Bakıda 9 bağça koronavirusa görə BAĞLANIBHazırda Bakı şəhərindəki bütün dövlət uşaq bağçaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun mövcud vəziyyət nəzərə alınmaqla və müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə fəaliyyət göstərir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir:

"Bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə tam təmin edilib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb, burada mütəmadi dezinfeksiya işləri aparılır.

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayırlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılır".

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 348 məktəbəqədər təhsil müəsisəsi var:

"Hazırda onların 330-u fəaliyyət göstərir. Yalnız 9 bağça koronavirusla səbəbilə bağlıdır.
Qeyd edilməlidir ki, son 9 il ərzində 169 məktəbəqədər təhsil müəssisəində əsaslı təmir, yenidənqurma və sökülərək yenidən tikinti işləri həyata keçirilib. 19 bağça sökülərək yenidən tikilib, 6 bağçanın həyətində yeni tədris korpusu inşa edilib, 7 yeni müəssisə yaradılıb.

Bu məktəbəqədər təhsil müəssisələrində 2177 qrupda 41074 uşaq təlim–tərbiyə alır və orada ümumilikdə 11781 nəfər əməkdaş fəaliyyət göstərir ki, onlardan 4578 nəfəri bu günə vaksinasiya prosesindən keçib və qısa müddət ərzində bütün işçilərin vaksinasiyası başa çatdırılacaq".
Prezident 6 səfiri geri çağırıbUkrayna Prezidenti Vladimir Zelenski 6 səfiri geri çağırıb.

Avrasiya.net xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin mətbuat xidmətinin məlumatına görə, Prezidentin geri çağırdığı səfirlər Niderland, Belçika, İraq, Tailand, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyində fəaillət göstərirdilər.

Bundan başqa Ukraynanın Avropa Birliyindəki nümayəndəsi də vəzifəsindən azad edilib.
Korona xəstəsi intihar etmək istədiSosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı status yazan Günel Hakimqoca (Günel Fərhad Hakimqoca) adlı koronavirus xəstəsinin intihara cəhdinin qarşısı alınıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, polis əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub. Qadınla aparılan söhbət zamanı onu intihar fikrindən döndərmək mümkün olub. O, tibb müəssisəsinə yerləşdirilib və həyatı üçün təhlükə yoxdur.

Qeyd edək ki, qadın daha əvvəl sosial şəbəkədə koronavirus xəstəsi olduğunu və intihar edəcəyini bildirib.
ABŞ: Sanksiyaları ləğv etməyə hazırıq!ABŞ rəhbərliyi İrana qarşı birtərəfli sanksiyaların bir hissəsini ləğv etməyə hazırdır, lakin Tehranı Vaşinqtona qarşı bu cür maksimalist tələblərdən imtina etməyə çağırır.

Avrasiya.net xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays çıxış edib.

"Sanksiyaların yüngülləşdirilməsini təmin etməli olduğumuzu başa düşürük. Maksimalist tələblər bizi heç yerə aparmayacaq. Vyanada olmağımızın səbəbi hər iki tərəfin öhdəliklərini necə yerinə yetirəcəyini görməkdir", - Prays qeyd edib.
Rusiya Bakıya “günah keçisini” “göstərir”Faktiki olaraq Moskva ya özü 44 günlük müharibə zamanı Azərbaycana qarşı İsgəndər-M raketlərindən istifadə edib, ya da Ermənistana müharibədə tətbiq etməsi üçün razılıq verib. Hər iki halda bunun məsuliyyətini Rusiya daşıyır.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev deyib.

Politoloqun sözlərinə görə, ANAMA-nın Şuşa şəhərində İsgəndər-M raketinin qalıqlarının aşkarlanması çox ciddi faktdır:

“Azərbaycan təbii ki, Şuşada tapılan İsgəndər-M raketlərinin qalıqlarını dəlillər və sübutlarla birlikdə açıq-aşkar dünya ictimaiyyətinə təqdim etdi. İndiki halda rəsmi Bakı Moskvadan cavab gözləyir.

Düşünürəm, Rusiya Bakının suallarına cavab verə bilməyəcək. Rusiyanın özünü təmizə çıxarmaq cəhdlərindən də biz bunu görə bilirik. Moskva fərqli ssenarilər ortaya atdı. İddia edildi ki, müharibədə “İsgəndər”dən istifadə edilməyib. ANAMA-nın ortaya qoyduğu faktdan sonra isə raketlərin erməni oliqarxlar tərəfindən Rusiyanın Cənub Hərbi Dairəsindən qeyri-leqal yollarla əldə edilərək, Ermənistana ötürüldüyü ehtimalı dövriyyəyə buraxılıb.

Əlbəttə ki, bunların heç biri real deyil. Rusiya kimi bir ölkə hərbi arsenalında nüvə bombasından sonra ən böyük silahına sahib çıxa bilmirsə, bu, birbaşa Kremlin nüfuzuna böyük zərbə deməkdir.

Ötən gün Rusiya gömrük əməkdaşlarının Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını alması kimi bir xəbərin yayılmasının əsas məqsədi də günahı erməni lobbisinin üzərinə yıxmaqdır. Bildiyiniz kimi, Qərbdə erməni lobbisi həm maliyyə, həm də siyasi baxımdan güclüdür. Rəsmi Moskva belə xəbərlər tirajlayaraq əslində göstərmək istəyir ki, erməni lobbisi İsgəndər-M raketlərini Ermənistana göndərə bilər. Yəni biz Ermənistana hərbi təyinatlı 8L026P tezlikli, 30 polarizə edilmiş RP-5 relesi olan 37 stabilizator hissələrinin göndərilməsi cəhdinin qarşısını aldıq. Ola bilər ki, İsgəndər-M-lər də bu yolla Ermənistana göndərilir.

Ancaq bu, bəsit oyunlardır və bununla kimsəni inandırmaq olmaz”.
Azərbaycanlı jurnalistlər Rusiya səfirliyinə müraciət etdiAzərbaycanın tanınmış jurnalistləri Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, müraciət Şuşa şəhərində Rusiyaya məxsus “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlıdır.

Müraciətdə deyilir:

Şuşa şəhərində Rusiyaya məxsus “İsgəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

Biz xatırlatmağa məcburuq: İrəvanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İsgəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sərkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İsgəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib:

“Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

Lakin indi Şuşada “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur”.

Müraciətdə bildirilir ki, Şuşada məhz “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb:

“Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İsgəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcək”.