Müşahidə Şurasının üzvü Prezidentə təşəkkür etdiAzərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi Vüsal Quliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edildiyi üçün ölkə başçısına təşəkkür edib.

"Yeni yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlüyünə Prezident Administrasiyasının nümayəndəsi kimi yüksək etimad göstərilərək təyin edildiyimə görə Cənab Prezidentə səmimi qəlbdən təşəkkür edirəm.
Digər təyinat alan həmkarlarımı təbrik edir, hər birinə yeni işlərində müvəffəqiyyət arzulayıram.
Mənə təbrik ünvanlayan dostlarıma isə sonsuz minnətdarlığımı bildirirəm. "
"Ermənilər unutmasınlar ki, qarşılarında böyük türk milləti var"Sadiq Qurbanov
Milli Məclisin deputatı


Erməni millətinin, eyni zamanda zaman- zaman onlara rəhbərlik edənlərin hansı xislətə malik olması haqqında, faşizmə sevgilərinin mahiyyəti haqqında, uydurma, yalançı tarixlərinin geniş təbliğatı üçün yaratdıqları diaspora, terror təşkilatları haqqında çox eşitmişik. Havadarlarının kimlikləri bütün dünyaya bəllidir. Bu millət haqqında çox öyrəndikcə, düşünürsən ki, Tanrı deyəsən bu milləti başqa xalqların öz məqsədlərinə çatması üçün “istifadəçisi”(istifadə olunması) xətrinə yaradıb. Onlarda bu istifadəçilik missiyasından yararlanmağa çalışırlar. Son yüz ildə baş verən hadisələrə nəzər salsaq dediklərimizin təsdiqini taparıq. İstəyirəm erməni xisləti haqqında sadəcə bir epizodla sizləri tanış edim.

ASALA-nın ilk terorunu həyata keçirən Gürgen Mıgırdiç 1973-cü il tarixində Türkiyənin Los Angeles Baş konsullu və köməkçisinə qarşı sui-qəsd həyata keçirdi. Yanıkyan 24 dekabr 1895-ci il tarixdə Ərzurumda anadan olub Moskva Dövlət Universitetində mühəndislik təhsili alıb. II dünya savaşı zamanı Müttəfiq Dövlətlərin dəmiryol xətlərində işləmək məqəsədi ilə 1946-cı il də ABŞ-a köçmüşdür. Yanıkyan 77 yaşında ikən əlində Əbdülhəmid dönəmindən qalma bir tablo olduğunu və bunu Türkiyəyə bağışlamaq istədiyini Türk konsulluğuna bildirərək Santa Barbarada qaldığı otelə dəvət etmişdir. 27 yanvar 1973-cü il tarixdə baş tutan görüş zamanı Türk diplomatlarını qarşılayan Yanıkyan çox qısa bir aradan sonra tapança ilə baş konsul Mehmet Baydar ve Bahadır Demiri öldürmüşdür. İddialara görə Yanıkyan cinayətdən sonra otelin müdir ve xidmətçilərinə "Ailəmdən 26 kişiyi Türklər ve Ruslar öldürdü, onların intiqamını aldım" demişdir. Sui-qəsdən öncə California Courier qəzetinə göndərdiyi 118 səifəlik məktubunda "Sizlər bu məktubu oxuduğunuzda mən yeni bir savaş yolu icat etmiş və kerçəkləşdirmiş olacağam. Öndən gedirəm, Ermenilər arxamca gəlsin. Bundan sonra ABŞ- da mühkimə edilən Yanıkyan məhkəmə zamanı törətdiyi bu vəhşiliyin səbəbini 1915-ci il “soyqırım” hadisələrinin törədilməsində olduğunu iddia etdi və araşdırılmasını istədi. Lakin məhkəmə bunu uyğun görmədi və onu həbs etdi. Daha sonra, müəyyən qüvvələrin yardımı ilə 31 yanvar 1984-cü ildə səhhətinin həbsdə qalmağa imkan verəməməsi səbəbindən əfv edilərək qocalar evinə yerləşdirilmişdir. 27 fevral 1988 orada ölmüşdür. Onu da xatırladım ki, Yanıkyan həm də erməni xalqının “uğurlu” yazıçısı kimi də tanınıb.

3 may 2019-cu il tarixdə onun sümükləri, indiki Ermənistan rəhbərliyi tərəfindən gətirilərək Ermənistanın əsgəri məzarlığında dəfn edilmişdir.
Başqa bir misal, Ermənistanın Şirak vilayətində Osmanlı dövlətinin baş naziri Mehmet Tələt Paşanın qatili Soqomon Teyliryanın heykəlinin qoyulması, heykəldə Tələt Paşanın kəsilmiş başı Teyliryanın ayaqları altında təsvir edilmışdir.

Ermənilər bu addımı atmaqla nə qədər qəddar olduqlarını və bəsit təfəkkürlə qərarlar qəbul etdiklərini ortaya qoyurlar.

Burada iki millətin mənəvi dəyərləri arasında müqaisə aparmaq, insanı kefiyyətlərini dəyərləndirmək yerinə düşər.

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilmir, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırırdı. Ona görə də Cavid Sibir buzlaqlarına, Maqadana sürgün edilmişdi, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətində vəfat etmişdi. Heydər Əliyevin göstərişi ilə 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi. Hüseyn Cavidin məzarının gətirilməsi, həm xalqımızın milli dəyərlərinə, eyni zamanda inşalığın bəşəri dəyərlərinə bir töhvə idi.

Belə misalları çox çəkmək olar. Çox təəsüflər olsun ki, Xocalı soyqırımı törətməklə, heykəllər qoymaqla, ermənilər öz uşaqlarını türklərə hiss etdikləri kin və nifrəti aşılamaq üçün səhv bir yolu seçiblər. Amma unutmasınlar ki, qarşılarında böyük türk milləti var.


YAP-ın mətbuat katibi işdən çıxarıldıYeni Azərbaycan Partiyasında (YAP) kadr islahatları davam edir.

Avrasiya.net Unikal.org-a istinadən məlumat verir ki, uzun illərdir partiyanın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan Hüseyn Paşayev tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Hüseyn Paşayev ötən gün Mərkəzi Seçki Komissiyasının üzvü seçildiyi üçün YAP-dakı vəzifəsindən azad edilib.


İlham Əliyev sərəncam imzaladıPrezident İlham Əliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin təyin edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi haqqında Nizamnamə”nin 4.4-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

dövlət orqanlarından

Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi

Məmmədov İlqar Kamil oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi

Hacıyev Zakir Yusif oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsi müdirinin müavini

qeyri-hökumət təşkilatlarından

Allahverənov Azər Kərim oğlu – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri

Həsənov Əvəz Yediyar oğlu – “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri

İsgəndərov İsrayıl İsa oğlu – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri

İbrahimov Zaur İbrahim oğlu – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

Quliyev Azay Əjdər oğlu – “Beynəlxalq Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri

Mehdiyev Nurəddin Səftər oğlu – “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri

Orucov İlqar Nəcibəddin oğlu – “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri

Səfərova Günel Məhərrəm qızı – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 739) 1-ci hissəsi ləğv edilsin.
Ölkəmzidə koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 402 yeni yoluxma faktı qeydə alınıb, 2 238 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 316 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 285 024 nəfər müalicə olunaraq sağalıb, 4 461 nəfər vəfat edib. 27 036 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 194, bu günə qədər isə ümumilikdə 3 218 111 test icra olunub.
Həkim xəstənin kor bağırsağı əvəzinə nazik bağırsağını kəsdiBiləsuvar rayonunun Xırmandalı kənd sakini, 1985-ci il təvəllüdülü, Qarabağ veteranı Cəmil Nurəddin oğlu Rüstəmov həkim səhlənkarlığının qurbanı olub.

Avrasiya.net Nuh.az-a istinadən xəbər verir ki, Cəmilin səhhətti ilə bağlı müraciət etdiyi “həkim” onun kor bağırsağının əvəzinə nazik bağırsağını kəsib.

"2020-ci ilin iyun ayının 26-da özümdə ağrı, sancı hiss etdim. Həmən gün səhər bacımla Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına getdik. Analizlərimi verəndən sonra məni həkim Ziyafət Bayramovun qəbuluna göndərdilər. O, analizlərimə baxıb dedi ki, səndə apendiks-kor bağırsaqdır, narahat olma, sadə əməliyyatdır, get evdə yuyun, qarın hissəni təmizlə, saat 16-00-da gəl, əməliyyat edəcəm. Biz həkimin dediklərini elədik və saat 16-30-da həkim məni əməliyyat etdi. Və buna görə məndən 250, atamdan isə 500 manat aldı. Əməliyyatdan 3 gün sonra həkim məni evə buraxdı. Evdə yaram - əməliyyat yeri partladı və yara yerindən nəcis gəlməyə başladı. Məni təcili xəstəxanaya gətirdilər. Həkim Ziyafət Bayramov məni ikinci dəfə əməliyyat elədi. Vəziyyətim daha da ağırlaşdı. Həkimə dedim ki, əməliyyat yerindən nəcis gəlir, o isə dedi ki, nəcis deyil, çirkdir, sən məndən çox bilirsən? Sonradan məlum oldu ki, Ziyafət həkim kor bağırsaq əvəzinə mənim nazik bağırsağımı kəsib. Mən hazırda yarımcanam”,- şikaətçi bildirib.

Cəmil Rüstəmov Səhiyyə Nazirliyindən, Baş prokurorluqdan xahiş edir ki, komissiya yaradılsın və günahkar həkim cəzalandırılsın.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayeva isə şikayətçinin haqlı olduğunu bildirib:

“Qoy məhkəməyə müraciət etsin, ancaq məni narahat etməyin.”.

Həkim Ziyafət Bayramov isə bildirib:

"Cəmil Rüstəmova 4 min manat pul təklif edirəm, götürsün də”.

Xatırladaq ki, bir neçə il əvvəl də oxşar hadisə baş vermişdi. Belə ki, Səhiyyə Nazirliyinin Mikrocərrahiyə Mərkəzində həkim əməliyyat zamanı qadının iltihablı sol ayağı əvəzinə sağlam olan sağ ayağını kəsmişdi.

Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilibBu gün Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Şuradan Avrasiya.net-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tədbir iştirakçılarını salamlayaraq bildirib ki, rayonumuzun inkişafında, mədəni-ictimai həyatında, gənc nəslin formalaşmasında ağsaqqallarımız hər zaman xüsusi rol oynayıblar. Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun 44 gün ərzində qazandığı möhtəşəm Zəfərdən qürurla söz açan rayon rəhbəri qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsində Abşerondan olan oğullarımız da böyük qəhrəmanlıqlar göstəriblər. Belə mərd oğulların yetişdirilməsində ağsaqqallarımızın əməyi danılmazdır. Sonda İradə xanım Azərbaycanın milli-mənəvi dəyərləri sayılan ağsaqqallara sağlam ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov ilk öncə Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb. Sonra o, Azərbaycan Ağsaqqallar Şurası haqqında, yerli təşkilatların tərkibi, əsasnaməsi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, xalqımız, həmçinin ağsaqqallarımız 44 günlük Vətən müharibəsi dövründə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək, bütün dünyaya Azərbaycanın qüdrətini göstərdi. 30 illik münaqişəyə 44 gün ərzində son qoyulduğunu, düşmən üzərində qazanılan böyük Qələbənin hərb salnaməsinə qızıl hərflərlə həkk olunduğunu qeyd edən Eldar İbrahimov vurğulayıb ki, bu uğur, bu nailiyyət, bu tarixi hadisə müzəffər Ali Baş Komandan İlham Əliyevin, onun rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin adı ilə bağlıdır. Daha sonra o bildirib ki, davam edən koronovirus pandemiyasına və bundan irəli gələn müəyyən çətinliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi ilə bu gün Azərbaycan yeni tərəqqi mərhələsinə qədəm qoyub. Qeyd edilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük töhfə verdiyi, ölkəmizdə davam edən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Belə ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyevin başçılığı altında ağsaqqalların fəaliyyəti və nüfuzu günü-gündən daha da artır.

Sonra təşkilati məsələlər müzakirə olunub. Abşeron Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib. Nadir Ağayev yenidən Şuranın sədri seçilib. Konfransda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb.

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və digər natiqlər Abşeron Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və heyətini təbrik edərək, gələcək fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar arzulayıblar.
Bizim əsas hədəfimiz Qarabağı çiçəkləndirməkdirÖlkə Prezidenti bu dəfə Cəbrayıl və Zəngilana baş çəkdi. Cəbrayıl rayonunun girişində “Xoş gəlmişsiniz” lövhəsinin bərpa olunması bu ərazilərə böyük qayıdışın ümid işığını birə-beş gücləndirmiş oldu. Görünən odur ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesi daha da güclənəcək. Üstəlik, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin zastavalarının açılışı, Zəngilanda yeni məscidin təməlqoyma mərasimi, eləcə də Hava Limanının təməlinin qoyulması işğaldan azad olunmuş ərazilərdə paralel olaraq aparılan işlərin miqyasından xəbər verir.

Deputat Naqif Həmzəyev söyləyib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva qızları Leyla Əliyeva ilə işğaldan azad olunmuş ərazilərə tez-tez səfərlər gerçəkləşdirirlər:

“Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra işğal olunmuş ərazilərimizdən erməni faşistlərini, terrorçularını tamamilə çıxardı və ərazi bütövlüyümüz bərpa olundu. Hazırda bizim üzərimizə düşən əsas vəzifə Qarabağa qayıdış proqramını uğurla icra etməkdir. Eyni zamanda, müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirməkdir. Möhtərəm Prezidentimizin qətiyyəti və uzaqgörən addımları sayəsində bu proses sürətli şəkildə həyata keçirilir. Azərbaycan dost ölkələrdən olan şirkətləri bu prosesdə yaxından iştirak etmək üçün cəlb edib”.

Deputat vurğulayıb ki, ölkə başçısı işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı müxtəlif təməlqoymalarda iştirak edir, ümumi layihələrin hazırlanması üçün işin gedişatına birbaşa nəzarət edir:

“Cənab Prezidentin növbəti səfəri zamanı Cəbrayıl və Zəngilan ərazisində müxtəlif təməlqoyma mərasimləri oldu. Burada həyatı yenidən bərpa etmək üçün müxtəlif işlər görülür. Xüsusilə, Zəngilanda yeni Hava Limanının təməlinin qoyulması həmin ərazidə həm turizm potensialının, həm də iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. Zəngilandan Naxçıvana keçəcək dəmir yolunun, həmçinin avtomobil yolunun təməli qoyuldu. Qısa müddətdə bu layihələr də tamamlanacaq”.

Deputat əlavə edib ki, Prezidentin əsas tapşırıqlarından biri bu ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrini həyata keçirməkdir:

“İlkin olaraq Zəngilanda “ağıllı kənd”in bünövrəsi qoyuldu. Düşünürəm ki, bu, çox düzgün və yerində atılmış bir addımdır. Təəssüf ki, 30 illik işğal dövründə Azərbaycanın dini və mədəniyyət abidələri digər yaşayış binaları kimi dağıdılıb, viran qoyulub. Cənab Prezidentin göstərişi ilə bütün mədəniyyət abidələrimiz bərpa olunacaq. Xüsusən bizim dini inanc yerimiz olan məscidlərin bərpasına çox böyük diqqət ayrılır. Qədim Zəngilan məscidinin də bərpası üçün lazımi göstərişlər verildi. İnşallah, düşünürük ki, tezliklə orada, həmin məsciddə namaz qıla biləcəyik. Eyni zamanda, burada ən incə məqam ondan ibarətdir ki, Azərbaycan Sərhəd Qoşunları öz hərbi hissələrini, zastavalarını işğaldan azad olunmuş bu ərazilərimizdə də yerləşdirirlər. Sərhədimiz tam nəzarətdədir. Bizim əsas hədəfimiz qısa müddətdə Qarabağı çiçəkləndirməkdir. İşğaldan azad olunmuş ərazilərdə 30 il əvvəlki qaynar həyatı bərpa etməkdir. Cənab Prezidentin qətiyyəti buna tam imkan verir. İnşallah, tezliklə soydaşlarımız öz dədə-baba yurdlarına qayıdacaqlar. Orada müasir dövrün tələblərinə cavab verən infrastruktur bərpa olunacaq və həyat canlanacaq”.
“Semaşko"nun baş həkimi işdən çıxarıldı1 saylı Tibbi Klinik Mərkəzin (“Semaşko") direktoru İlham Heydər oğlu Qafarov işdən çıxarılıb.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub
Kipr məsələsi ilə bağlı BMT-nin Cenevrə toplantısı başladıBMT-nin rəhbərliyi altında Kipr tərəfləri və qarantör ölkələr - Türkiyə, Yunanıstan və İngiltərənin də iştirakı ilə 5+1 formatındakı qeyri-rəsmi Kipr konfransı başlayıb.

Avrasiya.net xəbər verir ki, liderlərlə dünən ayrı-ayrılıqda görüşən BMT Baş katibi Antonio Gutteres bu gün də Prezident Ersin Tatar və yunan lideri Anastasiadis ilə ayrı-ayılıqda bir araya gələcək.

"InterContinental" oteldə baş tutan görüş təxminən bir saat yarım davam edib. İclasda Prezident Tatarı Xarici işlər naziri Tahsin Ertuğruloğlu, Prezidentin xüsusi nümayəndəsi Ergün Olgun və danışıqlar heyəti üzvləri müşayiət edib.

Görüşdən sonra Cenevrədə BRT müxbirinə açıqlama verən Ersin Tatar görüşün faydalı olduğunu və fikirlərindən geri çəkilmədiyini söyləyib. Ersin Tatar BMT Baş Katibi Guterresin Kipr məsələsini yaxşı bildiyini və təcrübəli olduğunu qeyd edib. Tatar görüşdə görüşlərini BMT Baş Katibinə çatdırdıqlarını və görüş zamanı mövqelərini və xoş niyyətlərini ifadə etdiklərini və Kiprli Türklərin daim haqsızlığa uğradıqlarını söyləyib:

“Gutteres məsələni bilir, məsələni bilir. İndi qarşı tərəflə görüşəcək. Bu gün və sabah mövzunu gərgin şəkildə müzakirə edəcəyik. Baş katib Kipr məsələsini bilir. Krans Montanada yaşadığı üçün məsələləri bildiyini və bu məsələdə təcrübəsi olduğunu müşahidə etdim. Baxıb, görəcəyik”.

Prezident Tatar Birləşmiş Millətlər Təşkilatının Baş katibi tərəfindən 21.45-də iştirakçıların şərəfinə verilən ziyafətə qatılıb. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Guterres bu gün saat 11: 00-da bütün iştirakçılarla görüş keçirəcək. İclasın açılış nitqini Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres edəcək. Yığıncaqda daha sonra Prezident Ersin Tatar, yunantərəfin ideri Nikos Anastasiadis və üç qarantör ölkənin xarici işlər nazirləri çıxış edəcəklər. Guterres Kiprlə bağlı tərəflərlə ikitərəfli görüşlər keçirəcək, daha sonra 5 + 1 iştirakı ilə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu, Yunanistan xarici işlər naziri Nikos Dandais və İngiltərə xarici işlər naziri Domonic Rab ilə görüşəcək.