Şəhid Xudayarı təhqir edən gənci belə döydülər - VİDEOSosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında nalayiq ifadələr işlədən şəxs döyülüb.

Avrasiya.net xəbər verir ki, Fuad Rəsulzadə adlı gənc bir müddət öncə Tvitter sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır” adlı status yazmışdı. Bu sözlər sosial şəbəkədə kəskin etirazla qarşılanmışdı.

Bu gün həmin gəncin döyülməsi haqda video sosial şəbəkədə paylaşılıb.

Onu kimlərin döydüyü məlum deyil. Həmin videonu təqdim edirik:
ABŞ dövlət katibi İlham Əliyevə niyə zəng etdi... - TƏHLİLABŞ dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng etdi. Vaşinqtondan Bakıya edilən bu zəng və müzakirə edilən mövzular bir neçə kontekstdə diqqət çəkir:

1. Baydenin “soyqırımı” deməsindən sonra edilən ilk zəng;

2. Minsk qrupunun gələcək faəliyyətinin müzakirəsi;

3. Əliyev Azərbaycanın Türkiyənin yanında olduğunu yenidən diqqətə çatdırır.

Blinkenin “soyqırımı” məsələsindən sonra Əliyevə zəng etməsi ABŞ-ın enerji təhlükəsizliyindən tutmuş regional təhlükəsizliyə qədər bir çox məsələdə əməkdaşlığı davam etdirməkdə maraqlı olması deməkdir.

Vaşinqton ermənilərə “hədiyyə” versə də, Bakı ilə işləmək istəyir.

“Minsk qrupunun gələcək fəaliyyətinin” müzakirəsi Bakının mövqeyinə yaxındır. Azərbaycan münaqişənin bitdiyini, həmsədrlərin gələcək fəaliyyətinin hansı formatda olmasının yenidən müəyyən edilməsini və daha çox humanitar proseslərdə iştirakını deyir. Əliyev Blinkenə bu mövqeyi çatdırıb və müzakirənin müharibədən sonrakı vəziyyətlə bağlı olması da Vaşinqtonun Bakının mövqeyini qəbul etməsi kimi izah oluna bilər. Hərçənd, hər şey proseslərin inkişafından asılı olacaq.

ABŞ regionda kommunikasiyanın bərpası prosesindən kənarda qalmaq istəmir, xüsusilə Cənubi Qafqazı Çinlə mübarizə müstəvilərindən birinə çevirməyə hazırlaşan Vaşinqtonun “Zəngəzur dəhlizi”ni öz təsirinə almaq və Mərkəzi Asiyaya çıxış marşrutu olaraq istifadə etmək planının olduğu görünür.

“Soyqırımı” məsələsinin əsas hədəflərindən biri bu idi.

Əliyevin “soyqırımı” ifadəsindən narahatlığını birbaşa Baydenin baş diplomatına bildirməsi və Türkiyənin yanında olduğunu diqqətə çatdırması həm də gələcək mövqeyinin ifadə edilməsidir:

Bakı Ankaranın yanındadır və ABŞ regionda öncə Türkiyə ilə razılaşmalıdır.

Asif Nərimanlı


Rusiya ordusuna nəzarət edirik - ABŞ generalıABŞ yaxın gələcəkdə Rusiya-Ukrayna sərhədində gərginliyin artacağını gözləmir.

Bu açıqlama ilə ABŞ ordusunun Baş Qərargah Komitəsinin sədri general Mark Milli çıxış edib.

Milli bildirib ki, son bir neçə həftə ərzində ABŞ Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə yerləşdirilməsinə nəzarət edir:

"Bəzi qoşun hissələrinin geri çəkildiyini bilirik. Bu, yaxşı xəbərdir. Yaxından vəziyyəti izləyirik. Yaxın gələcəkdə dramatik və ya təcili bir şey gözləmirik".


axar.az
Ermənilər Xankəndini boşaldırlar - VideoErmənilər Laçın dəhlizi vasitəsilə Xankəndini boşaldırlar.

Avrasiya.net xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bu gün çəkilən görüntülərdə ermənilərə məxsus hərbi avtomobillərin və zirehli texnikanın Laçın dəhlizi vasitəsilə Xankəndini tərk edərək Ermənistana keçməsi əks olunub.

Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
Azərbaycan İsraildə nümayəndəlik AÇACAQAzərbaycan 2021-ci ildə İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir.

Avrasiya.net xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan bu il İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi açmaq niyyətindədir. (İsrail-red) Xarici işlər naziri Qabi Aşkenazi bu gün videokonfrans rejimində keçirilən iki ölkə arasında ikitərəfli münasibətlərin və ticarətin inkişafına həsr edilmiş İsrail-Azərbaycan müştərək komissiyasının ikinci iclasında İsrail nümayəndə heyətinə başçılıq edirdi. İclas zamanı Azərbaycan nümayəndə heyətinin başçısı, iqtisadiyyat naziri Mikail Cabbarov bildirdi ki, Azərbaycan bu il İsraildə turizmin inkişafı üzrə rəsmi nümayəndəlik və diplomatik statuslu ticarət nümayəndəliyi açmaq niyyətindədir", - bəyanatda deyilir.