Sumqayıtda gənc qız özünü 9-cu mərtəbədən atıbSumqayıtda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatın görə, hadisə şəhərin 17-ci mikrorayonu, ev 45-də qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan təxminən 17-20 yaşlarında qız özünü 9-cu mərtəbədən atıb. İntiharın səbəbləri bilinmir.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Niderlandda 31 Mart Azərbaycanlıların soyqırımının anım tədbiri keçirilib Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin Rotterdam şəhərindəki qərargahında 31 Mart Azərbaycanlıların soyqırımının anım tədbiri keçirildi.

Avrasiya.net xəbər verir ki, tədbirdə bütün şəhidlərimizin və qətliam qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Beniluks Azərbaycanlııarı Konqresinin sədri Elsevər Məmmədov tədbir iştirakçılarına, 31 Mart soyqırımıyla baglı Niderland patlamentinə bəyanat ünvanlandığını bildirdi.

Tədbirdə BAKın vitse prezidenti Sima Xanım Cəfərovanın 1918 cı ildə törədilən Azərbaycan xalqının kütləvi şəkildə qətliamı və erməni daşnaklarının dinc əhaliyə verdiyi ağılasızmaz işgəncələr barədə danışdı.
Azərbaycan xalqının qanlı yaddaşına həkk olunmuş Çar Rusiyasının erməni daşnak partiyası ilə müştərək törətdikləri genosid tarixi fakt və dəlillərlə BAK idarə heyəti tərəfindən müzakirə olundu.

Tədbirdə eləcə də, gündəmdə olan əsas məsələlər haqda danışıldı.

Tədbirdə şəhidlərimizin və düşmən əlindən qətlə yetirilmiş həmvətənlərimizin ruhuna dualar oxundu və ehsan verildi.
İsrail: İranın nüvə proqramını məhv edə bilərik!İsrail İranın bütün nüvə proqramını məhv etmək imkanındadır.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Strateji Planlaşdırma Departamentinin rəisi, general Tal Kalman bildirib.

“Mən bunu transformasiya ili adlandırmaq istəmirəm, amma bu, böyük dəyişikliklər ili oldu. İl Qasım Süleymaninin öldürülməsi ilə başladı və mənim şərh edə bilməyəcəyim seriya hadisələrlə davam etdi. Bu qüvvələr balansını olduqca müsbətə çevirdi”, - general deyib.

Tal Kalman qeyd edib ki, İsrail İranla dörd istiqamətdə işləyir. Bunlardan birincisi “ekstremist rejimlə” mübarizədir.

“Nə qədər ki, bu rejim İrana nəzarət edir, İsrail böyük problemlərlə qarşılaşacaq”, - o deyib.

İikinci istiqamət nüvə proqramıdır, üçüncüsü İranın hərbi potensialıdır, dördüncüsü isə İranın regional hökmranlığa can atmasıdır:

“Bu problemlər İsrail üçün misli görünməmiş çağırışlar təşkil edir. İran rejimi ilk növbədə öz stabilliyini sığortalamaq üçün nüvə silahı əldə etməyə can atır, lakin İsrail üçün bu, eksiztensial məsələdir”.

Tal Kalman onu da deyib ki, İsrail bu vaxta qədər İrana nüvə silahı əldə etməyə imkan verməyib.

“İran xalqı rejimin nüvə proqramını inkişaf etdirmək marağına görə çox yüksək qiymət ödəyəcək, lakin mən hesab edirəm ki, problem təkcə İsrailə aid deyil, həm də beynəlxalq ictimaiyyətin problemidir”, - o əlavə edib.

Qeyd edək ki, qırıcı təyyarə pilotu olan Tal Kalman bu yaxınlarda Müdafiə Nazirliyinin Strateji Planlaşdırma Departamentinin rəisi təyin edilib. Departamentin vəzifəsi İrana qarşı mübarizədir.
Dünyada korona ilə bağlı son göstəriciDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 445 mindən çox artıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Vörldometers” portalının məlumatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 445 299 nəfər yeni koronavirusa yoluxub, 5755 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 127 719 947 ölənlərin isə 2 794 831 nəfərə çatıb.

Koronavirusa yoluxan məktəb direktoru dünyasını dəyişdi - FOTOBu gün Gəncə şəhər Şah İsmail Xətai adına 13 saylı tam orta məktəbin direktoru yeni növ koronavirus infeksiyasından dünyasını dəyişib.

“Report”un məlumatına görə, orta məktəb direktoru Hüsnay Mövlayeva bir müddət idi ki, COVID-19 virusundan müalicə alırdı.

Göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Şah İsmail Xətai adına olan 13 nömrəli tam orta məktəb bir müddət öncə bir müəllim və bir şagirddə COVID-19 virusu aşkarlanması səbəbindən bağlanıb, dərslər onlayn şəkildə keçirilib.


Qəbələdə 16 yaşlı yeniyetmə intihar edibQəbələ rayonunda 16 yaşlı yeniyetmə intihar edib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bayramkoğa kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü kənd sakini Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb. Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da, müayinə zamanı artıq onun öldüyü məlum olub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənsimov necə azad olunub? Şeyxin Ərdoğana məktubu - FotoAzərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı sensasion fakt üzə çıxıb.

Avrasiya.net Oxu24.com-a istinadən xəbər verir ki, Mübariz Mənsimovun azadlığa buraxılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rolu olubmuş.

Belə ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə iş adamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğandan xahiş edibmiş:

"Mübariz Mənsimovun atasının ağır xəstə olmasını, anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, - deyə Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.

İddiaya görə, bu məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. O da vurğulanıb ki, Şeyxə Ərdoğanın xüsusi rəğbəti var.

Qeyd edək ki, sözügedən məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.

Mənbə sözügedən məktubun surətini də təqdim edib:
Rövnəq Abdullayevin dayısı oğlu Türkiyədə öldürüldü – DetallarTürkiyədə ötən gün yerli vaxtla saat 23:00-da lüks otellərin birində özünü başından tapança ilə güllələdiyi bildirilən və Türkiyə mediasının “iş adamı” olaraq təqdim etdiyi Nihad Əliyevin kimliyi aydınlaşıb.
Nihad Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur və SOCAR-da satış direktoru vəzifəsində çalışır.
Artıq onun bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi haqda məlumat yayılıb.
Qeyd edək ki, Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hər kəsə yaxşı tanış olan Anar Əliyevin (Əlizadə) qardaşı, Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.
Anar Əliyevin qardaşlarından digəri – Bədəl Əliyev SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.
Xatırladaq ki, N.Əliyevin intihar etmədiyi, oteldən çıxarkən naməlum şəxslər tərəfindən güllələndiyi də bildirilir.
Ucarda 12 yaşlı yeniyetmə intihar edibUcar rayonunda 12 yaşlı yeniyetmə intihar edib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

"Azərsu" məhkəməyə verildi“Azərsu” ASC məhkəməyə verilib.

Avrasiya.net Hit.az-a istinadən xəbər verir ki, iddiaçı “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” Publik Hüquqi Şəxsdir. Bu qurum Ekologiya və Təbi Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

“Azərsu” ASC-nin məhkəməyə verilməsinə öhdəliklər üzrə mübahisələr səbəb olub. İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq. Artıq martın 29-na hazırlıq iclası təyin edilib.

“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” Publik Hüquqi Şəxs bundan əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-ni məhkəməyə vermişdi. Bu məhkəmə çəkişməsinin kökündə də öhdəliklər üzrə mübahisələr dayanır.

“Azərsu” ASC ilə Meliorasiya və Su Təsərrüfatı ASC Azərbaycanda su təsərrüfatına cavabdeh olan əsas qurumlardır. Hər iki qurumun fəaliyyəti zaman-zaman tənqid olunub. Hətta sözügedən ASC-lər Prezident səviyyəsində də tənqidə tuş gəlib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdur.