Tramp Baydenin siyasətini kəskin TƏNQİD ETDİABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp Co Baydenin prezident olduğu ilk ayda yürütdüyü siyasəti kəskin tənqid edib.

Publika.az xəbər verir ki, Tramp sələfini ABŞ tarixinin ən pis prezidenti adlandırıb.

“O, artıq işlərə, ailələrə, sərhədlərə, enerjiyə, qadınlara və biliklərə qarşı olduğunu göstərdi. Biz hamımız Bayden rəhbərliyinin pis olacağını bilirdik, amma heç kim bu qədər pis olacağını bilmirdi”.

Onun sözlərinə görə, Amerika ilk yerdə olmaq əvəzinə Baydenin siyasəti nəticəsində son yerdə qərarlaşıb.

Bundan əlavə, Tramp Baydenin dünya problemlərinə çoxtərəfli yanaşma ilə bağlı açıqlamalarına müsbət yanaşmayıb. Eks-prezident deyib ki, Amerika bütün dünyanın problemləri ilə məşğul ola bilməz.
ÜST koronavirusla bağlı son statistikanı açıqladıÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının son statistikasını açıqlayıb.

Avrasiya.net təşkilatın rəsmi səhifəsinə istinadən xəbər verir ki, son 24 saat ərzində dünya ölkələrində virusa yoluxanların sayı 384 956 nəfər artıb. Nəticədə ümumi yoluxanların sayı 113 467 303 nəfərə çatıb.

Son sutkada müalicə alan 8 230 pasiyentin həyatını xilas etmək mümkün olmayıb. Bütövlükdə 2 520 550 nəfər pandemiya qurbanı olub.

ÜST dövlətlər tərəfindən verilən və yalnız rəsmi olaraq təsdiqlənmiş məlumatları yayır.

Dünyada ən çox yoluxma halı ABŞ (28 174 978), Hindistan (11 096 731) və Braziliyada (10 455 630) və Rusiyada (4 246 079) qeydə alınıb.
İran görüşdən imtina edibAğ Ev İranın qeyri-formal görüşdən imtina etməsi ilə bağlı məyusluğunu bildirir və “P5+1” üzrə tərəfdaşlarla gələcək addımları müzakirə etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ qarşılıqlı şəkildə öhdəliklərə qayıtmaq üçün konstruktiv diplomatiyaya qayıtmağa hazırdır.

"Biz "P5 + 1" tərəfdaşlarımızla ən yaxşı yolları müzakirə edəcəyik", — deyə Ağ Evin nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan öncə İran hakimiyyətinin ABŞ və Avropa Birliyinin Tehranın nüvə proqramı ilə əlaqədar birbaşa diplomatik əlaqələrə başlamaq təklifi ilə razılaşmadığı məlum olub.
Sosial şəbəkələrin erməni seqmentində yayılan növbəti xəbər düşmən ölkədə yenə də böyük xof yaradıb.

Axar.az xəbər verir ki, “Livenyus.am” teleqram kanalı guya Türkiyə xüsusi təyinatlarının 13 nəfərdən ibarət qrupunun Gürcüstan ərazisindən Ermənistana daxil olduğunu bildirib. İddia edilib ki, qrupa 3-cü səhra ordusunun əməliyyat şöbəsi, hərbi kəşfiyyat, planlaşdırma və kəşfiyyat koordinasiya şöbəsinin nümayəndələri daxildir. Guya türk komandoslar Ermənistanın Baş Qərargah rəisi və orduda xüsusi rol oynayan generalları zərərsizləşdirəcək.

Yayılan məlumatlarla bağlı artıq Ermənista Milli Təhlükəsizlik Şurası açıqlama verərək, sözügedən iddiaların yalan olduğunu deyib:

“Türkiyə xüsusi təyinatlarının Ermənistana gəlməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu təkzib edərək həmvətənlərimizi dezinformasiyaya uymamağa, sayıq olmağa və yoxlanılmamış məlumatlardan uzaq durmağa səsləyirik”.
Rusiyada bir ailə işgəncə ilə məhv edildiRusiyada dəhşətli qətl hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Belə ki, Nijeqorod vilayətinin Kudma kəndində bir ailənin üzvləri - kişi, iki qadın və azyaşlı uşaq işgəncə ilə öldürülüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.