Xankəndində ermənilər arasında davaAzərbaycanın Xankəndi şəhərində “Sofiya” ticarət və əyləncə mərkəzində ermənilər arasında dava baş verib.

Axar.az xəbər verir ki, bu barədə Nyus.am məlumat yayıb.

Ermənistanın Ararat vilayətinin 31 yaşlı sakini M.Akopyan, İrəvanın 44 yaşlı sakini A.Karapetyan və Xankəndinin 39 yaşlı sakini S.X. arasında mübahisə sonradan bıçaqlanma ilə davam edib. Nəticədə Ermənistan vətəndaşları müxtəlif dərəcəli bıçaq yarası alıb, Xankəndi sakininin isə burun sümüyü sınıb.

Hadisənin səbəbi araşdırılır.
Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdiBakı Apellyasiya Məhkəməsində ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən şikayətə baxılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib və R.Əkbərov barəsində Bakı Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb və o, həbsdə qalıb.
Şəhid ailəsindən 2 min manat alan dələduz qardaşlar SAXLANILDITovuzda dələduzluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayonunda şəhid ailəsinin etimadından sui-istifadə etməklə dələduzluğa yol verməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayonun Xatınlı kənd sakini Əhməd Əhmədov və onun qardaşı, “qaynar-xett.az” saytının təsisçisi Zaur Əhmədov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, onlar Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verlişlər hazırlanacağını bildirərək hissə-hissə olmaqla ümumilkdə 1850 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Saxta sayt yaradıb şəhid ailəsindən 2 min manata yaxın pul alan qardaşlar saxlanılıb (FOTO) - Gallery Image

Saxta sayt yaradıb şəhid ailəsindən 2 min manata yaxın pul alan qardaşlar saxlanılıb (FOTO) - Gallery Image

Bakıda gənc oğlan GÜLLƏLƏNDİBakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

1995-ci il təvəllüdlü Əmrah Əhmədov Bəxtiyar oğlu qol-qarın nahiyyəsindən bir neçə güllə xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.
ÜST-dən peyvəndlə bağlı açıqlamaHazırda dünyada koronavirusa qarşı istehsal olunmuş peyvənd dozalarının böyük əksəriyyəti, yəni 76 faizi on ölkənin sərəncamındadır.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Təşkilatın baş direktoru Tedros Qebreyesus peyvənd dozalarının bu cür paylanmasını tənqid edib və bildirib ki, qlobal böhrana qarşı birgə cavablar verilməlidir: “Qlobal çıxış yolu isə həmrəylikdən başlayır”.

Məlumata əsasən, ümumdünya vaksinasiya kampaniyasını lazımi şəkildə aparmaq üçün hazırda 25 milyard avroya ehtiyac var. Dünyanın bir sıra zəngin ölkələri əhalinin tələbatından artıq miqdarda peyvənd dozaları sifariş edib.
Çinlə ABŞ açıq qarşıdurmaya doğru gedir - PuşkovPekin Vaşinqton üçün tərəfdaş deyil, böyük təhdid sayılır.

Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

“ABŞ və onun rəhbərlik etdiyi Qərb dünyası yeni dünya nizamında Çinlə razılığa gələ bilməz. Əksinə, Çinlə ABŞ arasında işlər başqa cür – açıq qarşıdurmaya doğru gedir”, - Puşkov bildirib.
“Topal Teymur”, “Salman bəy”, “Müşkünaz xanım”, “Mirzə Fətəli” bir filmdəAzərbaycanın Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 75 illik yubileyi ilə bağlı film çəkilir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu, R.Həsənoğlunun yubileyinə Azərbaycan Televiziyasının hədiyyəsidir.
Şərti adı “Uzun yolun bələdçisi” olan filmin rejissoru Elnur Məmmədov, ssenari müəllifi isə Afaq Vasifqızıdır.
Filmdə Ramiz Həsənoğlunun bir zamanlar TV-də, teatrda, kinoda yaratdığı obrazlar – topal Teymur, Salman bəy, Zəhra xalaqızı, Müşkünaz xanım, Mirzə Fətəli bir araya gələcəklər. Lakin bu dəfə yeni ampluada.

Rejissorun ən yadda qalan qəhrəmanlarını elə onları yaradan aktyorlar – Cahangir Novruzov, Afaq Bəşirqızı, Məbud Məhərrəmov, Elman Rəfiyev, Hacı İsmayılov, Dilarə Əliyeva, Rasim Balayev, Məmməd Səfa, İlham Namiq Kamal və digərləri canlandıracaq.
Ramiz Həsənoğlunun həyatından da parçaların nümayiş olunacağı filmin çəkilişləri hazırda davam edir.
Məlumat üçün bildirək ki, R.Həsənoğlu 13 aprel 1946-cı ildə anadan olub.
Azərbaycanda daha 1129 nəfər yoluxdu - 22 nəfər öldüAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 257 330 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 236 500 nəfər müalicə olunaraq sağalıb, 3 513 nəfər vəfat edib, aktiv xəstə sayı 17 317 nəfərdir.

Son sutka ərzində 7 630, hazırkı dövrədək isə 2 844 674 test aparılıb.
Bakıda partiya sədri həbs edildi - FOTOTəhsil Nazirliyinin sabiq idarə rəisinə qarşı dələduzluqda ittiham olunan Azərbaycan Mübarizləri Partiyasının sədri növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Avrasiya.net musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağadur Müslümovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunan Ağadur Müslümov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə azadlıqda polis nəzarətində olan Ağadur Müslümov barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında qandallanıb.

Qeyd edək, Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov külli miqdarda dələduzluqda ittiham olunur.

İş üzrə iki nəfər zərərçəkən var. Onlar - İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğludur.

Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.

İsaxan Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib.

Lakin A. Müslümov pulu alsa da, vədinə əməl etməyib. Misir Mərdanov təhsil naziri vəzifəsindən getdikdən sonra İ. Babayev də işdən çıxarılıb.


Daş karxanasında mişar fəhlənin başını kəsdiMartın 27-də saat 05 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında mişar daşı idarə edən - kombanyor, 1964-cü il təvəllüdlü Balafər Əmirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində o, hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.