Azay Quliyev seçicilərlə görüş keçiribBu gün deputat Azay Quliyev pandemiya başlayandan sonra ilk dəfə olaraq 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 7a saylı və 8-ci mikrorayon İ.Dadasov küçəsi, 68 saylı binaların həyətində açıq havada karantin rejiminin tələblərinə riayət etməklə görüş keçirib. Görüşdə iştirak edən seçicilər yaşadıqları binanın sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikilməsi, abadlıq-quruculuq işləri, kommunal və məşğulluq məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.

Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti qurumların görüşdə iştirak edən nümayəndələri qeydlər aparıb və onların araşdırılaraq həll ediləcəyi bildirilib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundov da iştirak edib.
"Prezident İlahm Əliyevin tarixi gerçəkiliklərin gənc nəsilə çatdırılması ilə bağlı tarixşünaslıq qarşısında yeni vəzifələr qoyması tarixi və starteji baxımdan mühüm əhəmiyyət daşımaqla bərabər, gənc nəslin tərbiyəsində vacib amilə çevrilir".

Avrasiya.net xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri sədri Sadiq Qurbanov ölkə başçısının son çıxışlarının əhəmiyyətinin qeyd edərkən belə deyib.

Millət vəkilinin sözlərinə görə, Prezidentin nitqindəki tarixi konteks təsadüfi xarakter daşımır, bu, həm də İlham Əliyevin peşəcə tarixçi olması ilə bağlıdır: "Cənab Prezident bir müddət dünyanın ən nəhəng universitetlərindən olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. Təsadüfi deyil ki, 44 günlük müharibə dönəmində də biz İlham Əliyevin çıxışlarında tarixi çalarları qabarıq şəkildə gördük. Prezident Qarabağ tarixinin ən vacib tərkib hissəsi olan, 14 may 1805-ci ildə imzalanmış "Kürəkçay müqaviləsi"-nə toxunaraq, onun subyektlərinə diqqət yetirdi. Dövlət başçısı xüsusi ilə vurğuladı ki, müqavilə Çar Rusiyası ilə Qarabağ xanı İbrahimxəlil xan arasında bağlanmışdı. Prezident tərəfindən müqavilədə məhz qarabağlı İbrahimxəlil xanın imzasınınxüsusi olaraq önə çəkilməsi tarixi konteksdə Qarabağın məhz Azərbaycana məxsus olmasını, ermənilərin həmi ərazilərə sonradan köçürülməsini özündə ehtiva edən əsas amildir".

S. Qurbanov vurğulayır ki, tarixin öyrənilməsi ilə bağlı çağrışlar gənc nəslin vətənpərvərlik ruhunda yetişdirlməsi üçün önəmli addımlardandır: "Müdiklər deyib ki, keçmişini bilməyənin gələcəyi olmaz. Prezidenti İlham Əliyev isə “Biz heç vaxt imkan verə bilmərik ki, bizim torpaqlarda ikinci erməni dövləti yaradılsın!” demişdi. Bu fikirləri ən yüksək kürsülərdən müxtəlif beynəlxalq konfranslarda cəsarətlə səsləndirən Prezident, dünyaya hazırki Ermənistanın məhz Azərbaycanın tarixi torpaqları hesabına süni şəkildə yaradıldığını bəyan edir".

Millət vəkili daha sonra Prezidentin bu barədə çıxışından sitat gətirir: “Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün Türk dünyasını parçaladı"".

Ölkə başçısının “İndiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir” fikrini xatırladan Komitə sədri qeyd edir ki, İlham Əliyevin tarixi Azərbaycan torpaqları olan İrəvan və Zəngəzur bölgəsinə qaydışla bağlı çağrışları kerçəkliyi özündə ehtiva edir: "Prezidentin qısa, lakonik çıxışları özündə tarixi baxımdan bunları ehtiva edir:

1) Qədim Oğuz Türk yurdu olan Qərbi Azərbaycan türklərinə qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi;

2) Həmin ərazilərdən zorla Azərbaycan türklərinin çıxarılması və süni şəkildə erməni əhalisinin yerləşdirlməsi;

3) Toponimlərin adını dəyişdirərək tarixin izlərinin silinməsinə cəhdlər".

Sadiq Qurbanov tarixdən misallar gətirərək, 1918-1920-ci illərdə Şərqi Anadoludan Qərbi Azərbaycan ərazisinə, o cümlədn İrəvan, Zəngəzur, Dərələyəz, Naxçıvan bölgələrində mülki əhaliyə qarşı etnik təmizləmə, soyqırım cinayətləri törədən Andarnik Ozanyan və Hınçak dəstlərinin silahsız mülki əhalini qətlə yetirməklə həmin əraziləri tutmağa cəhd etdiklərini xatırladıb: "Həmi dönəmlərdə Zəngəzurun, Naxçıvanın ermənilərə verilməsi ilə bağlı beynəlxalq güclər tərəfindən həyata keçirilən işğal siyasətinin əsas məqsədi məhz Türk dünyası arasında olan quru yolunu kəsmək, Türk xalqlarının bir-biri ilə əlaqəsini zəiflətmək məqəsdi daşıyırdı. Cənab Prezident bu “layihənin” məhz Türk dünyasını parçalamağa yönəldiyini dəfələrlə öz çıxışlarında qeyd edib".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev tez-tez Qərbi Azərbaycan ərazisindəki türk toponimlərinin qəsdən məhv edilməsini vurğulayır: "Bununla gənc nəsilə onların tarixi Azərbaycan torpaqları olduğunun çatırılmasının zəruriliyini bildirməklə yanaşı, tarixşünaslıq qarşısında yeni vəzifələr müəyyənləşdirir".
Polkovnik-leytenant koronavirusdan vəfat etdiSamux rayon Polis Şöbəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Famil Bağırov koronavirus səbəbindən vəfat edib.

1969-cu il təvəllüdlü F.Bağırov bir müddət öncə COVID-19 virusuna yoluxub və dünən qəfildən vəziyyəti ağırlaşaraq vəfat edib.

F. Bağırov Samux RPŞ-nin Təşkilati-Analitik qrupunun baş inspektoru olub. (“Qafqazinfo”)
Ləğv prosesində olan Bank Standard QSC-nin Müşahidə Şurasının və “Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının keçmiş sədri Oruc Heydərov vəfat edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, keçmiş maliyyəçi koronavirus (COVID-19) infeksiyasına yoluxduğu üçün dünyasını dəyişib.

O.Heydərovun ölümünə dözməyən anası Dilbər Heydərova da onunla eyni gündə ürək tutmasından həyatını itirib.
Daha 36 nəfər koronadan öldüAzərbaycanda bu gün koronavirus infeksiyasına 2317 yeni yoluxma faktı qeydə alınıb, 2109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 36 nəfər “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 294 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 257 942 nəfər müalicə olunaraq sağalıb, 4 045 nəfər vəfat edib. 32 224 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 207, bu günə qədər isə ümumilikdə 3 068 679 test icra olunub.
Fiziki və mənəvi cəhətdən sağlam gəncliyə ehtiyac varYusif Babanlı
ADBTİA-nın prorektoru,
professor

Azərbaycanın gələcəyini etibar edəcəyimiz şəxsiyyətlər yetişdirməyə davam etməliyik!

Bütün bunların da kökündə fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimizin yetişdirilməsi durur. Biz də bu müvəffəqiyyətli inkişafa nail olmaq üçün tədris müəssisələrində təlim-tərbiyə işini dövlətin maraq və tələbatına uyğun qurmalıyıq. Bütün fənlərlə yanaşı, fiziki tərbiyə dərslərinin tədrisində də xırda detallara belə ustalıqla fikir verməli və tətbiq etməliyik. Çünkü, orta məktəblərdən, xüsusən də ibtidai siniflərdən qoyulan mükəmməl bünövrə heç zaman sarsılmır.

Dövlətin fiziki tərbiyə və idmanın inkişafına göstərdiyi yüksək diqqətə müvafiq olaraq məktəblərdə fənnin tədrisi keyfiyyətini yüksəltmək üçün peşəkarlıq imkanlarımızı artırmalıyıq. Məktəblərdə idman sahəsində kütləviliyə və fiziki tərbiyənin tədrisində müvəffəqiyyətə nail olmaq üçün yeni texnologiyalar işlənib hazırlanmalı, idman müəllimləri və mütəxəssislərin istifadəsinə verilməlidir.

Tədqiqatçılar, idman mütəxəssisləri, elm adamları araşdırmalarını və tədqiqatlarını müasir dünyanın tələbatlarını ödəyəcək standartlar çərçivəsində qurmalıdır. Faydalı məsləhət və təkliflərlə məktəblərdə fiziki tərbiyənin inkişafına yeni tövhələr verməli, bu sahədəki çatışmazlıqların aradan qaldırılmasında yaxından iştirak etməlidirlər. Bu müasir dövrdə bizim üzərimizə düşən ən ümdə vəzifələrdən biridir. Çünki, bu gün formalaşan nəsil gələcək Azərbaycandır.

Sevdiyi oğlana qoşulub qaçan qızın nişanlısı dəli olubSaqareco Bələdiyyəsinin Ləmbəli kəndində 10 aprel tarixində itkin düşən 18 yaşlı N.İsəyeva 13 aprel tarixində Marneulidə sevdiyi oğlana qaçdığı məlum olmuşdu.

Aktual.ge "Mtavari"yə istinadən xəbər verir ki, baş verənlərdən dolayı 18 yaşlı qızın anası Leyla İsəyeva polisi səhlankarlıqda günahlandırır.

Onun sözlərinə görə, polis ona övladını görməyə icazə vermir. Leyla İsəyeva qızının könüllü olaraq evləndiyinə inanmadığını qeyd edib.

"Polis icazə vermir mən qızımı görəm. Mənə evləndiyini bildirən bir məktub göndərdi. O, nişanlı qızdır, 4 gündür nə dirisini görmüşəm, nə də ölüsünü. Mənə övladımı göstərin, görənə qədər bu işdən əl çəkməyəcəm. Harada olduğunu və necə olduğunu bilməliyəm. Nə bilim, bəlkə də məktubu özü yazmır. Zəng edirəm, lakin telefonu bağlıdır", - deyib L.İsəyeva

Ananın sözlərinə görə, 18 yaşlı Nərmin İsəyeva Laqodexidə doğulub böyüyüb və "Marneuliyə gedən yolu belə bilmir".

L.İsəyeva qızının 6 ay əvvəl qonşu kəntdə yaşayan bir nəfərə nişanlandığını və yaxın gələcəkdə toylarının planlaşdırıldığını bildirib:

"Nişanlısı dəli olub. Qız gedəndə qızıl sırğalarını və telefonunu da götürüb. Heç olmazsa telefonu və qızılı qaytarardı. Bunlara nə qədər pul ödənilib. İstəmirdisə başdan deyə idi, nişanlanmazdı. Oğlanın səsini eşidəndə sevinirdi, nə baş verdiyini bilmirəm".

O əlavə edib ki, qızının nişanlısı aldığı qızılları və pulları qaytarmasını tələb edir.

Daxili İşlər Nazirliyi qanunsuz olaraq azadlıqdan məhrum etmə maddəsini nəzərdə tutan 143-cü maddə ilə istintaq başladıb.

Xatırladaq ki, 12 aprel tarixində Ləmbəlidən olan 18 yaşlı N.İsəyevanın itkin düşdüyü barədə yerli mətbuata bir sıra xəbərlər yayıldı. 13 aprel axşam saatlarında "Rustavi2" telekanalı N.İsəyevanın Marneulidə olduğu və sevdiyi gəncə ərə getdiyi bildirilib.
Ukrayna nüvə silahını geri tələb etdiQərb ölkələri Ukraynaya nüvə statusunun qaytarılması barədə düşünməlidir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

“Ukraynanın təkcə mənəvi dəstəyə yox, həm də müasir silah sistemlərinə ehtiyacı var. Yəqin ki, nüvə statusu haqqında düşünməyə dəyər”, – deyə o bildirib.

Qeyd edək ki, Ukrayna nüvə silahından 1994-cü ildə imtina edib. Onun nüvə silahından imtina etməsi qarşılığında təhlükəsizliyinə zəmanət verən ölkələr ABŞ, Britaniya və Rusiyadır.

Rusiya təhlükəsizliyinə zəmanət verdiyi ölkənin ərazisinin bir hissəsini – Krım da daxil olmaqla - 2014-cü ildən işğal edib.
Rafael Ağayev dünyaca məşhur idmançılarla eyni SİYAHIDATokio Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduzların adları bəlli olub.

Məşhur "Globoesporte" nəşri olimpiadanın startına 100 gün qalmış, müxtəlif idman növləri üzrə 100 ən yaxşı idmançının adı olan siyahısını açıqlayıb.

Siyahıya Azərbaycan idmançısının da adı var. Belə ki, karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev bu idman növündə yer alan yeganə karateçi olub.

"100-lük"də Braziliya millisinin və Fransa PSJ-nin ulduz futbolçusu Neymar, məşhur tennisçilər - ispaniyalı Rafael Nadal, serbiyalı Novak Cokoviç və isveçrəli Rocer Federer, ABŞ təmsilçisi Serena Uilyams, basketbolçular Lebron Ceyms və Stefen Karri kimi digər tanınmış simalar da var.
İrəvandan növbəti həyasızlıq: Qarabağa 100 milyon ayırırErmənistan hökuməti Qarabağdakı separatçılara yeni miqyaslı yardım proqramını təsdiqləməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O, Qarabağa təqaüd, maaş və yardımların ödənilməsi üçün artıq 12 milyon dollar qrantın ayrıldığını bildirib.

Qriqoryan hazırda evlərin tikilməsi və zərər görmüş əmlakın təmiri üçün iki proqramın müzakirə edildiyini deyib. Onun sözlərinə görə, bu proqramların dəyəri 100 milyon dollar həcmindədir. Bu vəsaitin Qarabağa ayın sonundan verilməyə başlanacağı qeyd edilib.

Qriqoryan, həmçinin Qarabağdan olan erməni qaçqınlara ayda 60 dollar ödənildiyini bildirib.