Bakı sakini 3 nəfər tərəfindən döyüldüBakıda quldurluq hadisəsi olub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Hövsan qəsəbə sakini A.Quseyi döyüb mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Quliyev, İ.İzabayeva və A.Bağırov saxlanılıb.

Azərbaycanlıların soyqırımı Ukrayna mediasındaADİİM sədri, tanınmış jurnalist Cavid Şahverdiyevin Ukraynanın nüfuzlu Asmedia.kiev.ua saytında rus dilində 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı geniş yazısı dərc olunub.

Yazıda qeyd olunub ki, XX əsrin ilk illərində “Böyük Ermənistan”xülyasını həyəta keçirmək məqsədilə Bakı, Naxçıvan, Zəngəzur , İrəvan mahalı və Azərbaycanın digər tarixi ərazilərində minlərlə azərbaycanlı qəddarlıqla öldürüldü. 1917-ci il dekabr 1918-ci il mart aylarında Andranikin rəhbərliyi ilə 197 kənddə, İrəvan şəhərində 32, Eçmiadzində 84, Nor-Bayazidin 7 şəhərində azərbaycanlılar tarixi torpaqlarından didərgin salındı, öldürüldü, evləri yandırıldı. Oktyabr inqilabından sonra isə deportasiya siyasətini Şaumyan həyata kieçirdi.

Onun başçılığı ilə daşnaklar 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğınlar törətdilər. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.

Rəsmi sənədlərə əsasən təkcə Şamaxıda 8 min dinc əhali öldürüldü. Cavanşirdə 28 kənd yerlə-yeksan edildi, Gümrü yaxınlığında ermənilərin qurduğu tələyə 3 min miqrant düşdü, Naxçıvanda bir neçə kənd yandırıldı, Zəngəzurun azərbaycanlıların yaşadığı 115 kəndi dağıdıldı, 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürüldü. Təkcə Zəngəzurda 10068 azərbaycanlı öldürüldü, şikəst edildi, 50000-i qaçqın düşdü. İrəvan quberniyasında isə 135 min azərbaycanlı qətl edildi. 1918-1920-ci illərdə Qarabağda 150 kənd dağıdıldı, yüzlərlə azərbaycanlı qətlə yetirildi.

Yazıda ermənilərin Qubada yəhudilərə qarşı törətdikləri soyqırımdan da bəhs edilib.
Daha sonra erməni daşnaklarının Qarabağda dinc azərbaycanlıları qətliamında toxunulub.

Həmçinin beynəlxlaq ekspert və araşdırmaçıların ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım sıyasəti ilə bağlı dəlilləri də yer alıb.

Müəllif onu da qeyd edib ki, Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Sənəddə 1905-1907, 1918, 1948-1953-cü və 1988-ci illərdə ermənilərin azərbaycanlılara qarşı planlaşdırdığı və həyata keçirdiyi soyqırım, deportasiya hadisələrindən bəhs edilib.

Yazının tam mətni aşağıdakı linkdə:
https://asmedia.kiev.ua/kriminal/31-marta-den-genoczida-azerbajdzhanczev
Sabiq başçı rüşvəti onlardan alırmış - VideoDövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevin bəzi cinayət əməlləri üzrə detallar məlum olub.

Avrasiya.net Bakı TV-yə istinadən xəbər verir ki, hazırda həbsdə olan İ.Vəliyev icra hakimiyyətinin şöbə müdiri olmuş Anar Cəfərov vasitəsilə vəzifələri ilə əlaqədar himayədarlıq etmək və əməllərinə laqeydlik göstərmək müqabilində rayondakı digər vəzifəli şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

Belə ki, Cəfərov İsmayıl Vəliyevin tapşırığı ilə rayonun Xıllı qəsəbə bələdiyyəsinin sədri Muxtar Rəsulovdan 2015-ci ildə maneəsiz fəaliyyət göstərməsinə görə 2 min manat rüşvət alaraq icra başçısına verib. Adıçəkilən şəxs eyni məbləğdə pulu həmin adamdan oxşar məqsəd üçün 2020-ci ildə də tələb edərək alıb.

Bundan başqa, A.Cəfərov rayonun Tatarməhlə kənd bələdiyyəsinin sədri Qabil Mehdiyevin xidməti fəaliyyətində edəcəyi hərəkətlərə laqeydlik göstərmək və himayədarlıq etmək üçün ondan 6 min manat rüşvət alaraq İsmayıl Vəliyevə verib. Bu hal 2020-ci ildə də təkralanıb.

Həmin kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Nəzirov da oxşar məqsədlər üçün icra başçısına Anar Cəfərov vasitəsilə 6 min manat rüşvət verib.

Qeyd edək ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyevlə birgə onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov da saxlanılıb.

Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
Myanmada ölənlərin sayı 459-a çatdıMyanmada hərbi çevriliş və həbslərə qarşı keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 459 nəfərə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar məlumat yayıb.

Bildirilir ki, aksiyalar zamanı 2559 nəfər də saxlanılıb.

Qeyd edək ki, hərbi çevrilişdən sonra ölkədə ictimai-siyasi vəziyyət kritik olaraq qalır.
Ramazan ayı nə vaxt başlayır? - TarixAzərbaycanda Ramazan ayının başlama tarixi məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu il ölkə ərazisində Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək.

"Ramazan ayının hilalı Azərbaycan üfiqində 13 aprel 2021-ci ildə görünəcək", - Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

Beləliklə, niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür, Ramazan ayının ilk günü aprelin 14-dür.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.

Məlumat üçün bildirək ki, Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.

Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.
Rusiya: Bütün dünyanı “Sputnik V” ilə təmin edə bilərikRusiya alimləri bütün dünyanı “Sрutnik V” peyvəndi ilə təmin etmək gücündədir.

Axar.az xəbər verir ki, bunu Qamaley adın Mikrobiologiya və Epidemiologiya Tədqiqatlar Mərkəzinin rəhbəri akademik Aleksandr Ginsburq deyib.

O, peyvəndin keyfiyyəti və təhlükəsizliyinə şübhə etmədiyini bildirib.

Ginsburq hazırda 50 ölkəyə “Sрutnik V” peyvəndinin tədarükü ilə bağlı danışıqlar apardığını söyləyib.
Nihat Əliyevin İstanbulda faciəli ölümünün TƏFƏRRÜATIBir neçə gün əvvəl İstanbuldakı otellərdən birində gənc azərbaycanlı biznesmen Nihat Əliyev faciəli şəkildə ölüb. Bundan dərhal sonra müxalif çevrələr və KİV-lər gəncin faciəli ölümü ətrafında spekulyasiya və manipulyasiya başlatdılar. Sosial şəbəkələrdə isə həmin hadisəyə aidiyyatı olmayan videogörüntülər yayıldı.

Hadisənin təfərrüatlarını öyrənmək üçün haqqin.az İstanbul polisinə müraciət edib. Polisdən bildiriblər ki, hadisə silahla ehtiyatsız davranış nəticəsində baş verib. Belə ki, silahı təmizləyərkən təsadüfi atəş açılıb və gənci ölümcül yaralayıb.

Bu faciəli insidentin bütün şahidləri dindirilib. Onların ifadələrinə və həyata keçirilmiş istintaq tədbirlərinə əsasən, biznesmenin öldüyü otel nömrəsində narkotik maddə aşkarlanmayıb. İstanbul polisindən əlavə ediblər ki, məhkəmə-tibbi ekspertizası həlak olan biznesmenin qanında narkotik maddənin izlərini aşkarlamayıb. Şahidlər də bildiriblər ki, onlar Nihat Əliyevin silahından açılan təsadüfi atəşin şahidi olublar.

İstanbul polisindən onu da bildiriblər ki, Nihat Əliyev yaralı halda xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis faciəyə səbəb olan silahın mərhum biznesmenə məxsus olduğunu təsdiqləyib, onun silahı gəzdirmək üçün qanuni icazəsi də olub.

KİV-lər onu da iddia edirdilər ki, həlak olan Nihat Əliyev SOCAR-da yüksək vəzifə tutur. Lakin SOCAR-dan haqqin.az-a bildiriblər ki, Nihat Əliyev heç vaxt bu şirkətdə işləməyib. Bu informasiyanı mərhumun ailə üzvləri də təsdiqləyiblər.

Bununla belə bəzi müxalif KİV-lər daha da irəli gedərək gəncin faciəli ölümünü internetin türk seqmentində yayılmış məlum videokadrlarla əlaqələndirməyə başlayıblar. İstanbul polisindən isə bildiriblər ki, əslində həmin videokadrlar İstanbulun Şişli rayonunda baş vermiş digər faciəli hadisəyə aiddir. İstintaq müəyyən edib ki, Şişlidəki otellərdən birində meyiti tapılan kişi və qadın 42 yaşlı Hiranur Korkmaz və 38 yaşlı Mehmet Osman Gürlekdir. Həmin otaqda narkotik maddə də tapılıb.

Həlak olan azərbaycanlı biznesmenin fotosu ilə həmin videoda görünən şəxsi müqayisə etmək kifayətdir ki, müəyyən qüvvələrin yaydığı yalan və təxribatın miqyasını təsəvvür edəsən.
Ermənistanın eks-prezidentləri Paşinyana qarşı BİRLƏŞİRErmənistanın eks-prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan növbədənkənar parlament seçkilərinə birgə gedə bilər.

Ermənistan KİV xəbər verir ki, bir neçə gün öncə Yerevanda görüşən liderlər Qarabağ separatçılarının eks-liderləri Bako Saakyan və Arkadi Qukasyanla da müzakirə aparıblar.

“Bütün eks-prezidentlər Paşinyanın yeni seçkilərdə qələbəsinin Ermənistanın gələcəyi üçün təhlükə olacağı qənaətindədir. Bundan başqa, seçkilərə ayrı-ayrılıqda gediləcəyi təqdirdə eks-prezidentlərin siyasi hərəkatlarının qələbə şansının minimum olduğu da başa düşülür”- deyə mənbə açıqlama verib.

Ter-Petrosyan, Koçaryan və Sarkisyanın ittifaq quraraq seçkilərə birgə getməsi müzakirə mövzusudur.
Bakıda daha bir məktəb distant tədrisə keçdiBakıda daha bir məktəb koronavirus səbəbindən distant təhsilə keçib.

Avrasiya.net xəbər verir ki, Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bu gündən fəaliyyətini müvəqqəti dayandırıb.

Təhsil müəssisəsi 14 günlük distant təhsilə keçib.

Aprelin 10-u ənənəvi tədris bərpa olunacaq.
ABŞ və Fransa qırıcılarını Ukraynaya təklif edirFransa Ukraynaya MiQ-29-ları əvəz etməsi üçün "Dassaul Rafale" təyyarələrini təklif edə bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “İntelligence Online” saytı yayıb.

Məlumata görə, 2021-ci ilin ilk yarısında Kiyevə gələcək Fransa Prezidenti Emmanuel Makronun səfərində əsas hədəflərdən biri məhz bu təyyarələrin Ukraynaya satışını təşkil etmək olacaq.

Sayt, həmçinin ABŞ-ın eyni niyyətdə olduğunu bildirib. Belə ki, yaxın zamanlarda Vaşinqtonun Ukrayna rəhbərliyinə F/A-18 qırıcılarını təklif edəcəyi vurğulanıb.

Qeyd edək ki, Ukrayna bundan öncə İsveçin "Gripen" və ABŞ-ın F-15 təyyarələrini, daha sonra isə gələcəkdə F-35-lərə keçid həyata keçirəcəyini açıqlamışdı.