Rasim Quliyevin həbsi ilə bağlı rəsmi açıqlamaPaytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Rasim Vaqif oğlu Quliyevin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunmuşdur.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
"Fransa beynəlxalq hüquqa hörmətlə yanaşmağı öyrənməlidir"Əlisahib Hüseynov
Milli Hərəkat Partiyasının sədri

Fransalı deputatların bizim ərazilərimizdə, Dağlıq Qarabağımızda nə işi var? Onlar nə ixtiyarla təzədən Qarabağa qanunsuz səfərə hazırlaşırlar? Ümumiyyətlə, Fransa dövləti və parlamentariləri nədən Qarabağımızın "yaxa"sından əl çəkmək istəmir? Fransa prezidenti Emanuel Makron və yaxud Fransanın Azərbaycandakı səfiri Zakari Qross bu sualları cavablandıra bilərmi? Yəqin ki, cavablandırmaq istəməzlər.

Rəsmi Bakının razılığı olmadan bir qrup fransız deputatın Xankəndinə gəlməyə cəhd göstərməsi Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa qarşı açıq-aşkar hörmətsizlikdən başqa bir şey deyil. Ümumiyyətlə, qondarma “Fransa-artsax dostluq qrupu”nun fransalı sədri, deputat Gi Tessinin Dağlıq Qarabağa səfər etmək istəyi birinci dəfə deyil. O, öz deputat həmkarları ilə birlikdə hələ İkinci Qarabağ müharibəsindən əvvəlki dönəmdə də dəfələrlə Xankəndinə qanunsuz səfərlər edib və erməni separatçılığını rəsmən dəstəkləyib. Məsuliyyətsiz və təxribatçı fransalı deputat öz açıqlamalarında qondarma "dqr"i nədənsə, həmişə Kosovo ilə müqayisə edir və Dağlıq Qarabağdakı separatçı ermənilərin Azərbaycan torpaqlarında müstəqil erməni dövləti qurmaq haqqına malik olduğunu bildirirdi. Bu, ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan keçmiş Qarabağ münaqişəsinin sülh yoluyla həlli üçün vasitəçilik edən bir ölkənin - Fransanın adına həqiqətən də biabırçılıq idi.

Lakin yaxşı ki, Müzəffər Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində fransızların bu sərsəm ermənipərəst arzularını gözlərində qoydu və torpaqlarımızı işğaldan azad etdi. Bir sözlə, dövlətimiz və ordumuz yeni reallıq yaratdı. İndi Fransa dövləti və fransalı parlamentarilər də zəhmət çəkib bu yeni reallıqlarla barışmalı və Azərbaycanın suverenliyinə hörmətlə yanaşmalıdırlar. Gi Tessinin və onun həmkarlarının öz viruslu burunlarını Azərbaycanın ərazi məsələlərinə soxmağa ixtiyarları yoxdur.

Fransanın siyasi elitası separatçı erməniləri belə çox sevirsə, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Fransa şəhərlərindən və ya əyalətlərindən birini (məsələn, Marseli və ya Tuluzanı) "sevimli ermənilər"i üçün ayırsınlar, ermənilər də gedib orda özləri üçün ikinci erməni dövləti qursunlar. Ümumiyyətlə, özünü sivilizasiyanın, mədəniyyətin, demokratiyanın beşiyi sayan Fransa dövləti nəhayət ki, beynəlxalq hüquqa hörmətlə yanaşmağı öyrənməlidir.
“Baku Steel Company”də bədbəxt hadisə“Baku Steel Company” MMC-də bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, ərazidə işləyən kranın bir hissəsi qırılaraq “KamAZ” markalı yük avtomobilinin üzərinə düşüb.

Hadisə nəticəsində yük maşınının sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.
FTX “İsgəndər-M” raketlərinin Ermənistana qanunsuz satışı barədə araşdırma başlatdıRusiya Federal Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat Departamenti Ermənistana qanunsuz ötürülmüş və Qarabağda tətbiq edilmiş “İsgəndər-M” raketləri ilə bağlı təhqiqat başladıb. Məlum olub ki, həmin raketlər Qırmızı bayraqlı Suvorov ordenli Cənub hərbi dairəsinin anbarlarından qanunsuz əldə edilib, Livan və Rrusiya bankları üzərindən ödəniş həyata keçirilməklə qeyri-leqal olaraq Ermənistana ötürülüb. Bu, Rusiya hərbi və xüsusi xidmət dairələri tərəfindən olduqca sərt cavab tələb edən situasiyadır.

Haqqin.az Moskvadakı mənbələrdən öyrənib ki, ötən ilin payızında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana Rusiyadan qanunsuz silah təchizatı barədə bəyanatından sonra Rusiya Müdafiə Nazirliyinin bəzi məmurlarının bu işə cəlb olunması ilə bağlı xidməti araşdırma başladılıb. Araşdırma şok nəticələr üzə çıxarıb.

Hərbi dairənin raket-artilleriya silahları anbarından verilmiş şübhəli qaimələr, hərbi-nəqliyyat aviasiyasının Ermənistana tərəf izahedilməz reysləri, nəhayət, Rusiyada yaşayan erməni biznesmen Karen Karapetyanın “metallom” qiymətinə aldığı İl-76 təyyarəsi əks-kəşfiyyat əməkdaşlarında şok effekti yaradıb.

Rusiyadan muzdluların və silahların Qarabağa göndərilməsi, bəzi məmurların bank hesablarındakı köçürmələr barədə FTX-nin ərazi idarələrindən daxil olan məlumatlar bir infomasiya axınına cəmləşdirilib, ümumi mənzərə yaranıb.

Məlum olub ki, Cənub hərbi dairəsində Rusiyadakı erməni diaspour Ermənistana qeyri-leqal silah təchizatı üçün öz şəbəkəsini qurub. Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, erməni diasporunun və onunla bağlı olan adamların hərəkətləri bütün qırmızı xətləri keçib. İctimai-siyasi fəaliyyətlə bir araya sığmayıb və dövləti xəyanət sayıla bilər.

Tank əleyhinə raket kompleksləri, hava hücumundan müdafiə raket kompleksləri, onlara aid raketlər və ən azından üç “İsgəndər-M” raketi, üstəlik minalar, patronlar, atıcı silahhlar Rusiya hərbi dairəsinin anbarlarından iri miqyasda Ermənistana ötürülüb.

Pullarını isə Krasnoyarskdan, Krasnodar vilayətindən, Tula, Orlov vilayəti, Moskva, Sankt-Peterburq və hətta Xabarovskdan olan erməni biznesmenlər öz hesablarından ödəyib. Ticarət mərkəzləri, tikinti kontorları, hər cür mallar satan erməni dükanları-hamısı bu sxemdə yer alıblar. Lakin erməni xəsisliyi bu işdə də özünü göstərib. “İşlər belədir ki, onlar bir çox şeylər alıblar, dərk etməyiblər ki, istər “Kornet” olsun, istər “İsgəndər”, mürəkkəb idarəetmə, tuşlama və digər sistemlər tələb edir. Bu mürəkkəb sistemləri almaqda xəsislik ediblər, fikirləşiblər ki, düyməni basdın, vəssalam, raket gedib hədəfə dəyəcək”,-Rusiya hərbi-sənaye çevrələrindəki bir mənbə haqqin.az-a deyib.

Mənbələrimiz bildirir ki, FTX və Müdafiə Nazirliyinin rəhbərliyi “İsgənər-M” raketlərinin Ermənistana qanunsuz təchizatı ilə bağlı ölkə rəhbərliyinə məruzə ediblər.
ABŞ “AstraZeneca” peyvəndinin istehsalını DAYANDIRIRABŞ-da “AstraZeneca” peyvəndinin istehsalı ilə məşğul olan Baltimordakı “Emergent Biosolutions” zavodu yerli “Johnson & Johnson” şirkətinin ixtiyarına veriləcək.

“The New York Times” xəbər verir ki, bu barədə Bayden administrasiyası müvafiq qərar qəbul edib. Qərarın icrasından sonra müəssisədə Britaniya-İsveç ortaq peyvəndinin (“AstraZeneca”) istehsalı dayandırılacaq və onu yerli vaksin (“Johnson & Johnson”) əvəz edəcək.

Qeyd edək ki, ABŞ peyvəndinin başlıca özəlliyi koronavirusa qarşı immuniteti formalaşdırması üçün iki deyil, bir dozanın kifayət etməsidir.
Ukrayna Rusiyaya müharibə elan etdi - KornilovUkraynanın Ali Radası öz ehtiyatsız qərarları ilə faktiki olaraq Rusiyaya müharibə elan etdi.

Bu barədə rusiyalı politoloq Vladimir Kornilov danışıb.

"Doğrudanmı bu illər ərzində ölkənin Baş Qərargahı həbsxanalardan toplananlardan başqa Ukrayna uğrunda heç kimin vuruşmaq niyyətində olmadığını başa düşməyib? İndi, müharibənin 8-ci ilində onlar birdən-birə reallığı dərk etdilər. Təbrik edirəm! Yeri gəlmişkən, lap bu yaxınlarda Ali Rada qərar qəbul edib və qərarda müəyyən edib ki, Rusiya və Ukrayna silahlı münaqişə aparırlar. Yəni de-fakto bizə müharibə elan etdi! Doğrudur, Moskva buna heç bir rəsmi reaksiya vermədi", - o bildirib.
Dünyada 130 milyon insan koronaya yoluxduDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 450 mindən çox artıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalının məlumatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 450 707 nəfər yeni koronavirusa yoluxub, 4618 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 131 821 323, ölənlərin isə 2 863 641 nəfərə çatıb.
İsti çay xərçəng riskini artırır - HəkimÇayın 65 dərəcədən yuxarı temperaturda içilməsi həzm yolunun xərçəngi riskini artırır.

Bunu türk həkim, professor Vedat Geral deyib.

"Bu xəstəliyin genetik əsası var, lakin xarici təsirləri də müşahidə etmək mümkündür. Aparılan araşdırmalara görə, Türkiyənin şərqində, Çində, Qazaxıstanda, Tacikistanda və Özbəkistanda çay və isti içkilərin çox miqdarda içilməsinə görə həzm yolunun xərçəngi daha çox müşahidə olunur", - həkim qeyd edib.

Onun sözlərinə görə, insanın siqaret çəkməsi və ya alkoqollu içkiləri qəbul etməsi həmin xəstəliyin inkişafına şərait yaradır.

Ukrayna müdafiəyə yox, hücuma hazırlaşır - PaninaUkrayna Silahlı Qüvvələrinin Donbasdakı hərəkətləri müdafiə ilə əlaqəli deyil. Ukrayna ordusu ölkənin cənub-şərqindəki sakinləri üçün qalxan deyil, çəkicdir.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının üzvü Yelena Panina deyib.

Panina bir müddət əvvəl Ukrayna Baş Qərargah rəisi Ruslan Xomçakın Ukrayna ordusunu Avropanın müdafiə qalxanı adlandırması və ölkənin NATO-ya daxil olmasının nəinki Ukraynanı, hətta alyansın özünü gücləndirəcəyi barədə sözlərini belə qiymətləndirib:

"Xomçak öz sələflərinin – Ukraynanın müdafiə naziri Qeleteyanın, Mujenkonun, Turçinovun, həmçinin onların rəisi - eks-prezident Poroşenkonun ənənələrinə əməl edir. Vaxtilə bu dövlət və hərbi xadimlər çox gülməli bəyanatlar səsləndiriblər: hərbi paradı Sevastopolda keçirməyi vəd ediblər, Rusiyanı nüvə silahı tətbiq etməkdə və kosmosdan zərbələr endirməkdə günahlandırıblar. Amma əlbəttə ki, Xomçakın bəyanatı daha çox Poroşenkonun Ukrayna ordusunu "Avropanın ən güclü ordusu" kimi qələmə verməsi ilə oxşardır".