Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.

Avrasiya.net xəbər verir ki, təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.

Təqvimdə eyni zamanda Ramazan ayının gündəlik duaları yer alıb. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.

Qeyd edək ki, şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır.
Ramazan ayının təqvimi açıqlandı
Kürdə bacı və qardaş batdıKür çayının Sabirabad rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində bacı və qardaş batıb.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Azərbaycan çempionu koronadan dünyasını dəyişdiPoverliftinq idman növü üzrə ölkə çempionu Vaqif İbrahimov koronavirusdan vəfat edib.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, idmançı 42 yaşında dünyasını dəyişib.

Dəfələrlə Azərbaycan çempionu olmuş mərhum həm də respublika rekordçusu idi.

Qeyd edək ki, Vaqif İbrahimov COVID-19 virusuna yoluxmuşdu və müalicə alırdı. O, Cəlilabad rayonunda yaşayırdı.
Putin azərbaycanlı milyarderlə görüşdüRusiya Prezidenti Vladimir Putinlə “Lukoyl”un rəhbəri Vahid Ələkbərov arasında görüş olub.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, tərəflərin “Lukoyl”un fəaliyyətini müzakirə etdiyini bildirib.

Ələkbərov Putinə Xəzərin şimalı, Qərbi Sibirdəki layihələr haqqında məlumat verib.
Bu gün 60 jurnalistə peyvənd vurulub - Əflatun AmaşovBu gün 60-a yaxın jurnalist vaksinasiya olunub.

Avrasiya.net xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, növbəti həftənin 1-ci günündən jurnalistlərin vaksinasiya prosesi davam etdiriləcək: “Məqsədimiz odur ki, yaşı 18-dən yuxarı olan bütün jurnalistlər vaksinasiya olunsun, təbii ki, könüllü əsaslarla. Bilrsiniz ki, jurnalistika da riskli bir sahədir, çünki jurnalistlər insanlarla tez-tez görüşür, tədbirlərdə iştirak edir, həmişə cəmiyyətdə öndə gedirlər.

Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 500-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik”.
90 minə yaxın pensiya işi ləğv edildi - NazirƏlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və ləğv edilib.

Avrasiya.net xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, ötən illlər ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb:

“Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib”.
Sahil Babayev:"Şəhid ailələrinə 11 min mənzil veriləcək" “2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcək. Həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə qeydiyyata alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq".

Avrasiya.net xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurum tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə evlərin təqdim edilməsi zamanı bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməklə, bu il mənzil və fərdi evlə təminat proqramı 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək. Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Hazırda “Ümid” qəsəbəsindəki yaşayış binalarından təqdim edilən 30 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 230 mənzil verilib. Ümumilikdə isə indiyədək 9 430 mənzil və fərdi ev verilib.

Yeni mənzillə təmin olunanlar sırasında Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlilləri, Aprel döyüşləri iştirakçısı, habelə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri var.

Azərbaycanda media reyestrinin yaradılması nəzərdə tutulurAzərbaycanda media reyestrinin yaradılması nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

Ə.İsmayılov bildirib ki, media reyestrinin yaradılması jurnalistlərlə bağlı bir sıra layihələrin həyata keçirilməsinə imkan verəcək. O qeyd edib ki, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. (trend)
Neftçalada cinsi təcavüzə məruz qalan azyaşlı qız sığınacağa YERLƏŞDİRİLDİBir müddət əvvəl sosial şəbəkədə Neftçala rayonunda 9-cu sinif şagirdinə qarşı seksual xarakterli zorakılığın baş verməsinə dair məlumat yayılmış və bu məlumat sosial şəbəkə izləyicilərinin geniş müzakirəsinə səbəb olmuşdu.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanıda İctimai Şura üzvləri yayılan məlumatla bağlı müzakirələr aparıb və baş vermiş hadisənin tədqiq olunması prosesində iştirak edib.

Bu barədə İctimai Şuradan Avrasiya.net-ə verilən açıqlamada bildirilib.

“Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yayılan məlumata operativ reaksiya verib və Komitə Daxili İşlər Nazirliyi ilə müzakirələr aparıb, faktla bağlı vəziyyəti dəqiqləşdirib.

Komitə əməkdaşları dərhal Neftçala rayon İcra Hakimiyyətinə müraciət edərək, ətraflı məlumat alıb, lazımı tədbirlərə başlayıblar. 4 aprel 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi faktla bağlı ictimaiyyətə açıqlama verib. 5 aprel 2021 -ci ildə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları vəziyyətin ümimi qiymətləndirilməsi üçün Neftçala rayonuna səfər edib. 6 aprel 2021-ci ildə isə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Ruhəngiz Əliyeva və mərkəzin sosial iş üzrə mütəxəssisi Şamama Əbilova Neftçalaya səfər edib, zərərçəkmişin psixoloji vəziyyətinin qiymətləndirilməsini aparıb.

6 aprel 2021-ci ildə, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komisiyanın rəsmi yönləndirmə məkubu əsasında Komissiyanın məsul əməkdaşı və rayon polis əməkdaşının müşaiyəti ilə zərərçəkmiş azyaşılı qız “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq sığınacağına yerləşdirilib.

Hazırda uşağın vəziyyəti yaxşıdır. Sığınacaq şəraitinə uyğunlaşıb. Sığınacağın psixoloqu yetkinlik yaşına çatmayanla fərdi konsultasiyalar aparır. Bununla yanaşı, Komitənin YYÇİHMK-ya müraciət əsasında uşaq təhsilini davam etdirmək üçün onlayn dərslərinə də davam edəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və digər əməkdaşları uşağın sığınacaqdakı vəziyyəti ilə bağlı mütamadi olaraq maraqlanır və Komitə sədrinə məlumat verir. Bununla yanaşı, Komitə yanında İctimai Şura olaraq baş verənləri diqqətdə saxlayırıq və bundan sonrakı proseslərin gedişatına nəzarət edəcəyik.

İctimai Şura olaraq baş verənlərin ciddi şəkildə araşdırlmasını izləməklə yanaşı, həddi-büluğa çatmayan şəxs barədə baş verənlərin Kütləvi İnformasiya Vasitələrində mütamadi işıqlandırlmasından və bu zaman uşağın ümdə mənafelərinə zərər vurulmasından narahatlığımızı ifadə edirik. İctimai Şura olaraq bu cür hallara həssas yanaşaraq, gələcəyimiz olan uşaqların mənəvi və fiziki sağlam böyüməsi naminə uşaqlara dair məlumatların yayımında icitmaiyyəti daha məsuliyyətli yanaşmağa səsləyirik”,-deyə İctimai Şura bəyan edib.

Xatırladaq ki, Neftçala rayonunun Mirqurbanlı kəndində adı açıqlanmayan yaşayan 9-cu sinif şagirdi 3 ildir müxtəlif şəxslər tərəfindən seksual zorakılığa məruz qalıb. O, əqli əlilliyi olan ata və yaşı 80-ni haqlamış nənə-babası ilə yaşayır.
Azyaşlı qız üç ildir ki - 14 yaşından qohumu olan kişi və iddialara görə həmin şəxsin təklif etdiyi digər bir neçə kişi tərəfindən müxtəlif cinsi zorakılıqlara məruz qalırmış.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, 2018-ci ilin mart ayında Neftçala rayonu Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib. Qeyd olunan hərəkətlərdə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
DSMF-nin rüşvət alan vəzifəli şəxslərinə hökm oxunduŞəki Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sabiq vəzifəli şəxsləri - Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Avrasiya.net-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Əhmədov və Q.Şahmuradovun hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən N.Həsənovaya isə 2 il sınaq müddəti ilə olmaqla 4 il şərti cəza təyin edilib. İttihama görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olan məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Mərkəzin vəzifəli şəxsləri Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovaya 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib.

Məharət Əhmədov vətəndaşa sosial yardım verilməsinə köməklik göstərilməsi adı ilə rüşvət alarkən yaxalanıb.