Ermənilərin Qarabağda tapdığı meyitlərin sayı 1541-ə çatdıErməni axtarış qrupları Cəbrayıl rayonu ərazisində bu gün daha 2 erməni hərbçisinin meyitini tapıblar.

Avrasiya.net xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edək ki, 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində 1541 erməni əsgərin meyiti tapılıb.

Axtarışlar Azərbaycan Ordusunun razılığı ilə aparılır.
İlham Əliyev Lukaşenko ilə görüşdüAprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
"Vəsaitin səmərəliliyinə diqqət yetirilməlidir""Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatı analitik təhlillə əhatə olunub, yeni formada və qanunvericiliyə uyğun hazırlanıb. Hesabatdan göründüyü kimi aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması sahəsində də Hesablama Palatası tərəfindən məqsədyönlü işlər görülür".

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisdə Hesablama Palatasının 2020-ci il üzrə illik hesabatının müzakirəsi zamanı parlamentin Energetika, təbii ehtiyatlar və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

Hesabatın hazırlanmasına görə, Palatanın sədri Vüqar Gülməmmədova təşəkkür edən millət vəkili, bir neçə məqama diqqət çəkib:

"Hesabat ilində Palatanın daxilində səmərəli səmərəlililik auditi ilə bağlı yeni struktur bölməsinin yaradılması, kəmiyyətdən keyfiyyətə keçmək yolunda mühüm bir addım sayıla bilər. Təqdim edilmiş hesabatda kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə 34 audit, 4 analitik və 3 monitorinq fəaliyyətinin həyata keçirildiyi qeyd edilir. Narahatedici məqam ondan ibarətdir ki, hesabat ilində audit tədbirləri üzrə nöqsanların təsnifat qrupları üzrə xüsusi çəkisinin büdcə qanunvericiliyinin pozulması üzrə 56,6%, əsaslı qoyuluşlar üzrə nöqsanlar 22,8%, vergi və gömrük qanunverciliyi ilə bağlı nöqsanlar 11,8% və dövlət satınalmaları ilə bağlı nöqsanlar 7,6% olduğu əksini tapıb".

Sadiq Qurbanov həmkarlarının diqqətini bir neçə vacib məsələyə yönəldib:

"Birincisi, dövlət satınalmaları sahəsində çoxsaylı nöqsanlara rast gəlinir, hesabatda qeyd edildiyi kimi dövlət satınalmalarında satınalma predmetinin ehtimal qiymətinin hesablanmaması və ya düzgün hesablanmaması, satınalmalar zamanı tələbatın səmərəli müəyyənləşdirilməməsi və s. hallar təkrarlanır.

İkincisi, kapital qoyuluşları sahəsində aşkar olunan nöqsanlar da önəmli məsələlərdir. Dövlət büdcəsi xərclərində əsaslı xərclərin xüsusi çəkisinin yüksək olması, xüsusilə də cari ildə ölkəmizdə aparılacaq tikinti, quruluculq işlərinin miqyasının böyük həcmdə olması bu xərclərin əhəmiyyətini daha da artırır. Bildiyimiz kimi hörmətli, cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi hökumət işğaldan azad olunmuş torpaqlara böyük qayıdış planı tərtib edir. Bölgələrdə hər şey yenidən qurulmalı, inşa olunmalıdır. Hazırda işğaldan azad edilmiş bölgələrə böyük vəsaitin xərclənəcəyi nəzərdə tutulur. Hesablama Palatasının keçən illərdəki hesabatlarında da əsas nöqsanlardan biri kimi tikinti sahəsinin olduğunu nəzərə alsaq, Palatanın bu sahəyə xüsusi diqqət çəkməsi görüləcək işlərə xüsusi töhfə verə bilər. Belə ki, "Hesablama Palatası haqqında" Qanuna əsasən Palatanın dövlət büdcəsi və büdcədən kənar dövlət fondlarının icrasına rəy verməklə yanaşı, layihələrinə də rəy vermək səlahiyyəti var. Bunları nəzərə alaraq, yuxarıda qeyd edilən hər iki sahəyə - satınalmalara və kapital qoyuluşlarına, tikintiyə xüsusi diqqət yetirilməli, ayrılan vəsaitlərin səmərəli və qənaətlə xərclənməsi diqqətdə saxlanılmalıdır".

Millət vəkili daha sonra su probleminə toxunub. Qeyd edib ki, hazırda içməli su çatışmazlığı dünyanı ciddi narahat edir. "Dövlət səviyyəsində əhalinin su ilə təchiz olunmasına və suların çirklənməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilir. Bu baxımdan diqqətinizi bu sahələrə yönəldərək, su ehtiyatlarından səmərəli istifadə edilməsi və onların çirklənmədən qorunması sahəsinin, şəhər və qəsəbələrinin təmizləyici qurğularla tam təmin edilməsi, respublika ərazisində çirkab suların tam təmizlənməsinə nail olunması sahəsi üzrə, eyni zamanda ətraf mühitlə bağlı qəbul edilmiş dövlət proqramları üzrə müvafiq nəzarət tədbirlərinin aparılmasını təklif edirəm", - deyə S. Qurbanov vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, hesabatda özünüməşğulluq tədbirlərinin həyata keçirilməsi üzrə əmlakla təmin olunan vətəndaşların sayının 13065 nəfər olduğu qeyd edilir: "Bu çox yaxşı göstəricidir, dövlətin işsiz vətəndaşlara diqqətinin nəticəsidir. Həmin əmlakla təmin olunan vətəndaşların hazırkı durumu barədə monotorinq aparılmalı, verilmiş avadanlıqların istehsal və xidmət prosesində istifadə edilməsi vəziyyəti araşdırılmalı, yəni vəsaitin səmərəliliyinə diqqət yetirilməlidir".
Lukaşenko Azərbaycana gəldiBelarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Avrasiya.net xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Yoluxma artır, ölüm sayı isə azalırAzərbaycanda bu gün koronavirus infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2002 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 289 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib. 31 861 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 254, bu günə qədər isə ümumilikdə 3 040 386 test icra olunub.
Prezidentdən sensasion bəyanat: İrəvana qayıdacağıq! - VideoAzərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırım törədən Şaumyan və digərləri və başqa misallar var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olduğunu bilsin.

Avrasiya.net Axar.az-a istibafən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib:

“Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.

Dövlətimizin başçısı qeyd edib ki, bu, faktdır, lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var:

“Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox! Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq?! Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.
Xankəndidə yalnız hərbi obyektləri vurduq - PrezidentBu, Ermənistan tərəfindən törədilən ilk müharibə cinayətləri deyil. Onlar Birinci Qarabağ müharibəsində də müharibə cinayətləri törədiblər. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə bildilər.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransdakı çıxışında bildirib.

Prezident qeyd edib ki, ermənilər günahsız mülki insanları yandırırdılar, öldürürdülər:

"Bir çox kənd erməni barbarlığının qurbanı olub. İkinci Qarabağ müharibəsi zamanı onlar beynəlxalq ictimaiyyətin gözü qarşısında bizim şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb, onlar hətta qəbiristanlıqda olan mərasimə də bomba atıblar. Onlar Bərdəni bombalayıblar. Onlar Naftalana bomba ataraq beş nəfərlik ailəni qətlə yetiriblər. Onlar elə güman edirdilər ki, bizim şəhərlərimizə və kəndlərimizə hücum etməklə bizi dayandıra biləcəklər. Biz eynisini etmədik. Biz heç bir kəndi və ya şəhəri vurmadıq, yalnız Xankəndidəki hərbi obyektləri vurduq.

Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi. Onlar bundan sonra nə etdilər? Dedilər ki, bu, onlar deyil. Ermənistan rəsmiləri bildirdilər ki, bunları edən ermənilər deyil. Onda kim bunu etdi? Kim? Biz özümüz? Siz yəqin bilirsiniz ki, onlar Xocalı soyqırımının günahını da bizim üzərimizə atmaq istəyirdilər. Onlar belə hekayələr uydurur, beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdılar ki, azərbaycanlılar özləri günahsız insanları qətlə yetiriblər. Onlar “Toçka U” və “Elbrus” raketləri ilə də eynisini etdilər”.
Prezident ölkəmizə "İsgəndər" atılması ilə bağlı detalları açdıXocalı soyqırımını törədən, əli dinc azərbaycanlıların qanına batmış Sərkisyan qaz kəmərlərimizi vurmaq üçün “İsgəndər”dən istifadə etmədiyinə görə Paşinyanı tənqid edib. Bu, hərbi cinayətdir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Movsesyan (Ermənistanın müharibə dövründəki Baş Qərargah rəisi - red.) “İsgəndər”ləri bizə qarşı istifadə etdiklərini etiraf edib:

"Sonra isə “İsgəndər”dən istifadə edilməsinin videogörüntüsünü əldə etdik. Mən bunu araşdırmaq üçün tapşırıq verdim və onları tapdıq. Biz onları niyə o vaxt tapmadıq? Çünki Şuşada müharibədən dərhal sonra qar yağdı və hətta yanvar-fevral aylarında orada olduğum zaman da qar yağırdı. Sonra qar əridi və biz onları tapdıq".

Prezident İlham Əliyev “İsgəndər” raketinin qalıqlarının tapılmasından sonra baş verənlərin qəribə olduğunu da vurğulayıb. Bildirib ki, Ermənistanın Baş Qərargahının rəisi bu mövzunu şərh edə bilməyəcəyini deyib:

"Bunu necə başa düşə bilərik? Cavab ya “hə”, ya da “yox” olmalıdır. Əlbəttə, “hə”. Belə olmasaydı, “İsgəndər”dən istifadə etmədiklərini deyərdilər".
Moskva Ermənistanın spikerini qəbul etməkdən İMTİNA ETDİRusiya Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməyib.

Ermənistan KİV xəbər verir ki, nümayəndə heyəti aprelin 13-də Mirzoyanın başçılığı altında Moskvaya ezam olunmalı idi. Növbəti gün isə onlar MDB Parlamentlərarası Assambleyanın iclasında iştirak edəcəkdilər.

Amma Rusiya tərəfi son anda görüş barədə razılığı qəbul etməyib.
Nazirliyin 1686 əməkdaşı CƏZALANDIRILDISon üç il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 686 əməkdaşı barəsində intizam tənbeh tədbirləri görülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə nazirliyin üç illik fəaliyyətinə dair hesabatında bildirilib.

Qeyd olunub ki, ötən il üçün intizam tənbeh tədbirləri alan şəxslərin sayında ötən illə müqayisədə azalma olub. Belə ki, keçən il üçün intizam tənbeh tədbirləri alan şəxslərin sayı 446 nəfər təşkil edib. Bu rəqəm 2019-cu il üçün 556, 2018-ci il üzrə isə 684 olub.

Bundan başqa, üç il üçün 88 hal üçün iş Baş prokurorluğa təqdim olunub. Onlardan 56-sı keçən il, 28-i 2019-cu il, 4-ü isə 2018-ci il üçün qeydə alınıb.