Bayden təyyarəyə qalxarkən yıxıldı - VİDEOABŞ Prezidenti Co Bayden cümə günü Corciya ştatına uçmazdan əvvəl xidməti təyyarəsinin nərdivanına qalxarkən iki dəfə büdrəyib.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ-ın yerli telekanalları məlumat yayıb.

Qeyd edək ki, 78 yaşlı ABŞ lideri Ağ Evdən Merilend ştatındakı Endryus hərbi bazasına helikopterlə gəlib. Bayden nərdivanla sürətlə qalxarkən büdrəyib.

Buna baxmayaraq, ABŞ prezidenti özünü toparlayaraq hava bazasında olan hərbçilərə salam verib.

Xatırladaq ki, 1975-ci ildə ABŞ-ın 38-ci Prezidenti Gerald Ford yağışlı havada təyyarənin nərdivanından enərkən büdrəyib.


Masallıda 11 yaşlı qız hamamda ölü tapıldıMasallı rayonunda bədbəxt hadisə baş verib.

Hadisə Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib.

Belə ki, 2010-cu il təvəllüdlü qəsəbə sakini Zəhra Tofiq qızı Məmmədovanın cansız bədəni hamam otağında aşkar edilib.

Onun yıxılaraq travma aldığı və bu səbəbdən dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır (report).
Peşə liseyinin rəhbər şəxsləri məsuliyyətə cəlb edildiÖlkəmizdə təhsil sahəsində aparılan islahatlar və inkişaf proqramlarına kölgə salan vəzifəli şəxslərin əmək vəzifələrini pozması kimi amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilməkdədir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Avrasiya.net-ə bildirilib ki, Tovuz Peşə Liseyinin fəaliyyəti ilə bağlı barədə daxil olan çoxsaylı şikayətlər əsasında 2021-ci ilin fevral ayında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəssisədə əsaslı monitorinq həyata keçirilib.

Alınmış izahatlardan, o cümlədən iş üzrə digər sübutlara baxılaraq müəssisə rəhbərliyinin istehsalat tədris proqram sənədlərinin tərtibi, tədris işlərinin planlaşdırılması və uçotu, metodik işlərin təşkil edilməsi, liseyin tədris-istehsalat fəaliyyətinə dair hesabat və uçot işlərinin həyata keçirilməsi, tələbələrə təqaüdlərin ödənilməsi, dövlət əmlakının idarə edilməsi və səmərəli istifadə olunması ilə bağlı normativ hüquqi aktların tələblərini pozaraq dövlət büdcəsinə və əmlakına zərər vurduğu, bununla da əmək vəzifələrini kobud şəkildə pozduqları müəyyən edilib.

Qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus təqaüd kartları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək qeydiyyata alınmışdır.

Yoxlamanın yekun nəticəsi olaraq, 16 mart tarixindən Tovuz Peşə Liseyinin bir sıra rəhbər şəxsləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və iş üzrə toplanmış faktlar araşdırılması üçün müvafiq olaraq hüquq-mühafizə orqanlarına təqdim edilib.

Hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyinin təqdimatı əsasında digər 3 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri barəsinə prokurorluq orqanlarına cinayət-istintaq işi aparılır.
Mətbuat Şurasına yeni üzvlər qəbul edildiBu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

MŞ-dan Avrasiya.net-ə verilən xəbərə görə, iclasın gündəliyindəki məsələlər barədə məlumat verən Ə. Amaşov bildirib ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə media islahatlarına start verilib.

Onun sözlərinə görə, dövlət başçısı 12 yanvar 2021-ci il tarixdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb və sənədə əsasən Medianın İnkişafı Agentliyi yaradılıb.

MŞ sədri gündəlikdə dayanan ikinci məsələnin işğaldan azad edilmiş torpaqlarımızdakı erməni vandalizminin izlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində medianın oynadığı rolun müzakirəsinin olduğunu vurğulayıb: "Düşmən tapdağından xilas olmuş bölgələrimizə istər yerli, istərsə də xarici medianın axını müşahidə edilməkdədir. Bu, son dərəcə vacib amildir. Bu günlərdə Prezident Administrasiyasının təşkilatçılığı ilə media və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət geniş heyətin Ağdama səfəri təşkil olundu. Sizlər də həmin səfərdə iştirak etdiniz. Səfər hər birimizdə kifayət qədər geniş təəssürat yaratdı. Bu barədə maraqlı yazılar da oxuduq. Diqqət yetirməli olduğumuz məsələ işğaldan azad edilmiş bölgələrimizdə media aktivliyinin daha geniş miqyasda təmin edilməsi ilə bağlıdır. Mən burada dörd saatdan artıq davam edən tarixi mətbuat konfransını vurğulamaya bilmərəm. Cənab Prezident bu mətbuat konfransında suallara geniş və məzmunlu cavabları ilə sübut etdi ki, Azərbaycan hərbi yolla Qarabağa yiyələndiyi kimi, əməli fəaliyyət müstəvisində də ona sahib çıxacaq. Bu, dünya mediasına kifayət qədər ciddi mesaj idi. İstərdim ki, sizlər də həm bununla əlaqədar, həm də Qarabağda media aktivliyinin artırılmasına dair fikirlərinizi bölüşəsiniz”.

MŞ sədri iclasın gündəliyində dayanan üçüncü məsələnin Şuraya yeni üzvlərin qəbulunun olduğunu deyib. O bildirib ki, üzvlük üçün müraciət edən media qurumlarının sayı 50-yə yaxındır. Katiblik 10-nun üzərində dayanıb.

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, jurnalist təşkilatları medianın görünən üzüdür, onların mövcud sahədəki hadisə və proseslərə reaksiyalarını optimallaşdırmaq üçün dövlət tərəfindən bu qurumların fəaliyyətinə həssas yanaşılması zəruridir.

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mediada reklam işinin qanuni mexanizmlərinin olmasının zəruriliyi üzərində dayanıb. O bildirib ki, vaxtilə təcrübəsi Mətbuat Şurası tərəfindən öyrənilmiş Türkiyənin Basın Elan Kurumunun mexanizmlərinin ölkəmizdə də tətbiqinə ehtiyac var.

MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redakotoru Aydın Quliyev istər peşəkarlıq meyarları, istərsə də Azərbaycan dilinin normalarının qorunması baxımından çap mediasının saxlanılmasının vacibliyindən söz açıb.

“Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı məsuliyyət çap mediasının üzərindədir”, - deyən MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, əvvəllər bir adamın beş-altı qəzeti olurdusa, hazırda bir adamın beş-altı, bəzən daha çox saytı var və mövcud durum kifayət qədər ciddi problemlər yaradır. İslahatlar ilk növbədə məhz bu mənfi tendensiyanın qarşısının alınmasına yönəlməlidir.

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu önəmlidir.

Mövzunu davam etdirən MŞ İdarə Heyətinin üzvü, “Cümhuriyyət” qəzetinin və “Cebhe.info” saytının baş redaktoru Rafail Becanov jurnalistlərin işğaldan azad edilmiş bölgələrə səfərlərinin mütəmadi xarakter daşımasının faydalı tərəflərindən söz açıb. Baş redaktor eyni zamanda qanunvericiliyin media fəaliyyətinin sərhədlərini və göstəricilərini dəqiq müəyyənləşdirməsinin əhəmiyyətini qabardıb.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli iclasda müzakirə edilən birinci məsələyə dair fikrini bölüşüb. O deyib ki, medianın yaşadılması üçün təməllər olmalıdır.

İclasda qərara alınıb ki, İdarə Heyətinin üzvləri özlərinin təkliflərini yazılı şəkildə MŞ-nin katibliyinə təqdim etsinlər, onların əsasında da vahid təkliflər planı hazırlansın.

MŞ-yə yeni üzvlərin qəbulu məsələsində müzakirəyə çıxarılan 50-yə müraciətdən ilkin mərhələdə 10-nun üzərində dayanmaq məqbul sayılıb. “Nedelya” qəzetinin, “Avtosfer.az” saytının, “Mir literaturı” qəzetinin, “Dialoq.info” saytının, “Aran” qəzetinin, “Ens.az” saytının, “Azərbaycanım” beynəlxalq jurnalının, “Redaktor.az” saytının, Poliqon İnformasiya Agentliyi (pia.az) və “Rubrika.az” saytının Şuraya üzvlüyə qəbuluna dair qərar verilib.

Cari məsələlərlə bağlı müzakirədə son zamanlar mediada və sosial şəbəkələrdə intihar xəbərlərinin artmasından narahatlıq ifadə edilib. MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şura müxtəlif illərdə bununla əlaqədar KİV-lərə müraciətlər ünvanlayıb, məsələyə həssaslıq göstərilməsi ilə bağlı tövsiyələr verib, indi də eyni fəaliyyət davam etdirilməkdədir: “Əslində medianın intihar hadisələrini işıqlandırmaması kimi bir qadağa yolverilməzdir. Sadəcə burada ictimai motiv olmalıdır. Əgər belə bir motiv yoxdursa, KİV-in peşəkarlığı odur ki, o mövzuya toxunmasın. Təəssüf ki, bir çox hallarda sosial şəbəkələrdə yayılmış hansısa intihar səhnəsi də KİV üçün materiala çevrilir. Məsələyə müvafiq dövlət qurumları da həssas yanaşmalıdırlar. Bir daha deyim, intiharlarda ictimai motiv yükü varsa, yalnız o zaman onun informasiya dəyəri olur”.

Cari məsələlərlə bağlı eyni zamanda MŞ İdarə Heyətinin üzvlərinin müharibədə döyüşmüş jurnalistlərlə görüşünün təşkili, Azərbaycan mediasının 44 günlük Vətən Müharibəsində iştirakı ilə bağlı toplunun hazırlanması, habelə Vətən Müharibəsi ilə bağlı müsabiqənin təşkili məsələləri nəzərdən keçirilib.
Ordumuz ermənilərə 15 meyit verdiAzərbaycan tərəfi 15 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

Avrasiya.net əbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, meyit qalıqları Füzuli rayonunda tapılıb. Meyit qalıqlarının verilməsi prosesi Qırmızı Bazar yaşayış məntəqəsində baş tutub.
Yoluxmaların sayı artmaqdadır, müəyyən narahatlıqlar var. Britaniya ştamının ölkəmizdə aşkar olunması da bu narahatlığı artırır.

Avrasiya.net xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəmizdə pandemiya dövrü ərzində səhiyyə imkanları artırılıb: "13 modul tipli xəstəxana açılaraq, xəstəxanalar dərman və tibbi ləvazimatlarla təmin edilib. Paralel olaraq vaksinasiya aparılmaqdadır. Xəstəxanalarımızda 10 000 çarpayı yerindən 6000-nin dolu olduğunu nəzərə alaraq, hazırda ciddi məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yoxdur. Lakin yoluxma sayı artmağa davam edərsə, qaydalar sərtləşdirilə bilər".

Şahmar Mövsümov bildirib ki, 500 000-dən çox vətəndaş bu günədək peyvənd olunub: "Növbəti həftədən başlayaraq 40-yaşdan yuxarı şəxslərin peyvənd olunmasına başlanılacaq. Hamını prosesdə fəal olmağa çağırıram. Vaksinasiyanın yoluxmaların daha çox olduğu şəhərlərdə aparılmasına önəm veriləcəkdir".
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi və artıq elan olunan qərara görə, karantin rejimi 1 iyun tarixinə qədər uzadılıb.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Müslümov deyib.

O bildirib ki, hazırda çarpayı yeri kifayət qədər olduğu üçün ciddi məhdudiyyətlərə gedilməməsi haqda qərar verilib:

"Bayram günləri üçün yeganə məhdudiyyət ictimai nəqliyyatın işləməməsidir. Yəni 20-28 mart tarixlərində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Bundan başqa heç bir əlavə məhdudiyyət tətbiq edilməyib".

Ş.Mövsümov onu da əlavə edib ki, qarşıdakı günlərdə yoluxma çoxalarsa və çarpayı sayında azalma müşahidə edilərsə, onda məhdudiyyət tətbiqi vacib olacaq:

"Yoluxmaların sayı artmaqdadır, müəyyən narahatlıqlar var. Britaniya ştammının ölkəmizdə aşkar olunması da bu narahatlığı artırır.

Ölkəmizdə pandemiya dövrü ərzində səhiyyə imkanları artırılıb. 13 modul tipli xəstəxana açılaraq, xəstəxanalar dərman və tibbi ləvazimatlarla təmin edilib. Paralel olaraq vaksinasiya aparılmaqdadır. Xəstəxanalarımızda 10 000 çarpayı yerindən 6000-nin dolu olduğunu nəzərə alaraq, hazırda ciddi məhdudiyyətlərin tətbiq olunmasına ehtiyac yoxdur. Lakin yoluxma sayı artmağa davam edərsə, qaydalar sərtləşdirilə bilər".

Şahmar Mövsümov bildirib ki, 500 000-dən çox vətəndaş bu günədək peyvənd olunub:

“Növbəti həftədən başlayaraq 40 yaşdan yuxarı şəxslərin peyvənd olunmasına başlanılacaq. Hamını prosesdə fəal olmağa çağırıram. Vaksinasiyanın yoluxmaların daha çox olduğu şəhərlərdə aparılmasına önəm veriləcəkdir”.
Karantin rejimi iyunun 1-nə kimi UZADILDINazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərarı imzalanıb.

Avrasiya.net-in məlumatına görə, Qərarda deyilir:

“Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”.


Qərara əsasən, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:


2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;

10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;

17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;

24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;

1 may saat 00:00-dan 3 may saat 06:00-dək;

8 may saat 00:00-dan 10 may saat 06:00-dək;

15 may saat 00:00-dan 17 may saat 06:00-dək;

22 may saat 00:00-dan 24 may saat 06:00-dək;

29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Türkiyədə pendir fabrikində partlayış olub, 50 nəfər yaralanıbTürkiyənin Ədirnə şəhərinin Keşan rayonunda pendir fabrikində ammonyak tankerinin partlaması nəticəsində 50 fəhlə yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, partlayışa qaz sizması səbəb olub.

Məlumata görə, tankerdən sızan qaz qısa müddətdə fabrikə yayılıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alan fəhlələrin durumunun ağır olmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.


“Bu gün mənim doğum günümdür. Ömrümün 41-ci baharıdır. Dostlarım, doğmalarım, yaxınlarım məni təbrik edir. Buna görə sağ olsunlar”.

Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezident Cəlal Qurbanov bildirib.

“Amma mən 41 illik ömrümün 30 ilini Vətənim Şuşasız, Cıdır düzüsüz, Qarabağsız keçirmişəm və yalnız indi öz arzularıma çatmışam, torpaq həsrətindən xilas olmuşam. Bütün bunlar isə qəhraman şəhidlərimizin canı, qanı bahasına başa gəlib. Bəs mən necə doğum günü keçirə bilərəm?

Əslində, ürəyində həqiqi Vətən sevgisi ilə yaşayan insanların hər biri bu yurdun təsadüfən sağ qalmış şəhidləridir. Ürəyi döyünən, nəfəs alıb-verən, yeriyən, oturub-duran, qəbri açıq qalmış şəhid. İnanın səmimiyyətimə, 44 günlük Vətən müharibəsindən sonra ürəyim sanki şəhidlərimiz üçün döyünür, sanki şəhidlərimiz üçün nəfəs alıb-verirəm, sanki onlar üçün yeriyir, onlar üçün gedib-gəlir, onlar üçün oturub-dururam. Yeni il, Novruz bayramımı şəhidlərimizə həsr etmişəm, doğum günümü də onların müqəddəs ruhuna bağışlayıram.

Bu vətəndə xoşbəxt yaşamağa ən çox şəhid övladları, şəhid ailələri, eləcə də qazilərimiz layiqdir. Çünki mən onların hansı hisslər keçirdiyini çox yaxşı anlayıram. Mənim 41 yaşım olsa da, axşamlar evə bir az gec gələn kimi anam, atam narahat olur, zəng edir, ailə üzvlərim, övladlarım həyacan keçirir, zəng edir. Bir anlıq təsəvvür edirəm ki, ilahi, balasına bir ömür zəng çatmayan, balası bir ömür geri dönməyən analar, atalar nələr çəkir, hansı hisslər keçirir. Bir ömür geri dönməyən, telefonuna bir ömür zəng çatmayan ataların övladları, xanımları nələr çəkir, hansı hisslər keçirir, mən bunu ürək ağrısı ilə anlayır, dərk edirəm.

Bəs o şəhid ataları, şəhid anaları, şəhid balaları, şəhid xanımlarına bir az da olsa təsəlli verən, onları ayaqda tutan, başlarını dik saxlayan nədir, hansı hissdir? Əlbəttə, şəhid adı və bu adın onlara ötürdüyü enerji. Dövlətimizin, Ali Baş Komandanımızın, vətənpərvər insanlarımızın şəhid adına sayğısı, onların ruhu qarşısında dərin hörmət və ehtiramı.

Biz yaxşı bir şeir yazanda, dünyaya sağlam bir övlad gətirəndə, vətəndaş olaraq üzərimizə düşən öhdəliyi ləyaqətlə yerinə yetirəndə arxayın hisslər keçirir, xoş duyğular yaşayırıq. Bu çox təbii və insani bir haldır. Hərdən düşünürəm ki, Ali Baş Komandanın əmrinə hər an hazır olub, ölümün üzərinə gülə-gülə, qorxmadan gedən, canından keçən şəhidlərimizin ata-anaları, övladları, xanımları qolundan, əlindən, ayağından, gözündən keçən və bu boyda zəfərə müəlliflik edən qazilərimiz, Ali Baş Komandanımız hansı xoş hissləri, hansı xoş duyğuları keçirir. Bax, bu hisslər, bu duyğulardır şəhid analarını, şəhid balalarını, şəhid xanımlarını yaşadan, onları alnı açıq, üzü ağ, başı dik və ayaq üstə saxlayan. Bəli, məhz şəhidlərimiz, qazilərimizdir bu Vətənin, bu torpağın, bu zəfərin müəllifləri.

Onlar canından keçdi, əlindən, qolundan, ayağından, gözündən keçdi, mən isə doğum günümdən keçirəm və öz ad günümü çiçək dəstəsitək bu şəkildəki məğrur, başı dik duruşumun müəllifi olan şəhidlərimizin müqəddəs ruhuna, qazilərimizin qəhramanlığına bağışlayıram”.