ABŞ Dövlət Departamentindən “erməni soyqırımı” açıqlamasıABŞ Prezidenti Co Baydenin 24 aprel açıqlaması Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımır.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Anadolu” agentliyinin müxbirinə daxil olan yazılı açıqlamada bildirilib.

“ABŞ Prezidentinin son açıqlaması ABŞ məhkəmələrinin mülki yurisdiksiyası qarşısındakı Türkiyənin suveren toxunulmazlığına təsir etmək məqsədi daşımayıb, bu vəziyyət Xarici Dövlət Toxunulmazlığı Qanunu ilə tənzimlənməkdədir”, - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin 24 apreldə etdiyi açıqlamasında 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlətməsinə Türkiyə tərəfi sərt reaksiya verib.
"Azərsu" rəhbərinin kürəkəni qəza törətdi - VideoAzərsu ASC-nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobili ilə qəza törədib. Onun qəza zamanı içkili olduğu bildirilir.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, hadisə martın 19-da gecə saat 1 radələrində baş verib. Turan Həsənzadə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə “Port Baku”nun qarşısında park vəziyyətində olan iki avtomobili vurub.

Turan Həsənzadənin hadisəni törədən zaman içkili olduğu məlum olub. T.Həsənzadə hadisə yerində avtomobil sahiblərinə deyib ki, maşınları düzəltdirəcək.

Lakin səhər saatlarında hadisə yerinə Elvin adlı bir şəxs gəlib və qəzanı özünün törətdiyini deyib. o bildirib ki, pulu olmadığı üçün maşınları düzəltdirməyəcək. Baş verən qəza ilə bağlı tərəflər arasında mübahisə davam edir. Mövzu ilə bağlı yeni təfərrüatları təqdim edəcəyik.

Qeyd edək ki, Turan Həsənzadə Ədliyyə Nazirliyində ekspertiza mərkəzində rəhbər şəxsdir. Onun dayısı Pirallahı rayonunun İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.
Azad Rəhimov dünyasını dəyişdiAzərbaycan Respublikasının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin rəsmi Feysbuk səhifəsi məlumat yayıb:

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik", - məlumatda deyilir.
İlham Əliyev İsrailə başsağlığı verdiAzərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı məktubu ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Azay Quliyev yenidən sədr seçildiAprelin 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Agentlik açıqlama yayıb.

Bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.
Prezident pravoslav xristian icmasını təbrik etdiPrezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi – Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan ölkəmizdə ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız, o cümlədən pravoslav xristianlar ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında xristian həmvətənlərimizin xidmətlərini yüksək qiymətləndirirəm. İnanıram ki, onlar Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə qüvvələrini səfərbər edərək bundan sonra da əzmlə çalışacaqlar.

Pasxa bayramı paklığı, yeniliyi, dirçəlişi və xeyirxahlığı təcəssüm etdirir. Bu əziz gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayıram.

Bayramınız mübarək olsun!"
Nazirlik Azad Rəhimovla bağlı müraciət etdiGənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova nazir Azad Rəhimovla bağlı mətbuata müraciət edib.

Avrasiya.net S.Məmmədovanın müraciətini təqdim edir:

“Hörmətli media nümayəndələri! Hər birinizin narahatlığını başa düşür, anlayışla qarşılayıram. Hər birinizə Azad müəllim üçün etdiyiniz dualar, dediyiniz xoş sözlər üçün dərin təşəkkür edirəm. Sizdən son dərəcə xahiş edirəm, əsaslanmamış informasiyaları yayıb çaşqınlıq yaratmayın. Bu onun ailəsinə, doğmalarına çox pis təsir edir. Telefonum hər biriniz üçün açıqdır və daima əlaqədəyik. Bacardığım qədər sizi bundan sonra da məlumatlandıracam”.

Qeyd edək ki, Unikalorg.az saytı nazirin vəfat etdiyi və nəşinin Azərbaycana gətirildiyinə dair məlumat yayıb.
Baş Prokurorluq BSU-nun yalanını ifşa etdi - ŞokBaş Prokurorluq Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın barəsində cinayət işi ilə bağlı daha bir açıqlama yayıb.

Avrasiya.net açıqlamanın mətnini təqdim edir:

"Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olan çoxsaylı şikayətlər əsasında aparılan araşdırmalar nəticəsində cinayət işinin başlanılması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 29 aprel 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin, Dürdanə Əliyevanın qanunsuz əməllərinə dair cinayət işinin guya vətəndaş şikayətləri əsasında deyil, universitetin rektorunun Baş Prokurorluq və Təhsil Nazirliyinə etdiyi müraciət əsasında başlandığı barədə məlumatlar yayılıb.

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında başlanıb və yalnız bundan sonra 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub.

Təəssüflə bildiririk ki, rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyətdə çaşqınlıq yaradır. Baş Prokurorluq hər kəsi bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır".
Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin şəhər və rayonlarında tədbirlərini davam etdirir. Aprelin 29-da Şuranın sədr müavini, professor Elmira Süleymanovanın iştirakı ilə Yardımlı və Cəlilabad rayon təşkilatlarının konfransları keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla məhdud tərkibdə keçirilən bu tədbirlərdə ağsaqqallarla yanaşı rayon icra hakimiyyətlərinin rəhbərləri də iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, hər iki rayonda tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Yardımlı və Cəlilabadda Ağsaqqallar Şurasının rayon təşkilatlarının konfransları keçirilib
Konfranslarda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova Yardımlı və Cəlilabad ağsaqqalları ilə görüşdüyü üçün çox şad olduğunu bildirib və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını onlara çatdırıb. Tədbirlərin müqəddəs Ramazan ayına təsadüf etməsini gözəl bir əlamət hesab edən Elmira xanım ayların şahı olan bu ayın Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşılandığını, ümumiyyətlə, xalqımızın dinimizə, imanımıza, müqqəddəs Qurani- Kərimə olan sədaqətini və inancını yüksək qiymətləndirib.

Daha sonra Elmira Süleymanova böyük qürur hissiylə qeyd edib ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun apardığı 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi və Ermənistanın tam təslim olması ilə nəticələndi. Əzəli və əbədi torpaqlarımız 30 illik erməni işğalından azad edilərək ölkəmizin tarixi ərazi bütövlüyü bərpa olundu. Bildirilib ki, şanlı Ordumuzun zəfər yürüşü, düşmənin bütün torpaqlarımızdan qovulması, Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi yaşadığımız bütün bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfə oldu və bu gün savaş meydanında əldə etdiyimiz bu tarixi Qələbənin ardınca Azərbaycanı daha firəvan həyat gözləyir. Elmira xanım, həmçinin, xüsusi olaraq vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ağsaqqallara və ahıl vətəndaşlara dövlətin diqqət və qayğı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət istiqaməti, məqsəd və vəzifələri barədə fikirlərini bölüşən Elmira Süleymanova qeyd edib ki, onların Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin tapşırığı ilə Yardımlı və Cəlilabada gəlməkdə əsas məqsədləri rayonların Ağsaqqallar Şurasına sədr, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası seçkisində iştirak etməkdir və çox sevindirici haldır ki, hal-hazırda Respublika Ağsaqqallar Şurası daha intensiv fəaliyyət göstərərək cəmiyyətimizin və dövlətimizin inkişafında öz layiqli rolunu oynayır.

Konfranslarda çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Mansur Məmmədov tədbirlərin işinə uğurlar arzulayaraq bildiriblər ki, ağsaqqallar həmişə ölkəmizin ictimai-mədəni həyatında əhəmiyyətli rol oynayıblar və Azərbaycanda ağsaqqal sözü hər zaman böyük məna daşıyıb, xüsusi əhəmiyyət kəsb edib. Qeyd edilib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyəti danılmazdır. Həmçinin rayonların sosial-iqtisadi inkişafında da ağsaqqalların böyük əməyi vardır.

Daha sonra təşkilati məsələlər müzakirə olunub - yeni Əsasnamələr qəbul edilib, Məzlum Mənsimov Yardımlı Rayon Ağsaqqallar Şurasının, Ədalət Əsgərov isə Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin hər iki rayon təşkilatının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.
Sonda rayonların yeni seçilmiş sədrləri, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri onlara göstərilmiş yüksək etimada görə tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər və bu etimadı doğrultmaq üçün öz potensiallarından maksimum istifadə edəcəklərinə söz veriblər.
Prezident Tatardan BMT Baş katibinə və tərəflərə 6 maddəlik TƏKLİFŞimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar BMT Baş katibi Antonio Guterresə və tərəflərə bir sənəd və sonunda 6 əsas elementi əhatə edəcək təklif verib.

Avrasiya.net xəbər verir ki, Tatarın BMT-yə təklifində iki tərəfin Kiprdə bərabər suverenliyi ilə, BMT-nin himayəsi altında nəticəyə hesablanmış və təqvimi bəlli olan müzakirələrə başlanıla biləcəyi ifadə edilib.

Ersin Tatarın təklifində, “Bu müzakirələr sonucunda varılacaq hər hansı bir anlaşma, iki dövlətdə eyni olaraq bərabər zamanlı referendumlarda təklifə təqdim ediləcəkdir”, ibarəsi də yer alıb. “Kiprli Türk təklifinin özü, Kipr Türk xalqına xas olan suveren bərabərliyin və bərabər beynəlxalq statusun tanınmasıdır və bu şəkildə adadakı mövcud iki dövlət arasında əməkdaşlıq əlaqələri qurula bilər” ifadəsi ilə başlayan təklifdə “Bu, həqiqi və davam etdirilə bilən bir həllə doğru sonuca hesablanmış və bəlli bir zaman müddətini əhatə edən müzakirələrin yolunu açacaqdır”, ifadəsi qeyd edilir.

Mətndə Kipr Türklərinin bir gecədə deyil, on illərlə sürən uzun, çətin və uğursuzluqla nəticələnən müzakirələrin sonunda bu nöqtəyə gəldiyi, iki toplumlu, iki kəsimli federal həll modelinin bütün ölçülərinin tükəndiyi vurğulanıb.

Sənəddə qeyd edilir ki, bu uğursuzluğun əsas səbəbləri Yunanıstan və Kipr yunanlarının Kipri ​​Helenizmin bir parçası olaraq görmələri, 1960-cı il sazişlərinin pozulması, tərəfdaşlığın qəsb edilməsi və davam edən işğalın yaratdığı tərəflərin qeyri-bərabər statusu idi.

Təklifdə Kipr Türk tərəfinin 1960-cı il razılaşmalarının tərəfi olduğunu və Kipr Cumhuriyyətinin qurucu ortağı olduğunu xatırladaraq, deyilir ki, dövlətin bütün xüsusiyyətlərinə sahib olan Kipr Türk tərəfinin yunan tərəfinin hazırda sahib olduğu və istifadə etdiyi eyni hüquq və statusa sahibdir.

Prezident Tatar tərəfindən təqdim olunan təklifdəki 6 maddə aşağıdakı kimi sıralanıb:

1. Kipr Türk tərəfi rəsmi olaraq bərabər statusun və suveren bərabərliyin təsdiqlənməsini və BMT Baş Katibi Guterres-in təşəbbüs göstərməsini və məsələni BMT Təhlükəsizlik Şurasına təqdim etməsini rəsmən istədi. Bu istiqamətdə ortaya çıxacaq yeni BMT qətnaməsi ilə adadakı mövcud iki dövlət arasında əməkdaşlıq modelinin formalaşmasına zəmin hazırlayacaqdır.
2. İki tərəf arasında bərabər beynəlxalq statusun və suveren bərabərliyin təmin edilməsindən sonra tərəflər, BMT Baş katibinin müşahidəsi ilə nəticələrə yönəlmiş, vaxt məhdudiyyəti və yeni əsaslarla, sərbəst və ümumi qəbul ilə əməkdaşlıq müqaviləsi bağlaya bilərlər.
3. Tərəflər arasındakı danışıqlar perspektivli əməkdaşlığa əsaslanacaq və daşınmaz əmlak, təhlükəsizlik, sərhəd tənzimləmələri və Aİ ilə münasibətlərə toxunacaqdır.
4. Danışıqlar Türkiyə, Yunanıstan və İngiltərə tərəfindən dəstəklənəcək və AB-nin müşahidəçi olması uyğun olacaq.
5. İki tərəf arasındakı razılaşmaya əsasən, iki dövlət bir-birini qarşılıqlı tanıyacaq və zamin dövlətlər bunu dəstəkləyəcəkdir.
6. Bu danışıqların nəticəsi olaraq əldə ediləcək bir razılaşma eyni anda və ayrıca olaraq keçiriləcək bir referendumda iki dövlətə təqdim ediləcək.