Ata Abdullayev saxlanıldıÖzünü videobloger kimi təqdim edən Ata Abdullayev saxlanılıb.

Ata Abdullayev bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Ata Abdullayevin hansı maddə ilə ittiham olunduğu hələlik bəlli deyil (sabah.az).
ADPU tələbəsi qəzada öldü - FotoAzərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi yol qəzasında həlak olub.

Avrasiya.net xəbər verir ki, universitetin Quba filialının "Təhsildə sosial psixoloji xidmət" fakültəsinin 2-ci kurs tələbəsi Şəbnəm Qabil qızı İsmayılova bu gün Bakı-Quba yolunun Siyəzən rayonu hissəsində yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib.

Hadisənin təfərrüatı barədə məlumat verilmir.
Saratovda azərbaycanlı avtoritet Elvin tutuldu - VİDEORusiyanın Saratov şəhərində hüquq-mühafizə orqanları xüsusilə iri məbləğdə dələduzluq əməlləri ilə məşğul olan qruplaşmanın fəaliyyətinin qarşısını alıb.

Qruplaşmanın lideri 34 yaşlı Azərbaycan vətəndaşı Elvin A.-dır. O, Gürücüstan vətəndaşı olan 56 yaşlı kriminal avtoritet O.Ceyranovla əlaqəlidir. Banda üzvləri özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək və saxta sənədlərdən yararlanaaq iki Saratov sakininin əmlakını , pullarını ələ keçiriblər. Qrupun üç üzvü (Elvin də daxil olmaqla) tutulub, onların barəsində cinayət işi qaldırılıb.

Virtualaz.org
Ermənistan prezidenti xəstəxanaya düşdüErmənistan prezidenti Armen Sarkisyan xəstəxanaya düşüb.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun ürəyində problemlər yaranıb. “Astxik” tibb mərkəzinə yerləşdirilən Sarkisyanın ürəyinə stent qoyulacaq.

Armen Sarkisyan martın 13-də müxalifət və iqtidar nümayəndlərinin iştirakı ilə görüş keçirməli idi.
İlham Əliyev Papaya məktub göndərdiPrezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, təbrikdə qeyd olunur:

"Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Bu gün Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərin yüksək səviyyəsi məmnunluq doğurur. Tolerantlıq və multikultural dəyərləri həyat tərzi kimi qəbul edən Azərbaycan mədəniyyətlər və dinlər arasında dialoqun təşviqinə yönəlmiş bu əlaqələrin daha da genişlənməsinə xüsusi əhəmiyyət verir.

Keçən il Vatikanda Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini ən gözəl təəssüratlarla xatırlayır, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə verdiyiniz yüksək qiymətə görə təşəkkürümü bildirirəm.

Dünyanı bürümüş COVID-19 virusu ilə mübarizə apardığımız bu mürəkkəb dövrdə bəşəriyyət tərəfindən qarşılıqlı anlaşma, dəstək, həmrəylik və humanizm kimi ülvi dəyərlərin səfərbər edilməsi vacibdir. İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan nümunəvi əməkdaşlıq münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına, dini və mədəni irsin qorunmasına, ümumbəşəri dəyərlərin təntənəsinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali mənəvi missiyanızda müvəffəqiyyətlər arzulayıram".
Koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda bu gün koronavirus infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, bu günə qədər isə ümumilikdə 2 690 711 test icra olunub.

Qeyd edək ki, ötən gün koronavirusa yoluxanların sayı 608 nəfər idi.
İlham Əliyev hərbi hissənin açılışında - VideoAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 12-də - Daxili Qoşunların yaranması günündə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakının Sabunçu rayonunda yeni inşa olunan “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Nazir Vilayət Eyvazov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, hərbi hissədə şəxsi heyətin xidmət, məişət, sıra və döyüş hazırlığı səviyyəsinin yaxşılaşdırılması tədbirləri çərçivəsində qərargah və əsgər kazarması, yeməkxana, tibb, qarovul, texniki nəzarət, buraxılış məntəqələri, digər köməkçi binalar inşa olunub, idman şəhərciyi yaradılıb. Yeni binalar zəruri avadanlıq və inventarla təchiz edilib. Mövcud binalar isə əsaslı təmir olunub. Hərbi hissədə mərkəzləşdirilmiş havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb.

Prezident, Ali Baş Komandan hərbi hissədə yeni inşa edilən qərargah, əsgər yataqxanası, tibb məntəqəsi və yeməkxana ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, əsgər və zabitlərin xidmət şəraitinin yaxşılaşdırılması onların döyüş qabiliyyətini artırmaqla bərabər, istənilən vəzifənin icrasına birbaşa təsir göstərən amillərdəndir.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların xüsusi təyinatlıları üçün nəzərdə tutulan silah-sursata və kütləvi iğtişaşların dağıdılmasında istifadə olunan texnikaya və komendant postlarına baxdı. Bu postlar işğaldan azad olunmuş ərazilərdə xidmət aparmaq üçün hazırlanıb.

Qeyd edək ki, Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edir. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Daxili Qoşunların xüsusi təyinatlıları vahid komandanlıq altında Azərbaycanın haqq işinin müdafiəsində fəal iştirak ediblər. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb, 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin 2021-ci il 12 mart tarixli Sərəncamına əsasən Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının iki hərbi qulluqçu “Vətən uğrunda”, üç nəfər “İgidliyə görə”, 7 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunması bunun əyani göstəricisidir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biri kimi Daxili Qoşunlar şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar qəsdlərdən qorumağa, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsini həyata keçirməyə, ictimai asayişin mühafizəsinin, ictimai təhlükəsizliyin təmin olunmasını, habelə qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadirdir və hazırdır.

Hərbi hissə ilə tanışlıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bütün şəxsi heyətini təbrik etdi.
ABŞ Dövlət Departamenti erməni terrorçunun sərbəst buraxılmasını qınayıb“Dövlət Departamenti 1982-ci ildə Türkiyənin Los Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirmək üstündə məhkum edilmiş Hampiq Sasunyanın (Hampig “Harry” Sassounian) Kaliforniya ştatında gözlənilən şərti azadlığa buraxılmaq qərarından dərin narahatlıq keçirir”.

Bu barədə Dövlət Departamentinin saytında yerləşdirilmiş açıqlamada bildirilir.

“Diplomata hücum etmək təkcə hər hansı fərdə qarşı ağır cinayət deyil, həm də diplomatiyanın özünə qarşı hücumdur. Dünyada qulluq edən Birləşmiş Ştatlar diplomatlarının təhlükəsizliyini təmin etmək üçün diplomatlara sui-qəsd edənlərin mümkün qədər yüksək cəza almalarını və bu cəzaları vaxtından əvvəl azad edilmədən və ya şərti cəza ilə sərbəst buraxılmadan çəkmələrini müdafiə etmək ABŞ-ın çoxdankı mövqeyidir. Bir daha cənab Arıkanın ailəsinə, həmçinin Türkiyə Xarici İşlər Nazirliyindəki həmkarlarımıza bu itki ilə bağlı dərin hüznlə başsağlığı veririk”, - Departament bəyan edib.

Qeyd edək ki, 1982-ci ilin 28 yanvar tarixində Türkiyənin Los Ancelesdəki baş konsulu Kamal Arıkan avtomobili qırmızı işıqda durarkən baş və sinə nahiyəsindən 14 güllə yarası alıb. Bu hücumu törədən Hampiq Sasunyan uzun məhkəmə prosesindən sonra 1983-cü ilin fevral ayında ömürlük həbs cəzasına məhkum edilib və cəzasını San Fransisko yaxınlığındakı San Kuentin dövlət həbsxanasında çəkib.

Kaliforniyanın yerli qanunlarına əsasən, 25 ildən artıq həbs cəzasını çəkən məhkumlar şərti azadlığa çıxmaq barədə vəsatət qaldırmaq hüququna malikdir. H.Sasunyan da 2007-ci ilin oktyabr ayından bu yana dəfələrlə belə bir vəsatət verib.

Bundan əvvəl Kaliforniya qubernatoru Qavin Nyusom (Gavin Newsom) H.Sasunyan məsələsinə dair məhkəmə qərarı ilə bağlı bundan sonra apellasiya verməmək qərarına gəlmişdi. Bu da Sasunyanın yaxın zamanda şərti azadlığa çıxacağı mənasına gəlirdi.

Report
“Ermənistan Azərbaycan ərazilərinə hərbçi göndərməyə cəhd göstərib” - Ceyhun BayramovAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında baş tutub.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdləri, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verdi. Nazir, həmçinin bölgədə həyata keçirilən quruculuq və bərpa prosesləri bu xüsusda Aİ-nin mümkün rolundan danışdı.

Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülhün qazanılması üçün birgə çalışmağın vacibliyini qeyd etdi. Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğuladı.

Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.