Əli Heydərovun qətlinin təfərrüatı: Hadisə belə baş veribAprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkənlər” elit yaşayış kompleksinin fitnes-zalında baş vermiş səs-küylü qətl Rusiya mediasında Ukrayna mövzusundan sonra az qala ikinci yerdə qərarlaşıb.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bütün federal və yerli KİV-lər, telekanallar “Albert Rıjiy” ləqəbli azərbaycanlı kriminal avtoritet, 19 yaşında Gəncədən Rusiyanın Arxangelsk vilayətinə yollanan və orada reketliyə başlayan, özünə babat kriminal karyera quran və azı 3 sui-qəsddən salamat qurtara bilmiş Əli Heydərovun nümayişkarənə qətli barədə geniş reportajlar yayır.

Bu qətl qanlı-qadalı 90-cı illərdə Rusiyada qanqster dəstələri arasında az qala hər gün baş verən atışmaları xatırladıb. Qətl ona görə nümayişkarənə hesab edilir ki, killer Əli Heydərovu güllələdikdən sonra hadisə yerindən tələsik qaçıb uzaqlaşmayıb və sifətini videomüşahidə kameralarından gizlətməyə çalışmayıb-o, zaldakılara demək olar məhəl qoymadan iti, amma arxayın addımlarla öz qurbanından aralanıb, silahı çantaya qoyub və fitnes-zalını tərk edib. Kamera görüntülərinə əsasən killerin şəxsiyyəti tezliklə müəyyən olunub, xəbər verildiyi kimi, o, Taleh Orucov adlı azərbaycanlıdır.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, ötən ilin iyununda növbəti həbs müddətini şərti cəza ilə vaxtından əvvəl başa vurub azadlığa çıxan Əli Heydərov Azərbaycan vətəndaşı olub. Və Rusiyadan qaçqın statusu alıb və həmin sənəd əsasında bu ölkədə yaşayıb. Yəni onun Rusiya vətəndaşlığı olmayıb.

Albert Rıjiy və ya Kürən Alik son vaxtlar həmin elit yaşayış kompleksindəki mənzilində yaşayırmış. Bu kompleksdə ən ucuz mənzilin qiyməti 200 min dollardan başlayır. O, müntəzəm olaraq kompleksin fitnes-zalından istifadə edirmiş və burada özünü arxayın hiss edirmiş. Çünki kompleks özəl mühafizə şirkəti tərəfindən mühafizə olunur, bir neçə nəzarət-buraxılış məntəqəsi ilə əhatələnib və içəri ancaq xüsusi buraxılış vərəqəsi ilə daxil olmaq mümkündür. Üstəlik Əli Heydərov daim silahlı mühafizəçinin müşaiyəti ilə gəzib.

Lakin bütün bunlar kriminal avtoriteti xilas edə bilməyib. Məlum olub ki, killer də bir müddət əvvəl həmin kompleksdə, Əli Heydərovla qonşuluqda mənzil kirayələyib. Şübhə doğurmamaq üçün orada öz rəfiqəsi ilə birlikdə yaşayıb, amma sakinlər deyirlər ki, Taleh Orucov birlikdə yaşadığı qadına onun fotosunu çəkməyi qadağan edibmiş və tez-tez harasa yoxa çıxırmış. Belə görünür ki, killer bir neçə dəfə Əli Heydərovla eyni vaxtda fitneslə məşğul olub, onun qrafikini öyrənib və qətl üçün əlverişli məqam seçib.

Qətl zamanı fitnes zalında olan şahid Aleksandra Voyevoda adlı qadın deyir ki, güllələnən şəxs zala öz cangüdəni ilə gəlmişdi. O, soyunub-geyinmə otağına keçib, cangüdən zaldan çıxıb və qadın təxminən yarım saat sonra hadisə haqda eşidib.

“Mən bu adamı görmüşdüm, cangüdəni ilə gəldi. Sonra cangüdən çölə çıxdı, mən də onunla birlikdə çıxdım. Sözün əsl mənasında yarım saat sonra eşitdim ki, həmin adamı (Albert Rıjiy) güllələyiblər”, - qadın deyir.

Kriminal avtoritetin cangüdəninin nədən onu tək qoyub çölə çıxdığı müəmmalı görünür, amma ola bilsin ki, cangüdən içəridə “yad adam” olmadığından əmin olduğu üçün çölə çıxıb. Amma Heydərovla eyni vaxtda onun qatili də zalda idi, idmanla məşğul olurmuş kimi görüntü yaratmışdı.

Və kamera görüntülərindən də aydın olduğu kimi, killer arxadan Əli Heydərova yaxınlaşır, ona dalbadal atəş açır. Kriminal avtoritet üzü üstə yerə yıxılır, killer onun başından daha bir neçə güllə vurur və arxayın şəkildə uzaqlaşır. Ətrafdakılar isə təşviş içində ora-bura qaçırlar, silahlı adamdan xilas olmağa çalışırlar.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, killer ötən əsrin 60-cı illərindən istehsal edilən və əsasən xüsusi təyinatlıların yaxın döyüş aparmaq üçün istifadə etdikləri “Skorpion” tapança-pulemyotundan istifadə edib. Heydərovu güllələdikdən sonra silahı qırmızı çiyin çantasına qoyub və zaldan çıxıb. Sonrakı videomüşahidə kameraları görüntülərinə əsasən o, küçəyə çıxaraq yoldan keçən sərnişin avtobusuna minib.

Avtobusla son dayanacağa-Novopesçansk küçəsinə qədər gedib, orada düşüb taksiyə minib və nəzərlərdən itib. Sonradan avtobus sürücüsü salonda killerin qoyub getdiyi torbanı, onun içindəki “Glock” tapançasını aşkar edib. Belə görünür ki, bu killerin ehtiyat silahı idi. “Skorpion”u isə o, fitnes zalından çıxandan sonra küçəyə atıb. Sifarişli qətllər törədən killerlər ənənəyə görə, silahı hadisə yerində atıb gedirlər.

Əli Heydərov “vor zakon” titulunu 2012-ci ilin sentyabrında almışdı və “Ded Xasan”ın qruplaşmasına daxil idi. Kriminal karyerasına Arxangelsk bazarında alver edən azərbaycanlıları “sağmaqla” başlayıb, yəni reketlik yolu ilə onlardan haqq yığıb. 2002-ci ildə reketliyə görə ilk dəfə həbs olunub, şərti cəza ilə yaxasını qurtarıb. Sonradan daha iki dəfə həbs olunub, amma həbsxanada çox oturmayıb. Soyğunçuluq, xuliqanlıq, adam döymə kimi maddələrlə ittiham olunsa da qısa müddətli həbslərdən sonra azadlığa çıxıb və kriminal karyerası yüksəlib. “Ded Xasan”ın öldürülməsindən sonra onun klanı daxilində nüfuz dairəsi bölgüsü uğrunda qanlı hesablaşmalar başlayanda Ə.Heydərova iki dəfə sui-qəsd ediblər. Bir dəfə Peterburqda, bir dəfə Türkiyədə. Lakin hər iki halda o, xilas ola bilib. Sonradan ona daha bir sui-qəsd cəhdinin olduğu məlumdur.

Nəhayət 2016-cı ildə Əli Heydərov yenidən həbs olunub-bu dəfə sahibkara quldur hücumuna və saxta sənəd əldə etməyə görə. 6 il həbs veriblər və Mariy El həbsxanasına göndəriblər. Burada onun barəsində bir çox şaiyələr yayılıb. Məsələn, deyilənə görə “Albert Rrıjiy” həbsxana administrasiyası ilə əməkdaşlıq edirdi və digər kriminal avtoritetlərin əleyhinə ifadə verirdi. Üstəlik o, həbsxanada tikiş tikməyi də öyrənibmiş.

İstintaqdakı mənbələr deyirlər ki, son illər Əli Heydərovun adı Moskvadakı "Fud Siti" (Food City) topdansatış ərzaq bazasından yığılan haqq uğrunda kriminal müharibələrdə də çəkilirdi. Onun bazarda öz payının, faizinin olduğu bildirilir. Hansı ki, bu bazara nəzarət uğrunda illərdir qanlı müharibələr gedir, bazarı əvvəlcə Rövşən Lənkəranski öz nəzarətinə ala bilmişdi. Sonra onu güllələdilər və bazar tam olmasa da Lotu Qulinin nəzarətinə keçdi, amma Albert Rıjiy də oradan öz payını alırmış.

“Kürən”in öldürülməsinə görə iki əsas versiya nəzərdən keçirilir - “paqona işləməyə” görə cəza və Lotu Qulinin ölümünə görə qisas. İndi isə daha bir versiya əlavə olunub ki, bu da "Fud Siti"dən əldə edilən milyonların bölüşdürülməsi uğrunda qanlı hesablaşmadır..

Son məlumata görə Əli Heydərovu güllələyən Taleh Orucov artıq saxlanılıb. Rusiya İstintaq Komitəsinin Moskva üzrə istintaq İdarəsinin rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, o, kirayə qaldığı mənzildə yaxalanıb, hazırda onun dindirilməsi ilə bağlı zəruri istintaq tədbirləri həyata keçirilir, mənzildə axtarış aparılır.
Pandemiyadan zərər çəkən sahibkarlara növbəti maliyyə yardımı olunubPandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 185 856 muzdlu işçini əhatə edən 20 442 vergi ödəyicisinə 41 753,0 min manat həcmində maliyyə dəstəyi göstərilib.

İqtisadiyyat Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 84 632 fərdi (mikro) sahibkara 30 198,4 min manat maliyyə dəstəyi göstərilib.

Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən vergi ödəyicilərinin bank hesablarına köçürülüb.
BŞİH-dən 8 Noyabr prospekti ilə bağlı - AçıqlamaPaytaxtın Xətai rayonunda yerləşən Nobel prospektinin və Zığ şossesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin adı dəyişdirilərək 8 Noyabr prospekti adlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Avrasiya.net-ə verilən məlumata görə, yəqin ki, Hərbi Qənimətlər Parkının yerləşdiyi bu prospektdə gələcəkdə “Zəfər” muzeyinin yaradılması məqsədəuyğun olacaq:

"Qeyd edilməlidir ki, bu prospektdə son illərdə geniş abadlıq-yenidənqurma işləri aparılaraq əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Zığ sossesinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qədər olan hissəsinin də bu prospektə qatılması ilə onun uzunluğu 10 km-ə yaxın uzanıb və bununla da prospekt Bakı şəhərinin ən böyük prospektlərindən birinə çevrilib".
"Space"də yoxlamalar başladı - Mustafayevin dövrü araşdırılır"Space" televiziyasında maliyyə yoxlamaları aparılır.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, kanalın sabiq rəhbəri Vaqif Mustafayevin işlədiyi dövr araşdırılır.

Belə ki, televiziyanın Mühasibatlıq şöbəsində audit yoxlaması başlayıb. V.Mustafayevin dövründə aparılan maliyyə əməliyyatları, reklamlardan gələn gəlirlərin miqdarı və istifadəsi yoxlanılır.

Qeyd edək ki, bu ilin fevral ayında kinorejissor Vaqif Mustafayev "Space" telekanalının qurucusu Sevil Əliyeva tərəfindən vəzifəsindən azad edilib.
İqbal Məmmədovu Rafael Cəbrayılovun aqibəti gözləyə bilər?..“Kapital Bank” ASC deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu məhkəməyə verib. Deputat və qardaşının məhkəməyə verilməsinin səbəbi isə kredit müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, iş hazırda məhkəmədədir. Maraqlıdır ki, İqbal Məmmədovu da Rafael Cəbrayılovun aqibəti gözləyə bilərmi?

Sabiq deputat, hüquqşünas Çingiz Qənizadə məsələ ilə bağlı Modern.az-a danışıb. O, bankın kreditora qarşı iddiasının mülki məsələ olduğunu vurğulayıb:

“Bu mübahisə mülki olduğuna görə hesab edirəm ki, kriminallaşdırmaq lazım deyil. Rafael Cəbrayılov insanlardan pul almışdı və geri qaytarmırdı artıq bu kriminal xarakterli məsələ hesab edilirdi. O, deputat mandatını girov qoymuşdu, amma borc öhdəliyinə yenə də əməl etməmişdi. Sonda da həbs olundu.

İqbal Məmmədovla bağlı açıqlama isə bununla eyni deyil. Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Kredit İqbal Məmmədovun oğlunun adına olsa belə, o buna görə məsuliyyət daşıya bilməz. İqbal Məmmədov olduqca normal, sadə, dövlətə, hüquqa hörmət edən şəxsdir. Ola bilər ki, hansısa məsələ ilə bağlı bankla arasında müəyyən gərginlik var. Bu hadisənin səbəbləri araşdırılmalıdır. Hər kredit alan millət vəkilini kreditin gecikməsinə görə iddiham etmək olmaz. Rafael Cəbrayılovla İqbal Məmmədovun üzləşdiyi problem tamamilə fərqlidir.

Bu problem mülki xarakterlidir həbs məsələsi ola bilməz. İqbal Məmmədov YAP-ı təmsil edən deputatdır. Qanunazidd davranışı olsa, partiyada, parlamentin İntizam komissiyasında müzakirə ediləcək. Bu prosedurlar olmadan məsələ haqqında başqa fikir bildirmək olmaz”.
Azərbaycanda pensiyalar artıb2021-ci ilin ilk rübündə də davam edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Avrasiya.net-ə verilən məlumata görə, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata çatıb.

Rəsmi məlumata görə, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 10,7% çoxdur
MOSSAD-ın xüsusi mərkəzinə hücum edildi – İran mediasıİraqın şimalında MOSSAD-a məxsus olduğu iddia edilən Kəşfiyyat və Xüsusi Əməliyyatlar Mərkəzi hücuma məruz qalıb.

Axar.az xəbər verir ki, bu məlumatı İran mətbuatı yayıb.

Hücum nəticəsində guya İsrail əsgərlərinin həlak olduğu iddia edilsə də, onların yəhudi və ya onlarla əməkdaşlıq edən xarici ölkə vətəndaşlarının olmasına aydınlıq gətirilməyib.

Qeyd edək ki, məlumat rəsmən təsdiqlənməyib.
Kürdə batan yeniyetmənin meyiti tapıldıAprelin 9-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

Avrasiya.net FHN-yə istinadən xəbər verir ki, axtarışda olan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti bu gün səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, aprelin 9-da FHN-in “112” qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olmuşdu. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdu. Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdi.
İlham Əliyev: "Gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir"“Biz artıq layihələrə başlamışıq. Mən onlardan bəzilərinin adını çəkə bilərəm. Məsələn, Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə artıq başlanılıb. Bunların hamısı ilə bağlı proses artıq gedir. Büdcə təsdiqlənib. Elektrik enerjisi istehsalı, xətlər, Şuşaya xətt artıq çəkilib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda Roma Sapienza Universitetindən Daniel Pommier Vinçellinin ünvanladığı sualı cavablandırarkən deyib.

Dövlət başçısı bildirib ki, Şuşada elektrik stansiyası tezliklə açılacaq: “Qeyd etdiyim kimi, maksimum 2 ilə bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. Sonra, su təchizatı, su kəmərləri yoxdur. İnsanlar oraya getsələr, nə yeyəcəklər, nə içəcəklər, kənd təsərrüfatı ilə necə məşğul olacaqlar? Biz düzgün planlaşdırmalıyıq. Əlbəttə ki, şəhərsalma, çünki hər şey yerlə-yeksan edilib. Ona görə də yeni şəhərsalma layihələri olacaq. Hazırda bununla da bağlı proses gedir. Biz dərhal başlamışıq və sizə deyə bilərəm ki, bizim təsdiqləyəcəyimiz ilk şəhərsalma layihəsi Ağdam və həmçinin digər şəhərlərdir.

Biz Zəngilanda kəndlərdən birində pilot layihəyə başlamışıq – “ağıllı kənd”. Düşünürəm ki, bərpa işlərinə ola bilsin gələn ay, ola bilsin iyunda başlanacaq. Ümidvaram ki, ilin sonunadək bu pilot layihə artıq həyata keçiriləcək. Eyni zamanda, mən müxtəlif ölkələrdən olan tərəfdaşlarımızla təmaslarım zamanı bizə şəhərsalma, kəndlərin tikintisi ilə bağlı ideyalar verə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam. Biz bu şirkətləri bizimlə işləməyə dəvət etmək istəyirik, çünki bizim tikinti imkanlarımız bu əraziləri bərpa etmək üçün yetərli deyil. Dediyim kimi, biz 4 Lüksemburq bərpa etməliyik. Bu, ciddi işdir.

Bu səbəbdən, onların hamısının nə vaxt qayıdacağını demək çətindir. Amma onlar mərhələli şəkildə qayıdacaqlar. Böyük ehtimal ki, qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn Ağdam, Füzuli, Cəbrayılda elektrik və su xətlərini çəkmək daha asandır. Yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda, biz hazırda, Laçında hava limanının inşasını planlaşdırırıq. Çünki Laçına getmək asan deyil. Oranı inşa etmək üçün yük təyyarələrinə ehtiyac var. Həmçinin Kəlbəcərə də yol çəkilir. Mövcud yol indi Rusiya sülhməramlılarının nəzarəti altındadır. Bu yoldan istifadə edirik, ancaq bəzən nə vaxt və necə olacağı bilinmir. İndi biz çoxlu tunellər inşa etməliyik, çünki dağların hündürlüyü 3500 metrə çatır və burada əvvəllər yol olmayıb. Beləliklə, dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir”.
Çempionlar Liqasında ilk yarımfinalçılar bilindiUEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları növbəti raunda adlayıblar.

London təmsilçisi 1/4 finalın ilk matçında Portuqaliyada 2:0 hesabı ilə qalib gəldiyi "Portu"ya evdə minimal hesabla uduzub - 0:1. Qonaqların heyətində oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Mehdi Taremi fərqlənib. Məğlubiyyətə baxmayaraq, "zadəganlar" yarımfinala vəsiqə qazanıblar.

PSJ isə doğma meydanda Almaniya "Bavariya"sına 0:1 hesabı ilə məğlub olub. Görüşdə yeganə qolu 41-ci dəqiqədə Erik Şupo-Motinq vurub. Buna baxmayaraq, Münhendəki ilk qarşılaşmada turnirin son qalibini 3:2 hesabı ilə məğlub edən Paris klubu səfər qolu sayəsində yarımfinala yüksəlib.

Çempionlar Liqası, 1/4 final mərhələsi

Cavab oyunları

23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1

Qol: Mehdi Taremi, 90+4

İlk oyun - 2:0

23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1

Qol: Erik Şupo-Motinq, 41

İlk oyun - 3:2

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün oynanılacaq "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) və "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunları ilə yekun vurulacaq.