Bu siqaretlərin qiyməti 5 dəfə bahalaşacaq - QərarÖlkəyə idxal edilən elektron siqaretlər üçün mayenin aksiz vergisi 5 dəfə artırılıb.

Avrasiya.net xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ölkəyə idxal edilən elektron siqaretlər üçün mayenin 1 litri üçün 100 manat aksiz vergisi tətbiq olunacaq. Əvvəl bu rəqəm 20 manat idi.

Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarına da aksiz vergisi tətbiq olunacaq. Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədi üçün 12,9 manat aksiz vergisi müəyyənləşib.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Azərbaycanda daha iki general həbs edildi - RƏSMİLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.

Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi Rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, yaxın vaxtlarda məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Aktyor Fikrət Məmmədov dünyasını dəyişibKult.az xəbər verir ki, "Fəryad” filmində canlandırdığı Aşot obrazı ilə də yadda qalan aktyor Fikrət Məmmədov vəfat edib.

Bu barədə aktyorun həmkarları sosial şəbəkədə məlumat yayıblar.

F.Məmmədov 1 yanvar 1956-cı ildə dünyaya gəlib.

“Axırıncı reys”, “Bağlı qapı”, “Bayquş gələndə”, “Cin mikrorayonda”, "Çarə”, “Doğma sahillər”, “Əlaqə”, “Fəryad”, “Fırıldaqçı”, “Gümüşgöl” əfsanəsi filmlərinə çəkilib.

Bronxial astma xəstəliyindən əziyyət çəkən aktyor ömrünün son illərini Bilgəhdə yerləşən “Qocalar evi”ndə yaşayıb.

Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir.

Allah rəhmət eləsin!
Koronaya yoluxanların sayı kəskin azaldıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 271 834 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.

Son sutka ərzində 6 763, hazırkı dövrədək isə 2 935 718 test aparılıb.

Bakıda 9-cu sinifdə oxuyan qız 4 oğlanla cinsi əlaqədə oldu – ŞOK FAKTLARBakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə 2002-ci il təvəllüdlü Vidadi M. barəsində Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə açılmlış cinayət işi üzrə məhkəmə prosesində maraqlı faktlar üzə çıxıb.

Belə ki, V.M 2004-cü il təvəllüdlü və hadisə vaxtı 16 yaşı tamam olmamış Nərminlə (ad şərtidir) Nizami rayonunda yerləşən 272 saylı məktəbdə orta təhsil alıb. 2019-cu ildə Vidadi instaqram sosial şəbəkəsində ondan 2 sinif aşağı olan Nərminə dostluq təklifi göndərərək söhbət etməyə başlayıblar. Nərminin daha əvvəl məktəbdən tanıdığı İbrahim adlı oğlanla sevgili olmasını bilən gənc onların münasibətlərinin pozulduğunu öyrənib. Bir neçə gün sonra yeniyetmə qızla gənc oğlan görüşmək qərarına gəliblər və söhbət edə-edə Vidadinin işlətdiyi «Joker playstation club»a gəliblər. Burada oyun oynayan sevgililər Vidadinin təklifi ilə cinsi əlaqədə olub. Bu zaman Nərmin bakirə olmadığını bildirib və 17 yaşlı Vidadi ilə həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olub. Oyun klubunda 2019-cu ilin sonu-2020-ci ilin əvvəlində bir neçə dəfə cinsi əlaqədə olandan sonra qız Türkiyədə yaşayan nənəsinin yanına gedib. Bir müddət sonra o, Bakıya qayıtdıqdan sonra Vidadinin sinif yoldaşı Vüqarla görüşməyə başlayıb. Vüqar Vidadiyə bir qonağının gələcəyini bildirirək klubun açarını alıb. O, da qızla elə həmin klubda bir neçə dəfə cinsi əlaqədə olub. Lakin sonradan qızın Vüqar və Vidadi ilə münasibətləri pozulduğundan, o, məktəbdə özündən 4 sinif yuxarı oxumuş Muradla münasibət qurub və müxtəlif ünvanlarda bir neçə dəfə cinsi əlaqədə olub.

Nərmin bu müddət ərzində rəfiqəsi olan Fatiməyə bakirəliyini itirməsi və Muradla cinsi əlaqədə olması barədə etiraf edib. O, da bu barədə ailəsinə, onlar da Nərminin ailəsinə məlumat verib. Bundan sonra qızın qanuni nümayəndəsi Vidadi M. barəsində şikayətçi olub.

İstintaq zamanı yetkinlik yaşına çatmayan qızın əqli vəziyyətinin normal olması, heç bir təhdiq və təzyiqlə üzləşməməsi müəyyənləşib, bədənində zorakılıq əlamətləri aşkarlanmayıb. Həmçinin qızın ailəsi ilə təqsirləndirilən tərəf arasında barışıq əldə edilib.

Məhkəmə Vidadi M. barəsində 1 il müddətində sınaq müddətli olmaqla şərti cəza verib.


Özünü 9-cu mərtəbədən atdıBakıda dəhşətli intihar - Özünü 9-cu mərtəbədən atdı
Bakıda intihar hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, orada yaşayan 65 yaşlı Gülağa Məmmədov özünü çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
ÜST rəhbəri İlham Əliyevə təşəkkür etdi“Azərbaycan Prezidentilə bu həftə söhbət zamanı həmçinin fürsətdən istifadə edərək COVID-19-a qarşı dünyada cavab tədbirlərinə Azərbaycanın maliyyə dəstəyi üçün, ÜST ilə əməkdaşlığa görə, "VaccinEquity"in müdafiəsinə, Qoşulmama Hərəkatı ölkələri arasında həmrəyliyə göstərdikləri dəstəyə görə təşəkkür etdim”.

Avrasiya.net xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus tvitter səhifəsindən bildirib.

“Prezident İlham Əliyevlə "VaccinEquity" barədə çox konstruktiv dialoq apardıq. Öhdəliklərinə görə təşəkkür edərək ÜST-COVAX tərəfdaşlığının qarşıdakı bir neçə gün ərzində Azərbaycana ilk peyvəndi qəbul edərək yerləşdirməsində dəstək verməyə hazır olduğuna dair arxayın etdim. Bir yerdəyik!”, - təşkilat rəhbəri əlavə edib.
Mayda 4 gün iş olmayacaqMay ayında qeyri-iş günlərinin sayı açıqlanıb.

Avrasiya.net xəbər verir ki, bu il 9 May - faşizm üzərində Qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq.