Məktəb direktoru koronadan öldüQax rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bu, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayevadır.

Qeyd edək ki, 84 yaşlı məktəb direktoru bir müddət əvvəl koronavirusa yoluxub. O, Bakıdakı xəstəxanalardan birində müalicə olunurdu.

Ş.Abdullayeva 1959-cu ildən pedaqoji fəaliyyətinə başlayıb, işlədiyi müddət ərzində 69-a qədər diplom və fəxri fərmanlarla təltif olunub. O, 1979-cu ildən ömrünün sonuna qədər rayonun ən böyük məktəbinə rəhbərlik edib. Ş.Abdullayeva 2005-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Xalq artisti infarkt olubMartın 10-da infarkt oldu, dərhal xəstəxanaya apardıq. “Baku Medical Plaza”da həyatını xilas etmək üçün ürək damarına stend qoyuldu. Qan göstəricilərinin əməliyyata uyğun olması üçün 3 həftə gözləməli olduğumuzu bildirdilər. Aprel ayının 2-də Respublika Diaqnostika Mərkəzində açıq ürək əməliyyatı keçirildi və ürəyinin 4 damarı dəyişildi.

Avrasiya.net xəbər verir ki, bu barədə Xalq artisti Azər Zeynalovun həyat yoldaşı musiqiçinin səhhəti haqqında danışarkən deyib. O bildirib ki, sənətçi artıq palataya yerləşdirilib:

“Şükür ki, özünü yaxşı hiss edir. Evə nə vaxt buraxılacağı bilinmir. Bəzi saytlar danışa bilmədiyini yazıblar, doğru deyil. Sadəcə telefonlarına mən cavab verirəm, həkim ona telefonla danışmağa icazə vermir, həyəcan və stressdən uzaq qalmağı tapşırıb”.

Aytən Məftun
Azərbaycanda peyvənd olunanların sayı 1 milyonu ÖTDÜAzərbaycanda son sutkada 43499 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 27992 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 15507 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1025790 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 639463 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 386327 nəfərdir.

Vahid Əhmədovun səhhəti pisləşdi - Yenidən Türkiyəyə getdiMilli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov səhhətində yaranan problemlə əlaqədar yenidən Türkiyədədir.

Avrasiya.net xəbər verir ki, bu müddət ərzində deputat müayinə və müalicələrdən keçəcək.

Parlamentarinin bir neçə gün sonra vətənə dönəcəyi bildirilib.


Qeyd edək ki, V.Əhmədov bir müddət əvvəl də ürəyində yaranmış problem səbəbilə Türkiyədə müalicə alıb.
Polkovnik koronavirusdan vəfat edibMüdafiə Nazirliyinin vəzifəli şəxsi koronavirusdan vəfat edib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, nazirliyin Hüquq Şöbəsinin polkovniki Bəxtiyar Rəsulzadə koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, mərhum polkovnikin bir müddət öncə verdiyi COVİD-19 testinin nəticəsi pozitiv çıxmışdı və müalicə alırdı.

“Amnesty International” məlumat yaydı: “Ermənilər azərbaycalı hərbçilərin meyitlərini təhqir ediblər”Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda hərbi cinayətlər törədib.

Avrasiya.net-in məlumatına görə, bu barədə "Amnesty International" təşkilatının məruzəsində deyilir.

Qeyd olunur ki, müharibə vaxtında nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycalı hərbçilərin meyitlərinin təhqir olunması nüşahidə olunub.

"Boğazı kəsilən azərbaycanlı sərhədçinin də ölüm anını qeyd edən görüntülər mövcuddur".

Daha sonra məruzədə bildirilir ki, il ərzində Ermənistanda fikir və toplanma azadlıqları məhdudlaşdırılıb: "Məhdudiyyətlər əvvəlcə mart ayından sentyabradək COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyətə görə, daha sonra sentyabrda müharibə ilə əlaqədar hərbi vəziyyətə görə tətbiq edilib".
"Yeni texnologiyaların tətbiq olunmasına çalışırıq, yeniliklərə açığıq"Azərbaycan su ehtiyatları az olan ölkələr siyahısına daxildir. Su resurslarının böyük əksəriyyəti ölkəmizdən kənarda formalaşır. Daxildə formalaşan suyun böyük bir hissəsi 30 il işğal altında qalmış Qarabağ torpaqlarımızda idi. Tərtər çayı Kürün, Həkəri çayı isə Arazın Azərbaycan daxilində ən çox sululuğa malik olan qolu hesab edilir və su mənbələri burada formalaşır.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Sadiq Qurbanov deyib. O bildirib ki, son illərdə dünyada quraqlıq prosesi sürətlənib:

“Azərbaycanda da su qıtlığı problemi yaşandı. Son iki ildə bu, özünü daha çox göstərdi. Həm Kürün quruması, həm də çəkilməsi prosesi baş verirdi. Azərbaycanda bütün əkin sahələrində suvarma problemi yaranmışdı. Bununla bağlı cənab Prezident keçən il müşavirə keçirdi. Həmin müşavirədə problemləri qaldırdı və bu istiqamətdə görüləcək işləri diqqətə çatdırdı.

Su təsərrüfatının inkişafı üçün yeni texnologiyaların tətbiqi lazımdır. Suyumuz azdır, üstəlik də su itkiləri çoxdur. Suvarılma zamanı əksər hallarda 30, 40, 50, bəzi hallarda isə 60% su itkisinə yol verilirdi. Meliorasiya və su təsərrüfatı sahəsində çatışmazlıqların aradan qaldırılması, idarəetmədə müasir yanaşmanın, müasir texnologiyaların ölkəmizə gətirilməsi və tətbiq edilməsi artıq günün tələbidir. Dünyada baş verən quraqlıq proseslərinin fonunda Azərbaycanda da su və meliorasiya təsərrüfatına yeni baxış lazım idi. Cənab Prezidentin sözü ilə desək, yeni və müasir yanaşma tələb olunurdu. Ölkə başçısı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətininin sədri vəzifəsinə Zaur Mikayılovu təyin etdi və böyük ümidləri olduğunu xüsusi qeyd etdi”.

Millət vəkili qeyd edib ki, Azərbaycan su təsərrüfatı sahəsində bir çox yeniliklərə imza atmağa hazırlaşır:

“4-cü sənaye inqilabının regional mərkəzinin məhz Azərbaycanda yaradılması qarşıda duran əsas hədəflərdən biridir. Yeni texnologiyaların tətbiq olunmasına çalışırıq, yeniliklərə açığıq. Bu yeniliklər insanların xidmətində dayanacaq və dövlətin inkişafına gətirib çıxaracaq. Kiçik də olsa, yeni su anbarlarının tikilməsi planlaşdırılır. Bütün bunlar böyük vəsait tələb edən layihələrdir. Ümid edirəm ki, dövlətimizin gücü və siyasi iradəsi bu problemlərin həll olunmasına yetərlidir”.
İsgəndəryan: İrəvan Bakının diktəsini yerinə yetirəcək...Ermənistan müharibənin şokundan çıxmaq, Azərbaycan isə hərbi yolla nail olduqlarını siyasi müstəvidə də davam etdirmək istəyi ilə yaşayır. Bir qayda olaraq, müharibədən sonra qələbə qazanan tərəf şərtləri diktə etməyə başlayır. Bunun qarşısını almaq üçün məglub tərəf heç olmasa müvafiq subyektlərə və ya müxtəlif resurslara malik olmalıdır. Bu resurslar isə Ermənistanda yoxdur.

Avrasiya.net xəbər verir ki, bu barədə erməni nəşrinə müsahibəsində "Qafqaz" İnstitutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan bildirib.

Onun sözlərinə görə, Bakı bundan sonra da öz qaydalarını diktə edəcək, İrəvan isə onları yerinə yetirməyə borclu olacaq:

“Hələlik danışıqların hansı formatda davam edə biləcəyi məlum deyil. Bir şey aydındır ki, Ermənistanın bu vəziyyətə təsir etmək üçün resursları yoxdur. Və yaxın zamanlarda ermənilər üçün müsbət olan heç nə gözləməyə dəyməz”.
Milyonlar mənimsəyən şirkət rəhbəri ilə bağlı - Rəsmi açıqlamaSahibkarlıq fəaliyyəti adı altında qanunsuz əməllər törədən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ölkəmizdə sahibkarlığın inkişafı sahəsində yaradılmış şəffaf və rəqabətqabiliyyətli mühitdən sui-istifadə etməklə vətəndaşların hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı prokurorluq orqanları tərəfindən hüquqi tədbirlərin görülməsi davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Avangard Travel MMC-nin direktoru vəzifəsində işləmiş Yeganə Ələddin qızı Nağıyeva və həmin şirkətin təsisçisi Ədalət Tağı oğlu Nağıyevin vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun rəsmi İnstaqram səhifəsində keçirilən “sual-cavab” sessiyası zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 16 şəxsə cəmi 2 milyon 583 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 73 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 652 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı hər iki şəxs Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

İbtidai istintaq dövründə vurulmuş ziyandan 902 min manat vəsaitin ödənilməsi təmin edilmiş, həmçinin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Ədalət Nağıyevə məxsus 203 min manat dəyərində daşınmaz əmlak üzərinə həbs qoyulub.

Eləcə də, hüquqi şəxs Avangard Travel MMC barəsində həmin məcəllənin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraata başlanılıb.
“Mahmudovçu” generalların həbsinin sirriKeçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sərəncamında olan 2 general - nazirliyin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin keçmiş rəhbəri Nizami Şirinov Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə məsuliyyətə cəlb olunublar. Generallar aprelin 5-də İstintaq İdarəsində dindiriləndən sonra barələrində həbs qərarı çıxarılması üçün Nəsimi Rayon Məhkəməsində aparılıblar. Hakim onların istintaq dövründə həbsdə saxlanması barədə prokurorun təqdimatını təmin edib. Hər 2 generalın barəsində həbs qətimkan tədbiri seçilib.

Həm Şıxəliyev, həm də Şirinov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslər sayılırdı. 2015-ci ilin oktyabrında MTN-dəki məlum əməliyyatdan - Mahmudovun nazir postundan uzaqlaşdırılmasından, nazirliyin 20-yə qədər vəzifəlisinin, o cümlədən 5 generalın həbsindən sonra Mövlan Şıxəliyev və Nizami Şirinov da vəzifədən çıxarılmışdılar. MTN vəzifəlilərinin haqda cinayət işində özəlliklə Mövlan Şıxəliyevin adı çox hallanırdı. Zərərçəkmiş şəxslərin bir çoxu onunla bağlı ittiham xarakterli ifadələr veriblər. Bu səbəbdən Mövlan Şıxəliyev məhkəmədə şahid qismində də dindirilmişdi. Hətta məhkəmə 2017-ci ildə onunla bağlı araşdırma aparılması üçün xüsusi qərar da çıxarmışdı. Aylar illəri əvəzləsə də, Mövlan Şıxəliyev istintaqa cəlb olunmamışdı. Buna görə də əksəriyyət düşünürdü ki, “MTN işi” bitdi. Mahmudovçu generalların, nazirlərin bir qismi həbsdən qurtuldu... Lakin qəfildən 2 generalın qandallanması çoxlu suallar yaradır. Əcəba, bu simalar niyə indi həbs olundu? Bu həbslərin son zamanlar daxili siyasətdə baş verənlərlə, xüsusilə intim videoların yayılması ilə hansı bağlantıları var, ya da ola bilər? 65 ay sonra MTN işi təkrar niyə aktivləşsin? Eldar Mahmudov və onun çetesi mütləq və mütləq bir sıra hərəkətlər, sabotaj və dövləti qızdıran əməllər etməsəydilər, bu generallar həbsə atılmazdı. “5-ci kolon”a qarşı adekvat addımlar başladı, demək olarmı?

Avrasiya.net xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a açıqlamasında həbs edilən hər 2 şəxsin açar fiqurları olduğunu bildirib:

“Nizami Şirinov MTN-də Hərbi Əks-Kəşfiyyat İdarəsinin, Mövlan Şıxəliyev isə İstintaq Baş İdarəsinin rəisi idi. Bu həbslər perspektivdə Eldar Mahmudovun həbsinə apara bilər. Azərbaycanda belə bir ənənə var, hətta zamanında tədbir görülməsə də, material toplanılıb saxlanılır. Biz bunu Rövşən Əkbərovun işində də gördük. Onu 20 il sonra Ukraynada törətdiyi cinayətə görə həbs etdilər. Eldar Mahmudovun da törətdiklərinə görə həbs ediləcəyini də istisna etmirəm”.

İlham İsmayıl deyir ki, Eldar Mahmudovun yaxın ətrafına daxil olan bu şəxslərin həbsi “5-ci kolon”la əlaqələndirənlər var:

“Ola bilər ki, bu adamların ”5-ci kolon"la əlaqələri olub. Amma bu əlaqələr daha çox pul əldə etmək, mənimsəməkdən ibarət olub. Bu adamlar daha çox orduda 2005-ci, 2007-ci və 2017-ci ildə baş verən cinayətlərə görə həbs ediliblər. Eldar Mahmudovun dövründə Nizami Şirinov orduya nəzarət edirdi. Onların orduda baş verənlərdən xəbəri olub. Sadəcə, pul alıb və ört-basdır ediblər. Orduda isə bu işlərin aparılmamasının nəticəsi olaraq cinayət tərkibli əməllərin baş verdiyi sonralar üzə çıxdı. Ona görə də əgər hərtərəfli istintaq işi aparılarsa, cəmiyyət yalnız dediyiniz adamların deyil, başqalarının da əməllərinin ifşasının şahidi ola bilər. Mövlan Şıxəliyevə gəlincə isə onu istintaqa cəlb etməyəndə 40-a yaxın DTX-iı müraciət edərək onun həbsini istəmişdi. Qeyd olunurdu ki, bu adam bütün işləri pulla görüb. Bu adamların “5-ci kolon”la əlaqələri də istisna olunmur. Ortada bir arzuolunmaz şəxs var, bu gün bunların əksəriyyəti onunla əlaqə qurmağa çalışırlar. İstədikləri də budur ki, həmin şəxsi üzərindən digər ölkənin gücündən istifadə etməklə hakimiyyətə gəlmək istəyirlər".

Qeyd edək ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı.