Qadın qızı və kürəkəni tərəfindən balta ilə ÖLDÜRÜLDÜ25 mart 2021-ci ildə Binəqədi rayon sakini 1979-cu il təvəllüdlü Baxşəliyeva Qərənfil İlyas qızının itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis idarəsinə məlumat daxil olub.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Avrasiya.net-ə daxil olan birgə məlumata görə, aparılan araşdırma qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib:

"Nəticədə itkin düşmüş Qərənfil Baxşəliyevanın qəsdən öldürülməsi müəyyən edilib. Araşdırmalarla zərərçəkmişin ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev ilə aralarında şəxsi münasibətlər zəminində mövcud olmuş uzunmüddətli mübahisələr səbəbindən sonuncuların 25 mart 2021-ci ildə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməsi müəyyənləşib. Onların bir qrup şəxs halında birgə yaşadıqları evdə balta ilə çoxsaylı xəsarətlər yetirərək, Qərənfil Baxşəliyevanı qəsdən öldürmələrinə və meyitini Qaradağ rayonu ərazisindəki gölməçəyə atmalarına əsaslı şübhələr yaranıb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həmzə Verdiyev və Günay Məmmədova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib".

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Meriyanın keçmiş aparat rəhbəri həbs olunduBakı Şəhər İcra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, R.Qulieyvin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri danışdı: “İşçi arı kimi işləyəcəyik”Prezidentin qərarı ilə dost və qardaş Azərbaycana səfir təyin olundum.

Avrasiya.net-in məlumatına görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağcı öz "Twitter" səhifəsində yazıb.

O, bu məsələdə göstərdiyi dəstəyə görə həm də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkürünü bildirib:

"Prezidentin qərarı ilə Türkiyə Maarif Fondununun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş Azərbaycana səfir təyin olundum. Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezdentmizə təşəkkürlərimi bildirirəm. Əsaslı dostluq və qardaşlıq ruhu ilə, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin".

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Cahit Bağcının Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunması haqqında sərəncam imzalayıb.





Arestoviç: NATO Rusiyaya bu ərazidən hücum edəcəkRusiya ilə müharibə hazırlığını görmək üçün NATO-nun “Defender Europe 2021” təlimlərinə ehtiyacı var.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Donbas üzrə üçtərəfli danışıqlar qrupundakı nümayəndəsi Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, Baltik dənizi akvatoriyasından Qara dənizə qədər Rusiya ilə müharibə hazırlığı aparılır.

Arestoviçin sözlərinə görə, alyans qüvvələri birləşdirməyə və onların yerləşdirilməsinə, maddi-texniki məsələləri həll etməyə başlayıb:

“Əsas diqqət – Balkanlar və Krım, eləcə də Krımın şimalında hər şey... Bunlar açıq mənbələrdir, heç kim gizlətmir”.

Qeyd edək ki, may-iyun aylarında NATO “Defender Europe 2021” adı altında Soyuq müharibədən bəri ən böyük hərbi təlimini keçirəcək.
Niderland  da “AstraZeneca”ya  qadağa qoyubNiderland “AstraZeneca” şirkətinin istehsal etdiyi peyvəndin 60 yaşdan aşağı pasiyentlər üçün istifadəsini qadağan edib.

Avrasiya.net xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Hüqo de Yonqe bildirib. O deyib ki, bu qərar Səhiyyə Şurası, Milli Sağlamlıq İnstitutları (RIVM) və Tibb Agentliyi (MEB) ilə məsləhətləşmələr nəticəsində qəbul olunub.

Qeyd edək ki, “AstraZeneca” peyvəndinin qanda laxtalanma yaratması hallarına rast gəlinib. Belə ki, niderlandlı qadın vaksin vurdurduqdan sonra ağciyər embolizmindən vəfat edib.
Rusiyada qızı öldürən azərbaycanlı Türkiyədə tutulduRusiyanın Başqırdıstan Respublikasında 21 yaşlı qızı öldürməkdə şübhəli bilinən Azərbaycan əsilli şəxs Türkiyədə tutulub.

Axar.az xəbər verir ki, bu barədə Başqırdıstan Respublikası İstintaq İdarəsi məlumat yayıb.

Məlumata görə, martın 29-da Sterlitamak şəhərinin sakini polisə mürəciət edərək, 21 yaşlı bacısının martın 24-də evdən çıxdığı və bir daha geri qayıtmadığını deyib.

Aparılan araşdırmalar nəticəsində qızın cəsədi şəhərdəki mənzillərin birində tapılıb. İstintaq zamanı məlum olub ki, qız Sterlitamakda yaşayan 23 yaşlı Azərbaycan vətəndaşı ilə ünsiyyətdə olub. Şübhəli şəxsin izinə düşən polis onun martın 26-da Ufadan Moskvaya, oradan da Türkiyənin Antalya şəhərinə uçduğunu müəyyən edib:

“Şübhəlinin beynəlxalq axtarışı təşkil olunub. O, Antalyada hava limanı ərazisində sərhəd məntəqəsini keçərkən saxlanılıb və Moskvaya geri qaytarılıb”.

Bildirilib ki, dindirilmə zamanı şübhəli şəxs cinayəti törətdiyini boynuna alıb.

“Məlum olub ki, tərəflər arasında məişət zəminində baş verən münaqişə zamanı şübhəli şəxs qızı ütünün naqili ilə boğub, sonra isə ona çoxsaylı bıçaq zərbələri endirib. Daha sonra o, qızın qızıl-zinət əşyalarını götürüb və bank hesabındakı pulu öz hesabına köçürüb”, - məlumatda qeyd olunub.

Şübhəli şəxsə qarşı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Türkiyədəki PKK-çıların sayı azalıbPKK-nın Türkiyə daxilində silahlı terrorçularının sayı 300-dən aşağı düşüb.

Avrasiya.net xəbər verir ki, bu açıqlama ilə Türkiyə daxili işlər naziri Süleyman Soylu çıxış edib.

"Narahat olmayın, indi başlarını qış yuvalarından çıxarıblar. Bir-bir hədlərini bildirəcəyik. Bu il onlara tarixinin ən ağır bədəlini ödətdirəcəyik", - Soylu qeyd edib.
Dünyada son 24 saatda 660 min nəfərdə virus tapılıbDünyada koronavirusa yoluxanların sayı son 24 saatda 659 mindən çox artıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilir.

Məlumata əsasən, ötən sutka ərzində 659 917 nəfər yeni koronavirusa yoluxub, 11 626 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 129 215 179, ölənlərin isə 2 820 098 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.