İlham Əliyev İƏT baş katibi ilə görüşdüAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edib.

Avrasiya.net xəbər verir ki, Prezident İlham Əliyev baş katibi salamlayıb:

“Gəldiyinizə görə təşəkkür edirəm. Siz bizi müntəzəm olaraq ziyarət edirsiniz. Bu, bizim əməkdaşlığımızın və sizin ölkəmizə münasibətinizin çox yaxşı nümayişidir. Əvvəla, söhbətimizə başlamazdan əvvəl mən İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyiniz müstəsna töhfəyə görə sizi Azərbaycanın dövlət ordeni - “Dostluq” ordeni ilə mükafatlandırmaq istəyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev “Dostluq” ordenini Yusif bin Əhməd əl-Osayminə təqdim edib.

Prezident İlham Əliyev: Həmçinin fürsətdən istifadə edərək Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstəyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm.

Bildiyiniz kimi, münaqişə bizim tərəfimizdən birtərəfli qaydada həll olunub. 44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu. İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar. Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi. Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq. İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub. Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Çünki bunu etmək onların borcudur. Lakin müharibənin artıq aylardır bitməsinə baxmayaraq, onlar azərbaycanlılara qarşı bu siyasəti davam etdirirlər. Lakin biz lazım olan hər şeyi edəcəyik. Minatəmizləmə prosesi gedir. Biz artıq yenidənqurma işlərini planlaşdırırıq. Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və əlbəttə ki, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik. Sözsüz ki, mən sizi gələcəkdə, biz yenidənqurma prosesinə başlayandan sonra da görməyə şad olardım.

Baş katib Yusif bin Əhməd əl-Osaymin: Cənab Prezident, əvvəlcə, məni və Təmas Qrupuna daxil olan ölkələrdən nümayəndə heyətini dəvət etdiyinizə, hadisələrin necə cərəyan etdiyini görmək imkanının yaradılması üçün Sizə təşəkkür etmək istəyirəm. Mən Sizinlə olan şəxsi münasibətimizə böyük dəyər verirəm, bu, hər zaman belə olub və belə də davam edəcək.

Cənab Prezident, Sizi təbrik etmək istəyirəm, çünki hər dəfə Bakıya səfərə gələndə, hər tərəfdə yenilik və inkişafın şahidi oluram, şəhər sonuncu dəfə gördüyümdən daha fərqli olur. Əminəm ki, bütün bu inkişafın, tərəqqinin və gərgin işin arxasında Siz dayanmısınız və bu, hər bir azərbaycanlının istəyidir.

Cənab Prezident, bu böyük Qələbə münasibətilə Sizi təbrik edirəm. Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi. Burada söhbət ölkənizin ərazisinin 20 faizindən, Azərbaycanın böyük bir hissəsindən gedir. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz və təmkinliyiniz öz bəhrəsini verdi və məsələ müsbət həll olundu.
Özünü binanın damından atıbGəncədə intihar hadisəsi baş verib.

Publika.az-ın məlumatına görə 1967 ci il təvəllüdlü Razim Qurbanov özünü 5 mərtəbəli binanın dam örtüyündən atıb.

O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsi və Prokurorluğun əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Koronavirusa yoluxanların sayı artdı: 31 nəfər öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 279 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib, aktiv xəstə sayı 29489 nəfərdir
İran hər il 15 azərbaycanlı tələbəyə təhsil təqaüdü ayıracaqİranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi hər il 15 Azərbaycan vətəndaşı olan tələbəyə təhsil təqaüdü ayıracaq.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin məlumatında deyilir. Bundan əlavə, məlumatda həmçinin İranla Azərbaycan arasında elmi-tədqiqat və universitetlərarası əməkdaşlıqların genişləndirilməsi çərçivəsində Təhsil təqaüdünü almaq üçün tələb olunan əsas şərt və sənədlər barədə də söz açılır.

Ümumi şərtlərə əsasən bakalavr pilləsi üzrə ən yüksək yaş həddi 22, magistraturada təhsil almaq istəyənlər üçün 26, doktoranturaya qəbul üçün isə 31 yaş müəyyənləşdirilib. Yer tutmaq istəyənlər üçün bilik səviyyəsi ilə bağlı da şərtlər müəyyən olunub. 20 ballıq qiymətləndirmə sistemi əsasında aparılacaq sınaq imtahanında bakalavr pilləsi üçün 14, humanitar, incəsənət və kənd təsərrüfatı ixtisasları üzrə magistratura pilləsi üçün 15, ümumi doktorantura üçünsə 16 bal nəzərdə tutulub.

Texnologiyalar və əsas ixtisas qrupları üzrə magistraturaya qəbul üçün tələb olunan bal 14, eyni qrup üzrə doktoranturaya qəbul isə 16 baldır.

Təhsil təqaüdündən yararlanmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Əvvəlki təhsil pilləsinə aid təhsil sənədinin və fənlər üzrə qiymət cədvəlinin surəti, bu sənədlərin təsdiqlənmiş tərcüməsi; Pasportun surəti (etibarlılıq müddəti 6 aydan artıq olmalıdır); Sağlamlıq haqqında arayış; İki ədəd fotoşəkil; Müəllimlər tərəfindən gələcək təhsil üçün yazılmış üç ədəd xasiyyətnamə; Müraciət edən şəxsin xarici tələbələrin qeydiyyatı saytında qeydiyyatdan keçməsini göstərən qeydiyyat kodu.

Digər məlumatlar:

Təhsil təqaüdü bütün xarici tələbələrin təhsil haqqından azad olunması formasında olacaq. Yalnız fars dili və ədəbiyyatı, İranşünaslıq ixtisasları üzrə təhsil almaq istəyən tələbələr təhsil təqaüdündən tam şəkildə yaralana biləcəklər və onlara təhsil almaları üçün əlavə maliyyə dəstəyi veriləcək.

Xarici tələbələrə edilən güzəştlər tələbələrin təhsilhaqqından azad olunmasından, subay tələbələr üçün nəzərdə tutulmuş yataqxanalardan istifadə etməsindən və tibbi sığorta xidmətindən yararlanmasından ibarət olacaq. Əlavə olaraq, əcnəbi tələbələr də iranlı tələbələr kimi, subsidiya qismində verilən yeməklə təmin ediləcəklər. Digər xərcləri isə əcnəbi tələbələrin özləri təmin etməlidilər.

Əcnəbi tələbələrin İrana gəlib-getmələri üçün onların bilet və yol xərcləri də özləri tərəfindən təmin edilməlidir.

Müraciət edən əcnəbi tələbələrin təhsil almaq istədiyi təhsil müəssisələri İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin nəzdində tələbələrin bölgüsü üzrə fəaliyyət göstərən xüsusi komitə tərəfindən müəyyənləşdirilir.
Şimşək çaxacaq, yağış, dolu və qar yağacaq - XƏBƏRDARLIQBakı və Abşeron yarımadasında aprelin 9-dan 10-na keçən gecədən başlayaraq 12-dək şimal-qərb küləyinin əsəcəyi, 15-20, arabir 23-25 m/s, 10-u gün ərzində, 11-i gecə və səhər bəzi yerlərdə arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 10-u günün ikinci yarısından 12-si gündüzədək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir 18-23 m/s, 10-11-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.
Jurnalistlərə hansı vaksin vurulacaq? - Amaşov açıqladıAzərbaycanda media işçilərinin vaksinasiyası Azərbaycan Mətbuat Şurasının binasıda baş tutacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O qeyd edib ki, jurnalistlərə Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" vaksini vurulacaq:

“Artıq iki gündür Azərbaycan Mətbuat Şurasına redaksiyalardan siyahılar daxil olur. Hazırda 150-dən çox müraciət daxil olub və qeydiyyata alınma prosesi davam etməkdədir. Qeydiyyata alınmada jurnalsitlərin adı, soyadı və mobil nömrəsi lazımdır. Media işçiləri vaksinasiyasına gəldikdə isə üzərlərində mütləq şəxsiyyət vəsiqələri olmalıdır”.

Ə.Amaşov bildirib ki, vaksinasiya prosesi mərhələli şəkildə davam edəcək:

“Təqribən gün ərzində 50 və daha çox şəxs vaksinasiya olunacaq”.
“Forbes” jurnalı dünyanın ən varlı adamlarının yeni siyahısını açıqlayıb.

Jurnal bildirir ki, pandemiyaya baxmayaraq son bir ildə dünyada milyarderlərin sayı daha da artıb.

Avrasiya.net Novator.az-a istinadən xəbər verir ki, ötən il “Forbes”in tərtib etdiyi siyahıda 2095 milyarderin adı vardı. Bu il siyahıya 2755 milyarderin adı düşüb.

Ötən il milyarderlərin ümumi sərvəti 8 trilyon dollar idi. İndi 13,1 trilyon dollardır.

Milyarderlərin 210 nəfəri Çin və Honkonqdan, 98 nəfəri ABŞ-dandır.


Siyahıdakı 493 nəfərin sərvəti ilk dəfə son bir ildə milyard dolları keçib, bu səbəbdən onların adı milyarderlər siyahısında yenidir, indiyədək belə bir siyahıda olmayıblar.

Siyahıdakı 250 nəfər isə dünyanın ən varlı adamları sırasına yenidən qayıdanlardır. Yəni onlar əvvəllər də belə siyahıda olublar, sonra sərvətləri azaldığına görə siyahıdan kənarda qalıblar, son bir ildə yenidən varlanıb milyarderlər cərgəsinə dönüblər.

Ümumiyyətlə siyahıda adı olanların 86 faizinin sərvəti əvvəlkindən daha artıqdır. Yəni dünyanın ən varlı adamlarının 86 faizi pandemiya dövründə daha da varlanıb.

“Forbes”in hesablamasına görə, dünyanın ən varlı adamı ABŞ-ın “Amazon” şirkətinin başçısı Ceff Bezosdur. Onun varidatı 117 milyard dollar dəyərində qiymətləndirilir.

İkinci yerdə ABŞ-ın “Tesla” və “Space X” şirkətlərinin rəhbəri İlon Mask gəlir. Onun 151 milyard dollarlıq sərvəti var.

Üçüncü yeri 150 milyard dollarlıq sərvətlə Fransanın “Louis Vuitton Moet Hennessy” şirkətinin rəhbəri Bernar Arno tutur.

Dördüncü yerdə ABŞ-ın “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts durur. Onun 124 milyard dollarlıq varidatı var.

Dünyanın ən varlı adamlarının ilk onluğunda sonrakı yerlərdə gələnlərin sərvəti 100 milyard dollardan aşağıdır.

Bunlar “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Suxerberq (97 milyard dollar), amerikalı sərmayəçi Uorren Baffet (96 milyard dollar), ABŞ-ın “Oracle” şirkətinin qurucusu Larri Ellison (93 milyard dollar) və ABŞ-ın “Google” şirkətinin qurucusu Larri Peycdir (91,5 milyard dollar).
Rusiya Xəzərdəki hərbi gəmilərini Qara dənizə göndərdiRusiyanın Xəzər donanmasının desant və artilleriya katerləri Qara dənizə keçib.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiyanın Cənub Hərbi Dairəsi yayıb.

“Qış tədris dövründə nəzarət yoxlamasının verilməsi çərçivəsində Cənub Hərbi Dairəsinin 10-dan çox desant və artilleriya kateri və gəmisi Xəzər dənizindən Qara dənizə donanmalararası keçid gerçəkləşdirir”, – deyə məlumatda bildirilib.

Qara dənizdə Xəzər donanmasının ekipajları Qara dəniz donanmasının qüvvələri ilə birgə dəniz təlimində iştirak edəcəklər.
"Mən onu adam hesab eləmirəm"Deputat Siyavuş Novruzov ötən gün “Yeni Müsavat” qəzetinin internet televiziyasında yayımlanan müsahibəsi sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub.

Deputatın çıxışı və davranışına münasibət bildirən Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü fikirlərini daha kəskin ifadə edib.

Elxan Şükürlü S.Novruzovun həm hakim partiyanın sıralarından, həm də Milli Məclisdən qovulmalı olduğunu söyləyib:

“YAP-ın və Milli Məclisin təəssübünü çəkən, YAP-a və Milli Məclisə hörmət qoyulmasını istəyən ziyalı insanlar varsa, Naxçıvandakı 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən 20 ildir YAP-ın dəyişməz deputatı olan Siyavuş Novruzovun Müsavat TV-yə məlum müsahibəsindən sonra mütləq YAP-dan və Milli Məclisdən qovulması barədə təşəbbüs qaldırmalıdırlar.

Bunun üçün tam hüquqi əsas da var: adam efirlərə içkili halda gəlir, anlaqlı durumda deyil və qeyri-etik davranışları təkrarlanan xarakter alır!

Onu YAP-dan və Milli Məclisdən qovmadıqca, Siyavuş Novruzov YAP-ın və parlamentin dəyişməz siması olaraq qalacaq!”.

Elxan Şükürlünün bu fikirlərinə münasibət bildirən Siyavuş Novruzov isə Modern.az-a açıqlamasında daha sərt şəkildə cavab verib. Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasından və Milli Məclisdən qovulması haqqında təkliflərə “Necə istəyirlər, qoy elə yazsınlar. Çıxartsınlar. Məni xalq seçib” şəklində fikir bildirib.

“Efirlərə içkili halda gəlir” iddiasına isə deputatın cavabı sərt olub.

“Axmaq-axmaq danışır. Verilişdə iki saata yaxın oturmuşuq, çıxış etmişik. Elxan Şükürlü kimdir ki? Ömür boyu o mənim yanımda gəzən olub. Mən onu adam hesab eləmirəm. Tam məsuliyyətimlə deyirəm...”.

S.Novruzov özünün verilişdəki çıxışından narazı olmadığını dilə gətirib:

“Çıxışlarım müzakirələrə səbəb olursa, deməli yaxşı çıxışdır. Müzakirə yaratmırsa, onda nə çıxış eləmisən ki?! Efirdən sonra zəng edən olmadı. Mən heç kimlə danışmıram, telefon əlaqəsi saxlamıram”.