44 günlük müharibə Aprel döyüşlərinin böyük zəfərin başlanğıcı olduğunu təsdiqlədi"Aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun gücünü, xalqımızın əzmini, Prezidentin bu məsələdə qətiyyətini göstərdi. O vaxt Azərbaycan cəmiyyəti, xalqımız bu döyüşlərin böyük zəfərin başlanğıcı olduğunu çox yaxşı dərk etdi".

Bunu “İki sahil”ə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, ölkə başçısı bəzi dövlətlərin xahişi ilə düşməni başa salmağa çalışdı ki, onlar da anlasınlar və hərbi mövqedən əl çəkərək, sülh yolu ilə Azərbaycanın işğal olunmuş ərizələrini boşaltsınlar. Çox təəssüf ki, ermənilər bu imkanı süi-istifadə kimi dəyərləndirməyə cəhd etdilər. Amma 44 günlük müharibədə Azərbaycan Ordusu həmin Zəfəri uğurla tamamlayarq, Ermənistan ordusunu darmadağın etdi. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Dəmir yumruq öz gücünü göstərdi”.

"2016-cı il aprel döyüşləri ordumuzun və xalqımızın tarixində yeni dövrün – qələbə dövrünün başlanğıcı oldu. Bu bir neçə günlük döyüşlər psixoloji cəhətdən Ordumuza həlledici üstünlüklər qazandırdı.

Azərbaycanın 44 günlük müharibədə qələbəsini şərtləndirən amilləri analiz etsək, heç şübhəsiz bu zəfər payında aprel döyüşlərinin də rolu çox böyükdür. Bu döyüşlər Ermənistan ordusu haqqında uydurulmuş mifləri darmadağın etdi"- deyə, Cəsarət Hüseynzadə qeyd edib.

QHT.az saytının rəhbəri qeyd edib ki, döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.




"Rusiya onlara “İsgəndər” kompleksi verməyib"Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Axar.az-a müsahibəsi:

- ANAMA Şuşada İsgəndər-M raketinin qalıqlarını tapdığını elan etdi və rəsmi fakt ortaya qoyuldu. Necə düşünürsüz, 44 günlük müharibə zamanı “İsgəndər”dən Ermənistan istifadə edib?

- 3 il bundan öncə bu mövzu ilə bağlı mənim bir yazım getmişdi. O vaxt da deyirdim ki, nə “İsgəndər” raketləri, nə də Su-30 qırıcı təyyarələri ermənilərin birbaşa ixtiyarına verilir. 44 günlük müharibə zamanı biz bir daha gördük ki, ermənilər bizə qarşı əsasən “Elbrus”, Toçka-U, “Smerç” raketlərindən istifadə edib. Hətta müharibədən sonra Ermənistanda belə bir qalmaqal yaşandı ki, niyə Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edilmədi. Səbəb əslində bəlli idi.

Bu gün Ermənistan siyasi elitası da yaxşı bilir ki, Rusiya onlara “İsgəndər” kompleksi verməyib. Bu, sadəcə, gözdən pərdə asmaq üçün atılan bir addım idi. Ermənistan ictimaiyyətində göstərilməyə çalışıldı ki, Rusiya Ermənistana dəstəkdir, onu qoruyur, onun yanındadır. Bu gün Ermənistanda “İsgəndər” kompleksinin olması ilə bağlı məlumatı heç kəs dana bilməz. Lakin bu raketlər istər müharibədən öncə, istərsə də müharibə zamanı ermənilərin deyil, rusların nəzarətində olub.

- ANAMA-nın Şuşa ətrafında aşkar etdiyi iki ədəd “İsgəndər” raketinin qalıqlarının “M” modifikasiyasına aid olması da ciddi suallar doğurur...

- İndiki halda bir yox, bir neçə versiya səslənir. Misal üçün ortaya çıxan məlumatlara görə, guya müharibə zamanı ermənilər “İsgəndər” raketlərindən istifadə edib, raketlər partlamayıb. Bəzi iddialara görə, bu fuqaz və ya kaset başlıqlı raketlərdir. Yəni müxtəlif fikirlər səslənir. Mənim şəxsi görüşümə görə, məsələ tamamilə fərqlidir. Ümumiyyətlə, “İsgəndər” raketləri ilə bağlı qalmaqalın indiki halda ortaya çıxması qəribə deyil?

Hazırda Ermənistan-Rusiya münasibətləri gərgin vəziyyətdədir. Xüsusilə bu gün Ermənistanda antirusiya meyilli qüvvələrin Kremlə qarşı əsas arqumenti Rusiyanın müharibədə Ermənistana kömək etməməsidir.

Düşünürəm, bu gün Şuşada “İsgəndər”lərin partlaması ilə bağlı yayılan xəbərlər Kreml tərəfindən məqsədyönlü şəkildə idarə edilir. Ermənistandakı rusiyameyilli qüvvələr də daxili auditoriyaya göstərir ki, baxın, əslində Kreml Ermənistana kömək edib, raket qalıqları da bu köməyin sübutudur. “İsgəndər” raketləri ilə bağlı iddianın indiki halda ortaya atılması Ermənistanın Qərbə meyillənməsinin qarşısının alınmasına xidmət edir.

Xüsusilə diqqət edirsinizsə, bu iddialar məhz Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi dövriyyəyə buraxılıb. Yəni Rusiya müharibədə Ermənistana dəstək verib, Qərb isə heç zaman bu dəstəyi bizə verməyəcək. Bu baxımdan deyə bilərəm ki, bu məsələ ikitərəflidir. Yəni Rusiya həm özünü ifşa edir, digər tərəfdən, Ermənistanda olan ruspərəst qüvvələr üçün arqument verir ki, baxın, biz Ermənistana kömək etmişik.

- Sualı konkretləşdirək. Şuşada tapılan isgəndər-M raketinin qalığıdır. Bu da Rusiyanın arsenalına daxildir. Beləliklə, Azərbaycana İsgəndər-M hardan atılıb?

- “İsgəndər” raketlərinin qalıqları müharibədən 4 ay sonra tapılır. Məgər 4 ay öncə bilinmirdi bu raketlərin atılması? Ümumiyyətlə üst-üstə düşməyən məlumatlar çoxdur. Sadəcə, Vikipediyaya baxdıqda görə bilərsiniz ki, “İsgəndər” raketlərinin ballistik trayektoriyası 50 km hündürlükdədir. Yəni bu raket 50 kilometr hündürlükdən yerə düşür. Lakin təqdim olunan görüntülər isə bu təəssüratı bağışlamır.

Ümumiyyətlə, ANAMA-nın bu məlumatı verməsi də olduqca təəccüblüdür. Çünki bu məlumatı Müdafiə Nazirliyi deməli idi. Əgər “İsgəndər” raketləri atılıbsa, bununla bağlı radar və peyk görüntüləri olmalıdır. Bu, təkcə bizdə yox, Türkiyədə, Gürcüstanda, İranda belə olmalıdır. Yəni belə bir raketin atılmasını heç kəsin görməməsi, ANAMA-nın aşkarlaması olduqca maraqlı məqamdır. Digər tərəfdən, cənab Prezidentin özü də açıqca deyib ki, biz belə bir şey görməmişik.

Məncə, bu barədə düşünməliyik!
Deputat Ramiz Mehdiyevi sərt tənqid etdiDeputat Etibar Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini sərt tənqid edib.

Avrasiya.net xəbər verir ki, Etibar Əliyev Milli Məclisdə çıxışı zamanı Ramiz Mehdiyevin AMEA-nı özünün istədiyi inzibati bir sistemə çevirdiyini deyib.

“Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb. Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da bu işləri Rasim Ağasiyev adlı keçmiş polis işçisinə həvalə edib”, - deyə deputat bildirib.
“Vəziyyət qorxuludur” - ABŞ və Rusiya Donbasda döyüşə hazırlaşırDonbasda növbəti eskalasiya ABŞ və Rusiyanı üz-üzə qoyub.

Publika.az xəbər verir ki, ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Ukraynanı tək qoymayacaqlarını, Rusiyanın aqressiv addımlarına imkan verməyəcəklərini açıqlayıb.

Bu məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Ukrayna Müdafiə naziri Andrey Taran amerikalı həmkarı ilə telefon danışığında Ostin belə deyib.

L.Ostin Ukraynaya dəstək verəcəklərini təsdiqləyib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın müdaxilə edəcəyi təqdirdə Rusiyanın səssiz qalmayacağını açıqlayıb.

“ABŞ Ukraynaya ordu göndərərsə, bu, Rusiyanın sərhədləri yaxınlığında gərginliyin artması ilə nəticələnə bilər. Bu vəziyyətdə Rusiya təhlükəsizliyini təmin etmək üçün müvafiq addımlar atacaq”, - Peskov bildirib. Lakin o, hansı addımların atılacağını açıqlamayıb.

D.Peskov Donbasda vəziyyətin qorxulu olduğunu da qeyd edib və Ukrayna tərəfini atəşkəsi pozmaqda ittiham edib.

Asif
Rafael Cəbrayılov həbs edildi - TəciliAzərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Daşıdıqları vəzifə ilə bir araya sığmayan öz qanunsuz əməlləri ilə vətəndaşların hüquqlarını pozan, qarşılıqlı etimad əsaslı məmur-vətəndaş münasibətlərinə zərər vurmaqla dövlətin nüfuzuna kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən kompleks tədbirlər davam etdirilir.

Belə tədbirlərdən biri kimi Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Kamil oğlu Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılmışdır.

Aparılmış ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Rauf Kamil oğlu Cəbrayılov tərəfindən Bakı şəhər sakininə satılmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Rafael Cəbrayılovun törətmiş olduğu cinayət əməllərinin tam dairəsinin, o cümlədən vətəndaşlara vurduğu ziyanın məbləğinin müəyyənləşdirilməklə zərərin ödətdirilməsi istiqamətində intensiv istintaq aparılır.
DTX-nin tutduğu məmura hökm oxunduŞəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Avrasiya.net xəbər verir ki, məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

M.Əhmədov 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunub. Onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, M.Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılan tədbirlərlə M.Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və M.Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12 400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı, baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb.

İstintaq zamanı toplanmış ilkin sübutlar əsasında fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Ona Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) maddədi ilə də ittiham verilib.
Bu şirkət bölgənin inkişafına belə töhfə verir - FOTOLAR“Monte Ferro” şirkəti Şimal-Qərb bölgəsində fındıqçılığın inkişafı və işsiz kənd əhalisinin məşğulluğunun təmin olunması istiqamətində sistemli və dayanıqlı fəaliyyət həyata keçirir.

Fındıqçılıq Azərbaycanın aqrar iqtisadiyyatının mühüm tərkib hissəsidir. Dünya əhalisinin sürətlə artdığı, qlobal iqlim dəyişikliyinin intensivləşdiyi hazırkı dövrdə dövlətin effektiv fəaliyyət göstərən aqrar sektora ehtiyacı daha qabarıq hiss olunur. Effektiv aqrar sektor, iqtisadiyyatın az resurslar sərf etməklə daha yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalına nail olmağı nəzərdə tutur.

Bu mənada çoxşaxəli fəaliyyəti ilə diqqət çəkən “AGA Group”a daxil olan “Monte Ferro” MMC bölgənin potensial imkanlarını düzgün dəyərləndirməklə hər zaman dövlətimizin apardığı məqsədyönlü iqtisadi siyasətə, eyni zamanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Məhz bu istiqamətdəki fəaliyyətlərinin tərkib hissəsi olaraq “Monte Ferro” şirkəti 2016-cı ildə Qax rayonunun Güllük kəndinin əkin üçün istifadə olunmayan, daşlı-kəsəkli, kolluq ərazilərində ekoloji və aqro-texniki təmizləmə aparmaqla ilk dəfə intensiv fındıq bağı salıb.

Kanal32.az-ın məlumatına görə,ümumi sahəsi 128 hektar olan ərazinin 5,5 hektarını tinglik sahəsi təşkil edir ki, burada yetişdirilən tinglər yeni salınmaqda olan bağ sahələrinə köçürülür. Fındıqçılığın intensiv inkişafı, suvarılmanın isə səmərəli təşkili üçün damla suvarma sistemlərindən istifadə olunur. Hazırda fındıq kollarının əkildiyi sahələr növbəti dəfə daşlardan və alaq otlarından təmizlənir.

Qeyd edək ki, Güllük kəndi ərazisində salınan intensiv fındıq bağında Güllük və ətraf kəndlərdən olan xeyli sayda kənd sakini işləyir. Kənd ərazisində belə iş yerlərinin açılması işsiz əhalinin məşğulluğunun təmin olunması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu da öz növbəsində dövlətimizin işsizliyin aradan qaldırılması istiqamətində atdığı addımlara real dəstəkdir.

Onu da xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” meyvəçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə etməklə kənd əhalisinin bu sahəyə marağının artırılmasına, eyni zamanda sosial rifahının daha da yaxşılaşdırılmasına təkan verib.

Strateji Yol Xəritəsinin hədəflərinə uyğun olaraq “Azərbaycan Respublikasında meyvəçiliyin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Praqramı” layihəsi işlənib hazırlanıb. Dövlət Proqramının icrası nəticəsində meyvə bağlarının ümumi istehsalı, əkin sahəsi və ixracının artması, eləcə də regionların meyvə növləri üzrə ixtisaslaşmasının dərinləşməsi gözlənir. Elə “AGA Group”a daxil olan “Monte Ferro” MMC də respublikamızın şimal-qərb bölgəsindəki dayanıqlı, səmərəli və məqsədyönlü fəaliyyəti ilə sözügedən dövlət proqramlarının effektli icrasına dəstək verir.

Bir sözlə, “Monte Ferro” əmək bazarında iş qüvvəsinin dəyərini qiymətləndirir, işsiz kənd əhalisi üçün rahat iş şəraiti yaradır və əmək haqqının kəmiyyətinə xüsusi önəm verməklə, məşğulluq təminatındakı rolunu ortaya qoyur. Bununla da “Monte Ferro” şirkəti əmək bazarı ilə aqrar sektorda məşğulluq dinamikasının əsas tendensiyalarını fəaliyyətində əks etdirir və cəmiyyətdə yeni çağırışlara uyğun inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.
Azərbaycanlının öldürüldüyü insidentin səbəbi... - Təfərrüatİstanbulun Bahçeşehir rayonunda martın 31-də axşam saatlarında iki silahlı qrup arasında küçənin ortasında baş vermiş atışmanın motivi məlum olub. Həmin atışmada biri Azərbaycan vətəndaşı olmaqla 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb, 4 nəfər şübhəli hadisə yerindən qaçıb.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, silahlı qrup əsl kriminal beynəlmiləl təşkil edib, onlar Rusiya, Gürcüstan, Suriya və Azərbaycan vətəndaşları olublar. Qrup üzvləri əvvəlcə mübahisə edib, daha sonra “razborka” silahlı qarşıdurmaya çevrilib. Hər iki tərəf silahlarını çəkib və küçənin ortasında atışıb.

Hadisədə ölən Azərbaycan vətəndaşının adı Rbaba.R. olaraq göstərilir, digər ölən isə 40 yaşlı çeçen Khasan Y.-dir. Rusiya vətəndaşı gürcü Zurab N. və suriyalı Mohammed Y. İsə yaralanıb. Zurabın vəziyyətinin kritik olduğu bildirilir.

Hadisə yerində polislər 2-i rus, biri çeçen olmaqla 3 şübhəlini saxlayıb, 4 tapança və 30 boş güllə darağı aşkar edib. Hadisə yerindən qaçan daha 4 şübhəli isə axtarılır.

Atışmanın səbəbinin pul məsələsi olduğu bildirilir. İddiaya görə iki qrup arasında daşınmaz əmlak satışından yaranan mübahisə olub. Gürcülərin qrupundan bir nəfər satın aldığı daşınmaz əmlaka görə 2 milyon TL az ödəyib, qarşı tərəf pulları istəyəndə mübahisə atışmaya çevrilib.

Qeyd edək ki, bəzi Azərbaycan KİV-ləri silahlı qrupun üzvlərinin Lotu Quli və Rövşən Lənkəranskinin (hər ikisi sağ deyil) qruplaşmasının üzvləri olduqlarını iddia ediblər. Lakin bunu təsdiqləyən məlumatlar yoxdur.