Sərkisyan Nikolun II təklifini də rədd etdiErmənistan Prezidenti Armen Sərkisyan Artak Davtyanın baş qərargah rəisi təyin edilməsi ilə bağlı Baş nazir Nikol Paşinyanın müraciətini növbəti dəfə rədd edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sərkisyan həmçinin bu təklifi Konstitusiya Məhkəməsinə də göndərməyəcək.
“Qarabağ ərazisi üçün bir çox planlarımız var” - Prezident"Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Ermənistan tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Əcnəbi diplomatlar və media nümayəndələri işğaldan azad edilmiş ərazilərə artıq dəfələrlə səfər ediblər və özləri hər şeyin tamamilə dağıdıldığının şahidi olublar. Şəhərlər dağıdılıb, kəndlər dağıdılıb. Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Beləliklə, bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq. Münaqişənin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün, demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var".

"Əlbəttə ki, biz bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənirik. Mən işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm. Biz əsasən bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etməyi planlaşdırırıq. Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir. Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır. Çünki bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var.

Başqa sözlə, bu, Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır. Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır. Mən artıq ictimaiyyətə bunu açıqlayaraq demişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq. Beləliklə, bu, görülmüş işlərin və bəzi planlarımızın nədən ibarət olmasının kiçik xülasəsi idi. Əlbəttə ki, müzakirələr zamanı biz gələcək tərəfdaşlığımızın praktiki addımlarını daha geniş müzakirə edəcəyik. Görüşmək üçün irəli sürdüyünüz bu təşəbbüsə görə bir daha təşəkkür edirəm. Sizi bir daha görməyə çox şadam", - Prezident İlham Əliyev vurğulayıb.
Erməni snayper əsir düşməyindən danışdıMartın 10-da azad olunaraq Livana göndərilən erməni qadın snayper Maral Nacaryan əsir düşməyindən və Azərbaycanda saxlanılmasından danışıb.

Axar.az-ın məlumatına görə, “Şant” telekanalına açıqlamasında Nacaryan noyabrın 10-da diaspordan olan yaxını Vigen Eulcekçyanla Şuşaya gedərkən saxlanıldıqlarını deyib.

“Biz Şuşaya gedirdik. Azərbaycan əsgərləri bizi mühasirəyə aldı. Onlara dedik ki, Vigenin Şuşadakı oteldə qalan əşyalarını götürmək üçün gedirik. Onlar bizim pasportumuzu, portmanatımızı, maşının açarını və mobil telefonlarımızı götürdü. Əsgərlər bizə dedilər ki, əgər sizin Azərbaycanla probleminiz yoxdursa, onda sizi İrəvana göndərəcəyik”, - Nacaryan bildirib.

Erməni snayperin sözlərinə görə, Bakıda onunla yaxşı davranıblar və bir dəfə də olsun döyməyiblər.

Qeyd edək ki, erməni əsilli Livan vətəndaşı Maral Nacaryan ötən il noyabrın əvvəllərində Laçın rayonu ərazisində Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüşdü.
Livan Maral Nacaryana görə Azərbaycana təşəkkür etdiLivanın xarici işlər naziri Şarbel Vahbi erməni əsilli Livan vətəndaşı Maral Nacaryanın ölkəsinə qaytarılmasına görə Azərbaycan, Rusiya, Ermənistan və Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib.

Məlumatı Livan Milli Agnetliyi yayıb.

Qeyd edək ki, Livanın Burc Hammud ərazisində anadan olan M.Nacaryan həm Ermənistan, həm də Livan vətəndaşıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, keçmiş münaqişə bölgəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən birgə yaşadığı erməni əsilli Livan vətəndaşı ilə birlikdə saxlanılıb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olması və Azərbaycan qanunvericiliyini pozan digər hərəkətlərə yol verməsi barədə ifadələr verib. Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində M.Nacaryan bu ilin martın 10-da azad edilib.

O, şəxsən Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. Məlumata görə, Rusiya tərəfi ilə aparılan müzakirələr nəticəsində Livan vətəndaşı olduğu üçün onun Rusiya ərazisindən göndərilməsi mümkün olmayıb. Bu səbəbdən M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.

Maral Nacaryanın Qarabağda Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etdiyi bildirilir.
Koronaya yoluxanların sayı artırAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 383 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 244 nəfər müalicə olunaraq sağalıb, 3 262 nəfər vəfat edib, aktiv xəstə sayı 4 877-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, bu günə qədər isə ümumilikdə 2 682 116 test icra olunub.
Azərbaycan Rusiyadan 300 min doza vaksin alırBaş nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq qərar imzalayıb.

Avrasiya.net qərarın mətnini təqdim edir:

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının HUMAN VACCINE MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sрutnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şəhid Cabbar Zeynalov: “Ana mən səni çox sevirəm amma inanki vətənimi səndən də çox sevirəm!”Bəli bu sözlər kerçək bir həyat hekayəsidir. Şəhid Cabbar Zeynalovun 2017-ci ildə dediyi bu sözlər 44 günlük VƏTƏN müharibəsində vətənpərvər Azərbaycan gəncinin əsas devizinə çevrildi. Şəhid Cabbar Zeynalovun həyat hekayəsi də bütün şəhidlərimiz kimi çox həyacanverici və ibratəmizdir. Şəhid Cabbar Zeynalovu tanıyaq o, 23 mart 1999-cu il tarixdə Saatlı rayonun Heydərabad kəndində doğulub. İlk orta təhsilini Heydərabad kəndində aldıqdan sonra tam orta təhsilini Saatlı rayonun Dədə Qorqud kəndində alıb.05 aprel 2017-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, 23 oktaybr 2017-ci il tarixdə şəhid olub. Heydərabad kənd sakinləri şəhid Cabbar Zeynalovu ədəb-ərkanlı, milli dəyərlərə bağlı bir gənc kimi tanıyıblar. Ancaq anası Kübra Zeynalova üçün isə o bir oğul həm də sirdaş olub.
5 aprel 2017-ci il tarixdə hərbi xidmətə yola salarkən anası Kübra xanım onun dalınca su atandan sonra oğlunun geriyə ona dönüb baxmasını indidə həyacanla danışır. Və son görüş 16 sentaybr 2017-ci il tarixdə şəhid Cabbar Zeynalovla anası Kübra xanımın son görüşü.... ! Cabbar telefonla zəng vuraraq onunla görüşə gələn anasından dondurma və qarpız gətirməsini xahiş edir. Sentayabr ayı olmasına baxmayaraq Kübra xanım oğlunun sifarişlərini tam yerinə yetirir xidmətdə olduğu Tər-Tər rayonunun bazardan çətinliklə qarpız tapır. Kübra xanım həyat yoldaşına Tər-Tərtərdə deyib: “ Firudin əgər Cabbarın dediklərini almasam Saatlıya geri qayıdıb hökmən qarpız tapıb alacam mən oğlumun istəklərini yerinə yetirməliyəm”. Şəhid anası Kübra Zeynalova yolda qərara gəlir ki, bir dənədə tort alsın və belə də edir. Son görüşün bütün hiss və həayacanını bir daha Kübra xanımın dilində eşidirik. O, görüşün hər saniyəsini hər anını müqəddəs xatirə kimi qəlbində saxlayır Kübra ana. Cabbar totru kəsdi zabit və əsgər yoldaşları başına yığışdılar özümü bir anlıq oğlumun toyundakı kimi hiss etdim. Sonra Cabbar anasına xidmət etdiyimiz yeri görmək istəyirsənmi gedək bax söyləsə də Kübra ana isə hərbi qaydaları pozmasın deyə oğlunun bu təklifindən imtina edib. Sonra iklikdə ana və övladı dərdləşiblər... Son görüş son dərləşmə. Ana oğluna özünü qormağı tapşırır deyir ki, sən bilirsən ki mən sənin arzularınla yaşayıram sənin toyunu görmək istəyirəm.

Cabbar Zeynalov anasına vəziyyətin yaxşı olduğunu və narahatçılığa heç bir əsas olmdığını söyləyir. Ana oğluna sən gələnə kimi toy hazırlığını edəcəm ki, gələn kimi toyunu edək. Cabbar anasına öz razılığını bildirsə də tələsməməyi tövsiyyə edir. Gələcək həyat yoldaşı haqqında da ana ilə oğul arasında söhbət olur. Kübra xanım oğlunun sevgilisinin kimliyini açıqlamasa da onun yaxın qohumlardan olduğunu və oğlunun onu çox sevdiyini bildirir. Son görüşdə şəhid Cabbar Zeynalov anasına deyir: “ Mən Ağdərəyə, Xankəndinə qıraqdan baxanda xəcalət çəkirəm biz o torpaqlara qayıtmalıyıq, ona görə toya tələsmə inşallah torpaqlarımızı azad edək sonra evlənərəm!”.

Anası ona arzumu gözümdə qoyma söyləməsinə şəhid Cabbar Zeynalov: “Ana mən səni çox sevirəm amma inanki vətənimi səndən də çox sevirəm!”. 23 oktyabr 2017-ci il tarixdə şəhid Cabbar Zeynalov canından artıq sevdiyi vətəni uğrunda şəhid oldu.Ananın arzuları yarımçıq qaldı. Lakin şəhidin ruhu şaddır amalı uğrunda şəid olduğu torpaqlar indi düşmən tapdağından azad olundu.

Səməd VƏKİLOV
Ziyalılar Niyaz Niftiyevlə bağlı Prezidentə müraciət etdilərHəbsdə olan tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyevlə bağlı Prezident İlham Əliyevə müraciət olunub.

Avrasiya.net Bakupost-a istinadən xəbər verir ki, millət vəkilləri və media rəhbərlərinin ünvanlandığı müraciətdə N.Niftiyevin indiyədək xidmətlərinin nəzərə alınması və azadlığa buraxılması xahiş olunur.

Müraciəti Sabir Rüstəmxanlı, Etibar Əliyev, Əflatun Amaşov, Rəşad Məcid, Qulu Məhərrəmli, Rauf Arifoğlu, Elçin Şıxlı və başqa 30-a yaxın tanınmış jurnalist imzalayıb.

Qeyd edək ki, N.Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktında qeyd olunur ki, Niyaz Niftiyev Binəqədi bələdiyyəsinin sədri olan zaman əvvəlki sədr Mətanət Nəsibovanın imzasını oxşatmaqla 20 arayış verib. Və həmin arayışların da 7-dən müvafiq şöbə tərəfindən 10, 15, 20 və digər xırda məbləğlərdə ümumilikdə 175 manat ödəniş alınıb.

Amma N.Niftiyevin ittiham aktında əks olunan heç bir epizod üzrə kimdənsə rüşvət almağı və yaxud kiminsə yerinə imza atmağı öz təsdiqini tapmır.
İntihar edən qızın azərbaycanlı sevgilisi tutuldu - Səbəbİstanbulun Bəylikdüzü rayonunda ötən gün günorta saatlarında başından açılan atəşlə ölmüş halda tapılan qadınla bağlı bəzi təfərrüat məlum olub.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, yerli vaxtla saat 14:40 radələrində Bəylikdüzüdə yerləşən mənzillərdən birindən silah səsi eşdildiyi haqda polisə məlumat daxil olub. Hadisə yerinə gələn polislər G.Z. adlı qadının başından tapança ilə vurularaq həyatını itirdiyini təsbit ediblər. Hadisə ilə bağlı Azərbaycan vətəndaşı X.B. saxlanılıb. Onun həmin qadınla münasibətlərdə olduğu xəbər verilir.

Məlum olub ki, hadisə intihardır, tapançanı isə qadına həmin Azərbaycan vətəndaşı verib. Bildirilir ki, X.B. adlı Azərbaycan vətəndaşı ilə həmin qadın bir ay əvvəl həbsdən şərti azadlığa buraxılıblar. Onların eyni cinayətə görə mühakimə olunduqları məlum olub. Qadında elektron qolbaq olduğu üçün yaşadığı yeri tərk edə bilməyib və intihar etmək üçün tapançanı ona Azərbaycan vətəndaşı gətirib verib.

Həmin Azərbaycan vətəndaşı qadını intihara təşviq etmək şübhəsi ilə saxlanılıb və polisə aparılıb. Hadisənin motivləri barədə məlumat yoxdur.
Bakıda 41 yaşlı qadın ərini yataqda niyə öldürdü? - FotoMartın 7-də saat 05 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən fərdi evdə 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yatdığı yerdə həyat yoldaşı tərəfindən amansızlıqla öldürülməsinin təfərrüatları məlum olub.

Publika.az-ın məlumatına görə, ilkin araşdırmalar zamanı 45 yaşlı Mahirin spirtli içki aludəçisi olması və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızına mütəmadi işgəncələr verməsi məlum olub.

Belə ki, daim evdə dava-dalaş salan və sərxoş vəziyyətdə xanımını döyən Mahir Şıxəliyev hətta qadının qabırğalarını da qırıb, onun böyrək nahiyələrinə dəfələrlə ağır xəsarətlər yetirib.

Nəhayət martın 6-da M.Şıxəliyev içkili vəziyyətdə xanımını növbəti dəfə döyüb. Gecə yuxuya getdikdən sonra isə G.Şıxəliyeva həyətdən dəmir linki götürrək onun yanına gəlib və başına bir neçə dəfə ağır zərbə endirib. Ərinin tam ölməsini gözləyən və onun keçindiyinə əmin olan qadın daha sonra Daxili İşlər Nazirliyinin 103 xidmətinə zəng edərək törətdiyi əməl barəsində məlumat verib və polisə könüllü təslim olub.

O, ilkin ifadəsində törətdiyi əməldən peşman olmadığını bildirib.

Qeyd edək ki, ailənin 2 yeniyetmə övladı var. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.