31 nəfər koronavirusdan vəfat edibAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 291 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. 32 052 nəfər aktiv xəstə sayını təşkil edib.
Daha 30 Şəhid ailələsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verildiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev və digər şəxslər iştirak ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev verilməsini nəzərdə tutur. O cümlədən bu il üzrə də 3 minədək mənzil və fərdi ev veriləcək, onlardan artıq 260 mənzil təqdim edilib.

Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərildiyi vurğulanıb. Bu gün həmin kateqoriyadan olan vətəndaşlara yeni mənzillərin təqdim edilməsinin də bunun bir nümunəsi olduğu bildirilib.

Şəhid ailələri və müharibə əlilləri hər zaman dövlət qayğısını hiss etdiklərini deyib, göstərilən böyük qayğıya, yeni mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9460 mənzil və fərdi ev verilib.
Minsk Qrupunun Qarabağ bəyanatında 3 həyasız məqam...ATƏT-in Minsk Qrupunun həmsədrləri 13 aprel 2021-ci ildə ötən ilin noyabr ayında üçtərəfli bəyanatın imzalanmasından sonrakı vəziyyət barədə yeni açıqlama yayıblar. Həmsədrlərin bəyanatında humanitar və təhlükəsizlik məsələləri, o cümlədən kommunikasiyaların açılması ilə bağlı müəyyən pozitiv məqamlar olsa da, onlar yenə də ənənəvi və zərərli təcrübələrinə istinad edərək köhnəlmiş və heç bir aktuallıq kəsb etməyən tezislərini bərpa etməyə çalışıblar.

Bu bəyanatda ciddi narahatlıq doğuran və erməni tərəfinin tezislərini açıq şəkildə büruzə verən bir neçə məqamı qeyd etmək istərdim.

Birincisi, həmsədrlər bütün hərbi əsirlərin və saxlanılan şəxslərin qaytarılmasını istəyirlər. Hamıya bəllidir ki, Azərbaycan tərəfi müharibə dövründə əsir düşən və saxlanılan ermənilərin hamısını Ermənistana qaytarıb. Lakin anlaşılan odur ki, həmsədrlər müharibə başa çatandan sonra Ermənistanın Şirak rayonundan Azərbaycana terror məqsədi ilə göndərilən və 4 nəfər hərbiçimizi şəhid edən diversant qrupunun üzvlərini nəzərdə tuturlar. Yəni bizim dəfələrlə açıqlama verib onların hərbi əsir olmadığını deməyimizə rəğmən, Minsk üçlüyü heç nə olmamış kimi davranaraq bu məsələdə Ermənistanın sözçüsü qismində çıxış edir.

İkincisi, həmsədrlər bəyanatda (keçmiş) “Dağlıq Qarabağ”a gediş-gəlişə, o cümlədən beynəlxalq humanitar təşkilatların nümayəndələrinə qoyulmuş məhdudiyyətlərdən bəhs edirlər. Bu absurd fikri səsləndirməklə onlar həm özlərini gülməli vəziyyətdə qoyurlar, həm də “10 noyabr üçtərəfli bəyanatı dəstəkləyirik” kimi mövqelərinin ziddinə çıxmış olurlar.

Digər tərəfdən, cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı inzibati vahid mövcud deyil və kim ölkəmizə, xüsusilə münaqişənin təsirinə məruz qalmış ərazilərə gəlmək istəyirsə, buyursun, lazım olan hüquqi prosedurlara əməl edərək istədiyi yerə getsin. Hətta beynəlxalq təşkilatlar Xankəndiyə humanitar yardım etmək istəyirsə, yenə də problem yoxdu, məsələni rəsmi Bakı ilə müzakirə edib razılaşdırsın. Yox, əgər həmsədrlər yenə də müharibədən əvvəlki qaydanı tətbiq edib, Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə istədikləri vaxt və Bakıdan icazə almadan gedib-gəlmək, özfəaliyyətlə məşğul olmaq istyirlərsə, bu macəra artıq tarixdə qaldı və bundan sonra belə özbaşınalığa heç vaxt imkan verilməyəcək.

Üçüncüsü, həmsədrlər bəyanatlarında məsuliyyətsizcəsinə uzunmüddətli sülhün əldə olunması üçün tərəflərə yaxşı tanış olan köhnə prinsiplərin dirçəldilməsinin vacibliyini qeyd edirlər. Bu fikir bir daha sübut edir ki, Minsk üçlüyü heç vaxt Cənubi Qafqazda sülhün və əmin-amanlığın olmasını istəməyib və indi də istəmir. Onlar heç bir aktuallığı qalmayan əvvəlki ritorikanı bərpa etməklə hələ uzun müddət heç bir faydası olmayan mandatlarını qorumağa və özlərinin uğursuz varlığını sürdürməyə çalışırlar. Bu fikirlər həm də Ermənistanda olan revanşist qüvvələr üçün əlavə bir situmul deməkdir. Bu bəyanat həm də Ermənistan və Azərbaycan arasında gərginliyin daha da körüklənməsinə hesablanmış bir addımdır.

Bütün hallarda mən bu bəyanatı yersiz və reallıqdan uzaq bəyanat hesab edir və onun Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə rədd edildiyini bildirirəm.

Sonda isə səmimi etiraf edim ki, məndə az da olsa ümid vardı ki, Minsk Qrupunun həmsədrləri özlərinin 30 illik yarıtmaz fəaliyyətlərinin nəyə bais olduğundan və 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlardan düzgün nəticə çıxararaq bu reallığa tamami ilə uyğun mövqe sərgiləmək üçün özlərində güc tapa biləcəklər. Ancaq görünən odur ki, bu qrup özünü tamamilə tükədib və həmsədrlik institutunun Azərbaycan üçün heç bir maraqlı və cəzbedici tərəfi qalmayıb.

Azay Quliyev
"Gürcü Arzusu" dağılırGürcüstanın hakim Gürcü Arzusu Partiyasından qopmalar davam edir.

Avrasiya.net xəbər verir ki, bu gün partiyadan daha bir neçə deputat ayrıldığını elan edib. Onlar sırasında Georgi Xecevanişvili, Mixail Dauşvili, Beka Liluaşvili, Ana Buçukuri, Aleksandre Moçereliya və Şalva Kereselidze yer alıb. Partiyadan ayrılan deputatların keçmiş baş nazir Georgi Qaxariyanın komandası olduğu vurğulanıb.

Onlar parlamentdə müstəqil deputatlar kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Qaxariya 18 fevralda gözlənilmədən istefa verib. İstefaya səbəb onun Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsinə razılıq verməməsi olub.

Yol polisi Ağsuda qəza törətdi: ölən varAğsuda piyadanın ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə ötən axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 2011-ci il təvəllüdlü Nəzrin Səbuhi qızı Məhərrəmli həmin prospektdə yolu keçmək istəyərkən onu DYP avtombilini idarə edən polis əməkdaşı, Ağsu rayon sakini Cavid Nəriman oğlu Kərimov vurub.

Yaralı dərhal Ağsu Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli elə xəstəxanada dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.

DYP avtomobilini idarə edən Cavid Kərimov Bakı-Şamaxı əsas magistral yolunda yol polisi vəzifəsində çalışır.

Faktla bağlı araşdırmalar davam etdirilir.
İlham Əliyev Lukaşenko ilə görüşdü - FotoAprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Prezident İlham Əliyev dedi:

- Hörmətli Aleksandr Qriqoryeviç, Sizi yenidən görməyimə şadam. Dünən bizim qeyri-rəsmi formatda ünsiyyət saxlamaq, ikitərəfli gündəliyə aid məsələlərin geniş spektrini, regional problemləri müzakirə etmək imkanımız oldu. Bu gün dialoqumuzu davam etdiririk. Ölkələrimiz arasında münasibətlərin inkişafına görə çox şadam. Sizinlə biz əlaqələrimizə elə dinamizm gətirmişik ki, bütün istiqamətlər üzrə inkişaf olduğunu, razılaşdırdığımız məsələlərin praktiki həllini görürük. Qarşılıqlı səfərlərimiz müntəzəm xarakter daşıyır. Mən Belarusa səfərlərimi, Sizin Azərbaycana səfərlərinizi yaddaşımda təzələmişəm. Bütün bunlar ölkələrimiz arasında sıx qarşılıqlı siyasi əlaqə, yüksək səviyyədə etimad olduğunu və nəticəyə hədəflənməyimizi göstərir. Odur ki, qarşılıqlı iqtisadi fəaliyyət çərçivəsində yaxşı nəticələr görürük. Keçən il pandemiyaya baxmayaraq, bizim əmtəə dövriyyəmiz artıb, Azərbaycandan Belarusa ixrac da artıb. Ona görə bu gün sənaye kooperasiyası ilə bağlı məsələləri də daha ətraflı müzakirə edəcəyik. Sizinlə birgə qərarımıza əsasən artıq çoxdandır ki, Gəncədəki sənaye müəssisəsi fəaliyyət göstərir.

Qarabağın bərpası ilə bağlı məsələləri də Sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur.

Sevindirici haldır ki, biz iştirak etdiyimiz beynəlxalq strukturlarda bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Yəni, bizim münasibətlərimiz hər hansı problemlərdən tamamilə uzaqdır. Bizim müntəzəm əlaqələrimiz sadəcə görülmüş işlərə yekun vurmağa, növbəti addımları ölçüb-biçməyə və iki dost, iki tərəfdaş kimi irəliləməyə imkan verir. Bir daha xoş gəlmisiniz, Sizi yenidən Bakıda görməyimə şadam.

Prezident Aleksandr Lukaşenko dedi:

- Sağ olun İlham Heydər oğlu. Bütün bu pandemiya və sair ilə bağlı hadisələr fonunda bizim görüşümüz, ola bilsin, müəyyən dərəcədə refren kimi səslənəcək. Lakin həqiqi dostlar vaxtında həyata keçirilməli olacaq tədbirləri ləngitmirlər. Biz də belə edirik və heç bir pandemiya buna mane ola bilməz.

Siz çox düzgün dediniz ki, bizim siyasət, iqtisadiyyat sahələrində konkret istiqamətlər baxımından münasibətlərimiz olduqca çoxşaxəlidir, çox düzgündür və onlara heç nə xələl gətirmir. Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz. Ona görə ki, əgər sən bir işi görmək istəyirsənsə, buna mane olmaq çətindir.

Həqiqətən, Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Dünən biz bu barədə xeyli danışdıq. Mən çox şadam, Siz Belarus xalqının həqiqi dostu kimi bilirsiniz ki, qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir. Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik. Əgər biz razılığa gəlsək, - bizdə həmişə belə olub, - biz razılaşmaları həmişə reallaşdırırıq və bu gün əmtəə dövriyyəsinin yarım milyarda çatması buna sübutdur. Ümumiyyətlə, Siz Prezident vəzifəsinə gələnə qədər belə hallar olmayıb. Ona görə də, bu, dinamika baxımından yaxşı nəticədir.

Siyasi münasibətlərimizə gəldikdə isə bizə nəyinsə çatışmadığını və ya hansısa mənfi amil olduğunu demək çətindir. Bizdə belə amillər yoxdur. Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm. Biz hələ Sovet İttifaqı dövründən bütün istiqamətlər üzrə ən səmimi münasibətləri bərpa etmişik. Xüsusən çətin vaxtlarda, elə indi də Belarus üçün karbohidrogen xammalı tədarükündə göstərdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu gün səhər fikirləşirəm, bəlkə biz münasibətlərimizi məhz bu həssas sahədə dərinləşdirmək məsələsinə baxmalıyıq, ona görə ki, Belarus iqtisadi, siyasi hadisələrin mərkəzində yerləşir. Lakin bununla belə, həll edilə bilməyən məsələlər yoxdur. Sağ olun ki, indicə dediyim kimi Azərbaycan üçün çox gərgin bir dövrdə bu məsələləri müzakirə etmək üçün vaxt tapmısınız.

Prezident İlham Əliyev: Sağ olun.

Rusiyanın Ermənistanda daha bir hərbi bazası açılırErmənistan və Rusiya 102-ci bazanın imkanının genişləndirilməsini, özəlliklə, Sünikdə bazanın dayaq məntəqəsinin yaradılmasını müzakirə edir.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistan parlamentinda çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Rusiya ilə hərbi ittifaq ölkənin təhlükəsizliyinin təmin edilməsində açar rolunu oynayır.

O, təhlükəsizliyin təmini işində Ermənistan-Rusiya vahid birləşmiş qoşunlarının və hava hücumundan müdafiə vahid sisteminin fəaliyyətinin vacib praktiki əhəmiyyət daşıdığı bildirib.
Eldar Həsənovun vəziyyəti pisləşdi, Prezidentə müraciət edildiKeçmiş Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənovun vəkilləri Prezident İlham Əliyevə açıq müraciət ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, vəkillər Cəlil Mirzəyev, Valeh Mehralıyev, Adəm Məmmədov və Cavad Cavadovun imzaladığı müraciətdə hazırda həbsdə olan sabiq Baş prokurorun səhhətinə diqqət çəkilib.

“Mətbuat vasitəsi ilə Sizə müraciətimizin əsas məqsədi hüquqlarını müdafiə etdiyimiz Eldar Hümbət oğlu Həsənovun səhhətinin ciddi formada ağırlaşması və həyatına təhlükə yarandığı üçün təcili tibbi müdaxilənin aparılması ilə bağlıdır.

Artıq iki aya yaxındır ki, müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin E.Həsənovun saxlanıldığı istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlərə, müraciətlərə Baş Prokurorluğun istintaq qrupu tərəfindən Konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq icazə verilməmişdir.

Həmçinin son 6 ay ərzində dəfələrlə E.Həsənovun həbs qətimkan tədbirinin dəyişilməsi və Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda cərrahi əməliyyatlar keçirilməsinə dair verilmis vəsatətlər, şikayətlər heç bir qanuni əsaslar gətirilmədən rədd edilmişdir.

Son 6 ildə 7 ağır cərrahi əməliyyat keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar yaşayan, davamlı ürək ağrıları ilə müşaiyət olunan şəkərli diabet, xüsusi risk qrupuna aid olan 66 yaşlı Eldar Həsənov Prokurorluğun istintaq qrupunun ona qarşı digər qanunsuzluqlarla yanaşı, bu cür qeyri-insani münasibətini onun səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş bir qəsd kimi qiymətləndirir.

Eldar Həsənovun hazırda gündəlik qəbul etdiyi dərmanlara nəzər yetirilsə, onun səhhətinin hansı vəziyyətdə olması əyani olaraq görünəcək”, - vəkillər qeyd edib.

Müraciətdə E.Həsənovun qəbul etdiyi dərmanların siyahısı da verilib:

“Şəkərli-diabet üçün: 1. Janumet – 1 t x 2 dənə (səhər, axşam), 2. Jardiance - 1 t x 2 dənə.

Ürək üçün: 3. Sortes – 2 t x 1 d, 4. Triatek – 2 t x 2 d, 5. Carvaton – 1 t x 2 d, 6. Valokardin – 20 damla x 3 dəfə, 7. Validol – 1 t x 2 d, 8. Aspirin-kardio – 1 t x 2 d.

Yaddaş üçün: 9. Rezerkane- 1 t x 2.

Yuxu üçün: 10. Remeron – 1,5 t x 1 d, 11. Dalmadorm – 1- 1,5 t x 1 d, 12. Relaxane – 1 t x 2 d, 13. Mugakalm – 1 t x 2 d, 14. Voltoren- 1-2 tab x 1- 2 d, 15. Ketanol (100 mq) 3 – 7 tab – 24 saat ərzində (çox təhlükəli doza), 16. Azrozol – nəfəs almada problemlər yarananda, 17. Movicol – gündə 2-3-4 dəfə), 18. Laxoberon – gündə 2-3-4 dəfə), 19. Nücleoc.m.p. Forte (sümük ağrıları üçün), 20. Solbutanol (интели) nəfəs alma problem yarananda.

Məlumat üçün onu da bildirək ki, Eldar Həsənov ona elan olunmuş ittihamları həbsinin ilk günündən qətiyyən qəbul etmir, onları əsassız və qərəzli hesab edir”.

Vəkillər sadalananları əsas gətirərək, Eldar Həsənovun səhhətində mövcud real həyati-təhlükəli durumla bağlı təcili tibbi müdaxilə edilməsi və bu əsaslarla həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Prezidentdən kömək istəyiblər.
Paşinyan: Putinə zəng etdim, Əliyev isə rədd etdi!Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında II Qarabağ müharibəsinin gedişi zamanı aparılan müzakirələrin, eləcə də Təhlükəsizlik Şurasının 19 oktyabrdakı iclası, Rusya Prezidenti Vladimir Putinlə telefon danışığının detallarını açıqlayıb.

Axar.az xəbər verir ki, Paşinyan oktyabrın ikinci yarısında Qarabağdakı separatçıların lideri və Baş Qərargah rəisi ilə məsləhətləşdikdən sonra ağır güzəştlərlə atəşkəsə getmək barədə qərar qəbul etdiyini bildirib:

“Bu məqsədlə mən Təhlükəsizlik Şurasının iclasını çağırdım. Orada parlamentdəki müxalifətin nümayəndələri də iştirak edirdi. Mən onları məsuliyyəti bölüşmək üçün yox, məlumatlandırmaq üçün dəvət etmişdim. İclasda, həmçinin prezident və katolikos da iştirak edirdi”.

Paşinyan iclasdan sonra Rusiya Prezidentinə zəng etdiyini və Ermənistanın Azərbaycana Dağlıq Qarabağ ətrafındakı rayonları 5+2 formatında geri qaytarmaq təklifi ilə atəşkəs istədiyini söyləyib:

“Biz Rusiya Prezidenti ilə situasiyanı geniş müzakirə etdik və tam qarşılıqlı razılığa gəldik. Siz bilirsiniz ki, orada azərbaycanlı qaçqınlar məsələsi var idi. Mən dedim ki, əgər Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bağlı olacaqsa, bizim bu məsələyə prinsipial etirazımız yoxdur”.

Onun sözlərinə görə, bundan sonra Rusiya Prezidentinin Azərbaycan Prezidentinə zəng etdiyini, nəticədə Bakının erməni tərəfinin Hadrutun geri qaytarılması, eləcə də Qarabağın statusu məsələsinin qaçqınların geri qayıtmasıyla bağlılığı təklifini rədd etdiyi bəlli olub. Paşinyan Bakının, həmçinin 5+2 formulunu qəbul etmədiyini, bütün 7 rayonun eyni anda geri qaytarılmasını tələb etdiyini deyib.

Paşinyan 2016-cı il aprel müharibəsinə iki ay qalmış ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistandan Dağlıq Qarabağa aralıq statusun təqdim edilməsi tələbindən imtina etməsini istədiklərini vurğulayıb. Baş nazir Azərbaycanın statusla bağlı mövqeyini mərhələli olaraq sərtləşdirdiyini və 2014-2015-ci ildən sonra onun mövqeyini həmsədrlərin də dəstəkləməyə başladığını söyləyib. O, həmsədrlərin tələbindən Ermənistanın imtina etdiyini və iki ay sonra İrəvanı bu tələbindən geri çəkilməyə məcbur edən müharibənin başladığını bildirib.

Paşinyan danışıqlar prosesində Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı razılaşmanın olmasıyla bağlı insanların aldadıldığını da qeyd edib. O, referendum haqqında bəndin olduğunu, amma onun nə zaman və hansı ərazilərdə keçiriləcəyinin müzakirə edilmədiyini vurğulayıb.

Nikol Azərbaycanın səsvermənin bütün Azərbaycan daxilində keçirilməsini tələb etdiyini deyib.
"Hərbi Qənimətlər Parkı milli qürur yerimizə çevriləcək"Bakıda Hərbi Qənimətlər Parkının açılışını yüksək qiymətləndirirəm. Ordumuzun 44 gün sürən Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığının və qazandığı tarixi Zəfərinin əyani vasitələrlə nümayiş etdirilməsi, eyni zamanda da şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi baxımından paytaxtda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması, Hərbi Qənimətlər Parkının salınması olduqca mühüm məsələ idi. Məhz bu məqsədlə də cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev xüsusi Sərəncam imzalamış, təşəbbüslə çıxış etmişdi.

Artıq hamımız bu təşəbbüslərin həyata keçirilməsinə şahidlik etməkdəyik. Belə ki, Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi və burada çıxışı zamanı səsləndirdiyi fikirlərlə, etdiyi xəbərdarlıqlarla düşmən tərəfə - Ermənistanın hərbi-siyasi rəhbərliyinə və revanşist siyasətçilərinə növbəti dəfə göz dağı verdi, psixoloji zərbə vurdu. Prezidentimizin bu təşəbbüsü hərb tariximizin təbliği baxımından da olduqca önəmli təşəbbüsdür.

İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərin nəticələrinin bu cür park formasında, açıq hava muzeyi qismində nümayiş etdirilməsi düşməni mənəvi-psixoloji cəhətdən əzməklə yanaşı, öz vətəndaşlarımızda, xüsusən də gənclərimizdə milli qürur hissinin formalaşdırılması, məktəblilərimizdə vətənpərvərlik ruhunun daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Bura sözün hər mənasında milli qürur yerimizə çevriləcək. Yeniyetmə gənclərimiz bu parkda nümayiş etdirilən hərbi texnikaları, qənimətləri əyani şəkildə görməklə 44 günlük müharibədə düşmənin necə darmadağın edilməsi barədə real təsəvvürlərə malik olacaqlar. Onlar real tarixlə canlı təmas quracaqlar.

Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında nümayiş etdirilən, Azadlıq meydanında, bütün xalqımızın və dünyanın gözü qarşısında Ermənistanın rüsvayçı məğlubiyyətini, erməni fərariliyini göstərən düşmən silahları, düşmənin qoyub qaçdığı döyüş texnikaları, hərbi avtomobillərin nömrələri bundan sonra Hərbi Qənimətlər Parkında nümayiş etdiriləcək. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi hər bir Azərbaycan vətəndaşı, eləcə də ölkəmizə gələn rəsmi qonaqlar, o cümlədən çoxlu sayda əcnəbi turistlər bu parkı ziyarət edərək bu qənimətləri görəcək və kimin kim olduğu bir daha aydın şəkildə üzə çıxacaq.

Bu parkın açılışı və bu parkdakı qənimətlər qoy ermənilərə də dərs olsun. Onlar da örsünlər ki, işğalçılıq və zülm heç vaxt cavabsız qalmır, ilahi ədalət nə vaxtsa mütləq öz yerini tapır. Prezidentimizin sözüylə desək, "budur onlara verilən cavab. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir!". Bakıda açılan Hərbi Qənimətlər Parkı bundan belə hər bir erməni generalına, erməni əsgərinə milli əziklik və məğlubiyyət hissini yaşadacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri