Türkiyə hərbi bazasına hücum: 10 əsgər öldüSuriyanın Hasekə vilayətinin Tel-Tamər şəhərində yerləşən türk hərbçilərinin bazasının yaxınlığında iki partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Hadath” kanalı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində türkiyəli hərbçilər arasında 10-a yaxın ölən və yaralanan var.

Ölənlərin sayı dəqiq deyil.

Türkiyə tərəfi məsələ ilə bağlı heç bir açıqlama verməyib.
İlham Əliyev Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciət edibAprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb.

"Report" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətini təqdim edir:

"Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir.

Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.

Bu arada, COVID-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir.

Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik.

Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.

Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.

Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir.

Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq.

Ümumdünya Sağlamlıq Gününüz mübarək!"
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi həbs olundu“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.

Avrasiya.net Unikal.org-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Gülnar Quluzadə məlumat verib.

O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.

İ. İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
Ölkədə vaksinasiya olunanların sayı açıqlandıSon sutkada Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 34 344 nəfər vaksinasiya olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

Bildirilib ki, son sutkada birinci mərhələ üzrə 20 459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 13 885 olub.
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr zənginləşdirilir“Qorduq” Vikipediya Metodik Klubunun təlimləri fəaliyyətini uğurla davam etdirir. Bir müddətdir ki, Alman-Azərbaycan Vikipediya Klubunun könüllüləri tərəfindən onlayn ensiklopediyanın alman dili bölməsində ölkəmizin tarixi, mədəniyyəti, memarlığı, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradılır və yerləşdirilir.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Vətənpərvər və intellektual insanlardan ibarət komanda qısa müddət ərzində ortaya peşəkar iş qoyub. Könüllülər məqalələri etibarlı istinadlarla, mənbələrlə zənginləşdirirlər. Mövcud boşluqlar aşkar edilir və aradan qaldırılır. Klub Almaniyada yaşayan soydaşlarımızın təşəbbüsü ilə yaradılıb. Onlar, həmçinin “Vikipediya”nın alman dili bölməsində gedən müzakirələrdə iştirak edir, sualları cavablandırırlar. Klubun üzvləri bir müddətdir “Qorqud” Vikipediya Metodik Klubunun təşkil etdiyi onlayn “Vikipediya” təlimlərə də qatılırlar”, - deyə E.Eltürk bildirib.

Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.

Müşahidə Şuraları müasir idarəçiliyin inkişaf platforması kimiAzərbaycanda həyata keçirilən struktur islahatlarının təməl fəlsəfəsini və hədəfini ölkə həyatının bütün sahələrində çevik, dinamik, dürüst, şəffaf, kollegial, müasir və yaradıcı idarəçiliyin tətbiqi təşkil edir.

Prezident İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunan Zaur Mikayılovu videoformatda qəbulu zamanı islahatların mahiyyətini əks etdirən bu mühüm məqamlara bir daha aydınlıq gətirdi. Sitat: “...Hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır”.

Şübhəsiz ki, struktur islahatları çərçivəsində həyata keçirilən tədbirlərin, o cümlədən dövlət müəssisələrində Müşahidə Şuralarının yaradılmasının əsas məqsədi də, dövlət başçısının elan etdiyi idarəçilik keyfiyyətlərinə və prioritetlərə uyğun kadrların önə çıxarılması, müasir menecment, peşəkarlık, dürüstlük, təmizlik və vicdanın istisnasız dəyərləndirmə meyarına çevrilməsidir. Bu yanaşma təkcə ənənəvi, klassik məmur obrazının yenisi ilə əvəzlənməsi deyil, idarəçiliyin mahiyyətinin, fəlsəfəsinin dəyişməsi, tamamilə yeni və şəffaf münasibətlər sisteminin formalaşdırılması, qanunun aliliyinin, peşəkarlıq və mənəvi keyfiyyətlərin iç-içə olması, proseslərə vahid bir mexanizm kimi reaksiya verməsi və daxil olmasıdır.

Gözümüzün önündə Azərbaycan dövlətin və onun bütün subyektlərinin reformasiyası prosesi baş verir. Azərbaycan xalqına məxsus dəyərlər, milli dünyagörüşümüz və mədəniyyətimiz müasirliyin faydalı və inkişafa xidmət edən komponentləriylə çulğalaşır. Azərbaycan bayrağının rənglərində olduğu kimi... Müasirlik, inkişaf Azərbaycançılıq məfkurəsinin mərkəzini, ana xəttini, nütfəsini təşkil edir. Müasirlik, inkişaf, yeniliyə, tərəqqiyə meyllilik bizim genetik kodlarımızdan, dünyagörüşümüzdən, milli mədəniyyətimizdən qaynaqlanır. Biz bir xalq, toplum olaraq öz həyat fəlsəfəmizi yeniləşməkdə, müasirləşməkdə, inkişafda görürük. Bizim ən böyük düşmənimiz ətalət və durğunluqdur.

Qeyd edim ki, ölkəmizdə həyata keçirilən islahatların ən önəmli cəhətlərindən biri, onun konseptual əsaslara və real mexanizmlərə malik olmasıdır. Belə mexanizmlərdən biri də Azərbaycan İnvestisiya Holdinqidir. Holdinq dövlət müasisələrində müasir idarəçiliyin təmin edilməsi, səmərəliliyin artırılması üçün çoxsaylı komponentlərin bir arada yer aldığı unikal inkişaf platformasıdır.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin əsas məqsədi onun idarəetməsinə verilən dövlət müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır.

Məlum olduğu kimi, Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət müəssisələrinin fəaliyyətinin effektivliyinin təmin edilməsi üçün ali idarəetmə orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir və dövlətin adından onları idarə edir.

Dövlət müəssisələrinin fəaliyyətinə effektiv nəzarət, onların hesabatlılığının və fəaliyyətinin şəffaflığının təmin edilməsi onlarda daxili idarəetmənin qanunvericiliyə və qabaqcıl korporativ idarəetmə prinsiplərinə uyğun qurulması ilə mümkündür.
Hər bir dövlət müəssisəsinin uğurlu fəaliyyəti ilk növbədə onun qabaqcıl korporativ idarəetmə standartlarına uyğun olaraq idarə edilməsi ilə şərtlənir, bu isə, əsasən onun təsisçisi olan dövlətlə fəaliyyətinə cari rəhbərliyi həyata keçirən icra orqanı arasında Müşahidə Şurasının fəaliyyət göstərməsi, həmçinin bu idarəetmə orqanları arasında dəqiq və işlək səlahiyyət bölgüsünün aparılması ilə təmin edilir.

Hər bir dövlət müəssisəsinin Müşahidə Şurası korporativ idarəetmə orqanlarının sırasında mərkəzi yer tutmaqla ona ümumi rəhbərliyi və nəzarəti həyata keçirir, strategiyasını müəyyənləşdirir, icra orqanının fəaliyyətini qiymətləndirir, lakin cari əməliyyat fəaliyyətini idarə etmir. Yəni dövlət müəssisəsinə müəyyən edilən strategiyanın müstəqil şəkildə həyata keçirlməsi üçün imkan yaradır.

Dövlət müəssisələrində hazırda aparılan struktur islahatları, onların fəaliyyətinə səmərəli və işlək nəzarət mexanizminin qurulmasını təmin edir, yeni yaradılan Müşahidə Şuraları dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı vacib qərarları təsdiqləyir, məsuliyyəti bölüşür, hesabatlılığı təmin edirlər.

Dövlət müəssisələrində yaradılan Müşahidə Şuralarının əsas məqsədləri – onların cari rəhbərliyinin fəaliyyətinin səmərəliliyinə nəzarətin təmin olunması, peşəkar yardım və dəstəyin göstərilməsi, həmçinin dövlətin tənzimləyici qismində olan funksiyalarının onun səhmdar (təsisçi, mülkiyyətçi) kimi funksiyalarından ayrılmasıdır.

Müşahidə Şuraları dövlət müəssisələrinin icra orqanları üzərində nəzarəti və strateji idarəetməni həyata keçirən, habelə dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı əsaslı, dəqiq, hərtərəfli və şəffaf qərarların qəbul olunmasını təmin edən orqan kimi çıxış edir.

Məlum olduğu kimi, indiyədək bir sıra dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı olan vacib qərarların böyük əksəriyyəti onların icra orqanları tərəfindən qəbul edilirdi. Müşahidə Şuralarının yaradılması ilə bu qərarların qəbul edilməsi zamanı səlahiyyət və məsuliyyət bölüşdürülür, təsisçi olan dövlətin maraqlarını təmin edəcək yeni model formalaşdırılır.
Aparılan struktur islahatları, xüsusilə, strateji rəhbərlik və nəzarəti həyata keçirəcək Müşahidə Şuralarının yaradılması və fəaliyyətinin təmin edilməsi dövlət müəssisələrinin fəaliyyətinin effektivliyinin və şəffaflığının təmin edilməsinə xidmət edir.

Dövlət müəssisələrində yeni yaradılan idarəetmə modeli (Müşahidə Şuralarının yaradılması, onların fəaliyyətinin təmin edilməsi və s.) dövlətin tənzimləyici və səhmdar (təsisçi, mülkiyyətçi) kimi funksiyalarının bölüşdürülməsi, qərarların qəbul edilməsi və icra olunmasına nəzarət üçün vahid məsuliyyət və maraqların toqquşmasının qarşısının alınması prinsiplərinə uyğundur.

Dövlət müəssisələrinin idarə edilməsində Azərbaycan İnvestisiya Holdinqinin rolu –dövlətin adından səhmdar (təsisçi, mülkiyyətçi) qismində onların idarə edilməsindən, korporativ idarəetmənin vahid standartlarının müəyyən edilməsindən, qərarların qəbul edilməsi zamanı dövlətin maraqlarını əks etdirən mövqenin müdafiə edilməsindən, vacib inkişaf məsələləri üzrə onların cari rəhbərliklərinə dəstəyin göstərilməsindən ibarətdir.

Bu isə öz növbəsində dövlət müəssisələrinin idarə edilməsində konkret hədəfə, nəticəyə hesablanmış fəaliyyətin həyata keçirilməsinə zəmin yaradır, səmərəliliyi artırır, yaradıcı, çevik və sağlam atmosferin formalaşmasını təmin edir.

Qəanətimə görə, Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti gələcəkdə özəl sektorun inkişafı üçün də nümunə rolunu oynaya bilər. Bəlkə də bu prosesin paralel olaraq aparılmasına ehtiyac var. Prezident İlham Əliyevin, yazının əvvəlində iqtibas gətirdiyim fikirləri - müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik və vicdan ölkə həyatının bütün sahələrinin, o cümlədən özəl sektorun inkişafı üçün də mühüm əhəmiyyətə malikdir. Və çalışdığı sahədən, sektordan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı özünü bu islahatların mərkəzində hiss etməli, islahatların ruhuna uyğun olaraq dəyişikliyə özündən başlamalıdır.

Elçin Mirzəbəyli
Ağdaş Mərkəzi Xəstəxanasının rəhbərinə rüşvətə görə cinayət işi başlanılıb - EKSKLÜZİV“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nuru Nuriyev və Kadrlar şöbəsinin vəzifəli şəxsi Sücaət Hacıyeva rüşvət almaqda təqsirləndirilir.

“Report” xəbər verir ki, hər iki şəxs barəsində cinayət işinin istintaqı başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Bilal Məmmədovun sədrlik etdiyi cinayət kollegiyasının icraatındadır.

Nuriyev Nuru İbad oğlu və Hacıyeva Sücaət Əvəz qızına Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma) maddəsi ilə ititham verilib.

Qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib.

"Azərsu" əhalinin içməli su təchizatının yaxşılaşdırılması layihələrini davam etdirir“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

Qurumdan Avrasiya.net-ə verilən məlumata görə, Səhmdar Cəmiyyətin daxili imkanları hesabına Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb.
Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. Qəsəbənin yalnız bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib. Tikinti normalarına cavab verməyən həmin xətlər istismara yararsız vəziyyətdədir. İndiyədək Aşağı Güzdək qəsəbəsinə meliorasiya kanalından suvarma məqsədilə su verilib və sakinlər təsərrüfatda həmin sudan istifadə edib.

Qəsəbə sakinlərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən layihə hazırlanıb. Daxili imkanlar hesabına icra edilən layihənin birinci mərhələsində müxtəlif diametrli borularla 8 km içməli su şəbəkəsi inşa ediləcək. Bu mərhələ çərçivəsində 500 fərdi yaşayış evi və obyekt yeni şəbəkəyə qoşulacaq. Növbəti mərhələlərdə qəsəbənin digər hissələrndə yeni içməli su şəbəkəsi yaradılacaq. Ümumilikdə layihə çərçivəsində 25 km içməli su şəbəkəsi yaradılacaq və 1400 ev su ilə təmin olunacaq.

Layihəyə əsasən Aşağı Güzdək qəsəbəsi içməli su ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına təmin olunacaq. Bu məqsədlə qəsəbənin yaxınlığından keçən magistral xətdən birləşmə verilərək 160 mm diametrli borularla 500 metr uzunluğunda magistral su xətti çəkiləcək. Bununla da qəsəbədəki fərdi xətlər ləğv olunacaq, eyni zamanda meliorasiya kanalından suyun verilişi dayandırılacaq. Layihənin icrası nəticəsində qəsəbə sakinləri yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, “Azərsu” ASC-nin daxili imkanları hesabına hazırda Abşeron rayonu ilə yanaşı, Binəqədi, Səbail, Sabunçu, Suraxanı, Xəzər rayonlarında, həmçinin regionlarda Hacıqabul, Saatlı, Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.
Şura bəzi maraqlı adamlar üçün yeni mövzu deyil Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Hesablama Palatasının Şurada apardığı yoxlamalarla bağlı sosial şəbəkə hesabında post paylaşıb

Dostlar, məlum olduğu kimi Azərbaycan Respublikası Hesablama Palatası ötən il 30-dan çox qurumda apardığı dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb. Hesablama Palatasının 2020-ci ildə başa çatdırdığı nəzarət tədbirlərinin nəticəsi olaraq 53 milyon manata yaxın (52846,9 min manat) dövlət vəsaitinin büdcəyə bərpa olunması haqqında qərar qəbul edib.

Hesablama Palatasının yoxlamalar apardığı qurumlar arasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da var. Hesablama Palatasının 3 il, yəni 2017, 2018 və 2019-cu illər üzrə üzrə Şurada aşkarladığı çatışmazlıqlar nəticəsində 174.475 manat dövlət vəsaitinin büdcəyə bərpası haqqında qərar qəbul edilib. Bu vəsaitin 23.612 manatı QHT layihələrini, 19.440 manatı dövlət qulluğunda çalışan ekspertlərə ödənilən qonorarı, 118.623 manatı podratçı təşkilatları və 12.800 manatı Auditorlar Palatasının üzvü tərəfindən aparılan yoxlamaya görə ödənişi əhatə edir. QHT-lər və podratçı təşkilatlar demək olar ki, müvafiq vəsaiti büdcəyə qaytarıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov martın 18-də “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə (https://musavat.com/news/feraset-qurbanov-askarlanan-catismazliqlari-qht-ler-podratci-teskilatlar-ve-katiblik-artiq-aradan-qaldirib_786939.html) bu yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı şəkildə məlumat verib. Arzu edənlər müsahibə ilə tanış ola bilərlər.

Hamımız bilirik ki, fəaliyyətin olduğu hər bir yerdə nöqsan və çatışmazlıqların olması təbiidir. Hesabalama Palatasının hər il onlarla dövlət qurumunda büdcədən ayrılan vəsaitlərin xərclənməsi vəziyyətini yoxlaması rutin qayda, normal praktikadır. Məlumat üçün bildirirəm ki, Şuranın təşəbbüsünə baxmayaraq qurum fəaliyyətə başladığı 2008-ci ildən ötən ilədək yoxlamaya cəlb olunmamışdır. Bu baxımdan belə yoxlamaların aparılması qurumun fəaliyyətinin təkmilləşdirilməsi və daha yaxşı təşkil olunması baxımından olduqca faydalıdır. Yoxlamanın məqsədi çatışmazlıqları və pozuntuları aşkar edərək müvafiq qurumların fəaliyyətini təkmilləşdirməsinə kömək etməkdir. Müvafiq təşkilatların işi isə bu yoxlamalardan nəticə çıxararaq həmin nöqsanları aradan qaldırmaqdır.
Təəssüflər olsun ki, bu məsələdən də bəzi maraqlı adamlar istifadə edərək “milyonların mənimsənilməsi” adı altında “stəkanda fırtına” qoparmağa çalışır. Bu bizə təəccüblü deyil, çünki Şura, bəzi maraqlı adamlar üçün yeni mövzu deyil. Belə kampaniyalar aparmaq onların köhnə şakəridir. Görünür onlar indi də manipulyasiya üçün yeni fürsət əldə etdiklərini düşünürlər.
Sadəcə bu açıqlama ilə bir daha Hesabalama Palatasının Şurada artıq çoxdan başa çatmış yoxlamalarına aydınlıq gətirmək istədim.