"Pioner" jurnalıRuslan Nəsirovun əziz xatirəsinə…

Məktəb illərinin sevimli jurnalı: “Pioner”. Düşünürəm ki, bu ad sovetlər dönəmini yaşayan hər kəsin yaddaşına ən xoş xatirələrlə həkk olunub. Çünki bu jurnal orta məktəbə qədəm qoyduğumuz ilk anlardan bizə ölkəmizin ucqar rayonlarından neçə-neçə dost qazandırmaqla gələcək həyatımıza məna qatırdı.
Hər bir məktəb şagirdi üçün “Pioner” jurnalı əlaqə vasitəsi idi.. Bəlkə də bir çoxları bu mövzuya müraciət etməyimi totalitar sovet rejimini təbliğ etmək kimi qəbul edib məni qınayacaq da . Amma bu hisslərdən tam uzaq olaraq o dövrə ekskurs etməyimin kökündə kövrək və həssas duyğularım dayanır. Orta məktəbi yaxşı oxuyan şagirdlərdən biri idim. Rəssamlığa böyük həvəsim var idi, rəsmlər şəkirdim, çəkdiyim rəsimləri sözü gedən jurnala göndərirdim və orada dərc edirdilər. Bir dəfə hətta o rəsmlərdən birini jurnalın üz qabığında dərc etmişdilər. O günü indi də unuda bilmirəm, uşaqlığımın xoş xatirəsi kimi xatırlayıram. Rəsimin altından adımı, soyadımı, yaşadığım rayonun və oxuduğum məktəbin adını qeyd etmişdilər. Bu rəsmlərə görə müxtəlif şəhər və rayonlardan olan pionerlərdən məktublar alırdım, onlara cavab yazırdım, beləcə, bi çox yaşıdlarımla dost olurdum.

Bir dəfə jurnalın bir nömrəsində gənc istedad Ruslan Nəsirovun aktyorluq qabiliyyəti haqda yazı dərc edilmişdi.

Mən Ruslanı “Nar ağacının nağılı” filmindən tanıyırdım. Ona görə də qərar aldım ki, ona məktub yazım. Çox keçmədən Ruslandan aldığım cavab məktubu bizim gələcək dostluğumuzun təməlini qoydu. Bu dostluğumuz qısa zaman ərzində məni də səhnə yaradıcılığı istiqamətinə yönləndirdi. “Pioner” jurnalından başlanan dostluğumuz artıq rayonumuzun dram dərnəyinin qapılarını üzümə açmışdı. Elə həmin illərdən başlayaraq məktəbin və rayonun təşkil etdiyi tədbirlərdə fəal iştirak edirdim. Balabəy Balabəyovun qurluşunda müxtəlif xırda səhnəciklər hazırlayır, aktyorluq və rejissorluq sənətinin sirrlərini öyrənməyə nail olurdum. Beləliklə, bu yol məni universitetə, oradanda Gənclər Teatrına gətirdi. Orta və ali təhsil ocağında aldığım təhsili Gənclər Teatrında praktik təcrübədən keçirtdikdən sonra, yaradıcı fəaliyyətimi AzTv-də davam etdirməyə başladım. Orada məhşur aktyorlarla işləmək, onlarala ünsüyyətdə olmaq yaradıcılığımın geniş vüsət almasında xüsusi rol oynadı. “Pioner “ jurnalından başlanan yaradıcılıq yolum artıq Azərbaycan Televiziyasının böyük studiyalarında, montaj və dublyaj otaqlarında davam edirdi.

Gərgin iş günlərimizdən biri idi. Tələbə yoldaşım, kino-dublyajın rejissoru Niyazı ilə dəhlizdə söhbət edirdik. Birdən bir gənc oğlan bizə əl verib görüşdü. Doğrusu, mən o gənc oğlana bir elə də fikir vermədim. Niyazı məndən soruşdu ki, bu cavan oğlanı tanıdın? Ruslandı…Təbii ki, “Yox!” deyə cavab verdim. Sonra necə oldusa, qəfildən “Pioner” jurnalı vasitəsi ilə tanış olub uzun illər məktublaşdığım Ruslanın siması gözümün önündə canlandı .Dərhal “Nəsirov!” deyə səsləndim. Artıq o, getmişdi.

Sonralar Ruslanı ara-sıra görüb salamlaşırdıq, amma nə sirdirsə,heç vaxt ona:Mən səninlə məktublaşan Dəvəçili Ceyhun Cümşüdovam, – deyə tanışlıq vermədim.
Hərdəfə fikirləşirdim ki, bunu gələn dəfə, münasib bir vaxtda ona deyərəm. Fikirləşirdim ki, şirkətin həyətindəki kafedə oturub həm çörək yeyərik, həm də bu haqda ona danışaram. Bu minvalla günü günə satdım, ay ayı, il ili əvəz elədi, iş-güc, həyat başımı elə qatdı, heç cür o “münasib vaxtı” tapa bilmədim. Günlərin bir günü Ruslan Nəsirovun ağır xəstə olduğunu və bu səbəbdən dünyasını dəyişdiyini eşitdim.

Bu xəbər məni çox sarsıtdı. Bu üzücü xəbərin təsirindən yerə-göyə sığmırdım. Qəribə idi, heç vaxt birbaşa təmasda olmadığım, şəxsən yoldaşlıq eləmədiyim, amma xəyallarımda hər zaman görüş planı qurduğum bir insanı itirmək niyə mənə bu qədər təsir eləmiçdi? Elə bil çox yaxın, əziz bir insanı itirmişdim. Hətta evdə bir küncə çəkilib hönkür-hönkür ağladım, amma yenə də heç cür təskinlik tapa bilmirdim. Adətən insan hansısa doğmasını itirərkən yaxınları ona təsəlli verirlər, mənim isə heç təsəlli verənim də yox idi. Çünki heç vaxt heç kimə deməmişdim ki, Ruslan mənim qiyabi dostumdu.

O vaxt, o əlçatmaz uşaqlıq illərində Ruslan məktublarının birində yazır: “Əziz dostum Ceyhun! Sən Bakıya gələndə bizə gəl! Mən səni tanınmış rejissor və aktyorlarla tanış edərəm, səni məktəbmizə apararam, dostlarımla tanış olarsan”.

Mən də onu rayonmuza qonaq çağırmışdım və məktəbimizdə fəaliyət göstərən radio qovşağına qonağ qismində dəvət etmişdim Dəvəçinin gözəl təbiətindən, meşələrindən, qədim Çıraq qalasından, dənizindən bəhs etmişdim. İndi bütün bunları xatırladıqca gözlərim dolur, uşaqlıq ilırinin şirin xatirəsi ürəyimdə qövr eləyir. Amma…

Amma hələ də özümü bağışlaya bilmirəm ki, niyə mən zamanında ona yaxınlaşmadım, niyə tanışlıq vermədim, niyə bunu hər dəfə sonraya – o lənətə gəlmiş naməlum münasib vaxta saxladım. Bilmirəm, bəlkə də qismət belə imiş bəlkə də mən onunla əyani olaraq dost olsaydım onun ölümü mənə daha çox təsir eləyərdi. Bilmirəm, bəlkə də…

Bəlkələr çoxdu. Bircə təsəllim var ki, nə vaxtsa o dünyada mütləq onunla görüşəcəyəm və bu dəfə mütləq anındaca tanışlıq verib onun gözlərindən öpəcək, qucaqlayıb bağrıma basacağam.
İndi isə əlimdən yalnız bir iş gəlir: ürək ağrısıyla xatirələrə dalmaq və dua etmək: “Məkanın cənnət olsun! Allah sənə qəni-qəni rəhmət eləsin, əziz pioner dostum!”


Ceyhun Şüküroğlu
Dəniz quldurları İraq gəmisini qaçırdıİraq gəmisi İranın ərazi sularında qaçırılıb.

“Mavasin News” portalı xəbər verir ki, dəniz quldurları iraqlı sahibkardan gəmini və gəmi heyətini buraxmaq üçün 80 min dollar tələb edib.

Gəmi və heyətinin hazırda harada olduğu məlum deyil.

Gəminin sahibi dəniz quldurlarının səs yazısını İraqın Bəsrə vilayətinin deputatı Kazem Hamamiyə təqdim edib. Deputat səs yazısını Bəhreyndə yerləşən Fövqəladə Hallarda Qarşılıqlı Yardım üzrə Mərkəzə və İraqın müvafiq dövlət strukturlarına təqdim edəcəyini bildirib.(modern)
İlk dəfə bütöv Azərbaycan Novruz bayramını qeyd edirAzTV-də Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş proqram nümayiş olunacaq.

Azərbaycan Televiziyasının Novruz bayramı proqramları davam edir.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, növbəti bayram proqramı “Xarıbülbül” adlanır.

“SS production”la birgə hazırlanmış layihənin dəstəkçisi Beynəlxalq Muğam Mərkəzidir.
Proqram uzun illər sonra bütöv Azərbaycanın Novruzu qeyd etməsinə, şanlı qələbəni xalqa bəxş edənlərə həsr olunub.

Milli musiqinin müasir təqdimatı üzərində qurulan proqramın aparıcıları Naid Şadxan və Gülay Hüseynovadır.

“Xarıbülbül” martın 21-i saat 22:00-da AzTV-də yayımlanacaq.
[media=https://m.youtube.com/watch?time_continue=12&v=IOh0RWZvT34&feature=emb_title]
Ermənilər Azərbaycan liderinin məntiqinin qarşısında acizdirlərPrezidentin Şuşadan xalqa etdiyi müraciət də, məşhur Cıdır düzündə Novruz tonqalının yandırılması da böyük tarixi hadisədir. Bəli, biz bu iki mühüm hadisəyə böyük anlamda Zaman və Məkan kontekstindən yanaşmalıyıq.

Dövlət başçısının Şuşadan xalqa etdiyi bu müraciəti onun əvvəlki müraciətlərinin, xüsusən də 44 günlük müharibə dönəmində xalqa etdiyi müraciətlərin məntiqi davamı və yekunu idi. Bu müraciət həm mənfur işğalçı qonşumuzun – Ermənistanın hərbi-siyasi rəhbərliyinə, revanşist müxalifətinə, həm də Ermənistanı müdafiə edən beynəlxalq güclərə açıq və net ismarıclarla diqqəti cəlb edir.

İlham Əliyev sözügedən müraciətində Şuşanın tarixən hansı xalqa, hansı ölkəyə məxsusluğu məsələsinə yenə də tarixin öz məntiqindən və həqiqətlərindən çıxış edərək növbəti dəfə aydınlıq gətirdi: "Əgər bu, erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Əgər erməni şəhəridirsə, niyə belə bərbad günə qoyublar? Niyə talayıblar Şuşanı, niyə 28 il ərzində bərpa etməyiblər? Çünki ermənilərin tarixi yoxdur burada. Şuşa bizim qədim şəhərimizdir. Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub”. Azərbaycan Prezidentinin bu cür dəmir məntiqinin, təkzibolunmaz müddəasının qarşılığında erməni tərəfinin ortaya çıxara biləcəyi, qarşıya qoyacağı birdənə də olsun tutarlı əks-arqumenti, mübahisəolunmaz faktı yoxdur. Necə deyərlər, erməni məntiqi Azərbaycan liderinin məntiqinin qarşısında acizdir.

Dövlət başçımız öz müraciətində indiyə qədər düşmən ölkənin KİV-ləri və təbliğat maşını tərəfindən mifləşdirilən, şişirdilən “erməni xeyriyyəçiliyi”nin, erməni yardım fondlarının və xeyriyyə marafonlarının, kampaniyalarının nə işğal dönəmində, nədəki İkinci Qarabağ müharibəsi zamanı Ermənistanı xilas edə bilmədiyini xüsusi olaraq vurğuladı: “Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib. Bəli, evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır. Ancaq sovet vaxtından qalan o "xruşşovkalarda” məskunlaşmış 2 minə yaxın erməni yaşayırdı, onların da böyük hissəsi hərbçilər idi, onların ailələri idi. Bəs, hanı bunların xeyriyyəçiləri? Deyirdilər ki, xeyriyyəçilər bunu etdilər, onu etdilər, ora pul verdilər, bura pul verdilər. Hər il marafonlar keçirirdilər, on milyonlarla dollar pul yığırdılar. İndi bilinir ki, o pullar keçmiş rəhbərliyin cibinə gedirdi. Mən azad edilmiş torpaqlara dəfələrlə gəlmişəm. Burada olan səfalət bəlkə də dünyanın heç bir yerində yoxdur. Bəs, nə ediblər onlar? Hamısı yalan idi, saxta idi, tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər”.

Azərbaycan Prezidenti Şuşa müraciətində bu fikirləri səsləndirməklə gecə-gündüz “feyk xəbər” üyüdən, dünya ictimaiyyətini cürbəcür dezinformasiyalarla aldatmağa çalışan məkrli erməni təbliğat maşınını da ifşa etmiş oldu. Ermənilərin tarixi necə saxtalaşdırmaq işində usta olduqlarını qeyd etməklə, Azərbaycan Prezidenti həm də dünya tarixçilərinə SOS siqnalı verdi. Bu siqnalın kökündə “tarixi həqiqətləri erməni saxtakarlardan qoruyun!” çağırışı dayanır.

Yeri gəlmişkən, ABŞ-ın nüfuzlu “Washington Post” qəzetinin Azərbaycan Prezidentinin Novruz bayramını 2020-ci ilin noyabr ayında erməni işğalından azad olunmuş, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində qeyd etdiyi haqqında məqalə dərc etməsi və həmin məqalədə İlham Əliyevin bu il Novruz bayramını məhz Şuşada təntənəli tonqal yandırmasını ayrıca vurğulaması da ermənilərə vurulan ağır psixoloji zərbədir. Göründüyü kimi dünya KİV-lərinin erməni arzularının, erməni xülyalarının iflasa uğramasını qabarıq şəkildə vurğulaması həm də Şuşanın Azərbaycana məxsusluğunun təsdiqidir. Dünya mediasının bu hadisəyə xüsusi diqqət göstərməsi əlbəttə ki, erməni siyasi elitasını və erməni cəmiyyətinin revanşist-millətçi-daşnak kəsimini qıcıqlandırmaya bilməz.

Prezidentin 28 illik aradan, ayrılıqdan, həsrətdən sonra ilk Novruz Bayramını məhz Şuşada qeyd etməsinin, tarixi Cıdır düzündə tonqal qalamasının həm də rəmzi mənası, mənəvi-psixoloji izahları, çalarları, yozumları var. Türk dünyasının, müsəlman aləminin mədəni mərkəzlərindən biri sayılan Şuşada bayram tonqalının alovlanması dünya mediasının diqqətini çəkdiyi qədər, şovinist və terrorçu erməni toplumunun da cızdağını çıxarır. İşğalçılar bu tonqalın alovunun yandırıcı istisini bilavasitə öz canlarında hiss etdilər. Bu tonqal onları həm məyus etdi, həm də dərin narahatlıq hissi keçirmələrinə səbəb oldu. Başqa sözlə desək, bu tonqal ermənilərin canını, ruhunu yandırdı və onların yeni işğalçılıq planlarının üzərindən birdəfəlik xət çəkdi. Cıdır düzündə qalanan tonqal “Böyük Ermənistan” nağılını da yandırıb külə döndərdi. Bu hadisə erməni miflərinə, uydurmalarına son nöqtəni qoydu. Erməni tarixinin miflər dövrü bitdi. Artıq bundan sonra saxtakar qonşularımız tarixi saxtalaşdıra bilməyəcəklər. Odur ki, indi Ermənistan cəmiyyəti 44 günlük müharibənin nəticələri ilə barışmalı və öz tarixinin yeni səhifəsini açmalıdır. Artıq hər bir erməni başa düşməlidir ki, “Artsax” mifi həmişəlik bitdi. Bundan sonra Şuşada həmişə azərbaycanlı ruhu hakim olacaq, Cıdır düzündə Novruz tonqalı alovlanacaq!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Bu gün virusdan 12 nəfər ölübAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 814 yeni yoluxma faktı qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir.

Ölkədə son sutka ərzində 8 386, hazırkı dövrədək isə 2 776 535 test aparılıb.
Koronaya yoluxan yazıçı vəfat etdiYazıçı Azər Abdulla COVID-19-dan dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a açıqlamasında onun oğlu, yazıçı Alpay Azər məlumat verib.

O bildirib ki, atası ötən gün vəfat edib:

“Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik”.

Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.

Allah rəhmət eləsin!
Xamneyi xalqa müraciət etdiİranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi yeni il münasibətilə xalqa müraciət üdib.

Avrasiya.net xəbər verir ki, Ali Rəhbər 1399-cu ilin İran üçün çətin olduğunu, lakin 1400-cu ilə uğurla qədəm qoyduğunu bildirib. (hicri-qəməri tarixi ilə) O nəzərə çatdırıb ki, ötən il koronovirus pandemiyası iqtisadiyyata və ictimai həyata ağır zərbələr vurdu. Buna baxmayaraq, İran xalqı bu gözəgörünməz düşmən ilə layiqli mübarizə apardı. Bu gün yoluxma və ölüm hallarının kifayət qədər azalması İranın fədakar həkimlərinin əsas xidmətlərindən biridir.

Ali Rəhbər hökumətin işinə tənqidi yanaşaraq bildirib ki, ötən il iqtisadi inkişaf üçün istehsalda sıçrayış edilməsi nəzərdə tutulmuş, bunun üçün proqram hazırlanmışdır. Lakin bu proqramın yalnız 40 faizi həyata keçirildi. İrana qarşı tətbiq edilən ədalətsiz sanksiyaların nəticələrini aradan qaldırmaq məqsədilə reallaşdırılacaq “İstehsalda sıçrayış” proqramı əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmalı idi. Lakin proqramın tam potensialı ilə həyata keçirilməməsi iqtisadi problemlərin meydana çıxmasına səbəb oldu.

Ali Rəhbər cari ildə “İstehsalda sıçrayış” proqramına dəstək verilməsinin zəruri olduğunu qeyd etdi.

Ali Rəhbər koronovirusdan ölənlərin və şəhidlərin ailələrinə başsağlığı verdi, İran xalqına sülh və əmin- amanlıq dilədi.

Prezident Həsən Ruhani də yeni il münasibəti ilə xalqa müraciət edib. O bildirib ki, İran xalqı iqtisadi sanksiyalara sinə gərərək çətinliklərin öhdəsindən gəlib. Məhz xalqın iradəsi düşmənlərin məğlubiyyətinə səbəb olub. Prezident onu da qeyd edib ki, BMT-nin Haaqa ədalət məhkəməsi İranın lehinə qərar çıxararaq ABŞ-da sanksiyaların aradan qaldırılmasını tələb edib. Onun fikrincə 1400-cü il İran xalqı üçün uğurlu olacaq.
Niderlandda Novruz bayramı və 31 mart soyqırımı ilə bağlı poçt markaları buraxılıbNiderland Krallığında fəaliyyət göstərən diaspora təşkilatları ayrı–ayrılıqda müxtəlif səpkili tədbirlər keçirməklə bərabər, onları birləşdirən Azərbaycan diaspora təşkilatının Koordinasiya Şurası tərəfindən təşkil olunan tədbirlərdə də birgə iştirak məsələlərinə diqqətlə yanaşır və bu istiqamətdə görülən bütün işlərdə, digər cəmiyyətlərlə birlikdə səylərini ortaya qoyurlar.

Azərbaycan diasporasının Niderland Krallığnda yerləşən Koordinasiya Şurası bu yaxınlarda keçirilən tədbirdə bu ilin fevral ayından başlayaraq, bir il müddətində Azərbaycanla bağlı olan, eləcə də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən müxtəlif səpkili poçt markalaının çap edilərək cəmiyyətə təqdim olunmasını qərara alıb.

Azərbaycan diasporasının Niderland Krallığnda yerləşən Koordinasiya Şurasının üzvü olan Azərbaycan Niderland Odlar Yurdu cəmiyyətindən Avrasiya.net-ə verilən xəbərə görə, fevral ayında Xocalı faciəsini özündə əks etdirən marka Koordinasiya Şurası tərəfindən artıq sifariş edilib. Mart ayında da çap olunmuş poçt markalarının üzərində Novruz Bayramını və 31 mart soyqırımını özündə əks etdirən materiallar yerləşdirilib. Aprel, may və ardıcıllıqla gələn aylarda da Azərbaycanı əks etdirən markalar çap olunacaq.