Azərbaycan elminə ağır itki üz veribBDU-nun dosenti, biologiya elmləri namizədi Əfəndiyev Pünhan Mustafa oğlu 83 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, P.Əfəndiyev 1938-ci il avqustun 20-də Gürcüstan Respublikasının Bolnisi rayonun Kvemo-Bolnisi (keçmiş Kəpənəkçi) kəndində anadan olub.

P.Əfəndiyev 1947-1954-cü illərdə Kvemo-Bolnisi (Kəpənəkçi) kənd 8 illik məktəbində, 1954-1957-ci illərdə Arıxlı kənd orta məktəbində oxuyub. 1957-1958-ci illərdə Kvemo-Bolnisi (Kəpənəkçi) kənd 8 illik məktəbində işləyib.

1958-1963-cü illərdə ADU-nun Biologiya fakültəsində təhsil alıb.

1963-1967-ci illərdə Azərbaycan Respublikası Canitar-Epidemioloji stansiyasında işləyib.
1967-2008-ci illərdən BDU-nun Biologiya fakültəsində çalışıb.

P.Əfəndiyev Azərbaycanın elm sahəsində böyük uğurlara imza atıb.

1967-1970-ci illərdə BDU-nun Botanika kafedrasında loborant, 1970-1979-cu illərdə assistent, 1979-1983-cü illərdə baş müəllim, 1983-2008-ci illərdə dosent olub.

67 elmi məqalə və tezisin, 3 metodiki göstərişin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

Geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elni tədqiqat işləri aparıb.

Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib:

2004-cü ildə Azərbaycan: Böyük Qafqaz cənub hissəsi yüksəkdağlığının xalıları. Biologiyada inkişaf və müasirliyə həsr olunmuş, Böyük Qafqazın (Şəki-Zaqatala bölgəsi) cənub hissəsi yüksəkdağlığının subalp çəmən bitkiliyi, 2005-ci ildə Azərbaycan: Müasir tipli dekorativ yaşıllığın qurulma prinsipləri və onun bioekoloji xüsusiyyətləri. Eksperimental biologiya və müasirliyə. 2006-cı ildə Azərbaycan: Ətraf mühitin mühafızəsində istifadə olunan dekorativ bitkilərin bioekoloji xüsusiyyətləri.Ətraf mühitin mühafizəsində Botanika bağlarının roluna, 2006-cı ildə Azərbaycan: Böyük qafqazın cənub hissəsində yayılan kol və yarımkol bitkiliyi, 2007-ci ildə Azərbaycan:Böyük Qafqazda yayılan balverən bitkilər və onların bioekoloji xüsusiyyətləri,tətbiqi biologiyanın problemlərinə, 2007-ci ildə Böyük Qafqazın subalp həqiqi mezofıl çəmənlik formasiyası. Təbiət və cəmiyyət problemləri. Akademik Həsən Əliyevin 100 illimk yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfranslarda iştirak edib.

P.Əfəndiyev Müasir tipli dekorativ yaşıllığın qurulma prinsipləri (2005), Ətraf mühitin mühafizəsində istifadə olunan dekorativ bitkilərin bioekoloji xüsusiyyətləri (2006), Böyük Qafqazın subalp həqiqi mezofil çəmənlik formasiyası (2007) elmi əsərlərin, eyni zamanda Vəlvələçay hövzəsinin bitki aləmi (2003) və Bitki morfologiyası (2005) kitablarının müəllifidir.

Allah rəhmət eləsin.
Yoluxma və ölüm sayı artıbAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3 445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 342 nəfərdir.

Ölkədə son sutka ərzində 8 923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.
Göyçayda itlərin hücumuna məruz qalan yeniyetmə ölübGöyçay rayonunda itlərin hücumuna məruz qalan yeniyetmə oğlan ölüb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu Novruz bayramı günü axşam saatlarında qonşuların həyətinə papaq atarkən küçədə itlərin hücumuna məruz qalıb.

O, qaranlıq vaxtı köməksiz olduğu üçün itlərdən qorxub, halı pisləşib. Qorxu səbəbindən xəstələnən 10-cu sinif şagirdi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Arif 5 gün sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.
Bakıda orta məktəbdən büst oğurlandıBuzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.

DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

Hadfisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.

Avropa bu peyvənddən İMTİNA EDİR: öldürücü təsir var“AstraZeneca” peyvəndinin təhlükəli yan təsirləri mövcuddur.

Publika.az xəbər verir ki, bu istiqamətdə bir qrup norveçli alim araşdırma aparıb.

TASS ölkənin “Verdens Gang” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər qan laxtalanması diaqnozu ilə Oslo Universitetinin Riskospitalat Xəstəxanasına yerləşdirilən 50 yaşdan aşağı 3 həkimin analizlərini yoxlayıb. Məlum olub ki, həkimlərdə bədənin güclü immun reaksiyasına görə qanda lenfosit sayının azalıb və bunun nəticəsində qan laxtalanması əmələ gəlib.

Tədqiqat müəlliflərindən biri Paul Andre Holme həkimlərin qanlarından götürülən trombositlərdə digər tibb sahələrindən tanış olan, yalnız dərmanlardan qaynaqlanan xüsusi antitellər aşkarlandığını deyib.

Qeyd edək ki, bu günə qədər Norveçdə 120 000 nəfər “AstraZeneca” ilə vaksinlənib. Onların əksəriyyətində yan təsirlər aşkarlanmasa da, bir çox digər Avropa ölkələrində olduğu kimi vaksinasiyanı dayandırıb.
Azərbaycanda ov edən ərəblər GÖRÜN KİM İMİŞ - FOTOAzərbaycanda qanunsuz ov edən ərəblərin kimliyi ilə bağlı maraqlı məlumat yayılıb.

Avrasiya.net xəbər verir ki, Gununsesi.info həmin ərəblərdən birinin Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) nazir vəzifəsində çalışdığını iddia edib.

Fotodakı şəxslərin Şeyx Zayed ibn Məhəmməd ibn Butti əl-Həmid və qardaşı Saif olduğu bildirilib. Onların qardaşları Abdulla əl-Həmid Əbu Dabi əmirliyinin nazirlərindən biridir.

Fotonu bəyənən və rəy yazan şəxs də Şeyx Arahmah əl-Qasimidir. Ras əl-Xayma əmirliyinin şahzadələrindən biridir.
İsveçrədə peyvənddən sonra 37 nəfər ölübİsveçrədə peyvəndlənmədən dərhal sonra 37 nəfərin ölümü qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, həkimlər hər bir hadisəni araşdıraraq belə nəticəyə gəliblər ki, ölüm hallarından heç biri birbaşa vaksinasiya ilə əlaqəli deyil.

Belə ki, ölənlərin orta yaş həddi 84 olub. Onlar bir çox xroniki xəstəliklərdən əziyyət çəkiblər.

“Onların ölümü ürək-damar sistemi, nəfəs yolları xəstəlikləri və ya infensiya ilə əlaqədardır. Peyvəndin ölüm səbəbi olmasına dair heç bir sübut yoxdur”, - deyə məlumatda qeyd edilib.
Ordumuz Laçın dəhlizinə nəzarəti artırır...Ermənistan xarici işlər naziri Ara Ayvazyan şikayətlənir ki, Azərbaycan Laçın dəhlizindən humanitar yardımın daşınmasına (əslində bu, yardım adı altında silah-sursat daşınması təhlükəsinə qarşı atılan addımdır) mane olur.

Ayvazyanın məqsədi rəsmi Bakını anti-humanist göstərməkdir, amma bununla Azərbaycan Ordusunun Laçın dəhlizinə nəzarəti gücləndirdiyini də etiraf edir.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına qədər ermənilər Laçın dəhlizindən istədikləri kimi istifadə edirdi: mülki avtomobillərdə silah və əsgər daşıdıqları haqda məlumatlar var.

İndi onlar üçün heç nə əvvəlki kimi deyil, buna görə Azərbaycanı “humanitar yardım”ın qarşısını almaqda ittiham edirlər.

Bu, ordumuzun Laçın dəhlizində nəzarət imkanlarının artdığı deməkdir: Prezident mətbuat konfransında “biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik” sözlərini təsadüfi deməmişdi...
Dünyada 125 milyon insan koronaya yoluxduDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 614 mindən çox artıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 614 570 nəfər yeni koronavirusa yoluxub, 9 396 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 125 160 255, ölənlərin isə 2 748 737 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Gürcüstan Naminə Siyasi Partiya hakimiyyətə xəbərdarlıq edibGürcüstan Naminə Siyasi Partiya Elmar Həsənova qarşı sui qəsd cəhdiylə bağlı bəyanat yayıb.

Avrasiya.net-ə daxil olan bəyanatda deyilir:

- Son dəqiqələrdə sosial şəbəkə vasitəsilə aldiĝim və sonra da õzünə, Bolnisi rayonu Faxrali kəndində yaşayan tanınmış eloĝlumuz Elmar Həsənova birbaşa zəng edərək dəqiqləşdirdiyim məlumata görə Bolnisi rayonu Imirhesen bələdiyyəsi ərazisinə 20.36 radələrində onun həyatina sui qəsd cəhdi baş verdiyini õyrəndim.

Elmar Həsənov bir çox bizim taninmiş Gürcüstan türkləri kimi mõvcud hakimiyyətin apardıĝı yarıtmaz siyasətini kəskin tənqid edən, Birləşmiş müxalifəti dəstəkləyən tanınmiş ziyalilarimızdandır. Elmardan aldiĝim məlumata gõrə, hakimiyyəti təmsil edən müxtəlif qüvvələr bir neçə dəfə onu təhdid edərək, hədələyərək bu yoldan çəkilməsini tələb etmişdilər. Onların təhdidləri baş tutmadıĝından sui qəsdə cəhd və ya sui qəsdin imitasiyasina əehd etməklə onu bu yoldan çəkindirməyə çalişıblar.

Mən rəhbərlik etdiyim ,Gürcüstan Naminə Siyasi Partiya adından bəyanat verətək Elmar Həsənova qarşı baş verən sui qəsdə cəhd hadisəni qətiyyətlə pisləyir və aidiyyati orqanlardan hadisənin tecili surətdə araşdirllaraq hüquqi qiymət verilərək õlçü gõtürülməsini tələb edirik

Bu hakimiyyətin müxalif fikirli adamlara qarşı terror həyata keçirmək cəhdləri və Gürcüstanda yaşayan türklərə qarşı apardıĝı diskriminasiya siyasətinə son qoymaĝa çaĝırırıq.

Hakimiyyət təcili surətdə lazimi õlçu götürməsə bütün demokratik qüvvələr Elmar Həsənovun müdafiəsinə qalxacaq, bütün gürcü dostlarimızı və Birləşmiş müxalifəti də bizi dəstəkləməyə dəvət etməklə irimiqyaslı etirazlara və piketlərə başlayacağıq.

Gürcüstan Naminə Siyasi Partiyanın sədri Fazil Əliyev