Müdafiə Nazirliyinin üç generalı işdən çıxarıldıMüdafiə Nazirliyinin üç generalı işdən çıxarılıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, AR Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov, MN-nin İdealoji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyev tutduğu vəzifədən azad oluranaraq, təqaüdə göndərilib.
Əliyev Ərdoğanla danışdı: Bayden tarixi səhv etdi...Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Avrasiya.net xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar.

Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb.

Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb.

Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.
Bakıdan Baydenin "soyqırım" ifadəsinə: Təəssüf...ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməmişdir. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”, - məlumatda deyilir.
Baydenin “soyqırım” ifadəsinə Ankaradan – İlk reaksiyaTariximiz haqqında kimdənsə dərs alacaq deyilik.

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

“Siyasi fürsətçilik sülhə və ədalətə ən böyük xəyanətdir. Populizmə söykənən bu ifadəni tamamilə rədd edirik”, - XİN rəhbəri bildirib.

"Türkiyə bayrağının yandırılması Ermənistana baha başa gələcək"“Hər il 24 aprel tarixində xüsusilə ABŞ dövlətindən saxta “erməni soyqırımı” ilə bağlı bəzi açıqlamaları olur. İndiyədək Reyqandan başqa heç bir dövlət başçısı “soyıqırım” ifadəsinə yol verməyib”.

Bunu Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, AKP İstanbul millət vəkili Şamil Ayrım deyib.

Millət vəkili bildirib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden prezident seçkilərinə hazırlıq dövründə erməni lobbisinə bu ifadəni işlədəcəyi ilə bağlı söz verməklə Türkiyə-ABŞ əlaqələrinə kölgə salan davranışlara yol verdiyinin fərqində olmalıdır: “Amma belə bir vədi seçki kampaniyasında keçmiş prezident Donald Tramp versə də, sonradan vədinə əməl etmədi. Co Baydenin hansı ifadə səsləndirməsindən asılı olmayaraq, bu məsələnin heç bir hüquqi əsası yoxdur. Dünən Prezidentimiz Co Baydenlə görüşü oldu. Bu danışıqların nə ilə nəticələnəcəyini gözləyirik”.

2005-ci ildə Türkiyə parlamentinin “erməni soyqırımı” iddialarına qarşı Ermənistanla Türkiyənin tarixçilərinin, elm adamlarının ortaq komissiya yaradaraq dünyadakı arxivləri birgə araşdırmaqla bağlı bəyanat qəbul edildiyini, bununla əlaqədar o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanın Ermənistan prezidenti Robert Köçəryana məktubla müraciət etdiyini xatırladan millət vəkili deyib ki, Türkiyə tərəfin bu təklifinə bu günə qədər cavab verilməməsi də Ermənistanın qərəzli olduğunu sübut edir: “Təəssüf ki, indiyədək bu cəhdlərimizlə bağlı müsbət bir nəticə əldə edilmədi. Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövləti “milləti-sədəqə” prinsipi ilə ermənilərin yaşayışı üçün hər cür rahat şərait yaratdığı halda Anadoluda yaşayan ermənilər rusların yanında yer alaraq Osmanlı dövlətini sarsıdan xəyanətkar hərəkətlərə yol veriblər. Türkiyənin Qars, İqdır, Ərdahan, Ərzurum vilayətlərində müsəlmankəndlərinə hücum edərək milyonlarca türkü qətlə yetirilib. Ona görə də Osmanlı dövləti bəzi xəyanətkar ermənilər haqqında tədbir görmək üçün 24 aprel 2015-ci ildə əsasən dövlətin yüksək vəzifələrində yer alan 2 400 civarında ermənini həbs edib. Yəni qətlə yetirilən türklərin toplu məzarlıqları var, bu qədər sübutlar, dəlillər arxiv materiallarında yer alıb. Amma Türkiyə tarixində heç bir zaman heç bir millətə qarşı üz qızardan bir günaha yol verilməyib. Təəssüf ki, erməni diasporu və onu dəstəkləyən 30-dan çox parlament bu cür qərarlar almaqla tarixi həqiqətləri təhrif edərək bu məsələni siyasiləşdirirlər”.

Bu gün Ermənistanda Türkiyənin bayrağının yandırılmasına qarşı sərt mövqe bildirən Şamil Ayrım bildirib ki, bu hərəkət Ermənistan tərəfin vəziyyətini daha da çətinləşdirir: “Bu onlara ağır başa gələcək. 44 günlük savaş zəfərindən sonra hörmətli prezidentlərimiz birgə 3+3 platforması təklif etdi ki, miskin vəziyyətdə olan Ermənistan xalqının da yaşayış şəraiti normallaşdırılsın. Amma təəssüf ki, bu cür təxribatlara yol vermək Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması cəhdlərinə kölgə salır. Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur, bölgədə sülh və rifah olmasını, qonşularımızdan da dinc, yanaşı yaşamaq üçün bu tələblərə əməl etməsini istəyirik. Türkiyə NATO-da əsas yer alan ABŞ-a müttəfiq bir ölkədir. Amma Türkiyəyə qarşı ABŞ başda olmaq üzrə bir çox dünya dövlətlərinin etdiyi yanlış hərəkətlərə qarşı müqavimətini heç zaman itirməyəcək.

Türkiyə Aralıq dənizində ən böyük sərhədi olan ölkə olduğu halda qazma kəşfiyyat işlərinin aparılmasına mane olmaq hansı ədalətə sığar? Odur ki, Türkiyə beynəlxalq hüququn tələbləri çərçivəsində öz hüqüqunu müdafiə edir və edəcək” (apa).
Kəmaləddin Heydərov: “Həbs edilən baş həkim TƏBİB-lə işləyib”Fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirib.

Avrasiya.net-in məlumatına görə, unikal.org-a açıqlama verən Kəmaləddin Heydərov həbs edilən baş həkimin FHN-nin əməkdaşı olmadığını deyib:

“O, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir”.

Nazir korrupsiya ilə bağlı da fikirlərini bildiib: “Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur”.
Bu gün 35 nəfər vəfat edibAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 676 yeni yoluxma faktı qeydə alınıb, 2 168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 276 934 nəfər müalicə olunaraq sağalıb, 4 342 nəfər vəfat edib. 30 189 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 070, bu günə qədər isə ümumilikdə 3 178 044 test icra olunub.

Qeyts dünyanı xilas edəcək 3 şərti açıqladıDünyada insanların rahat həyat tərzinin davam etməsi üçün mütləq sıfır karbon məhsullarının hər kəs tərəfindən alına biləcək səviyyədə ucuz olması lazımdır.

Bunu “Maykrosoft”un təsisçisi Bill Qeyts deyib.

O, dünyanı xilas edəcək üç düsturu açıqlayıb:

"Birincisi, iqtisadi mənşəli karbon emissiyalarının aradan qaldırılması üçün qeyri-adi texnologiyaların hazırlanması və tətbiqi vacibdir.

İkincisi, bu yenilikçi layihələri maliyyələşdirmək və həyata keçirmək üçün bazarlara təzyiq göstərilməlidir. Buna görə texnologiyaları maliyyə cəhətdən dəstəkləmək və rəqabət mühitini fosil yanacaqları ilə rəqabət edə biləcək səviyyəyə gətirmək üçün yaradıcı yollar tapılmalıdır.

Üçüncüsü, hökumətlər və böyük şirkətlər bu keçidi daha ucuz və daha sürətli etmək üçün yeni siyasətlər hazırlamalı və dünya liderləri bu çətin prosesi dəstəkləyənlərə həvəsləndirici mükafatlar verməlidirlər.

Bu üç hədəfi gerçəkləşdirmək üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti mütləqdir. Bu missiyanı öz üzərinə götürən dövlətlərin bir araya gələrək daha təmiz bir enerji tapmaq və həyata keçirmək üçün birləşməsi həyəcanverici bir işbirliyi nümunəsi olacaqdır".