Azərbaycan Ermənistana 1400 meyit təhvil verdiErmənistandan qəbirlərin və kütləvi şəkildə dəfn ərazilərinin açılmasını tələb etmək lazımdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistana 1400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib:

“Həmçinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4000-ə yaxın şəxs itkin düşüb. 10 noyabr bəyannaməsinin 8-ci bəndində tarix intervalı göstərilmir, ona görə də söhbət müharibə zamanı ölən bütün şəxslərin qalıqlarından gedir”, – deyə o bildirib.
Ermənistan kəşfiyyatının əməkdaşı özünü güllələdiErmənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı atasının Vanadzor şəhərindəki qəbri üzərində atəş açaraq intihar edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Shamshyan.com” saytı yayıb.

İnsident dünən 18:00-da baş verib. İntihar edən şəxsin 31 yaşlı Ayk Xş olduğu deyilib.

Onun intihar səbəbi açıqlanmır.

Azərbaycanda gecəyarısı DƏHŞƏT YAŞANDI: Gənc oğlan əmisinin 35 yaşlı arvadını... - TƏFƏRRÜATÖtən gecə saat 01 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsində 1986-cı il təvəllüdlü Rasulova Fəxriyyə Feyruz qızının qohumu, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu tərəfindən amansızlıqla öldürülməsinin təfərrüatları məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən 35 yaşlı Fəxriyyə E.Axundovun bir müddət əvvəl vəfat edən əmisinin həyat yoldaşı olub. Belə ki, ilk həyat yoldaşından ayrılan B.Axundov daha sonra Sabirabad rayon sakini olan F.Rəsulova ilə evlənib. Kişinin vəfat etməsindən sonra qadın onun evində yaşamağa davam edib. Ötən gecə saat 01 radələrində baş verən hadisəyə gəlincə, özündən 1 yaş böyük qohumunu öldürən Elvin ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Hadisənin dəqiq səbəbləri aparılacaq istintaq tədbirlərinin yekununda üzə çıxacaq.

Qeyd edək ki, qətli törədən şəxs evli olub. O, müxtəlif vaxtlarda boru xətti və yol tikintisi şirkətlərində çalışıb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Şəhidlərimizin hər birinin şərəfinə Şəki rayonu ərazisində bir ağac əkilibMilli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlinin ölkəmizdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları ilə əməkdaşlığın qurulması istiqamətində fəaliyyəti davam edir.

Bu fəaliyyətin nəticəsi olaraq “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi və “Progress Club” la birgə yeni bir layihənin icrasına başlanılıb.

Layihənin təşəbbüskarları Milli Məclisin deputatı Əli Məsimli və“Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin sədri Emin Əliyevdir.

Layihəyə əsasən Vətən müharibəsində həlak olmuş bütün şəhidlərimizin hər birinin şərəfinə Şəki rayonu ərazisində bir ağacın əkilməsi nəzərdə tutulub. Əkilməsi nəzərdə tutulan ağaclar müxtəlif cinsdən olub, meşə və meyvə ağaclarından ibarətdir. Meyvə və həmişəyaşıl ağacların bir hissəsi deputat Əli Məsimlinin şəxsi vəsaiti hesabına əldə edilib, digər bir hissəsi isə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin sədri Emin Əliyevin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilib.

Ağacların əkiləcəyi sahə olaraq əsasən 114 saylı Şəki kənd birinci seçki dairəsi ərazisinə daxil olan və daha çox yaşıllaşdırma işlərinin aparılmasına ehtiyac duyulan bir sıra kəndlər müəyyənləşdirilmiş, artıq əkiləcək ağaclar həmin kəndlərə təqdim edilib.

30 mart 2021-ci tarixində Şəki rayonunun I Biləcik və II Biləcik kəndlərində 500 ədəd meyvə və meşə ağaclarının əkini başa çatdırılıb. Hazırda digər kəndlərdə ağac əkini prosesi davam edir.

Layihənin yekunu olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının ərazisində mövcud olan bağın əsaslı şəkildə yenidən qurularaq burada “Zəfər parkının” salınması nəzərdə tutulmuşdur ki, artıq həmin ərazinin təmizlənməsi və yenidən qurulması üzrə işlər yekunlaşdırılmış və əkinə hazır vəziyyətə gətirilib.

Yaxın günlərdə burada ağac əkinin həyata keçirilməsi planlaşdırılır.

Eldar Həsənovun ayaqları tutulduHəbsdə olan keçmiş baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun səhhəti yaxşı deyil. O, hazırda yaxşı yeriyə bilmir, ayaqları tutulub, əsa ilə yeriyir. Mədəsində və belində ağrılar var.

Avrasiya.net xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov "Amerikanın səsi"nə bildirib. Onun sözlərinə görə, vəkil kimi istənilən vaxt Həsənovla görüşə bilir.

Vəkil bildirib ki, müstəntiq vəkillərin vəsatətlərinin 96%-ni araşdırmadan, yoxlamadan rədd edir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildiriblər ki, müdafiə tərəfinin vəsatəti əsasında Eldar Həsənovun səhhəti barədə məhkəmə-tibb ekspertizası təyin edilib, verilən rəyə əsasən cinayət işi üzrə hazırda istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci il iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi xüsusi əməliyyatdan sonra bu nazirliyin 5 vəzifəli şəxsi saxlanılıb. Sonradan həmin şəxslərin hamısı ev dustaqlığına buraxılıb. Yalnız Eldar Həsənovun ev dustaqlığna buraxılması barədə vəsatəti təmin edilməyib.
Diaspora rəhbəri Elman Mustafazadə xəstəxanadan buraxılıbAvropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Milli Azadlıq Hərakatının fəallarından olan, "Xudafərin" jurnalının baş redaktoru Elman Mustafazadənin dünən Varşava şəhəri yaxınlığında halı pisləşib və təcli yardıma müraciət edib. Polşalı həkimlər onu xəstəxanaya yerləşdiriblər.

Avrasiya.net Elman Mustafazadə ilə əlaqə saxlayıb. E.Mustafazadə bildirib ki, indi vəziyyəti qənaətbəxşdir: "Artıq xəstəxanadan çıxmışam, ancaq müalicəmi davam etdirirəm".

Jurnalsit həmkarımıza Allahdan şəfa diləyirik və keçmiş olsun deyirik.
Ermənistan prezidenti ölkəsinin səhvlərini etiraf edir“Qarabağda müharibədən qaçmaq olardı”.

Bunu Ermənistan prezidenti Armen Sarkisyan RBK-ya müsahibəsində deyib.

"Mənə elə gəlir ki, bu cür problemlərin hərbi əməliyyatlar olmadan həll yolunu tapmaq həmişə mümkün idi", - deyə Sarkisyan qeyd edib.

O xatırladıb ki, birinci müharibədən sonra münaqişənin həlli ilə məşğul olan təşkilat fəaliyyət göstərib, söhbət ATƏT-in Minsk qrupundan gedir. O, ünsiyyət, dialoq və s. üçün mexanizm təmin edirdi.

"Amma biz tərəfdən baxsaq, səhvlərimizdən danışırıq-biz yenidən istədiklərimizə inandıq. Bizə elə gəldi ki, müharibə artıq qurtarıb, məsələ artıq həll olunub. O isə heç də həll olunmamışdı", - deyə prezident vurğulayıb.

O hesab edir ki, Ermənistan müəyyən addımlar atmalı – Qarabağda müdafiə qabiliyyətini gücləndirməli, daha müasir hərbi infrastruktur yaratmalı idi.
Baydenin iti Ağ Evdə yenə bir nəfərə hücum edərək xəsarət yetiribABŞ prezidenti Cozef Bayden və xanımı Cill Baydenin “Meycor” ləqəbli iti yenidən Ağ Evdə bir nəfəri dişləyib.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN telekanalı bildirib.

Məlumata görə, hadisə Ağ Evin cənub çəmənliyində olub. Hadisə zamanı Milli Parklar Xidmətinin əməkdaşı zərər çəkib.

"Bəli, “Meycor” gəzinti zamanı bir nəfəri dişlədi. Həmin şəxs ehtiyat tədbiri kimi Ağ Evin Tibb Xidməti tərəfindən müayinə edilib. O, ciddi zədələr almadı və işə qayıtdı”, - telekanal Cill Baydenin nümayəndəsi Maykl Larosdan sitat gətirib. O, həmçinin qeyd edib ki, prezident cütlüyünün iti "hələ yeni vəziyyətə alışır".

ABŞ prezidenti və xanımının iki iti var – 13 yaşlı “Çemp” və üç yaşlı “Meycor”. Hər iki it Baydenin yanvarın 20-dəki inauqurasiyasından bir neçə gün sonra Ağ Evə gətirilib. Martın əvvəlində “Meycor” Ağ Evin mühafizəçilərindən birinə hücum edib. Bundan sonra itləri prezident cütlüyünün Delaverdəki evinə göndəriblər və heyvanlar yalnız ayın sonunda geri qaytarılıblar.