toxunaq:

İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi -əhatə etdiyi rayonlar -Bərdə, Ağdam,Tər-tər, Naftalan, Goranboy.
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi - əhatə etdiyi rayonlar -Bərdə, Ağdam,Tər-tər,Naftalan, Goranboy.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsi - əhatə etdiyi rayonlar -Mingəçevir, Ağdaş, Yevlax, Bərdə, Tərtər, Ağdam.

Olmazmı bu idarələr, hətta idarə içində olan “idarə”lər ləğv edilsin və yenidən təşkil edilməklə şəffaflıq təmin edilmiş olsun. Misal olaraq Goranboy rayonunun ucqar kənd sakini bir sənədin həll edilməsi üçün həm Bərdə şəhərinə, həm də Mingəçevir şəhərinə üz tutmalıdır. Amma xidmət əməkdaşları deyə bilərmi ki, vətəndaş bu sənədlərin həlli üçün necə dəfə bu şəhərlərdəki idarələrə ayaq basmalıdır. Odur ki, vətəndaşın həyətyanı torpaq sahəsini əldə etməklə bağlı bələdiyyəyə müraciətindən sonra əldə etmək istədiyi torpaq sahəsinin "kupçasnı" və bununla bağlı prosesin niyə aylarla, hətta bəzən illərlə çəkdiyinə də xidmət əməkdaşları cavab versəydi yaxşı olardı. Torpaq alarkən vətəndaşın necə zülm çəkməsinə səbəb olan, bələdiyyənin isə ikiqat problemlə üz-üzə qoyan Xidmət niyə bu günədək bələdiyyələrin mülkiyyətinə torpaq və əmlak verməyib? Nəyi gözləyir. Axı bütün bunlarla bağlı Prezident Fərman və Sərəncamları hələ 1999-cu ildə imzalanıb. Üstəlik bu proseslərin onlayn şəklidə icrası, şəffaflığın təmin edilməsi, hərrac prosesindəki natamamlığın olması həqiqətən narahatlıq doğuran amillərdəndir. Maraqlıdır, əvvələr hərrac komissiyasının beş üzvü olduğu halda indi onun dörd üzvünün olmasını kim müəyyən edib. Hərrac komissiyasının beşinci üzvü kimi çıxış edən vətəndaş cəmiyyətinin təmsilçisini (və ya rayon ictimaiyyətinin nümayəndəsi) siyahıdan kim çıxarıb. Ümumiyyətlə, təhlillər göstərir ki, hərrac komissiyaların fəaliyyətinə yenidən baxılmasına zəruriət var.

Bundan başqa pay torpağını örüş sahəsinə çevirən, hətta kəndlərin, şəhərlərin mərkəzini belə örüş sahəsi kimi qeyd edən, örüş sahələrini də kateqoriyaya aid edib müəyyən maraqlar güdən, maraqlıdır, kimlərdir? Bələdiyyə sədrləri ya xidmət əməkdaşları?

Bir çox hallarda bələdiyyə ərazisini dövlət mülkiyyəti hesab edən, bələdiyyələrə iki dəfə rüsum ödətdirən bir qurum nə vaxt sakinlərin, Azərbaycan vətəndaşlarının real olaraq məmnunluğunu qazanmağa səy göstərəcək. Bilmək maraqlı olardı.

Üstəlik, iyirmi ildir min bir bəhanə ilə paytaxt bələdiyyələrinə mülkiyyətə torpaq sahəsi ayrılmırsa, əraziləri tanıdılmırsa Xidmətin fəaliyyətinə necə qiymət verək. Bu gün bələdiyyələrə xəritələri təsdiq edilib verilmədiyindən bələdiyyə öz ərazisini nə məhkəmə qarşısında, nə Bakı Nəqliyyat Agentliyi qarşısında, nə Dövlət Reklam Agentliyi qarşısında, nədəki Ekologiya və Təbii sərvətlər nazirliyi qarşısında isbat edə bilmədiyindən milyonlarla manat maliyyə vəsaiti itirir, məhz İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyəti nəticəsində. Nəticə də isə sakinlərin qaldırdığı problemlər vaxtında öz həllini tapmır və narazılıqlar, inciklliklər və problemlər yaşanır.

Başqa bir tərəfdən Abşeron, Binəqədi, Sabunçu rayonlarında zəbt edilmələri həvəslə deyən xidmət əməkdaşları axı bununla özünü “yeni Amerika” açmış kimi göstərməməlidir. Çünki bu proseslərdə, habelə problemin bu şəkil almasında xidmətin də öz günahı və öz məsuliyyəti var. Hər halda etiraf edilsəydi daha məqsədəuygun olardı.

***

Son olaraq qeyd etmək istərdim ki, biz cənab Prezident İlham Əliyevin atdığı bütün addımları dəstəkləyirik. İlham Əliyev Ali Baş Komandan kimi ötuz illik mücadilədən sonra Qarabağ problemini birdəfəlik həll etməklə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdrımış oldu. Və bu gün Azərbaycan məhz İlham Əliyevin sayəsində Qafqazda söz sahibidir. Bu reallığı heç bir Azərbaycan vətəndaşı dana bilməz.

Sözsüz ki, sadaladığımız mövcud problemlər inkişafa maneə yaratmır.

Ancaq bizdə vətəndaş cəmiyyətinin təmsilçisi olaraq idarəetmədə öz yeri olan bir qurumun qarşılaşdığı problemi qaldırmaqla onun tezliklə həll edilməsini və ölkəmizin daha yüksək inkişafa nail olmasını istərdik. Məhz əsas məqsədimiz də elə budur.

Odur ki, düşünürəm ki, şəxsinə hörmətim olan Mikayıl Cabbarov qaldırılan məsələlərə reaksiya verməklə onların aradan qaldırılmasına yardımçı olacaqdır. Məhz hörmətli Mikayıl Cabbarovun müdaxiləsindən sonra vətəndaşlarda və on beş minlik bələdiyyə üzvlərində narazılıq yaradan məqamların aradan qaldırlacağına tam əminəm.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri
İŞİD Kərkükə hücum etdiİŞİD İraqın Kərkük şəhərinə hücum təşkil edib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Rudav" agentliyi məlumat yayıb.

Məsələ ilə bağlı agentliyə danışan Peşmərgə Qüvvələri Kərkük Qərb Cəbhəsi zabiti Nuri Həmə Əli deyib:

"Hücum zamanı baş verən qarşıdurmada 3 peşmərgə üzvü ölüb, 2-si isə yaralanıb".
Vasif Bağırov vəzifəsindən azad edildiBaku Steel Construction ASC-nin İdarə Heyətinin sədri Vasif Bağırov vəzifəsindən azad edilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, səhmdar cəmiyyətinə sədrlik Həmid Zeynalova həvalə olunub.

Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,512 milyon manatdır. Şirkətin səhmlərinin 80%-nə bir qədər əvvəl rəhbərliyi dəyişdirilmiş “Baku Steel Company” MMC, 16,8%-nə iş adamları Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC, 3,2%-nə isə fiziki şəxslər (əsasən əmək kollektivi) nəzarət edir.
İran səfirliyi kitab toplama aksiyasına qoşulub - FOTOLARDünən İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Abşeron rayonunda olub və işğaldan azad edilmiş ərazilərdə kitab fondlarının bərpası məqsədi ilə keçirilən kitab toplama aksiyasına İran İslam Respublikasının səfirliyi də qoşulub.

Bu barədə Avrasiya.net-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfir Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru ilə birlikdə Xırdalan Şəhidlər Xiyabanını ziyarət edib, Şəhid məzarları üstünə qərənfil dəstələri qoyublar . Daha sonra iştirakçılar Yanardağ abidəsində olub və Abşeron rayon Tarix-Diyarşünaslıq muzeyini , Xırdalan şəhərində Heydər Əliyev abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət etdilər, nümayiş olunan eksponatlar haqqında əməkdaşlar tərəfindən ətraflı məlumat verilib. Sonda Səfir Abşeron ərazisində keçirilən və İcra Hakimiyyətinin də qatıldığı kitab toplama aksiyasına öz ölkələri adından kitablar hədiyyə edib.

Səfir Abşeron rayon İcra Hakimiyyətinin də qatıldığı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kitab fondlarının bərpası məqsədi ilə keçirilən aksiyaya qatılmaqdan məmnunluğunu ifadə edib.




Mehriban Əliyeva xristian icmasını təbrik etdiBirinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Avrasiya.net M.Əliyevanın İnstaqram hesabında paylaşdığı təbrikin mətnini təqdim edir:

"Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram! Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!"
Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vuraraq qaçıbAprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb.

Qol nahiyəsindən yüngül xəsarət alan polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Araşdırma aparılır.
Türkiyə Şuşada konsulluq açır"Ermənilər aprelin 21-də Zəngilan və Qubadlı ilə sərhəddə atəşkəsi pozduqları kimi təxribatlarına yenə davam edərlərsə, əlbəttə ki, Azərbaycanımız adekvat cavab verərək özünü müdafiə edəcək".

Avrasiya.net xəbər verir ki, bunu milli.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Diplomat bildirib ki, ermənilər təxribat əməllərindən əl çəkərlərsə, regionda münasibətlər müsbət məcrada davam edə bilər:

"Ermənilər sərhəddə yenidən təxribat törədərlərsə onlar üçün heç yaxşı olmayacaq, Azərbaycan bunu qarşılıqsız qoymayacaq. Çünki Azərbaycanımız haqqını, hüququnu qorumaq istəyir. Yəni erməni əsgərlərinin bu cür teraktlar törədib, təxribatyönlü davranış sərgiləməkləri qəbul edilə bilməz. Bunun cavabdehliyini təbii ki, Rusiya hökümətinin üzərinə götürməsi, onların buna diqqət etməsi lazımdır ki, bir daha belə hadisələr təkrarlanmasın. Bu, rus sülhməramlılarının vəzifəsidir. Onlar vəzifələrinin öhdəsindən gələrlərsə, imiclərini qoruyarlar. Bunu etməzlərsə, insanlarda güvənsizlik yaranar və deyərlər ki, bunlar sülhməramlı yox, başqa missiya üçün bölgədə fəaliyyət göstərirlər. Biz istəyirik ki, 10 noyabr bəyanatına əməl edilsin. İnşallah, düşünürəm ki, bir də belə şeylər olmaz.

Həm Azərbaycan, həm də Türkiyə Rusiya ilə təmaslarını davam etdirəcək. Bu terror əməllərindən əl çəkərlərsə, regionda münasibətlər müsbət məcrada davam edər. Rusiya dövlət başçısı Vladimir Putin də Zəngəzur koridorunun və digər kommunikasiyaların açılmasını istəyir. 11 yanvar bəyanatına əsasən baş nazirlərin müavinlərinin iştirakı ilə toplantılar da bunun üçün nəzərdə tutuldu. Tez bir zamanda 11 yanvar bəyanatının müddəalarının yerinə yetirilməsi ilə yavaş-yavaş sülh müqaviləsini imzalamağa doğru getmək lazımdır.

Bir xoş xəbər də verim, Şuşada Türkiyə konsulluğunun açılması yönündə qərar verilib. Şuşada konsulluğumuz açılacaq".
Şamaxıda yas mərasimi keçirənlər cərimələndiŞamaxıda yas mərasimləri təşkil edənlər cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbirlər nəticəsində şəhər ərazisində iki fərqli ünvanda yas mərasimlərinin təşkil edildiyi müəyyən olunub.

Müşviq Səfərov və Samir Məmmədzadəyə məxsus fərdi yaşayış evlərində keçirilən yas mərasimləri RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.