Nazirlik bu il 500-ə yaxın əlilliyi ləğv edibBu ilin 3 ayı ərzində 465 əlillik dərəcəsi ləğv edilib.

Avrasiya.net-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, əlillik təyinatı müxtəlif reyestr sistemi vasitəsilə ləğv edilir. Bu barədə şəxsə əvvəlcədən də məlumatlandırıcı məktub yazılır.
Azərbaycanda “reket jurnalistlər” TUTULDUAğstafada hədə-qorxu ilə pul tələb edən "reket jurnalistlər" saxlanılıb.

Avrasiya.net xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, özlərini jurnalist kimi təqdim edərək, Ağstafa sakinindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən rayon sakinləri Fazil Quliyev və Vüsal Zeynalov saxlanılıb.

Onların ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, özünü “LTV7” internet televiziyasının əməkdaşı kimi təqdim edən F. Quliyev həmyerlisi V. Zeynalov ilə birlikdə zərərçəkən şəxsdən şəxsi informasiyanın ictimailəşməməsi müqabilində 500 manat pul tələb ediblər.

Davam etdirilən araşdırmalar nəticəsində V. Zeynalova məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, oradan 5 müxtəlif ölçüdə ov bıçağı və müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilən dini ədəbiyyat aşkar edilərək götürülüb.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər.
“1998-ci ildə dediklərim gerçəkləşdi"Qarabağ konfliktinin həllinin açarı Rusiyanın əlindədir və bu fikir zamanında siyasi qüvvələr tərəfindən qəzəblə qarşılanıb.

Axar.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan deyib.

“Qafqaz Rusiya üçün həyati vacib maraq sferası olaraq qalır və onun bu maraqlarının müdafiəsindən nə zamansa imtina edəcəyini güman etmək sadəlövhlük olardı. Bu, o deməkdir ki, Qarabağ konfliktinin nizamlanmasının açarı Ermənistan-Türkiyə münasibətlərində yox, Rusiyanın əlindədir. Ona görə də bütün istəklərindən asılı olmayaraq, Ermənistanın istənilən hökuməti bu həyati vacib problemin həllini bu geosiyasi kontekstdə axtarmalıdır. Belə davranış arzularla, oriyentasiya ilə yox, reallığın və siyasi realizm imperativlərinin dərkinə bağlıdır. Ermənistan hökuməti hələlik bunu dərk etmir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Qarabağ məsələsində faciənin əsas səbəblərindən biri bu reallığın Ermənistanın indiki və əvvəlki hökumətləri tərəfində başa düşülməməsi və rədd edilməsidir.

O, Türkiyə və Azərbaycanın reallığı doğru qiymətləndirdiyini, buna da əsas sübutun Rusiya ilə bir müddət öncəki aktiv kontaktların olduğunu bildirib:

“1998-ci ildə dediklərim gerçəkləşdi. Ermənistan Təhlükəsizlik Şurasının 8 yanvardakı iclasında çıxışımda, xüsusilə, bunları qeyd etmişdim: “Mən Rusiyanın yaxın zamanlarda Azərbaycanla normal münasibətlərin bərpası üçün ciddi səylər sərf edəcəyini istisna etmirəm, əksinə, bunu Xəzər neftinin hasilatı problemləri və neft kəmərlərinin tikintisini nəzərə alaraq təbii və real sayıram. Bu halda Ermənistan Rusiyanın Cənubi Qafqazdakı yeganə strateji müttəfiqi kimi üstünlüyünü itirəcək”. Məncə, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının Ermənistan və Qarabağ üçün nəticələrini təsəvvür etmək çətin deyil.

Belə qənaətə gəlmək olar ki, Qarabağın nizamlanması üçün yeni Rusiya-Türkiyə-Azərbaycan formatının formalaşması fakt olur. Bu o demək deyil ki, o, ATƏT-in Minsk Qrupunun həmsədrlərini əvəzləyəcək. Əksinə, bu saxlanılacaq ki, beynəlxalq səylərin göstərilməsi təəssüratını yaratsın və Qərbi qıcıqlandırmasın”.
Aram yenə dilənməyə başlayıbAmerikalı konqresmenlər Ermənistan və keçmiş və qondarma “dqr”ə ABŞ-ın 100 milyon dollar yardım ayırmasına çağırış ediblər.

Bu məlumatı Amerika Erməniləri Milli Komitəsinin rəhbəri Aram Amparyan yayıb.

O, çağırışın Frenk Pallone, Ceki Şpeyer və Adam Şif tərəfindən hazırlandığını bildirib.

Çağırışda, həmçinin Azərbaycan və Türkiyəyə yardımların dayandırılması məsələsi də yer alıb.
SENSSASİYA - Simonyan: Parisi, Tbilisini biz hədiyə etmişik… – VİDEO“Vladimir Solovyovla axşam” verlişinin efiri zamanı RT telekanalının baş redaktoru Marqarita Simonyanın dedikləri sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib.

Aktual.ge Nocomment-ə istinadən xəbər verir ki, guya Rusiya tərəfinin mövqeyindən çıxış edən Simonyan xislətini gizlədə bilməyib.

“Konstantinopolu, bundan əvvəl isə Parisi biz hədiyyə etdik. Polşanı, Finlandiyanı və hətta 2008-ci ildə Tbilisini də biz hədiyyə etmişdik, istəsək götürə bilərdik amma istəmədik”, – deyə o qeyd edib.
Azərbaycanda bacı-qardaş yaşlı valideynləri tərəfindən atıldıBərdə rayonundan olan 9 və 6 yaşında olan bacı-qardaşı valideynləri atıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladı ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər.

“Uşaqlar əvvəlcə “Səni Axtarıram” verilişinə aparılıb. Daha sonra bura gətirilib. Ata deyir ki, ana "səy"dir, ana deyir ata "qoca səydir". Bir-birlərinə "səydərək" deyən valideynlərin vicdansızlığının bədəlini kim ödər? Əlbəttə ki, bu iki uşaq”, - deyə Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, bununla bağlı Bərdə rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar məlumatlandırılıb.
Azərbaycanda bacı-qardaş yaşlı valideynləri tərəfindən atıldıBərdə rayonundan olan 9 və 6 yaşında olan bacı-qardaşı valideynləri atıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, 71 yaşlı ata və 43 yaşlı ana iki azyaşlı övladı ilə vidalaşaraq onları sığınacaqda qoyub gediblər.

“Uşaqlar əvvəlcə “Səni Axtarıram” verilişinə aparılıb. Daha sonra bura gətirilib. Ata deyir ki, ana "səy"dir, ana deyir ata "qoca səydir". Bir-birlərinə "səydərək" deyən valideynlərin vicdansızlığının bədəlini kim ödər? Əlbəttə ki, bu iki uşaq”, - deyə Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, bununla bağlı Bərdə rayon İcra Hakimiyyəti və digər müvafiq qurumlar məlumatlandırılıb.
Şabranda üstünə hasar aşan 10 yaşlı uşaq ölübAprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şabran rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, Fəqan Məmmədov, əmisi oğlu 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarı üzərlərinə aşıb. Hadisə nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
QMİ sədri patriarxı Qarabağa dəvət etdiQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin sessiyasında iştirak çərçivəsində İstanbulda Rum Fənər Pravoslav Patriarxlığında Ekumenik Patriarx Varfolomeylə görüşüb.

QMİ-nin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşmək imkanından məmnunluğunu bildirən Patriarx Varfolomey qonağını səmimi salamlayıb.

Qafqazın Şeyxülislamı ilə söhbət zamanı əvvəlki görüşlərini xatırlayan Patriarx Varfolomey Azərbaycana səfərini rəğbətlə vurğulayıb. Bu səfərin onun qəlbində hər zaman xoş xatirə kimi qaldığını qeyd edən Patriarx Varfolomey Azərbaycana səfəri zamanı Ulu Öndər Heydər Əliyevlə görüşündən danışıb, bu görüşün onda unudulmaz təəssürat buraxdığını bildirib. Həmin görüş zamanı, Şeyxülislamın qonaqpərvərliyi və səmimiyyətini xüsusi qeyd edən Ekumenik Patriarx Varfolomey A.Paşazadənin dini lider olaraq bölgədə və dünya çapında sülhməramlı fəaliyyətini, qlobal miqyasda dinlərarası dialoq və əməkdaşlığa verdiyi böyük töhfələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, ona möhkəm cansağlığı diləyib. Dünyanın tezliklə pandemiya bəlasından qurtulması üçün dualar edən Patriarx gələcəkdə də dinlər, mədəniyyətlər arasında dialoqun dərinləşdirilməsi, insanlar arasında sülhün möhkəmləndirilməsi yönündə birgə səyləri davam etdirmək niyyətində olduğunu bildirib.

Dini lider Patriar Varfolomeylə görüşə böyük dəyər verdiyini bildirən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Ekumenik Patriarxa çatdırıb. Patriarx Varfolomey Azərbaycan Prezidentinin diqqətini minnətdarlıqla qarşılayıb, öz növbəsində, xeyir-dualarını və ən xoş arzularını Azərbaycan prezidentinə çatdırmağı Şeyxülislamdan rica edib.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müxtəlid din nümayəndələrinin dost, qardaş kimi yaşadığı bir dövlət olduğunu, bütün dünyada sülh tərəfdarı olduğunu vurğulayıb və 44 günlük Qarabağ savaşında Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad edib tarixi ədaləti bərpa etməsini fəxarətlə qeyd edib. Şeyxülislam A. Paşazadə Ermənistanın işğalı nəticəsində vaxtilə çiçəklənən, abad Azərbaycan şəhərlərinin işğal dövründə ruhlar məkanına çevrilməsini, ərazilərimizdə ümumbəşər əhəmiyyətli tarixi, dini, mədəni abidələrin, minlərlə tarixi, dini, mədəniyyət abidələrimizin, ziyarətgah və qəbirstanlıqlarımızın, İslam, xristian və yəhudi məbədlərininin məhv edildiyini Patriarx Varfolomeyin diqqətinə çatdırıb. QMİ sədri qeyd edib ki, məscidlərimiz İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalmışdır. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi təmir edilərək abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

Hər zaman dinlərarası və mədəniyyətlərarası dialoq tərəfdarı olduğunu bildirən Şeyxülislam A. Paşazadə vurğulayıb ki, dini lider olaraq, Uca Yaradanın buyurduğu kimi, hər zaman ədalətli sülhə çağırmışdır. O bilirib ki, azad olunmuş Qarabağda bütün dinlərin əmin-amanlıq şəraitində yaşamağa davam etməsini Azərbaycan dövləti təmin edəcəkdir. Öz növbəsində, dinlər arasında ehtiram, anlaşma və dialoqun davamlı inkişafı üçün əlindən gələni əsirgəməyəyini bildirən QMİ sədri Şeyxülislam A.Paşazadə Patriarx Varfolomeyi və Mitropolit Emanueli Qarabağdakı məscidləri və kilsələri birlikdə ziyarət etmək üçün bir daha Azərbaycana səfər etməyə dəvət edib.

QMİ sədri təəssüflə qeyd edib ki, erməni kilsəsi qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, erməni din xadimləri bir əlində xaç, bir əlində silah müharibəyə çağırışlar edir. Şeyxülislam A.Paşazadə ümid etdiyini bildirib ki, erməni katolikosu dini liderə yaraşan, mənəvi öhdəliklərinə uyğun şəkildə müharibə deyil, sülhü və dialoqu təşviq edəcək, sülhpərvər və humanist ideyaları təbliğ edəcək, dini müstəvidə nifrət çağırışlarından çəkinəcək. Patriarx Varfolomey bu mövqeni müdafiə etdiyini bildirib və Erməni Apostol Kilsəsinin məhz bu yöndə səy göstərməsinin vacib olduğuna vurğu edib.

Patriarx Varfolomey Şeyxülislam Allahşükür Paşazadəni növbəti müddətə KAİCİİD Beynəlxalq Mərkəzinin Direktorlar Şurasının üzvü seçilməsi münasibətilə səmimi təbrik edib və ona səmərəli fəaliyyətində uğurlar diləyib. Görüşdə iştirak edən Mitropolit Emmanueli Ekumenik Patriarxatının ağsaqqalı və Kadıköy (Xalkidon) Mitropoliti seçilməsi münasibətilə təbrik edən Şeyxülislam A.Paşazadə, öz növbəsində, ümidvar olduğunu bildirib ki, onların fəal əməkdaşlığı hər ikisinin Direktorlar Şurasının üzvü olduqları KAİCİİD Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Dialoq Mərkəzi platformasında, həmçinin, beynəlxalq dinlər və mədəniyyətlərarası əməkdaşlıq müstəvisində bundan sonra da davam edəcəkdir. Təbriklərə görə öz təşəkkürünü bildirən Mitropolit Emmanuel, öz növbəsində, Ekumenik Patriarxlıq ilə QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın paytaxtında beynəlxalq dinlərarası forumun təşkil olunması təşəbbüsünü irəli sürüb. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bu təşəbbüsü dəstəkləyib və yüksək qiymətləndirib.