Rusiyada son sutkada 475 nəfər koronavirusdan ölübRusiyada son bir gündə daha 9 908 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 380 525 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 475 nəfər artaraq 91 695-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 985 897 nəfər sağalıb.

Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda istefa ərizəsi yazıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.

Lənkəranda Qarabağ qazisi bıçaqlandıLənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü, Hənifə Abdullayev küçəsi ev 9, bina 12/64 saylı ünvanda yaşayan Həsrət Lazım oğlu Əzimov bıçaqlanıb.

Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin sol ön səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.
TƏBİB karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı məlumatlara münasibət bildiribTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər cəmiyyətdə ayrı-ayrı şəxslər arasında, bəzi mətbuat orqanlarında, sosial şəbəkələrdə bayram ərəfəsində qurumun karantin rejimini sərtləşdirəcəyi ilə bağlı iddialara münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, qurum karantin rejiminin müəyyənləşdirilməsi ilə bağlı hər hansı qərarın qəbulunun birmənalı şəkildə TƏBİB-in səlahiyyətlərinə aid olan məsələ olmadığını açıqlayıb.

Qeyd olunub ki, koronavirusla əlaqədar qapanma və yaxud da yumşalma tədbirləri TƏBİB tərəfindən həyata keçirilmir: "Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü kimi TƏBİB yalnız müalicə və müayinəylə bağlı tövsiyələr verir. Bütün bunlarla bərabər, vurğulayaq ki, dünyada olduğu kimi, Azərbaycanda da karantin qaydaları insanların sağlamlığının qorunması üçün tətbiq olunur. Hətta bir çox ölkələrdə vaksinasiyanın başlamasına baxmayaraq, hələ də pandemiya ilə mübarizədə karantin qaydalarının tətbiqi zəruri hesab edilir. TƏBİB pandemiya ilə mübarizədə NK yanında Operativ Qərargahın qərarlarını icra edir və buna uyğun fəaliyyətini təşkil edir".

Aralıq dənizində toqquşma - İran gəmisinə silahlı hücumMartın 12-də İranın “IRISL” dövlət şirkətinə məxsus konteyner gəmisi Aralıq dənizində baş vermiş partlayış nəticəsində zərər görüb.

Publika.az Röyters-ə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Şirkətin rəsmi nümayəndəsi Əli Qiasinin bildirdiyinə görə, insident zamanı İran bayrağı altında üzən “Shahr-E-Kord” gəmisinə ciddi ziyan dəyməyib. Partlayış nəticəsində gəmi heyəti də xəsarət almayıb.

Qiasi bu hadisəni dəniz quldurluğuna bərabər terror aktı adlandırıb: “Bu cür terror aktları dəniz quldurluğuna bərabərdir və ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı beynəlxalq qanuna ziddir. Cinayətkarların müvafiq beynəlxalq qurumlar vasitəsilə müəyyənləşdirilməsi üçün qanuni tədbirlər görüləcək”.

Məlumata görə, konteyner gəmisi Avropaya istiqamət alıbmış, ancaq hazırda təmir üçün İrana qayıdır. İran tərəfi gəminin hələlik bilinməyən silahlılar tərəfindən qəsdən hədəf alındığı qənaətindədir.

Qeyd edək ki, bundan iki həftə əvvəl Oman körfəzində İsrail məxsus gəmi partladılmışdı. İsrailin baş naziri Benjamin Netanyahu bunun arxasında İranın dayandığını iddia etsə də, rəsmi Tehran bu ittihamı rədd edib.

Daha bir nəfər özünü binadan atmaq istədiFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Avrasiya.net nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
ÜST-ün baş direktoru Azərbaycana təşəkkür edibÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus BMT-nin Cenevrə Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan Qoşulmama Hərəkatına üzv dövlətlərin səfirləri ilə videoformatda keçirilən müzakirələrə qatılıb.

Avrasiya.net-in məlmatına görə, o, bu barədə öz “Twitter” hesabında paylaşma edib.

Müzakirələrin məhsuldar keçdiyini bildirən T.Qebreyesus hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana koronavirusla bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi və BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərlə bağlı qətnamənin irəli sürülməsinə görə təşəkkür edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yanvarın 31-də keçirilən onlayn Zirvə toplantısında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırdığını bildirmişdi. Koronavirusa qarşı peyvəndlərə ədalətli çıxışın təmin edilməsi ilə bağlı həmin qətnamə layihəsi Azərbaycan tərəfindən İnsan Hüquqları Şurasında artıq irəli sürüb.
Rusiya Krıma dəhşətli silah yerləşdirir - ABŞ-dan şokRusiyanın Krımı hərbiləşdirməsi dünya üçün təhlükədir.

Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfeld deyib.

“Rusiya yarımadaya təyyarələr, nüvə bombası, raketlər, silah və sursatlar yığır, eləcə də Qara və Azov dənizi, Kerç boğazında hərbi varlığını artırır. Bu, bütün dünya üçün təhlükədir”, - diplomat bildirib.
Bəs Krımın itirilməsinə kim səbəb olub? - ZelenskiKrımın itirilməsinə şərait yaradanların kimliyi məsələsi ilə məşğul olacağam.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz deokkupasiyadan danışarkən, yarımadanın itirilməsinə şərait yaradanların kimliyi ilə də məşğul olmağımız məntiqlidir. Söhbət təkcə 2014-cü ildən yox, eyni zamanda Xarkov razılaşmasının təsdiqlənməsindən gedir”, - deyə prezident bildirib.

Qeyd edək ki, 2010-cu imzalanmış Xarkov razılaşmasına əsasən Rusiya donanmasının Ukrayna ərazisində qalmasına icazə verilib.