Qəbələdə 16 yaşlı yeniyetmə intihar edibQəbələ rayonunda 16 yaşlı yeniyetmə intihar edib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bayramkoğa kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü kənd sakini Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb. Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da, müayinə zamanı artıq onun öldüyü məlum olub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənsimov necə azad olunub? Şeyxin Ərdoğana məktubu - FotoAzərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı sensasion fakt üzə çıxıb.

Avrasiya.net Oxu24.com-a istinadən xəbər verir ki, Mübariz Mənsimovun azadlığa buraxılmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rolu olubmuş.

Belə ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə iş adamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğandan xahiş edibmiş:

"Mübariz Mənsimovun atasının ağır xəstə olmasını, anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, - deyə Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.

İddiaya görə, bu məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. O da vurğulanıb ki, Şeyxə Ərdoğanın xüsusi rəğbəti var.

Qeyd edək ki, sözügedən məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.

Mənbə sözügedən məktubun surətini də təqdim edib:
Rövnəq Abdullayevin dayısı oğlu Türkiyədə öldürüldü – DetallarTürkiyədə ötən gün yerli vaxtla saat 23:00-da lüks otellərin birində özünü başından tapança ilə güllələdiyi bildirilən və Türkiyə mediasının “iş adamı” olaraq təqdim etdiyi Nihad Əliyevin kimliyi aydınlaşıb.
Nihad Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur və SOCAR-da satış direktoru vəzifəsində çalışır.
Artıq onun bu gün günorta saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi haqda məlumat yayılıb.
Qeyd edək ki, Nihad Əliyev SOCAR-dakı fəaliyyətinə görə hər kəsə yaxşı tanış olan Anar Əliyevin (Əlizadə) qardaşı, Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.
Anar Əliyevin qardaşlarından digəri – Bədəl Əliyev SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer vəzifəsində çalışır.
Xatırladaq ki, N.Əliyevin intihar etmədiyi, oteldən çıxarkən naməlum şəxslər tərəfindən güllələndiyi də bildirilir.
Ucarda 12 yaşlı yeniyetmə intihar edibUcar rayonunda 12 yaşlı yeniyetmə intihar edib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

"Azərsu" məhkəməyə verildi“Azərsu” ASC məhkəməyə verilib.

Avrasiya.net Hit.az-a istinadən xəbər verir ki, iddiaçı “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” Publik Hüquqi Şəxsdir. Bu qurum Ekologiya və Təbi Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

“Azərsu” ASC-nin məhkəməyə verilməsinə öhdəliklər üzrə mübahisələr səbəb olub. İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq. Artıq martın 29-na hazırlıq iclası təyin edilib.

“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” Publik Hüquqi Şəxs bundan əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-ni məhkəməyə vermişdi. Bu məhkəmə çəkişməsinin kökündə də öhdəliklər üzrə mübahisələr dayanır.

“Azərsu” ASC ilə Meliorasiya və Su Təsərrüfatı ASC Azərbaycanda su təsərrüfatına cavabdeh olan əsas qurumlardır. Hər iki qurumun fəaliyyəti zaman-zaman tənqid olunub. Hətta sözügedən ASC-lər Prezident səviyyəsində də tənqidə tuş gəlib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdur.
Azərbaycan elminə ağır itki üz veribBDU-nun dosenti, biologiya elmləri namizədi Əfəndiyev Pünhan Mustafa oğlu 83 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, P.Əfəndiyev 1938-ci il avqustun 20-də Gürcüstan Respublikasının Bolnisi rayonun Kvemo-Bolnisi (keçmiş Kəpənəkçi) kəndində anadan olub.

P.Əfəndiyev 1947-1954-cü illərdə Kvemo-Bolnisi (Kəpənəkçi) kənd 8 illik məktəbində, 1954-1957-ci illərdə Arıxlı kənd orta məktəbində oxuyub. 1957-1958-ci illərdə Kvemo-Bolnisi (Kəpənəkçi) kənd 8 illik məktəbində işləyib.

1958-1963-cü illərdə ADU-nun Biologiya fakültəsində təhsil alıb.

1963-1967-ci illərdə Azərbaycan Respublikası Canitar-Epidemioloji stansiyasında işləyib.
1967-2008-ci illərdən BDU-nun Biologiya fakültəsində çalışıb.

P.Əfəndiyev Azərbaycanın elm sahəsində böyük uğurlara imza atıb.

1967-1970-ci illərdə BDU-nun Botanika kafedrasında loborant, 1970-1979-cu illərdə assistent, 1979-1983-cü illərdə baş müəllim, 1983-2008-ci illərdə dosent olub.

67 elmi məqalə və tezisin, 3 metodiki göstərişin, 1 dərs vəsaiti və 1 monoqrafiyanın müəllifidir.

Geobotanika, bitki morfologiyası, Azərbaycan florası sahəsində elni tədqiqat işləri aparıb.

Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib:

2004-cü ildə Azərbaycan: Böyük Qafqaz cənub hissəsi yüksəkdağlığının xalıları. Biologiyada inkişaf və müasirliyə həsr olunmuş, Böyük Qafqazın (Şəki-Zaqatala bölgəsi) cənub hissəsi yüksəkdağlığının subalp çəmən bitkiliyi, 2005-ci ildə Azərbaycan: Müasir tipli dekorativ yaşıllığın qurulma prinsipləri və onun bioekoloji xüsusiyyətləri. Eksperimental biologiya və müasirliyə. 2006-cı ildə Azərbaycan: Ətraf mühitin mühafızəsində istifadə olunan dekorativ bitkilərin bioekoloji xüsusiyyətləri.Ətraf mühitin mühafizəsində Botanika bağlarının roluna, 2006-cı ildə Azərbaycan: Böyük qafqazın cənub hissəsində yayılan kol və yarımkol bitkiliyi, 2007-ci ildə Azərbaycan:Böyük Qafqazda yayılan balverən bitkilər və onların bioekoloji xüsusiyyətləri,tətbiqi biologiyanın problemlərinə, 2007-ci ildə Böyük Qafqazın subalp həqiqi mezofıl çəmənlik formasiyası. Təbiət və cəmiyyət problemləri. Akademik Həsən Əliyevin 100 illimk yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfranslarda iştirak edib.

P.Əfəndiyev Müasir tipli dekorativ yaşıllığın qurulma prinsipləri (2005), Ətraf mühitin mühafizəsində istifadə olunan dekorativ bitkilərin bioekoloji xüsusiyyətləri (2006), Böyük Qafqazın subalp həqiqi mezofil çəmənlik formasiyası (2007) elmi əsərlərin, eyni zamanda Vəlvələçay hövzəsinin bitki aləmi (2003) və Bitki morfologiyası (2005) kitablarının müəllifidir.

Allah rəhmət eləsin.
Yoluxma və ölüm sayı artıbAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3 445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 342 nəfərdir.

Ölkədə son sutka ərzində 8 923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.
Göyçayda itlərin hücumuna məruz qalan yeniyetmə ölübGöyçay rayonunda itlərin hücumuna məruz qalan yeniyetmə oğlan ölüb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu Novruz bayramı günü axşam saatlarında qonşuların həyətinə papaq atarkən küçədə itlərin hücumuna məruz qalıb.

O, qaranlıq vaxtı köməksiz olduğu üçün itlərdən qorxub, halı pisləşib. Qorxu səbəbindən xəstələnən 10-cu sinif şagirdi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Arif 5 gün sonra orada ölüb.

Faktla bağlı araşdırma aparılır.
Bakıda orta məktəbdən büst oğurlandıBuzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.

DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

Hadfisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.

Avropa bu peyvənddən İMTİNA EDİR: öldürücü təsir var“AstraZeneca” peyvəndinin təhlükəli yan təsirləri mövcuddur.

Publika.az xəbər verir ki, bu istiqamətdə bir qrup norveçli alim araşdırma aparıb.

TASS ölkənin “Verdens Gang” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislər qan laxtalanması diaqnozu ilə Oslo Universitetinin Riskospitalat Xəstəxanasına yerləşdirilən 50 yaşdan aşağı 3 həkimin analizlərini yoxlayıb. Məlum olub ki, həkimlərdə bədənin güclü immun reaksiyasına görə qanda lenfosit sayının azalıb və bunun nəticəsində qan laxtalanması əmələ gəlib.

Tədqiqat müəlliflərindən biri Paul Andre Holme həkimlərin qanlarından götürülən trombositlərdə digər tibb sahələrindən tanış olan, yalnız dərmanlardan qaynaqlanan xüsusi antitellər aşkarlandığını deyib.

Qeyd edək ki, bu günə qədər Norveçdə 120 000 nəfər “AstraZeneca” ilə vaksinlənib. Onların əksəriyyətində yan təsirlər aşkarlanmasa da, bir çox digər Avropa ölkələrində olduğu kimi vaksinasiyanı dayandırıb.