Ərdoğandan Krım açıqlaması: Prinsipial qərarımız budurTürkiyə olaraq Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini güclü şəkildə müdafiə edirik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Krımın ilhaqını tanımamaq barədə prinsipial qərarımızı bir daha təsdiqlədik:

“Ukraynanın beynəlxalq ictimaiyyəti Krım mövzusunda bir araya gətirmək üçün təşəbbüs göstərdiyi “Krım Platforması”nı dəstəklədiyimizi bildirdik”.
Şabranda Rayon Ağsaqqallar Şurasının iclası keçirilibŞabranda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının yığcam tərkibdə tədbiri keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, o cümlədən rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb və xatirəsi ehtiramla yad edilib.

Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və ötən dövr ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Şabran Rayon İcra Hakimiyyəti başçısı Asif Hüseynov çıxış edərək, ağsaqqallara, Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Şabranda da böyük dəyər verildiyindən, onların da, öz növbəsində, rayonun ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan bəhs edib.

Qeyd olunub ki, gənclərimizin dövlətə, dövlətçiliyə və xalqa sədaqət, o cümlədən milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda, sağlam təməl üzərində yetişdirilməsi işində ağsaqqallara həmişə böyük ehtiyac hiss edilib. İcra başçısı, həmçinin, Şabranın inkişafında rayon ağsaqqallarının da üzərinə müəyyən vəzifələr düşdüyünü və onların hər birinin fədakar əməyininin vacibliyini vurğulamışdır.

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxış edərək bildirib ki, tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Ordumuzun qazandığı parlaq Qələbə ağsaqqallarda da böyük ruh yüksəkliyi, tükənməz fəaliyyət əzmi yaradıb. O qeyd edib ki, gənc nəslin tərbiyə edilməsi istiqamətində möhtərəm Prezidentimizin siyasi, iqtisadi, hərbi və mənəvi istiqamətlərdə apardığı məqsədyönlü siyasətin və bu siyasəti hər zaman dəstəkləyən xalqımızın, o cümlədən ağsaqqalların səyi nəticəsində yetişən gənclərimiz öz canlarını fəda edərək torpaqlarımızı azad etdilər.

Vətənpərvər gənclərimizin bu qəhrəmanlıq salnaməsi bütün dünya xalqlarının gəncləri üçün bir örnəyə çevrildi. Artıq azad edilmiş həmin torpaqlarımızda aparılan quruculuq işlərindən bəhs edən Tahir Süleymanov əmin olduğunu bildirib ki, tezliklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın fədakar əməyi və tükənməz səyi nəticəsində Azərbaycanın bu dilbər guşəsi yenidən öz gözəlliyinə qovuşacaqdır. Respublika Ağsaqqallar Şurası da böyük ruh yüksəkliyi ilə həmin bölgələrdə öz fəaliyyətini bərpa edəcəkdir. Tahir Süleymanov onu da vurğulayıb ki, hal-hazırda millət vəkili, professor Eldar Quliyevin sədrliyi ilə Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətində ciddi aktivlik müşahidə olunur.

Sonra təşkilati məsələlər müzakirə edilərək Şabran Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul olunub.

Həmçinin Rayon Ağsaqqallar Şurasının sədri, o cümlədən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.

Sonda yenidən Şabran Rayon Ağsaqqallar Şurasının sədri seçilmış Bəhlul Abbasov və yeni üzvlər onlara göstərilmiş yüksək etimada görə tədbir iştirakçılarına öz minnətdarlıqlarını bildirərək, bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.
Şəhid BULAGının açılışı olub - ŞabrandaBu gün Şabran şəhər T.Abbasov adına məktəbin əbədiyaşar şəhidi Ağaquliyev İlkin Saməddin oğlunun əziz xatirəsini əbədiləşdirmək məqsədilə tikilən BULAĞIN açılışı olub.

Avrasiya.net xəbər verir ki, tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji kollektivi, şəhidin valideynləri və qohumları iştirak ediblər.

Bulağın açılışını şəhidin atası Samaddin Ağaquliyev və rayonun qazisi Bayramzadə Sabit Arif oğlu edib.

Xatırladaq ki, Ağaquliyev İlkin Saməddin oğlu 04 oktyabr 2000-ci ildə Şabran rayonunda anadan olub. 2017-ci ildə Şabran şəhər T.Abbasov adına 1 saylı tam orta məktəbi bitirib və Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedoqoji kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olub. Orta məktəbdə oxuduğu dğvrdə isə “Qarmon İxtisası” üzrə təhsil alıb. Həmin dövrlərdə Cüdo İdmna növü ilə də məşgül olub rayon və zona yarışlarında mükafatçı olubr. 08 oktyabr 2018-ci ldə hərbi xidmətə yollanıb. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurub. İkinci qarabag döyüşləri başlayandan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyatlar Taborunda kəşfiyyatçı-Pulemyotçu kimi döyüşlərə qatılıb. 16 Oktyabr 2020-ci ildə Suqovuşan yüksəklikliyində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Suqovuşan” və “Vətən Ugrunda” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!




Şimali Koreya lideri təhsil nazirini EDAM ETDİRDİŞimali Koreyanın lideri Kim Çen In bu dəfə də təhsil nazirini edam etdirib.

Modern.az Xarici KİV-ə istinadən xəbər verir ki, Kim Çen In təhsil rejiminin tələblərini düzgün yerinə yetirməyən və rejimdən şikayətçi olan Park adlı naziri edam etdirib. Məlumata görə, nazirin 50 yaşı olub.

Qeyd edək ki, Kim Çen In zalımlığı və verdiyi amansız qərarlar ilə tanınır. Vaxtı ilə o yeznəsini it dolu qəfəsə salaraq öldürtmüşdü.

O koronavirusa yoluxan vətəndaşlarını da güllələnmə yolu ilə edam edir. Lakin rəsmi açıqlamalarda isə ölkədə virusun aşkarlanmadığı bildirilir.
Ərdoğan Zelenski ilə görüşdüTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, görüşdən sonra hər iki lider Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuranın iclasında iştirak edəcək.

İki ölkə arasındakı müqavilələrin imzalanma mərasimindən sonra Ərdoğan və Zelenski birgə mətbuat konfransı keçirəcək.
Yoluxanların sayı azaldı: 33 nəfər vəfat etdiAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.



Səudiyyə Ərəbistanında 3 hərbi qulluqçu barəsində daha əvvəl çıxarılmış edam cəzası icra olunub.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, müttəhimlər xüsusi məhkəmə tərəfindən “vətənə xəyanət” və “düşmənlə əlbir olmaq”da ittiham olunaraq günahkar biliniblər.

Düşmənin məhz kim olduğu qeyd olunmasa da, edam hökmü ölkənin cənubunda, Yəmən sərhədi yaxınlığında icra olunub. Belə ki, Səudiyyə Ərəbistanı 6 ildir qonşu ölkədə İran dəstəkli Husi islamçı hərəkatına qarşı döyüşən beynəlxalq koalisiyaya başçılıq edir.

Rusiya Qarabağa ermənilər üçün yardım daşıyırRusiya sülhməramlıları keçmiş Əsgəran rayonuna humanitar yardım çatdırıblar.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Adyal, çarpayı, yataq dəsti, qaz plitəsi və digər məişət əşyalarından ibarət olan humanitar yardım hazırda Xocalı rayonunun inzibati ərazisinə daxil olan Pircamal kəndində məskunlaşdırılan 15 çoxuşaqlı ailəyə və bura yerləşdirilən “erməni qaçqınlara” verilib.

Həmçinin, onlara tibbi xidmət də göstərildiyi vurğulanıb.

Ötən həftə isə Rusiya sülhməramlıları yalnız Xankəndidə bir ton humanitar yardım paylayıb.

Xatırladaq ki, Pircamal 1992-ci ildə işğal olunub. Hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır.
Bakıda daş karxanasında işçi faciəvi şəkildə ölübBakıda daş karxanasında çalışan işçi faciəvi şəkildə ölüb.

“Report”un xəbərinə görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
Sumqayıtda bir yaşlı körpə xəstəxanada öldüSumqayıt şəhərində bir yaşlı körpə xəstəxanada ölüb.

Avrasiya.net report-a istinadən xəbər verir ki, 2020-ci il təvəllüdlü Aylin Xasıyeva mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş.

O, Sumqayıtda yerləşən uşaq xəstəxanasına aparılıb və orada dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.