"Ölkəmizin enerji sektoruna aid daha bir sevindirici xəbər aldıq"Keçən ilin son günün ən xoş xəbəri Azərbaycan qazının Avropaya çatması, yəni “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) işə düşməsi oldu. Daha sonra Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması bizə sevinc yaşatdı.

Bu günlər ölkəmizin enerji sektoruna aid daha yeni bir sevindirici xəbər aldıq. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7 189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılmış və ilk qaz-kondensat ehtiyatları aşkar edilib. Bu da öz növbəsində təsdiq edilmiş təbii qaz ehtiyatları Cənub Qaz Dəhlizi və onun son həlqəsi olan TAP boru kəməri üçün də əlavə resurs mənbəyi olacaqdır.

Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və BP şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq, qazma əməliyyatı dənizin 623 metr dərinliyində bp şirkətinin operatorluğu ilə aparılıb və SOCAR-ın törəmə şirkəti olan "Caspian Drilling Company" tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsi ilə yerinə yetirilib. Quyuda qazma işlərinə 11 yanvar 2020-cı il tarixində başlanılıb. Xatırladaq ki, “Şəfəq-Asiman” yatağı Bakıdan 125 km cənub-şərqdə yerləşir. Blok 1 100 kvadrat metr ərazini əhatə edir. Burada dənizin dərinliyi 650-800 metr təşkil etməkdədir. “Şəfəq-Asiman” strukturu 1961-ci ildə aparılmış seysmik kəşfiyyat vasitəsi ilə aşkar olunmuşdur. 7 oktyabr 2010-cu il tarixində SOCAR və BP şirkətləri arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında hər birinin iştirak payı 50 % olmaqla 30 il müddətinə saziş imzalanıb.


Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) VII qurultayı keçirilib.

Avrasiya.net xəbər verir ki, Ankaranın İdman Kompleksində baş tutan qurultayda AKP sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Hakim partiyanın ötən dövrdə Türkiyənin ümumi həyatına gətirdiyi yeniliklərdən və inkişaf modeli barədə ətraflı məlumat verən R.T.Ərdoğan qarşıda duran vəzifələrdən bəhs edərək vurğulayıb ki, nəzərdə tutulan yeni konstitusiya ölkədə bütün təbəqələrin maraq və hüquqlarını təmin edəcək.

Onun hesabat və görüləcək işlərlə bağlı proqram xarakterli çıxışından sonra təşkilati məsələlərə baxılıb. R.T.Ərdoğan yenidən AKP sədri seçilib. Ona 1428 nəfər qurultay nümayəndəsi səs verib. Sədr seçkisində R.T.Ərdoğanın alternativi olmayıb.

Bundan başqa partiyanın İdarə Heyətinin üzvlərinin sayı 50-dən 75-ə çatdırılıb və 75 nəfərlik yeni tərkibi təsdiqlənib. Onlardan 19-u qadındır.
Özünü maşına “vurduran” qadının kimliyi bilindi - VideoAbşeron rayonunda avtomobil yoluna çıxaraq, qəza görüntüsü yaradan naməlum qadının şəxsiyyəti müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, rayonun “Gənclər şəhərciyi”də yaşayan 30 yaşlı qadın martın 23-də sağlamlığında yaranan psixi pozğunluqla əlaqədar evdən qaçarkən avtomobil yolunda müvazinətini itirərək yerə yıxılıb.

Qeyd edilib ki, görüntüdə onu təqib edən şəxslər isə onun ailə üzvləri olub. Qadın dərhal xəstəxanaya çatdırılaraq, ilkin tibbi yardım göstərilib.

"O da məlum olub ki, qadının əməlində hər hansı qəsd yoxdur, əvvəllər onunla bağlı bu və ya digər formada polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Qadın ailəlidir.

Hazırda Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir", - Mətbuat xidmətindən bildirilib.
Yaxın gələcəkdə Qarabağın digər hissələrində də suverenliyimiz bərpa olunacaqSon vaxtlar Azərbaycanın tarixi şəhərində - Xankəndidə oturub tez-tez Azərbaycana qarşı sərsəm çıxışlar edən separatçı erməni generalı Vitali Balasanyanın növbəti dəfə Qarabağla bağlı ağlına və ağzına gələni danışması, hikkəli ifadələr səsləndirməsi gözlənilən idi.

Çünki bu qatil general hələ də Ermənistanın İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətə uğramasının şokundan çıxa bilməyib. Odur ki, kor bir inadkarlıqla Qarabağdan əl çəkməyəcəklərini bildirir və "mən, ən azı, Dağlıq Qarabağ Muxtar Vilayətinin əvvəlki sərhədlərinin bərpa olunacağına əminəm. Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Azərbaycan Artsaxa bir daha müdaxilə etməyə çalışarsa, adekvat cavab verəcəyik”.

Özünü mövcud olmayan "dqr"in qondarma "təhlükəsizlik katibi" sayan Balasanyan hələ də bir həqiqəti başa düşməyib ki, ondan əvvəl Araik Arutyunyan da, Bako Saakyan da, David Tonoyan da, Nikol Paşinyan da bir vaxtlar təxminən eyni ritorikadan çıxış edir, eyni sərsəm bəyanatları səsləndirirdilər. Bəs o bəyanatların axırı necə oldu? Erməni liderlərinin və hərbçilərinin bu cür kütbeyin lovğalıqları, hədələri nə ilə bitdi? Azərbaycan Prezidentinin məşhur ifadələri ilə desək, hamısı gorbagor oldu, cəhənnəmə getdi. Status məsələsi də gorbagor oldu, "Artsax" deyilən qondarma qurum da cəhənnəmə getdi. Terrorçu və işğalçı Ermənistanın başına dəmir yumruğumuz endirildi.

Lakin Balasanyan da, bu qəbildən olan digər revanşist ermənilər də 44 günlük savaşdakı rüsvayçı məğlubiyyətləri ilə heç cürə barışa bilmədiklərinə görə, indi də sağa-sola bu cür hava atmaqla, şou göstərməklə, sosial şəbəkələrdə "fırtına" yaradıb "layk" toplamaqla psixoloji natamamlıqlarını və travmalarını aradan qaldırmağa çalışırlar. Eybi yox, qoy işlərində olsunlar, bədbəxt günə qoyduqları erməni xalqına növbəti dəfə şou göstərməklərinə davam etsinlər. Onsuz da yaxın gələcəkdə Xankəndidə də, Qarabağın sülhməramlıların nəzarətində olan digər hissələrində də suverenliyimiz mütləq bərpa olunacaq və orada yaşayan mülki ermənilər də tam olaraq bizim yurisdiksiyamız altına keçəcəklər. Bu balasanyanların, araiklərin və digər terorçu, separatçı köpəklərin halına, durumuna da onda baxacayıq.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
İranda ötən sutka ərzində 94 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 62 045 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 605 nəfər COVID-19-a yoluxub.

Beləliklə ölkədə koronavirusa yoluxanların sayı 1 823 317 nəfərə çatıb. Virus daşıyıcılarından 3 874 nəfərin vəziyyəti ağırdır.

S.Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 562 709 nəfər koronavirusdan sağalıb, 12,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 17 rayon qırmızı və 47 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır.
Putin prezidentliyə namizəd olacaqRusiya Dövlət Duması Vladimir Putinə növbəti dəfə ölkə prezidentliyinə namizədliyini irəli sürmək hüququ verən qanun layihəsini qəbul edib.

Avrasiya.net APA-ya istinadən məlumat verir ki, Dövlət Dumasının bu gün keçirilən plenar iclasında ölkə Konstitusiyasına əlavə və düzəlişlərin icrası ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul olunub.

Qanun layihəsində hazırkı Prezident Vladimir Putinin yenidən ölkə başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ da nəzərdə tutulub.

Rusiya Federasiyası Konstitusiyasının yeni müddəasına görə, eyni şəxsin Rusiya Federasiyasının Prezidenti vəzifəsini tuta biləcəyi müddətlərin məhdudlaşdırılması mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu norma mövcud dövlət başçısına Rusiya Federasiyasının Prezidenti vəzifəsini daha iki müddət davam etdirməyə imkan verir.


Köçəryan daşnaklarla birləşirBir neçə gün əvvəl Ermənistan müxalifətinin liderləri görüş keçiriblər.

Axar.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, görüşdə Robert Köçəryan, Serj Sərkisyan, Qagik Çarukyan, Artur Vanetsyan, İşxan Saqatelyan və Vazgen Manukyan iştirak edib. Görüşdə əsas müzakirə mövzusu növbədənkənar parlament seçkisi olub.

İclasda iştirak edən Manukyan seçkidə iştirak etməyəcəyini və küçə mübarizəsini davam etdirəcəyini bildirib. O, müxalifətin Paşinyana qarşı bütün resursundan istifadə etmədiyini söyləyib. Onun sözlərinə görə, müxalifətin daxilində bəzi qüvvələr hökumətlə danışıqlara gedərək, hesablaşdığı üçün hərəkat uduzub.

Qəzet Daşnaksütyunla Robert Köçəryandan başqa bütün partiyaların seçkiyə təkbaşına getmək istədiklərini yazıb. Buna görə də Daşnaksütyunla Köçəryanın seçkiqabağı blok formalaşdıracağı vurğulanıb.
QHT rəhbərləri şəhid Cabbar Zeynalovun ailəsini ziyarət ediblərMüvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov və Azərbaycan Jurnalist Qadınlar Assosasiyasının rəhbəri Sevil Karani Yusifova Saatlı rayonunda şəhid Cabbar Zeynalovun ad günündə iştirak ediblər.

QHT rəhbərləri şəhidin təhsil aldığı Saatlı rayonu Heydərabad kənd ibtidai məktəbində şəhidin şərəfinə yaradılmış guşəni ziyarət ediblər.Sonra şəhdinin məzarı ziyarət edilib. MHM-nın sədri Səməd Vəkilov şəhid Cabbar Zeynalovun təhsil aldığı ibtidai orta məktəbin onun adına verilməsi ilə bağlı dövlət orqanları qarşısında məsələ qaldırılmasının zəruriliyindən danışıb.

Tədbirdə iştirak etdiklərinə görə şəhidin valdeynləri Firudin Zeynalov və Kubra Zeynalova QHT rəhbərlərinə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhid Cabbar Zeynalovu tanıyaq o, 23 mart 1999-cu il tarixdə Saatlı rayonun Heydərabad kəndində doğulub. İlk orta təhsilini Heydərabad kəndində aldıqdan sonra tam orta təhsilini Saatlı rayonun Dədə Qorqud kəndində alıb.05 aprel 2017-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, 23 oktyabr 2017-ci il tarixdə döyüş tapşırığını icra edərkən şəhid olub.
Tədbir iştirakçıları Vətən müharibəsi şəhidləri Elvin Hökməli oğlu Həsənov, Natiq Məmmədrza oğlu Rəşidov,Amid İsaq oğlu Həsənlinində məzarını ziyarət ediblər.



59 yaşlı kişi tonqalda yanaraq ölübBakıda 59 yaşlı kişi tonqalda yanaraq ölüb.

Avrasiya.net APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü Çələbiyev Aqil Nuru oğlu martın 21-də bayram tonqalında yanıb. Ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Faktla bağlı araşdırma aparılır.