Salyanda ana və qızı koronavirusdan öldüSalyanda ana və övladı koronavirus infeksiyasından vəfat ediblər.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, Salyan şəhəri Aşıq Pənah küçəsinin sakini Ədilə Paşa qızı Əliyeva və qızı Aybəniz bu gün COVİD-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Əliyeva uzun müddət Salyan şəhər 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
"Birliyimiz bərk və əbədi olmalıdır"Yusif Babanlı
ADBTİA-nın prorektoru, professor

“Yolumuz haqq yoludur, inkişaf yoludur,
tərəqqi yoludur. Biz bu yolda uğurla gedirik və gedəcəyik”.
İlham Əliyev


Cənab Prezident İlham Əliyev haqlı olaraq bəyan etmişdir: “ Bizim yolumuz haqq yoludur”!

Bəli, biz bu haqq yolunda haqqımız olanı əldə etdik. Azərbaycanın bütövlüyünü bərpa etdik. Bəşəriyyətin keşməkeşli tarixi mərhələlərindən bizə məlumdur ki, haqq-ədalət yolu ilə möhkəmlənən dövləti heç bir qüvvə sarsılda bilməyib. Hamılıqla Cənab Prezidentin ərafında sıx birləşib tarixi torpaqlarımızı bərpa etdik və ölkəmizin daha da güclənməsini təmin etdik. Bu haqq youlunda birliyimizin nümayişi hər birimizin vətəndaşlıq borcu və milli-mənəvi dəyərlərimizə sadiqliyimizin nümayişidir. Biz bir xalq olaraq hansı gücə malik olduğumuzu bütün dünyaya 44 günlük Vətən müharibəsində bəyan etdik. Gələcək illərdə də bu birliyimiz bərk və əbədi olmalıdır ki, hər zaman Azərbaycan dünyada güclü dövlətlər sırasında haqlı mövqeyində sarsılmasın.

Həyatı dərk edən hər bir azərbaycanlı bunu yaxşı dərk edir ki, ölkə başçısının Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə atdığı hər addım, imzaladığı hər bir sərəncam bizi inkişafa, tərəqqiyə aparır. 30 ilə yaxın bir zamanda Azərbaycan məcburi köçkünlərə sığınacaqlar, həyat şəraitini yaxşılaşdırmaqdan ötürü qaçqın qəsəbələri salırdısa bu gün artıq azad olunan torpaqlarımızın bərpasını düşünürük. Biz artıq düşmənin mənfur, amansız , qəddar olduğunu dünyaya sübut etmişik, qısa bir zamanda da dağıdılmış torpaqları bərpa edib gücümüzü hər kəsə sübut edəcəyik. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “İndi isə bizim üçün yeni dövr başlayır. Mənfur düşmən işğal etmiş bütün torpaqlarımızı yerlə-yeksan edib.

Bütün binalar, bütün tarixi abidələr, məsçidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Biz onların hamısını bərpa edəcəyik”. Bəli, biz Azərbaycanın qüdrətini hər zaman dünyaya sübut etmişik, indi də edirik. Dinindən, dilindən asılı olmayaraq biz hər bir millətə qarşı hümanizim mövqeyində olmuşuq, multikulturalizim ənənlərinə sadiq qalmışıq. Düşmən bizim tarixi abidələrimizə, milli dəyərlərimizə qəddarcasına zərər verdiyi halda biz düşmənin bizdə olan dəyərlərinə sahib çıxıb qorumuşuq. Bu bir daha Azərbaycan xalqının humanistliyini, sülhsevərliyini sübut edir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş demokratik və sarsılmaz Azərbaycan istər regionda, istərsə də dünya dövlətləri arasında hər zaman uğurlu inkişaf strategiyası, mükəmməl siyasi xətti və lider ölkə başçısı ilə öndə olacaqdır. Dövlətini sevən hər bir azərbaycanlı kimi mən də əminəm ki, Azərbaycanın inkişafı və xalqın firavan gələcəyi naminə xalqımız hər zaman birlik və həmrəylik nümayiş etdirəcək. Haqq yolunda addımlayan Azərbaycanın inkişafı və güclənməsi naminə bütün gücümü səfərbər etməyə hər an hazırıq.
Yarıçılpaq gəzən qadınla bağlı araşdırma başlandı - VideoBakının Fəvvarələr Meydanında alt paltarında gəzən qadın görüntülənib.

Avrasiya.net xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bu hal ətrafdakı şəxslər tərəfindən birmənalı qarşılanmayıb.

DİN-in şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Bakıya qarşı casus şəbəkəsi...Elçin Mirzəbəyli

Beynəlxalq hüquq müdafiəsi təşkilatları arasında, xüsusilə də Azərbaycanda və postsosialist məkanında ən çox tanınanı mərkəzi mənzil-qərargahı ABŞ-da yerləşən, dünyanın 70-dən çox ölkəsində təmsilçiliyi olan Human Rayts Votç (Human Rights Watch) təşkilatıdır. İllik büdcəsi onmilyonlarla dollar olan HRV vaxtilə “soyuq müharibə silahı” kimi yaradılsa da, hazırda dünyanın ən böyük geosiyasi təzyiq alətlərindən sayılır.

Human Rayts Votç 1978-ci ildə SSRİ ərazisində Helsinki razılaşmasına əməl edilməsinin monitorinqinin aparılması məqsədilə şəxsi qeyri-kommersiya cəmiyyəti kimi yaradılıb və Helsinki Votç (Helsinki Watch) adını daşıyıb. Qeyd edim ki, Helsinki razılaşması insan hüququ və azadlıqlarına İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin prinsiplərinə uyğun əməl edilməsini nəzərdə tuturdu.

HRV 80-ci illərdə Şərqi Avropada və SSRİ ərazisində baş verən qarşıdurmalarda, hakimiyyət çevrilişlərində iştirakını gizlətmir. Həmçinin etiraf edir ki, təxminən 20 il ərzində postsosialist məkanına Qərbin diplomatik, iqtisadi və hərbi müdaxiləsini təmin etmək üçün informasiya və təbliğat ruporu funksiyasını yerinə yetirib.

Amma SSRI ərazisində baş verən sıradanbir və fərdi hüquq pozuntuları ətrafında fırtına qoparan HRV, nədənsə, həmin dövrdə sovet qoşunlarının Azərbaycanda həyata keçiridikləri kütləvi qətliama heç bir reaksiya vermədi. 20 Yanvar qırğını ilə bağlı “müdrikcəsinə” susdu...

Azərbaycana münasibətdə HRV-nin qərəzli münasibəti SSRİ-nin süqutundan sonra da davam edib və təsisat Ermənistanla, erməni diaspor təşkilatları ilə sinxron fəaliyyət göstərib. Və beləliklə nə Xocalı soyqırımına, nə də ölkəmizin ərazisində həyata keçirilən digər kütləvi qırğınlara münasibət bildirməyib. Bir milyona yaxın azərbaycanlı məcburi köçkünün 30 ilə yaxın bir zaman kəsiyində pozulan fundamental hüquqları barədə susmaqla yanaşı, işğalçı ölkənin maraqlarını himayə etməklə bu prosesin illərlə davam etməsinə de-fakto dəstək verib.

Əslində, HRV hüquq müdafiə təşkilatı deyil, casus şəbəkəsidir, təmsil etdiyi maraqların müdafiəsi və onların hədəf seçdiyi ölkələrə qarşı təzyiqlərini əsaslandırmaq üçün bəhanə üyüdən “yel dəyirmanı”dır.

Human Rayts Votçun insan hüquq və azadlıqlarına, humanizm prinsiplərinə gerçək münasibətinin nədən ibarət olduğunu aydın şəkildə dərk etmək üçün, qənaətimə görə, təşkilatın rəhbəri Kennet Rotun 2013-cu ildə Qərb ölkələrini “mülki əhalinin qorunması üçün” Suriyanı bombalamağa çağırmasını xatırlamaq yetərlidir.

HRV-nin ən “yaralı” yeri təşkilatın maliyyə mənbələridir. Təşkilat rəhbərləri yeri gəldi-gəlmədi, soruşan oldu-olmadı, maliyyə mənbələrinin “müstəqilliyi” haqqında danışmağı, daha dəqiq desək, yalan uydurmağı sevirlər. Və bu barədə o qədər danışırlar ki, son nəticədə öz yalanlarına hamıdan çox özləri inanırlar.

Xatırıadım ki, sözügedən təşkilatın ən böyük donorlarından biri və birincisi Ermənistana və bu ölkənin hakimiyyətinə xüsusi sevgisi ilə seçilən Soros Fondudur.

2010-cu ildə Corc Soros Human Rayts Votçun “qlobal iştirakının dərinləşməsi və genişlənməsi” məqsədilə bu təşkilata 10 il müddətinə 100 milyon ABŞ dolları ayırıb.

Bu vəsaitlərin haraya və necə xərcləndiyini müəyyənləşdirmək üçün, düşünürəm ki, Corc Sorosun müttəfiqi, NED-in rəhbəri Vaynşteynin məşhur deyimini xatırlatmaq yerinə düşər. Sitat: “Biz indi Mərkəzi Kəşfiyyat İdarəsinin 25 il öncə gizli şəkildə məşğul olduğu işlərlə aşkarda məşğul oluruq”.

Məhz bu səbəbdən həm HRV-nin, nə də onun himayəçilərinin fəaliyyəti dünyanın əksər ölkələrində müsbət qarşılanmır və bu təsisatlara qlobal, təxribatçı cəsus şəbəkəsinin elementləri kimi yanaşılır.

HRV-nin Ermənistana olan münasibəti və Azərbaycana olan qərəzi 44 günlük Vətən müharibəsi dövründə də özünü büruzə verdi. 30 il ərzində öz evlərindən didərgin salınmış yüzminlərlə azərbaycanlının pozulmuş hüquqlarını görməzdən gələn HRV, ənənəsinə uyğun olaraq, işğalçının, müharibə cinayətkarlarının yanında yer aldı. Azərbaycan tərəfinin israrlı dəvəti və təqdim etdiyi təkzibolunmaz faktlar nəticəsində Gəncə və Bərdə şəhərlərinə hücumları öz hesabatına salmaq məcburiyyətində qalsa da, son məqamda öz nadürüstlüyündən vaz keçə bilmədi və heç bir əsas olmadan guya Gəncədə raket zərbəsi endirilən yaşayış məntəqəsinin yaxınlığında hərbi obyektin olduğunu iddia etməklə növbəti dəfə qərəzli mövqeyini ortaya qoydu. Halbuki Gəncəni tanıyan hər kəs çox yaxşı bilir ki, raket zərbəsinin endirildiyi yaşayış məntəqəsinin yaxınlığında heç vaxt hərbi obyekt olmayıb. Bu faktı hadisədən dərhal sonra Gəncədə olan dünyanın nüfuzlu media qurumlarının təmsilçiləri də təsdiqlədilər. Amma maraqlarına uyğun gələndə dəfələrlə istinad etdikləri nüfuzlu, transmilli media qurumlarının təqdim etdiyi faktlar da HRV başbilənlərinin işinə yaramadı və yaramazlıqlarının qarşısını ala bilmıədi.

Həmin dövrdə HRV-nin bəyanatlarından birində diqqət çəkən başqa bir məqam isə mülki əhalinin atəşə tutulmasına münasibətdə sərgilənən münasibət idi. Təşkilatın bəyanatında mülki əhalinin qadağan olunmuş kasset tipli silahlarla atəşə tutulmasının yolverilməzliyi vurğulanırdı. Və bu yanaşmadan belə anlaşılırdı ki, mülki əhali qadağan olunmamış silah növlərindən atəşə tutula bilər.

Qeyd edim ki, “Müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il, avqustun 12-də qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinə əsasən, nəinki mülki əhalinin, hətta döyüş əməliyyatlarında iştirak etməyən silahsız hərbçilərin belə hədəfə alınması qadağan olunur. Bu baxımdan, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini təkcə kasset tipli silah-sursatdan yox, adi silahlardan da atəşə tutanda Konvensiyanın və təbii ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş və müharibə cinayəti törətmiş olur.

Bu insan hüquqlarının müdafiəsi ilə məşğul olduğunu iddia edən bir təşkilatın, sıradanbir hüquqşünasın belə açı təbəssümünə səbəb olan biləcək, ikrah doğuran, simasız yanaşma tərzidir.

İndi isə HRV erməni əsirlərə işgəncə verildiyi iddiası ilə çıxış etməyə başlayıb. Səbəb, şübhəsiz ki, bəllidir. “Sorosun uşaqları”nın Ermənistan daxilindəki mövqelərinin qismən də olsa möhkənləndirməsi üçün Azərbaycana qarşı bu və ya digər müstəvidə təzyiqlərin təşkil edilməsinə ehtiyac var. Eyni yanaşma təşkilatın “hazırladığı” hesabatda yer alan digər məqamlarda da özünü büruzə verir. Ermənistanın azərbaycanlı əsirlərə münasibətdə göstərdiyi qeyri-insani münasibət barədə bircə kəlmə də danışılmır, həm birinci, həm də ikinci Qarabağ müharibələri zamanı hərbi və mülki Azərbaycan vətəndaşlarının pozulmuş hüquqları barədə söz açılmır, onlara qarşı həyata keçirilən işgəncələrin istintaqı Ermənistandan tələb olunmur.

Xatırladım ki, HRV bu günədək heç bir məlumat olmayan, itkin düşmüş 4 min azərbaycanlının taleyi ilə maraqlanmayıb. Onların kütləvi məzarlıqlarda dəfn olunması barədə ən müxtəlif səviyyələrdə səsləndirilən ehtimallara diqqət yetirməyib. Ermənistanın işğalı nəticəsində viran qoyulmuş yaşayış məntəqləri, yüzminlərlə insanın pozulmuş mülkiyyət hüquqları ilə bağlı illərdən bəri susub və yenə də susmaqda davam edir.

Maraqlıdır, görəsən HRV hansı səbəbdən işğaldan azad edilmiş Azərbaycan ərazilərinə öz ekspertlərini göndərmək, erməni vandalizminin dəhşətli mənzərəsi ilə yerindəcə tanış olmaq istəmir?

Bəlkə yenə də həqiqəti etiraf etmək məcburiyyətində qalmaqdan qorxur? Axı işğaldan azad edilmiş ərazilərdə Gəncəyə atlan raketlə bağlı məsələdə olduğu kimi ikibaşlı ifadələr səsləndirmək mümkün olmayacaq. Çünki ərazilər Ermənistanın nəzarətində olub və orada baş verənlərin də bütün məsuliyyəti işğalçı ölkənin üzərinə düşür.

Görəsən hərbi əsirlərin üzərində mövcud olmayan işgəncə izi axtarmaq sevdasına düşən, yaxud düşürülən HRV nə üçün Azərbaycan ərazilərinə toxum kimi səpilmiş minalardan söz açmır? Nə üçün Ermənistandan minalanmış sahələrin xəritələrini ölkəmizə təhvil verməyi tələb etmir? İşğaldan azad edilmiş Azərbaycan əraziləri “mina zəmisi”ni xatırladır. Bəlkə də heç bir müharibədə, hətta İkinci Dünya savaşında belə bu qədər minadan istifadə olunmayıb. Məqsəd nədir? Şübhəsiz ki, daha çox azərbaycanlının ölümünə səbəb olmaq. Amma HRV üçün onminlərlə insanın ölümünə səbəb olacaq və bundan daha çox qadını, körpəni gözüyaşlı qoyacaq bu amansız mina tələləri önəmli deyil, onlar üçün Azərbaycan ərazilərində müharibə cinayətləri törətmiş Vartan, yaxud Petrosun barmaqlarının üzərindəki tikan cızığının “işgəncə izi” kimi təqdim edilməsi daha çox əhəmiyyət daşıyır. Çünki belə olduğu halda, Soros dədələri kisəsinin ağzını daha gen açacaq...

Görəsən erməniləri bu qədər çox sevən HRV-çilər hansı səbəbdən Ermənistan vətəndaşlarının öz ölkələrində pozulan hüquqlarına, onların məcburi şəkildə Azərbaycan ərazilərində keçirilən hərbi əməliyyatlara cəlb edilmələrinə diqqət ayırmırlar?

Niyə? Niyə? Niyə?

Əslində bu sualların cavabları bizim üçün gün kimi aydındır. Əgər belə olmasaydı Qara Bağın “Qordi düyünü”nü kəsib torpaqlarımızı işğaldan azad etməzdik. HRV-lərin “ədaləti”nə güvənib daha 30 ilimizi tarixin arxivinə gömər, qürurumuzun onillərlə aşağılandığını müşahidə edərdik.

HRV-ləri və onlara “musiqi” sifariş verənləri qəzəbləndirən də Azərbaycan Ordusunun Zəfəri, Azərbaycan xalqının, dövlətinin və liderinin misli görünməmiş birliyi, həmrəyliyidir.
Xalq artistinin oğlunun qəfil ölümü ilə bağlı YENİ MƏLUMATXalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva ARB telekanalının "Elgizlə izlə” proqramına telefonla bağlanıb.

O, bacısı oğlunun vəfatından danışıb. Bildirib ki, bayramı qeyd etmək üçün hamısı Nazpərinin evinə yığışıb:

"Oturmuşduq, Əlinin ürək döyüntüsü sürətlənmişdi. Dedi, ürəyim bərk döyünür. Zarafat etdim ki, bəs ürək döyünməsə, insan yaşamaz. Bayram plovu hazırlamışdıq, hamı yığılmışdı. Dedi, siz yeyin, uzanacam. Əvvəl təzyiqi qalxmışdı, ölçdük ki, o da normaldı. Getdi uzandı. Getdim ki, oyadım, gördüm keçinib. Elə yuxuda da dünyasını dəyişib. Heç təsəvvür etməzdik ki, ölə bilər”.

Qeyd edək ki, Əli 41 yaşında infarktdan dünyasını dəyişib. N.Dostəliyevanın Əkbər adlı daha bir oğlu var. Sənətçinin hər iki oğlu ailəlidir, onların hərəsinin iki övladı var.
Bu gün virusdan 18 nəfər vəfat edibAzərbaycanda koronavirusa 1 333 yeni yoluxma qeydə alınıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, virusa yoluxmuş 269 nəfər müalicə olunaraq sağalıb, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 248 307 nəfər koronavirusa yoluxub, onlardan 233 356 nəfər müalicə olunaraq sağalıb, 3 384 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 115 67 nəfərdir.
Gəncədə 85 yaşlı kişi itkin düşdü - FOTOGəncədə yaşlı kişi itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə oxu.az-a şəxsin qızı Qurbanova Kəmalə Sabir qızı məlumat verib.

O bildirib ki, atası Gəncə şəhər, Çarıqçılar küçəsində yaşayan 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğlu martın 19-da günorta radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində cins şalvar, boz rəngli pencək və papaq olub.

Şəxslə bağlı ərazi üzrə polis bölməsinə məlumat verilib. Axtarışlar davam etdirilir.

İtkin düşən şəxsi görənlərdən +994 55 862-40-80 telefon nömrəsi vasitəsilə ailəsinə məlumat vermələri xahiş olunur.
“AGBank”da yarım milyonluq mənimsəmə - MəhkəməLəğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun dostu, sabiq deputat Çingiz Əsədullayevin yaxın adamları hakim qarşısına çıxarılıb. Onlar külli miqdarda mənimsəmədə ittiham edilirlər.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, AĞBank ASC-də külli miqdarda mənimsəmədə təqsirli bilinən vəzifəli şəxsləri Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılır. Onlar Ruslan Quliyev, Pərviz Fərzəliyev və Namiq Həmidovdur. Məhkəmə araşdırması hakim Azər Paşayevin sədrliyi ilə davam edir.

Məlumata görə, Namiq Həmidov Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya olunub. Adı çəkilən üç şəxs barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılıb. Onların AĞBank ASC-nin 2012-2016-cı illər ərzində vəzifəli şəxslər olublar. Bu müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək AG Bank ASC-yə ciddi maddi ziyan vurublar.

Onların tamah məqsədi ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

Hər üç şəxs barəsində həbs qətimikan tədbiri seçilib. Onlar ümumilikdə, 536 min 428 manat mənimsəmədə təqsirli bilinir.

Qeyd edək ki, “AGBank”ın rəhbəri Çingiz Əsədullayevdir. Əsədullayev Ağdaş seçki dairəsinin deputat idi. Eldar Mahmudov işdən çıxarılandan soran Əsədullayev də mandatını itirdi.

"Son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması yeni mərhələyə qədəm qoyub"Sadiq Qurbanov
Milli Məclisin komitə sədri

Heydər Əliyev : “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir”.

Xalqların və millətlərin formalaşmasında, dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Mədəniyyət insanın öz fəaliyyəti prosesində nail olduğu predmetlər və dəyərlər toplusudur ki, bütün bunlar da nəsildən-nəsilə ötürülərək daha da inkişaf etdirilir. Tarix sübut edib ki, yüksək mədəniyyətə malik xalq müasir aləmin yeni çağırışlarına uyğun hərəkət etməyə və tərəqqi, inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, inkişaf etdirilməsi, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.

Mədəniyyət insanın həyat fəaliyyətinin nəticəsi olaraq savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi kefiyyətlərlə sıx bağlıdır. Eyni zamanda mədəniyyət həyatı dərk etmək baxımından insanların həyat fəaliyyətinın müxtəlifliyini, xalqların tarixi yaddaşını özündə ehtiva edir. Geniş mənada düşünsək, insan mədəniyyət vasitəsi ilə özünün müstəqil fərd, cəmiyyətin üzvü, bütövlülüyün bir parçası olduğunu dərk edir. Mədəniyyət insanın özünü dərk etməsi və şəxsiyyətin mövcudluq üsuludur. Mədəniyyət insan tərəfindən yaradılır və öyrənilir, çünki, o gen yolu ilə keçmir, hər bir nəsil onu yenidən yaradır və gələcək nəsilə ötürür.

Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiət" adını vermişdir. Mədəniyyət təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır.
Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir.

İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı isə xalqdır. Milli mənəvi dəyərlər hər bir millətin tarix boyu əldə etdyi nailliytləridir. Yeni dünyaya gəlmiş hər hansı br insan hələ beşikdə ikən eşitdiyi laylalar ilə ana dilinin təsiri altında qalır. Buna görədir ki, ən sevdiyimiz dil ana dilimizdir. Ruhumuzu təşkil edən bütün dini-əxlaqi, bədii-estetik duyğularımızı da bu dil vasitəsilə anlamışıq. Əslində ruhumuzun sosial duyğuları dinə, əxlaq və estetikaya, ədəbiyyata aid duyğulardan ibarətdir. İnsan ən səmimi, ən dərin duyğularını ilk tərbiyə zamanı alır. Hər bir normal insan hansı millətin tərbiyəsini alıbsa, ancaq onun idealı uğründa çalışa bilər. Böyük İskəndər “Mənim gerçək atam Filipp deyil, Aristoteldir. Çünki birinci maddiliyimin – maddi quruluşumun, ikinci mənəviyyatımın – mənəvi quruluşumun meydana gəlməsinə səbəb olmuşdur” – deyirdi.

Bu baxımdan mədəniyyətimizin inkişafı mənəvi dəyərlərimizin inkişafından asılıdır. Mənəvi dəyərlər xalqı ruhən yaşadan, ona ideya, istiqamət, stimul verən bir dəyərdir. Bu dəyər hətta içtimai hadisələrə səbəb ola biləcək qüvvəyə malikdir. Mədəniyyətimizin inkişafında siyasi mədəniyyətin də özünə məxsus yeri var. Siyasi mədəniyyət cəmiyyətin tarix boyu qazandığı mənəvi dəyərlərinin siyasi həyatda da davamlı olmasında, davranış normalarına çevrilməsində mühüm amil olmalıdır. Siyasi mədəniyyət bütövlükdə siyasi davranış siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyətidir.

Siyasi mədəniyyətin subyekti cəmiyyət, siniflər, sosial qruplar, siyasi partiyalar, təsisatlar, şəxslər və s. ola bilər. Siyasi mədəniyyət çox geniş anlayışdır. Bu anlayışa təkcə mühüm siyasi, sosial və digər problemləri həll etmək vərdişləri və bacarıqları deyil, həm də siyasi mübarizə təcrübəsi, məğlubiyyətlər və qələbələr, eyni zamanda xalqın sıx birləşməsi və mütərəqqi dəyişiklikləri həyata keçirmək üçün səmərəli üsullar daxildir. Danılmaz faktdır ki, siyasi mədəniyyətin meydana gəlməsi və inkişafında tərbiyənin böyük rolu vardır.

Tərbiyə işinin təşkili və onun istiqamətindən asılı olaraq siyasi mədəniyyət öz mahiyyətinə görə müxtəlif cür ola bilər. Tərbiyə işi isə ilk növbədə ailədən başlayır və onun miqyası getdikcə genişlənərək məktəblərdə, əmək kollektivlərində, sosial qruplarda, daha geniş miqyas alır və nəhayət dövlət və cəmiyyət səviyyəsinə yüksəlir, tamamlanır. Beləliklə də siyasi tərbiyə bu mərhələlərdən keçərək formalaşır. Hər bir insanın siyasi həyatda iştirakı, onun bu sahədə fəallığı həmin şəxsin siyasi mədəniyyətinin göstəricisidir. Siyasi mədəniyyət cəmiyyətin hər bir üzvünün çox mühüm əlaməti, şəxsiyyətin keyfiyyət göstəricisi olub, onun həyat tərzinin bütün tərəflərini, bütün cəhətlərini əhatə edir.

Son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması yeni mərhələyə qədəm qoymuşdur ki, bu da öz növbəsində həm ölkəmiz, eləcə də, region üçün böyük müsbət əhəmiyyətli proseslərin başlanğıcıdır. Azərbaycanda siyasi mədəniyyət siyasi sistemin tərkib hissəsi kimi vətəndaş cəmiyyətinin mühüm əlamətlərindən biridir. Bu gün ölkəmizdə siyasi sistem və vətəndaş cəmiyyəti özündə yetkin siyasi mədəniyyəti əks etdirir ki, bu da siyasi mədəniyyətin yeni nümunələrini yaradır.

Təsadüfi deyil ki, cənab İlham Əliyevin ölkədə apargığı düzgün siyasətin və islahatların, o cümlədən yaratdığı yeni siyasi mədəniyyət nəticəsi olaraq Azərbaycanın müxalif siyasi partiyaları ümummilli məsələlərdə ortaq mövqedən çıxış edirlər. Xüsusilə də 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın siyasi partiyaları birmənalı olaraq ümummilli mövqedə dayandılar və dövlətin siyasətini müdafiə etdilər, birgə bəyanatla çıxış etdilər. Amma təəssüf ki, bu yeni siyasi mədəniyyətə qoşulmayan, bir neçə marjinal siyasi qruplaşma da var ki, onların fəaliyyəti dövlətə, millətə xidmət ilə deyil, sadəcə şəxsi maraqlar üstündə qurulub.

Öz xalqına, millətinə, dövlətinə xidmət etmək əvəzinə başqalarının maşası olmağa çalışırlar. Düşünürəm hələ də gec deyil, bu günə qədər etdiklərinə görə xalqdan üzr istəyib doğru yola dönə bilərlər. Belə bir deyim var- “ Günahı günahla yumazlar, tövbə edərlər”. Tövbə qapısı isə həmişə açıq olur.
Erməni “könüllülər”: Azərbaycan Laçın dəhlizini bağlaya bilərVitali Balasanyan deyir ki, “Ermənistandan Qarabağa çağırışçı gəlmir, lakin Ermənistan vətəndaşları Qarabağda könüllü kimi xidmət edə bilərlər”.

Bu açıqlama Azərbaycana 4 istiqamətdə hərəkət etmək imkanı verir:

1. “Könüllü”lər həm Azərbaycan, həm də xarici ölkələrin qanunvericiliyində “qanunsuz silahlı qruplaşmanın iştirakçısı” sayılır, Fransanın Qarabağ müharibəsində iştirak edən erməni vətəndaşları ilə bağlı istintaqa başlaması bunun nümunəsidir: Qarabağa “könüllü” kimi gələn Ermənistan vətəndaşlarının terrorçu olduğunu beynəlxalq müstəvidə əsaslandırmaq üçün arqumentimiz güclənir;

2. Növbəti anti-terror əməliyyatın zərurəti hüquqi əsas qazanır;

3. Bu açıqlamanı əsas götürərək, Laçın dəhlizinə nəzarəti gücləndirə bilərik;

4. Türkiyə-Rusiya Atəşkəsə Birgə Nəzarət Mərkəzində türkiyəli hərbçilərin mövcud imkanlarını genişləndirməyi tələb edə bilərik;

Asif Nərimanlı