"Oğlum quş kimi yanımdan ucub getdi"Oğlum valideynlərimin və qardaşımın dəfn olunduğu Qobustan qəbiristanlığında torpağa tapşırılacaq.

Bu sözləri xalq artisti Nazpəri Dostəliyeva Nyus24.az-a açıqlamasında deyib.

Oğlunun vəfatının şokunu yaşayan sənətçi onun ölümünün ani olduğunu bildirdi:

"Oğlum quş kimi yanımdan ucub getdi. Xalasıyla, mənimlə deyə-gülə getdi balam. Təcili yardım gələnə qədər canını tapşırdı. Elə bil, cənnət quşu idi... Deməli, həyatıma bu da yazılıbmış..." - sənətçi bildirib.

Qeyd edək ki, xalq artistinin oğlu bu gün günorta saatlarında ürək çatışmazlığından vəfat edib.
Azərbaycanlı “Dəmir adam” növbəti döyüşünə çıxırAzərbaycanlı “Dəmir adam” ləqəbli döyüşçü Tural Rəhimov növbəti döyüşünə çıxacaq.

Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, martın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MMA üzrə “Absolute Championship Akhmat” təşkilatının ACA-120 turniri keçiriləcək.

Keçiriləcək 10 döyüş arasında azərbaycanlı Tural Rəhimov da oktaqona çıxacaq. O, Belarusu təmsil edən Apti Bimarzayevlə döyüşəcək.

Qeyd edək ki, Turalın bu döyüşədək 20 qələbəsi və 5 məğlubiyyəti var. Apti Bimarzayev isə 16 görüşdən qələbə ilə ayrılıb, 2 döyüşdə isə məğlub olub.

Nəcməddin Sadıkovun Dubaydan şok görüntüləri yayıldı - VİDEOSilahlı Qüvvələrimizin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıqovun görüntüsü yayılıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, videoda sabiq Qərargah rəisinin Dubayda istirahət etdiyi əksini tapıb.

Qeyd edək ki, general-polkovnik N.Sadıqov 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə 44 günlük müharibənin davam etdiyi vaxt vəzifəsindən azad olunaraq ehtiyata buraxılmışdı.
Ölkəmizdə koronaya yoluxanların sayı azaldıAzərbaycanda bu gün koronavirus infeksiyasına 670 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246 974 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233 087 nəfər müalicə olunaraq sağalıb, 3 366 nəfər vəfat edib, aktiv xəstə sayı 10 521 nəfərdir.

Son sutka ərzində 5 928, bu günə kimi ümumilikdə 2 782 463 test aparılıb.
İrandan gətirilən 8,5 tonluq xurma yararsız çıxdıAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Avrasiya.net-ə verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İrşad Həbib oğlu Nəsirov tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən qurudulmuş xurma məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı 8435.2 kq “Atlas” əmtəə nişanlı qurudulmuş xurma məhsulunun istifadə müddətinin bitdiyi aşkarlanıb.

Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Erməni ordusunun iki muzdlusu itkin düşdüÖtən gün şiddətli qar fırtınası səbəbindən Ermənistan ordusunun iki muzdlu əsgəri itkin düşüb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, artıq axtarış işlərinə başlanılıb.

Qeyd edək ki, bundan öncə Teleqram kanallarında erməni əsgərlərin ötən gün saat 15:00-da Cermuxdakı hərbi hissədən itkin düşdüklərini bildirilmişdi. Qeyd olunurdu ki, əvvəllər Kəlbəcərdə yerləşən, indi isə Cermuxa dislokasiya olunan hərbi hissənin əsgərləri Karen Şahnazaryan və Aqasi Ovannisyan itkin düşüb.
Gəncə terrorundan əziyyət çəkənlərə yeni mənzillər verildiVətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlardakı mülki əhalimizi, eləcə də infrastruktur obyektlərini hədəf seçmiş, müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib, mülki şəxslərimizi qətlə yetirib, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurub.

Avrasiya.net xəbər verir ki, Ermənistanın Gəncə şəhərinə atdıqları raket zərbələri nəticəsində yaşayış yerləri dağılmış sakinlərin bir hissəsi Novruz bayramı günlərində yeni mənzillərlə təmin edilib.

Qeyd edək ki, “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası ötən müddətdə müvafiq işlər aparıb. Dövlət Komissiyasına Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərin təqdim edilməsi tapşırılıb.

Dövlət Komissiyası tərəfindən ilkin mərhələdə raket zərbələri nəticəsində dağıntıya məruz qalmış çoxmənzilli yaşayış binalarında yaşayan 89 ailə müəyyən edilib. Həmin binalarda yaşayan 66 ailə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında yerləşən yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin edilib.

Mənzillərin bölgüsü vətəndaşlara məxsus yaşayış sahələrinə müvafiq - püşkatma yolu ilə müəyyən olunub. Martın 4-də püşkatma nəticəsində 66 ailəyə aid 92 mənzilin yeni ünvanı müəyyən edilib və müvafiq sənədləşmə işinin aparılmasına başlanılıb. Novruz bayramı günlərində isə 60 mənzilə dair müvafiq sənədlər və mənzillərin açarları sahiblərinə təqdim edilib. Sənədləşmə işi hazırda davam edir.

Rafael Cəbrayılov telefon nömrəsini satışa çıxardıMilli Məclisin sabiq deputatı Rafael Cəbrayılov “211”lə başlayan “Azercell” nömrəsini (050 211 84 20) satışa çıxarıb.

Avrasiya.net Pravda.az-a istinadən xəbər verir ki, nömrənin qiyməti 9 000 manatdır.

Qeyd edək ki, Rafael Cəbrayılov 2019-cu ilin sentyabr ayında 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayıldıqdan sonra Milli Məclisin deputatı mandatından imtina edib.

R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. Onun toplam olaraq 1 milyon 550 min dollar borcu var:

Məlahət Qurbanova - 580 000 dollar

Xatirə Nəcəfova - 200 000 dollar

Yusif Orucov - 200 000 dollar

Aynur Kazımova - 100 000 dollar

Şəfa Məmmədova - 80 000 dollar,

Bəşir Məmmədov - 60 000 dollar

Allahverdi Səfərəliyev - 30 000 dollar.

Hazırda işə məhkəmədə baxılmaqdadır
4 yol qəzası oldu: 5 ölü, 4 yaralıMart ayının 20-dən 22-dək daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.