İlham Əliyev Selçuk Bayraktara “Qarabağ” ordeni veribBakıda səfərdə olan Selçuk Bayraktar Prezident İlham Əliyevlə olan fotosunu "Twitter"də paylaşıb.

Avrasiya.net xəbər verir ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcı yazıb:

"Atam Özdemir Bayraktar vəə böyük qardaşım Haluk Bayraktar ilə birlikdə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən "Qarabağ" ordeninə layiq görülməkdən böyük şərəf və qürur duyuruq".

Prezident İlham Əliyev Selcuk Bayraktara orden verib və mükafatlandırıb.

Selçuk Bayraktar isə Prezident İlham Əliyevə xüsusi gödəkcə hədiyyə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

Qeyd edək ki, Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixləri arasında apardığı Vətən müharibəsi zamanı Selçuk Bayraktarın yaratdığı “Bayraktar TB2” pilotsuz uçuş aparatından (PUA) geniş istifadə etməklə işğalçı erməni qüvvələrinə sarsıdıcı zərbələr vurub.

Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.
KİV: Paşinyan sabah istefa verir və siyasətdən gedirNikol Paşinyan sabah istefaya gedəcək.

Axar.az xəbər verir ki, bu məlumatı öz mənbələrinə istinadən “Joxovurd” qəzeti yayıb. Məlumata görə, Paşinyan istefasıyla bərabər siyasətdən gedəcəyini də açıqlayacaq:

“Baş nazir bir müddət əvvəl öz komandası ilə görüşdə deyib ki, ona ümid bəsləməsinlər, çünki o daha heç bir siyasi prosesdə iştirak etmək istəmir. Mülki Müqavilə Partiyasının İdarə Heyəti onu fikrindən döndərməyə çalışsalar da, buna nail ola bilməyiblər. Nikol Paşinyan həmçinin gələcəkdə nə işlə məşğul olacağını da açıqlamayıb”, – deyə o bildirib.

Qeyd edək ki, Nikol Paşinyan özü seçkilərə görə vəzifəsindən istefa verəcəyini, ancaq baş nazirin səlahiyyətlərini icra edəcəyini və seçkiyə girəcəyini açıqlamışdı.
Prezident Səlcuq Bayraqdarı qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdarı və ASELSAN şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

Avrasiya.net xəbər verir ki, Səlcuq Bayraqdar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevi Vətən müharibəsindəki Qələbə münasibətilə təbrik etdi, şəhidlərimizin xatirəsini andı.

Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirən Prezident İlham Əliyev onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının Azərbaycana dəstəyini xüsusi vurğuladı. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilən Zirvə görüşündə Türkiyə Prezidentinin Azərbaycanı bu Qələbə münasibətilə bir daha təbrik etməsini yüksək qiymətləndirdi.

Türkiyənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunan Prezident İlham Əliyev Səlcuq Bayraqdarın bu uğurların önündə getdiyini vurğuladı, “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Səlcuq Bayraqdar “Qarabağ ordeni” ilə təltif edildiyini bildirdi və ordeni Səlcuq Bayraqdara təqdim etdi.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Səlcuq Bayraqdar dedi:

“Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.

"Azərsu” ASC-də İctimai Şura yaradılır “Azərsu” ASC-nin fəaliyyətində ictimai iştirakçılığın və nəzarətin təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətdə İctimai Şuranın yaradılması prosesinə başlanılıb.

Qurumdan Avrasiya.net-ə verilən məlumata görə, “Azərsu” ASC sədrinin 17 mart 2021-ci il tarixli 158 nömrəli əmrinə əsasən, yaradılacaq İctimai Şuraya seçkilərin keçirilməsi və şura üzvlərinin say həddinin müəyyən edilməsi məqsədilə İctimai Şuranın təşkili ilə bağlı Seçki Komissiyası yaradılıb. Komissiya “Azərsu” ASC-nin 4 əməkdaşından və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsindən ibarət olmaqla təşkil edilib.

Seçki Komissiyasının ilk iclasında “Azərsu” ASC-nin İşlər İdarəsinin rəisi Möhsün Quliyev bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “İctimai iştirakçılıq haqqında” qanunda dövlət siyasətinin həyata keçirilməsində və qərarların qəbulunda ictimaiyyətin və vətəndaş cəmiyyət institutlarının iştirakı və ictimai rəyin nəzərə alınması xüsusi qeyd olunur. “Azərsu” ASC-də İctimai Şuranın yaradılması Səhmdar Cəmiyyətin fəaliyyətində şəffaflığın daha da artırılmasına, ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etməyə imkan yaradacaq.

“Azərsu” ASC-nin Hüquq departamentinin rəis müavini, Seçki Komissiyasının üzvü Yaşar Ağayev şuranın yaradılmasının hüquqi əsasları barədə məlumat verərək bildirib ki, İctimai Şura Səhmdar Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin edəcək.

Komissiyada təmsil olunan vətəndaş cəmiyyətinin üzvləri qeyd etdilər ki, “Azərsu” ASC-də yaradılacaq İctimai Şura içməli su təchizatı və tullantı su sektorunda müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş hüquqlara malik olan məşvərətçi qurum kimi fəaliyyət göstərəcək.

İclasda təşkilati məsələlərə baxılıb. “Azərsu” ASC-nin Hüquq departamentinin rəis müavini Yaşar Ağayev seçki komissiyasının sədri, Sosial inkişaf şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli katib seçilib. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq şura üzvləri 11 nəfər olmaqla 2 il müddətinə seçiləcək. Şura üzvlüyünə namizədliyin irəli sürülməsi və qeydə alınması prosesi 01-30 aprel 2021-ci il tarixinlərində aparılacaq.

Vətəndaş cəmiyyəti institutlarından ictimai şuranın üzvlüyünə irəli sürülən namizəd barədə aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:

- Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- Namizədin tərcümeyi-halı;
- Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
- Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd.

İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra 1 ay müddətində keçiriləcək.

İctimai Şura üzvlüyünə namizədlərin irəli sürəcək şəxslərdən tələb olunan sənədlərin surətini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Əlaqələndirici şəxs: Anar Cəbrayıllı, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, İctimai Şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının üzvü. Tel: (+99 412) 430-04-43.
Azərbaycanlı və çeçen avtoritetlər arasında atışma - Ölən və yaralananlar varTürkiyədə azərbaycanlı və çeçen kriminal avtoritetlər arasında silahlı qarşıdurma ölümlə nəticələnib.

Avrasiya.net xəbər verir ki, hadisə İstanbulun Başakşehir rayonunda yaşanıb. Silahlı atışma nəticəsində 3 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.

Verilən məlumatlarda həlak olanlardan 1-i və yaralanan şəxsin azərbaycanlı olduğu bildirilir.

Hadisədən sonra yerli polis 3 Rusiya vətəndaşını saxlayıb, 2 nəfərin axtarışları davam edir.






Həsənlinin qızı detalları açıqladı: Video bu cür çəkilibCəmil Həsənlinin qızı Günel Həsənli intim videosunun yayılması barədə detallı açıqlama yayıb.

Avrasiya.net həmin açıqlamanı təqdim edir:

“Mən, Həsənli Günel Cəmil qızı, sosial şəbəkələrdə şəxsi həyatıma qanunsuz müdaxilə ilə bağlı yayılan məlumatların, xüsusilə həmin məlumatların ailəmin və atam Cəmil Həsənlinin şəxsiyyətinə ağır zərbə olduğunun dərin məyusluğunu və məsuliyyətini yaşayıram. Heç şübhəsiz ki, öz məsuliyyətsizliyim səbəbindən də yaşadıqlarım və doğmalarıma yaşatdıqlarımı özümə bağışlamıram, çünki Cəmil Həsənlinin qızı olduğum üçün xüsusi xidmət orqanları tərəfindən ustalıqla qurulmuş belə bir geniş əməliyyatın hədəfi olacağımı öncədən hesablamalı idim. Lakin nə qədər güclü stress və məyusluq yaşasam da barəmdə sosial şəbəkələrdə yayılan iyrənc iddialara və böhtanlara aydınlıq gətirmək məcburiyyətindəyəm.

38 yaşım var, 10 il öncə həyat yoldaşımdan ayrılmışam, yetkinlik yaşına çatmış iki övladım var. Hər bir qadın kimi mən də ailəmin, yuvamın olmasını arzulamışam və tələyə də bu üzdən düşmüşəm.

Özünü mənə iş adamı Mahir kimi təqdim edən 20.02.1980-ci il doğumlu şəxslə 2020-ci ilin dekabr ayında tanış olmuşam. Dekabr və yanvar aylarında yalnız sosial şəbəkələr üzərindən ünsiyyətimiz olub. Mahirlə ilk dəfə gerçək həyatda 5 fevral tarixində, "Günaydın" restoranında görüşüb birlikdə şam yeməyi yemişik. Mahir ilk ünsiyyətdən özü haqqında çox gözəl təəssürat yaratmağı bacardı və təəssüf ki, mən ona inandım.

Fevral ayının 14-ü yenə "Günaydın" restoranında Mahir mənə qızıl üzük bağışlayıb münasibətinin ciddi olduğunu və mənimlə ailə qurmaq istədiyini dedi. Bir-birimizi yaxından tanımaq üçün zamana ehtiyacımız olduğunu bildirdim və ünsiyyətimiz dərinləşdi.

Mahir növbəti dəfə mənə evlənmək təklif edəndə böyük övladlarım olduğunu və onların razılığı olmadan bu evliliyin mümkün olmadığını bildirdim. 18 mart tarixində Mahir məni və övladlarımı öz avtomobili ilə evimizin qarajından alıb İçəri şəhərdə yerləşən "Qaynana" restoranına apardı və orada oğluma və qızıma mənimlə ailə qurmaq istədiyini, məni xoşbəxt edəcəyini, lakin bu evliliyin yalnız onların razılığı ilə baş tuta biləcəyini bildirdi. Övladlarım mənim xoşbəxt olacağım halda bu izdivaca etiraz etmədiklərini dedilər.

Səhərisi gün, 19 mart tarixində Mahir Votsap üzərindən məni dayısı ilə tanış edəcəyini yazdı. Atasının xasiyyətinin ağır olduğunu, ona görə atası ilə pərdəli davrandığını mənə dəfələrlə demişdi. Öz bildirdiyinə görə məqsədi öncə məni dayısı ilə tanış edib sonra onunla birlikdə atasının xeyir-duasını almaq idi.

22 mart 2021-ci il tarixdə Mahirlə son bir neçə həftə ərzində görüşdüyümüz mənzilə getdim. Mənzilə daxil olanda orada tanımadığım bir qadını gördüm və çox pərt oldum. Mahir həmin qadınla kiçik bir işi olduğunu və qadının az sonra gedəcəyini dedi. Mən dərhal mənzili tərk etmək istədim, lakin Mahir məni "sən çox əsəbisən, bu halda maşın sürə bilməzsən, qəza törədərsən, əyləş, su iç, özünə gəl, mən özüm səni aparıb evinizə buraxacağam" deyib saxladı. Məni əyləşdirəndən sonra Mahir mətbəxə keçdi və dərhal oradan bir şüşə sarı rəngli, portağal və limon qarışımını xatırladan meyvə şirəsilə qayıtdı və mənə təqdim etdi. Mən həmin şirəni içdim, dərhal başım fırlandı və sonra nə baş verdiyini, ümumiyyətlə, xatırlamıram.

Həmin gün daha sonra ilk xatırladığım dəhşətli baş və qarın ağrılarım, ürəkbulanmam, başgicəlməm olub. Gözümü açanda mənzildə Mahirdən başqa heç kim yox idi. Çətinliklə maşınımı idarə edib evə çatdım. Mən evə çatanda bütün bədənim, gözlərimin ətrafına, saçımın dibinədək qızarmış və səpmişdi. Dərmanlara qarşı allergiyamın olması vəziyyətimi xüsusilə ağırlaşdırmışdı. Evə qayıdandan az sonra sarı rəngli maddə qusdum. Anam, iki övladım, eləcə də mənə sistem köçürmək üçün dəvət etdiyimiz tibb bacısı nə dərəcədə ağır durumda olduğumu görüb təşviş keçirdilər. 23 mart tarixində evdə və 27 martda isə maşınımda iki dəfə eyni sarı rəngli maddəni qusmuşam.

Kəskin baş ağrılarımın davam etməsinə baxmayaraq, səhərisi özümdə güc tapıb Mahirlə "Jasmin" restoranında görüşdüm və dünən niyə bu vəziyyətə düşdüyümün səbəbini soruşdum, amma dolğun cavab ala bilmədim. Əvəzində hiylə ilə telefonumu əlimdən aldı və Gallery-yə daxil oldu. Mən o zaman telefonumdakı şəkillərə baxdığını düşünmüşdüm, lakin evə qayıdandan sonra Mahirin telefonumda onunla olan bütün şəkil, video, hətta Votsap yazışmalarını sildiyini gördüm.

23-27 mart tarixlərində səhhətim çox pis olduğu, başımda və qarnımda kəskin ağrılar səngimədiyi üçün mənə ümumilikdə beş sistem köçürülüb. Qəfil allergiya nəticəsində bədənimdə yaranmış səpişiklər hələ də qalmaqdadır. Yalnız 28 mart tarixindən özümü nisbətən yaxşı hiss etməyə başlamışdım.

Pul məsələsinə gəlincə, Mahir mənə yalnız bir dəfə 400 manat pul verib. 8 mart hədiyyəsi ala bilmədiyi üçün üzrxahlıq etdi, təkidlə bu pulu mənə verdi və "özün nə istəyirsən, al" dedi. Tanış olduğumuz dörd ay ərzində bundan başqa ondan heç vaxt pul almamışam.

Mənim təmiz niyyətlə ailə qurmaq, yuva sahibi olmaq istəyimdən belə çirkli və iyrənc üsullarla sui-istifadə etməyin yeganə məqsədi atam Cəmil Həsənlini nüfuzdan salmaq, onun siyasi fəaliyyətinə gölgə düşürməkdir və mənə ən çox əzab verən də budur. Bildirirəm ki, atam iki ilə yaxındır ABŞ və Böyük Britaniyada elmi ezamiyyətdədir və onun mənim şəxsi həyatımda bu yaşadıqlarımla bağlı heç bir bilgisi olmayıb”.
İtaliya iki rus diplomatını casusluq ittihamı ilə ÖLKƏDƏN ÇIXARIRİtaliya polisi bir gəmi kapitanı və bir rus diplomatı casusluqda şübhəli bilərək saxlayıb.

Avrasiya.net xəbər verir ki, ”casusluq və dövlət təhlükəsizliyi ilə bağlı ağır cinayət” törətməkdə ittiham olunan və adları açıqlanmayan şəxslər məxfi məlumatların ötürülməsi zamanı saxlanılıblar. Hadisə ilə əlaqədar İtaliya Hərbi Dəniz Qüvvələrinin kapitanı və Rusiyanın Romadakı səfirliyinin diplomatı saxlanılıblar. Səfirliyin digər əməkdaşı və saxlanılan diplomatın tezliklə İtaliyadan çıxarılacağı bildirilir.

İtaliya polisinin (karabinieri) verdiyi açıqlamada İtaliyanın əks-kəşfiyyat xidmətinin (AİSİ) apardığı uzunmüddətli təhqiqatları nəticəsində hərbi donanmadakı casusluq hadisəsinin aşkarlandığı qeyd edilib.

İtaliyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiyanın İtaliyadakı səfiri Sergey Rasovun nazirliyə dəvət olunduğunu açıqlayıb. Səfirliyin açıqlamasında isə bu hadisə barədə əlavə şərh verməkdən imtina edilib, iki ölkə arasındakı münasibətlərə xələl gəlməyəcəyinə ümid ifadə olunub.

Qeyd edilməlidir ki, bu hadisə Avropa ölkələrinin Rusiyaya qarşı iddia etdikləri casus qalmaqalları içərisində ən son hadisədir. Bundan öncə isə Bolqarıstan altı vətəndaşına qarşı casusluqla bağlı ittiham irəli sürmüşdü. Ötən ilə isə Niderland Krallığı iki rus diplomatını casusluq ehtimalı ilə ölkədən çıxarmışdı.


Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səfərlər başlayırÖtən il dekabrın 10-da Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilib və protokol bu gündən qüvvəyə minir.

Avrasiya.net xəbər verir ki, bu gündən etibarən Azərbaycan vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyəyə vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqdır.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Türkiyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.

Türkiyə ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə ərazisinə daxil olmaq üçün Azərbaycan vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir.

Bu mənada Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan ərazisindən Türkiyəyə birbaşa səyahətlər üçün istifadə ediləcəkdir.

Həmçinin Azərbaycan vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.

Eyni zamanda Türkiyə ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.
Azərbaycanda hərbi çağırış başladıPrezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən aprelin 1-dən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Qeyd edək ki, çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Dövlət Xidməti tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 2-də “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” sərəncam imzalayıb.
Türk dünyasının 100 illik problemi həll edilirİlham Əliyevin Türk Şurası Zirvəsində Zəngəzurla bağlı dediklərindən iki nəticə çıxarmaq olar.

Prezident dedi ki:

1. “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.

Bununla türkdilli ölkələrə türk dünyasının coğrafi parçalanmasının aradan qaldırıldığı və bu coğrafiyada dərin əməkdaşlığın bundan sonra siyasi iradədən asılı olduğu mesajı verildi;

2. “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.

Fevralın 26-da mətbuat konfransında prezident Ermənistanın Zəngəzur dəhlizinə problemlər yaratdığını açıqlamışdı. İndi dəhliz üzərində fəal iş aparıldığını bildirir. Bu, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfinin yaratdığı, yaxud yaratmaq istədiyi problemin qalmadığı deməkdir. Ermənistan baş nazirinin kommunikasiyanın müsbət tərəfləri haqda açıqlamaları da Bakının xəbərdarlığından sonra dəhlizin önünə qoyula maneələrin aradan qaldırıldığını deməyə əsas verir.

Türk coğrafiyasının 100 ildən çoxdur mövcud olan problemi həll edilməkdədir: artıq coğrafiyanın taleyi siyasi liderlərin iradəsindən asılı olacaq.