Ucarda mədəniyyət evinin müdiri həbs edilib - Əxlaqsız hərəkətlərinə görəAvrasiya.net Publika.az-a istinadən xəbər verir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri - 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunub. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

R.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, R.Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.
İstanbulda azərbaycanlı iş adamı özünü güllələdiTürkiyədə, İstanbulun Beşiktaş rayonunda qaldığı oteldə Azərbaycan əsilli 40 yaşlı iş adamı Nihad Əliyev tapança ilə baş nahiyəsinə atəş açaraq intihara cəhd edib.

“Haberturk” xəbər verir ki, hospitala yerləşdirilən iş adamının həyatı üçün təhlükə qalır.

Bildirilib ki, hadisə zamanı Əliyevin yanında olan 3 qadının ifadəsi alınıb. Məlumata görə, iş adamı oteldə 6 dostu ilə birlikdə qalırmış.
Səudiyyə Ərəbistanı HƏDƏF ALINDI - Neft zavodunda GÜCLÜ PARTLAYIŞ - FOTOSəudiyyə Ərəbistanının Energetika nazirliyi ölkənin cənubunda yerləşən Cazan bölgəsinə Yəməndəki Husi üsyançıları tərəfindən hücum edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, raket zərbələri Cazan Neft Məhsulları Paylama Stansiyasına endirilib və güclü partlayış nəticədə anbarlardan birində güclü yanğın baş verib.

Hadisə nəticəsində insan tələfatının olmadığı bildirilib.
Çin Britaniya parlamentinin üzvlərini “qara siyahı”ya saldıÇin Xalq Respublikası Sincan Uyğur Muxtar Bölgəsində “insan hüquqları” mövzusu ilə bağlı yalan və dezinformasiya yaydıqlarına görə Böyük Britaniya parlamentinin bir neçə üzvünə, hüquqşünas və sahibkarlara, habelə 4 təsisatına qarşı sanksiyalar tətbiq edib.

“Report”un məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunub ki, həmin şəxslərin və onların ailə üzvlərinin Çinin materik hissəsinə, habelə Honkonq və Makao xüsusi inzibati ərazilərə girişinə qadağa qoyulub. Bundan başqa “qara siyahı”ya düşənlərin ölkədəki hesabları da dondurulacaq.

Çin vətəndaşlarına və qurumlarına sanksiya siyahısına düşənlərlə əməkdaşlıq qadağandır.

Çin XİN rəsmi Londona yenidən xəbərdarlıq edərək, Çinin əks təqdirdə daha sərt cavab verəcəyini açıqlayıb.
Neyderovu həbsə aparan yolda "LOTU QULİ" İZİ: İllərin mübarizəsi "Sultanat"da tamamlandıDünən Kazanda saxlanılan Tatarıstanın baş qanuni oğrusu Sergey Neyderov polisə ifadəsində “Lotu Quli” kimi tanınan Nadir Səlifov barədə danışıb.

Publika.az xəbər verir ki, bu barədə "EADaily" portalı məlumat yayıb. Qeyd edilib ki, Neyderov azərbaycanlı avtoritetin Tatarıstandakı fəaliyyətini Türkiyədən idarə edib.

Onun sözlərinə görə, yerli biznesin himayə olunması zəminində Tatarıstanda yerli cinayətkar qruplaşma ilə Nadir Səlifovun rəhbərlik etdiyi azərbaycanlılardan ibarət mütəşəkkil dəstə arasında uzun illər mübarizə gedib.

N.Səlifov Kazanda daşınmaz əmlakın tikintisi ilə məşğul olmaq qərarında gəlib və Sergey adlı yerli iş adamına fəaliyyətə başlamaq üçün bir neçə milyon rubl verib. Lakin podratçı şirkət onu aldadaraq pulları mənimsəyib və bundan sonra Sergey Nadirə borclu qalıb. Azərbaycanlılar ondan pulu qaytarmağı tələb etdikdə, o, aldadıldığını bildirib, lakin bunun xeyri olmayıb.

Belə vəziyyətdə iş adamı yerli avtoritet Ruslan Xusainova sığınıb. Sonuncu isə Nadirlə danışmaq üçün İstanbula yola düşüb. Amma elə bu zaman “Quli” qətlə yetirilib və danışıqlar onun qardaşı, qanuni oğru Namiq Səlifovla aparılıb. Uğursuz söhbətdən sonra Xusainov Tatarıstanın baş qanuni oğrusu Neyderovun yanına gəlib və ondan məsləhət alıb. O da öz növbəsində həmyerlisini dəstəkləyib.

Beləliklə, azərbaycanlılar və yerli qanuni oğrular arasında Kazandakı “Sultanat” restoranı önündə münasibətlərin aydınlaşdırılmasından sonra məsələ Tatarıstan DİN-in diqqət mərkəzinə düşüb və Neyderov həbs olunub. / "Oxu"
Cüdoçularımızın “Böyük dəbilqə”dəki rəqibləri müəyyənləşdiTbilisidə martın 26-da start götürəcək “Böyük dəbilqə” turnirində iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib.

Avrasiya.net xəbər verir ki, kişilər arasında keçiriləcək yarışda Oruc Vəlizadə Oleq Veredıba (Ukrayna), Kəramət Hüseynov (hər ikisi 60 kq) Rodriqo Lopes (Portuqaliya), Yaşar Nəcəfov (66 kq) Orlando Polanko (Kuba), Murad Fətiyev Din Gemer (İsrail), Zelim Tskayev (hər ikisi 81 kq) Kenni Bedel (İtaliya), Aslan Mirzəyev (100 kq) Reda Nafva (Qətər), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) Qalımjan Krikbay (Qazaxıstan) - Cemal Erdoğan cütünün qalibi ilə mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı slovakiyalı Marusa Stanqar, Leyla Əliyeva (hər ikisi 48 kq) türkiyəli Gülkader Şentürk, Gültac Məmmədəliyeva amerikalı Anjelika Delqado, Şəfəq Məmmədova (hər ikisi 52 kq) Yasmin Cavadyan (Böyük Britaniya) ilə güclərini sınayacaqlar. Yarış martın 28-dək davam edəcək.

Qeyd edək ki, cüdoçularımız bundan əvvəl Daşkənddə keçirilmiş “Böyük dəbilqə” turnirində iştirak ediblər. Yarışda Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar.
Rusiyada helikopter qəzası: ölü və yaralılar varRusiyanın Kalininqrad bölgəsində Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri qəzaya uğrayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Göyərtəsində 3 nəfər olan helikopter Baltik dənizinin Kurşsk körfəzinin üzərində qəzaya düşüb. Nəticədə bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Qəzanın səbəbləri araşdırılır.
Uşaqlar üçün korona peyvəndi ilə bağlı mühüm xəbər"Pfizer-Biontech" kompaniyası uşaqlar üçün yeni peyvənd hazırlayacaq.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı "Huriyyət" yayıb. Məlumata görə, 6 aydan 11 yaşadək uşaqlar üçün nəzərdə tutulan peyvəndin sınaqlarına start verilib.

Həmçinin 2022-ci ilin başlağıcında uşaqların koronaya qarşı vaksin vurulması prosesinin inkişaf etdirilməsinin planlaşdırıldığı bildirilib.
Göyçayda özünü asan oğlanı anası son anda xilas etdiGöyçayda 27 yaşlı gənc inthara cəhd edib.

Hadisə rayonun Şəkər kəndində baş verib.

Belə ki, kənd sakini Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

K.Əhmədov Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır (qafqazinfo).