Göyçayda özünü asan oğlanı anası son anda xilas etdiGöyçayda 27 yaşlı gənc inthara cəhd edib.

Hadisə rayonun Şəkər kəndində baş verib.

Belə ki, kənd sakini Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

K.Əhmədov Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır (qafqazinfo).
İran İsrail gəmisini vurduİran Ərəbistan dənizində İsrailin konteyner daşıyan yük gəmisinə raket zərbəsi endirib.

TASS-ın verdiyi məlumata görə, bu barədə İsrailin "Z12" xəbər portalı xəbər yayıb.

Televiziya kanalı bildirib ki, raket "XT Management" şirkətinə məxsus gəmiyə ziyan vursada, o, Hindistana yolunu davam etdirib.

İsrail təhlükəsizlik qüvvələri hadisəni araşdırır.
MHP-dən “Human Rights Watch”a ETİRAZ“Human Rights Watch” təşkilatının Azərbaycanın hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmamasına dair əsassız iddialarına və Avropa Parlamentinin üzvlərinin bununla bağlı birgə sənədinə qarşı

Milli Həmrəylik Partiyasının etiraz Bəyanatı

Avropa Parlamentinin (AP) üzvləri - Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən verilən Birgə Bəyanatı əsl “absurd teatrı” hesab etmək olar. Eləcə də, “Human Rights Watch” təşkilatının Azərbaycanın guya hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını və açıqladığı hesabatı tamamilə qərəzli və ədalətsiz hesab edirik. Guya Azərbaycanda erməni əsirləri ilə pis rəftar edilməsinə dair “Human Rights Watch” təşkilatının əsassız iddialarını özündə əks etdirən yuxarıda adı çəkilən birgə sənəd birmənalı şəkildə qeyri-obyektivdir və qətiyyən həqiqəti əks etdirmir.

Biz Milli Həmrəylik Partiyası olaraq bu sənədi, bu hesabatı Azərbaycana qarşı sifarişli təşəbbüs və arxasında siyasi motivlərin dayandığı təzyiq vasitəsi kimi qiymətləndiririk. Avropa Parlamentinin məlum üzvlərinin gəlib Azərbaycanda real vəziyyətlə tanış olmaq əvəzinə, “Human Rights Watch” kimi qaşınmayan yerdən qan çıxarmağa adət etmiş təəssübkeş, ermənipərəst bir təşkilatın qərəzli hesabatına istinad edərək birgə bəyanat yaymaları həqiqətən də dərin təəssüf hissi doğurur. Əslində avropalı parlamentarilər Azərbaycana qarşı bu qədər ədalətsiz mövqe sərgiləməyə məcbur deyillər. Amma sözügedən birgə bəyanat onu göstərir ki, AP üzvləri sanki Ermənistanın hərbi-siyasi rəhbərliyi qarşısında öz üzərlərinə hansısa bir şübhəlik öhdəlik götürüblər.

Belə ki, Ermənistanın azərbaycanlı hərbi əsirlərə qarşı qeyri-insani davranışları barədə indiyə qədər bircə dəfə də olsun səsini çıxarmayan bu strukturların, bu parlamentarilərin Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar edildiyini, onlara lazımi tibbi yardımın göstərildiyini, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin 2020-ci ilin oktyabrından etibarən bütün erməni əsirlərə müntəzəm olaraq baş çəkdiklərini və nəhayət, bütün hərbi əsirlərin 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müvafiq müddəasına uyğun olaraq Ermənistana qaytarıldığını bildikləri halda, bu cür yalançı “SOS” siqnalı verib, beynəlxalq ictimaiyyəti çaşdırmağa, aldatmağa çalışmaları onların obyektivliyini şübhə altına almağımıza əsas verir. Avropalı siyasətçilərin və hüquq-müdafiə təşkilatlarının nümayiş etdirdiyi bu cür önyarğılı davranışlar bizdə ikrah hissi doğurur və bu hər bir azərbaycanlıda Avropa dəyərlərinə, Avropa demokratiyasına, Avropa ədalətinə qarşı bəslənilən sonuncu ümid və inam hissini də tamamilə öldürür. Biz AP üzvlərinin və “Human Rights Watch” təşkilatının ədalətsiz mövqeyini və “ikili standart”lar taktikasını qətiyyətlə pisləyirik!
Ərəblər nadir quş növlərini ovlayıb, kabab çəkdilər - VideoƏrəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə video-görüntülər yayılıb.

Onların ov etdikləri ərazilərdən hələ də atəş səslərinin eşidildiyi bildirilib.

Avrasiya.net Bakıpost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə videolar yayılıb.

Məlumata görə, ərəblər hazırda Qax Dövlət Təbiət Yasaqlığında ova davam edir və görüntülərdə parçalanan quşun Qırmızı Kitaba düşmüş bəzgək olduğu deyilir. Ovlanan Qafqaz durnası da nadir hesab olunan quşlardan biridir və onların təbiətdə sayı 200 cütdən azdır. Hazırda ovlar arasında Qırmızı Kitab növlərindən qaraqarın, bağrıqaranın və bəzgəyin olduğu iddia edilir.

Nazirlikdən ictimaiyyətə tez bir zamanda açıqlama veriləcəyi bildirilib.
Separatçı həyasızlığı: Qarabağda rus dili “rəsmi dil” elan edildiQarabağda hələ də rus sülhməramlılarının məsuliyyət zonasında guya fəaliyyət göstərdikləri haqda rəy yaradan separatçılar keçmiş, qondarma, de-fakto və de-yure mövcud olmayan “dqr”də rus dilini “rəsmi dil” elan ediblər.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Separatçıların qondarma “deputatları” guya bu barədə qərar verib.

Qeyd edək ki, Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində erməni separatçıların destruktiv fəaliyyəti ciddi qıcıq doğurmaqdadır. Ermənistanda belə ruscanı qadağan edən, rus kanallarının ölkədə yayımını dayandıran, bircə ədəd də rusdilli məktəbin fəaliyyətinə imkan verməyən Ermənistan hakimiyyəti Azərbaycanın hazırda rus sülhməramlılarının nəzarəti altında olan hissəsində Rusiyaya “jest” etmək yolunu seçərək, mümkün bütün vasitələrlə Kremlin dəstəyini almağa və separatçı fəaliyyətini davam etdirməyə çalışır.
Koronaya yoluxanların sayı artfıAzərbaycanda son sutkada koronavirus infeksiyasına 1 429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir. Son sutkada 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb

Azərbaycanda vaksin olunanların sayı 500 mini keçdiMartın 24-ü üçün Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 20,650 nəfər vaksinasiya olunub.

Avrasiya.net-in məlumatına görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 502,174 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Rəmişin yaddaşı gedir, bəzən məni də tanımır - XanımıRəmişin müalicələri davam edir, biz də ümidlə onun sağalmasını gözləyirik.

Avrasiya.net Nyus24.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib.

O bildirib ki, mütəmadi olaraq sənət yoldaşları Rəmişi ziyarət edir:

"Xalq artistimiz Mənsum İbrahimov, əməkdar artist Təyyar Bayramov onun yanına gəlib. Xəstəxanaya çox adam buraxmırlar, o üzdən hələlik ancaq bu iki sənətkarımız onu ziyarət edib. Rəmişin huşu bəzən özündə olmur, yaddaşı gedib-gəlir, bəzən elə olur ki, heç məni də tanımır. Amma Mənsum müəllimi tanıdı. Əlini sıxdı, hiss elətdirdi ki, onu görməyinə sevinib. Mənsum müəllim də onu Ağdama aparacağına da söz verdi”.
Hindistan "AstraZeneca" vaksininin ixracını müvəqqəti dayandırıbHindistan "AstraZeneca" şirkətinin bu ölkədə istehsal olunan koronavirus vaksinlərinin ixracını müvəqqəti dayandırıb.

Avrasiya.net-in məlumatına görə, qərar COVAX mexanizmi çərçivəsində tədarüklərə də təsir edə bilər.

Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX mexanizmi tədarükünün təmin olunması ilə bağlı Hindistan hökuməti ilə danışıqlar aparır.

COVAX bu günədək Hindistandan 17,7 milyon doza "AstraZeneca" vaksini əldə edib. Ümumilikdə, Hindistan 70-dən çox ölkəyə 60 milyon dozadan çox vaksin ixrac edib.