Azərbaycan xalqı Zəngəzura qayıdacaq - Prezident"Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır".

Avrasiya.net-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.

Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır".
“Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident"İndiki mərhələdə işğaldan azad olunan ərazilərdə müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir".

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AzTV-yə müsahibəsində bildirib.

"Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək. Yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib", - deyə dövlət başçısı qeyd edib.

"Biz heç vaxt belə saxtakarlığa yol verməmişik"Bir halda ki, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür, bir şey də deyə bilərəm. Mən bunu, sadəcə olaraq, təsadüfi versiyalar hesab etmirəm. Çünki hətta, o versiyalarda da, - düzdür, bu, mətbu orqanlar tərəfindən irəli sürülüb,- hər halda, biz hansısa sistemli yanaşma görürük.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Guya ki, Azərbaycan Türkiyə ilə birlikdə bu “İsgəndər-M” raketlərinin qalıqlarını Suriyadan gətiribdir və Şuşaya qoyubdur. Bu, bizə qarşı açıq ittihamdır. Bizi nədə ittiham edirlər, saxtakarlıqda? Bir adam deyə bilər ki, Azərbaycan nə vaxtsa saxtakarlıq edib? Yox. Biz yüzlərlə saxta faktlar ilə üzləşmişdik, riyakar faktlar ilə üzləşmişdik, vədlərin yerinə yetirilməməsi faktları ilə üzləşmişdik. Biz heç vaxt belə saxtakarlığa yol verməmişik. Biz bunu nə üçün edək? Bunun məqsədi nədir? Biz indi noyabrın 10-da imzalanmış Bəyanatın icrası ilə məşğuluq. Biz bölgədə sülhün əbədi olmasını istəyirik. Biz təhlükəsizlik tədbirlərini gücləndiririk. Nə üçün biz bu təxribatı törədək? Bizi bunda ittiham edənin gərək bir faiz vicdanı olsun. Ona görə istərdim ki, bu məsələyə aydınlıq gətirim”, - İlham Əliyev bildirib.

Prezident “İsgəndər”dən danışdı: Cavabı gözləyirik...Bu sözləri deyəndən sonra ertəsi gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, ekspert - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil”, - İlham Əliyev bildirib.
"Qədim  alban məbədlərində keçirilən ayin regionda yeni bir prosesin başlanğıcına işarətdir"Şənbə günü Alban Udi Xristian İcmasının üzvlərinin işğaldan azad olunan Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim alban xristian monastrlarını ziyarət etmələri və həmin tarixi abidələrdə duialar edib ayin keçirmələri Azərbaycanın ən yeni tarixində olduqca önəmli bir hadisədir. Bu hadisə həm də o baxımdan əlamətdardır ki, dünya bu səfərlərlə birgə çox sistemli informasiya ötürülür. Ermənilərin Qarabağ ərazisində təkcə müsəlman dininə aid olan mədəni – mənəvi irsi məhv etmədiyi, eyni zamanda qədim Alban xristian irsimizi də saxtalaşdırdığı dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Heç şübhəsiz bu proses şüurlu surətdə həyata keçirilir və hər bir addımın da özünəməxsus çalarları var.

Sonradan bu ərazilərə köçürülən, hələ o dövrdə müəyyən geosiyasi maraqlara uyğun olaraq regionda xristianlığın əsas sahibi imiş kimi davranan ermənilər qədim bir el məsəlində deyildiyi kimi özgə atına minənin bir gün mütləq bu atdan düşəcəyini unudublar. Ermənilər onu da unudublar ki, hələ eramızın ilk dövründən bu ərazidə xristianlıq təşəkkül tapmışdı və həmin dövrdə bu ərazilərdə ermənilərdən əsər əlamət belə yox idi. Nə qədər saxtalaşdırmağa çalışsalar da, nə qədər izlərini silməyə çalışsalar da, bu ərazilərdə müxtəlif dini inanışlar hər zaman mövcud olub və onların mədəni, tarixi irsinə kimsə toxunmayıb. Bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində davam etdirilən eyni siyasi kurs nəticəsində ölkəmizin multikultural dəyərlərin qorunduğu, birgəyaşayışın təmin edildiyi dünyadakı barmaqla göstəriləcək ölkələr sırasına daxil olmaqla kifayətlənməyib, həmçinin, dünyaya bu istiqamətdə nümunə olacaq birgəyaşayış və tolerantlıq mühiti formalaşdırıb.

Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Türkiyə Respublikasındakı səlahiyyətli nümayəndəsi, ankarabaku.com saytının baş redaktoru, yazıçı – jurnalist Oktay Hacımusalı Alban Udi Xristian İcmasının şənbə günü işğaldan azad olunan Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim Alban monastrlarını ziyarət etmələri haqqında danışarkən deyib.

Oktay Hacımusalı bildirib ki, tarixi ərazilərimizdə mövcud olan maddi - mənəvi bütün irsimizi yox edən ermənilər nəinki müsəlmanlara aid olan irsi məhv ediblər, həmçinin xalqımızın qədim tarixi keçmişinə aid olan Alban abidələrini, kilsələrini, məbədlərini yox ediblər, onların tarixini saxtalaşdırmağa cəhd göstəriblər. Yazıçı – jurnalistin fikrincə, onsuz da bütün dünya bu maddi - mədəni irsin ermənilərə aid olmadığını bilir. Dünya həmçinin bilir ki, ermənilər bu regionda öz qədimliklərini sübut etmək üçün Alban irsinin həqiqi sahibləri olan Udilərin belə haqqlarını qəsb ediblər: “Amma tarixi və İlahi ədalət bərpa olunur. Udilər dövlətimizin ölkəmizdə mövcud olan bütün dinlərə, bütün millətlərə eyni gözlə baxması nəticəsində qazandığımız tarixi qələbədən sonra işğaldan azad olunan ərazilərimizdə mövcud olan əcdadlarının tarixi mirasına sahib çıxırlar, onunla qürur duyurlar və həmin məbədlərə illər sonra səfər edirlər. Mən əminəm ki, dünyaya nümunə olacaq multikultural ənənələrimizə uyğun olaraq həmin tarixi torpaqlarımızdakı alban mənəvi irsi təzədən bərpa olunacaq və xristian vətəndaşlarımız rahat bir şəkildə həmin yerlərdə öz ibadətlərini həyata keçirəcəklər. Həm də bununla dünyaya bir daha dövlət olaraq bizə aid olan dəyərlərimizə necə sahib çıxdığımızı göstərmiş olacağıq”.

Sonda Oktay Hacımusalı Tuğ kəndinə ziyarətin, qədim alban məbədlərində keçirilən ayinin regionda yeni bir prosesin başlanğıcına işarət olduğuna da diqqət çəkib.
Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olunduQubada meyxana demək üçün toplaşmağa cəhd edənlərin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupu tərəfindən məlumat verilib.

Bildirilib ki, rayon mərkəzində yerləşən obyektlərdən birində kütləvi toplaşma cəhdinin qarşısı alınıb. Belə ki, karantin qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə obyekt sahibi və məclisdə iştirak edən 82 şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.

Məclisdə meyxana ustası kimi tanınan Rəşad Dağlı da iştirak edib. O da müvafiq qaydada məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, Rəşad Dağlı ötən ilin avqust ayında da karantin qaydalarını pozduğu üçün cərimələnmişdi. O, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində iştirak etmişdi.

Modern
Hadrutda 2 erməni hərbçisinin meyiti tapıldıErməni axtarış qrupları Hadrut ərazisində bu gün 2 erməni hərbçisinin meyitini tapıblar.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1546 olub.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.
Hazırda 24 hərbçi itkin düşmüş sayılır – RəsmiErmənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı altında 2020-ci il sentyabrın 27-dən başlanmış və 44 gün davam etmiş Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi qələbəsi ilə nəticələnib.

Respublika Hərbi Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, döyüş əməliyyatlarının başladığı 2020-ci il sentyabrın 27-də Gəncə, Tərtər, Qarabağ və Füzuli hərbi prokurorluqlarında erməni silahlı birləşmələri tərəfindən təcavüzkar müharibəni başlama və aparma, milli ədavət və düşmənçilik niyyəti ilə iki və daha çox şəxsin qəsdən öldürülməsi və qəsdən öldürməyə cəhd edilməsi və digər cinayət əməllərinin törədilməsi faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci, 116.0.7-ci, 120.2.12-ci və digər maddələri ilə cinayət işləri başlanaraq istintaq aparılıb.

Vətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanaraq dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə mərkəzlər yaradılıb, indiyədək ümumilikdə 2889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub. Onlardan 1481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.

2020-ci il noyabrın 10-da atəşkəs elan oluduqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusunun itkin düşdüyü müəyyən olunub, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb. Ötən dövr ərzində şahidlərin dindirilməsi və ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş 362 nəfər hərbi qulluqçumuzun meyitlərinin olduğu ərazilər və basdırıldığı yerlər müəyyənləşib, şəhidlərimizin meyitləri ərazilərdən götürülərək, o cümlədən basdırıldıqları yerlərdən çıxarılaraq müayinə olunub və şəxsiyyətləri müəyyən edilərək yaxınlarına təhvil verilib.

Son günlər Silahlı Qüvvələrin hərbi qulluqçuları Cəfərov Təbriz İlqar oğlunun və Kərimli Qalası Müslüm oğlunun itkin düşmələri faktının araşdırılması ilə əlaqədar sonuncu dəfə onlarla birlikdə döyüşdə olmuş hərbi qulluqçuların müəyyən olunaraq şahid qismində dindirilməsi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən ifadələrinin yerində yoxlanılması zamanı Tərtər rayonunun Talış kəndi yaxınlığında T.Cəfərova, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında isə Q.Kərimliyə məxsus olması güman edilən meyitlər tapılıb. DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi yolu ilə meyitlərin Təbriz Cəfərova və Qalası Kərimliyə məxsus olması müəyyən olunub və şəhidlərimizin nəşi yaxınlarına təhvil verilib.

İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək təxirə salınıb. O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək.
2889 şəhidin şəxsiyyəti müəyyən olunubVətən müharibəsinin başladığı gündən hərbi prokurorluq orqanları tərəfindən Füzuli rayonunda, Beyləqan, Bərdə, Yevlax və Gəncə şəhərlərində döyüşlərdə şəhid olan hərbi qulluqçularımızın meyitlərinin müayinə olunması, dini adət-ənənələrə uyğun olaraq hazırlanaraq dəfn olunması üçün yaşadıqları ünvanlara göndərilməsi məqsədilə mərkəzlər yaradılıb.

Bu barədə Avrasiya.net-ə Respublika Hərbi Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, indiyədək ümumilikdə 2 889 şəhidin meyiti müayinə olunaraq şəxsiyyəti müəyyən olunub.

Onlardan 1 481 meyitin şəxsiyyəti sırf istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.
Məhkəmə həbsdə olan generalın vəsatətini rədd etdiBakı Hərbi Məhkəməsində həbsdə olan sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı verilən vəsatətə baxılıb.

Orosesdə vəsatət araşdırılıb və qərar elan olunub.

Məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət təmin edilməyib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib.

Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.