Səlimin anası da koronavirusdan vəfat etdiƏməkdar artist Səlim Abbasovun anası koronavirusdan dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, skripka ifaçısının valideyni bu gün müalicə aldığı Zığda yerləşən modul tipli xəstəxanada vəfat edib.

Qeyd edək ki, S. Abbasov ötən gün instaqram hesabında açıqlama yayaraq anasının koronavirusa yoluxduğunu və vəziyyətinin ağır olduğunu bildirmişdi.

Əməkdar artistin atası Vaqif Abbasov isə üç gün əvvəl “COVID-19”dan həyatını itirib.
Bakıda estetik əməliyyatlar edən klinika cərimələndiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Asthetik Lab Vip Style MMC-yə əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə cərimə yazılıb.

Avrasiya.net xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə tərtib edilən protokola Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bu inzibati xətaya görə 20 min manatdan 25 min manatadək məbləğində cərimə tətbiq edilir.

Asthetik Lab Vip Style estetik əməliyyatlar həyata keçirən klinikadır.
Yaşar Nurinin şəxsi əşyaları oğurlandıMərhum xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım açıqlamasında məsələ barədə danışmaq istəmədiyini deyib.

Qeyd edək ki, 1951-ci il təvəllüdlü Yaşar Nuri 2012-ci ildə vəfat edib.
Sabiq təhsil naziri həbs edildi – RəsmiNaxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribovun həbs xəbəri rəsmi təsdiqlənib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sabiq nazirin həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

Qeyd edək ki, sabiq nazirin külli miqdarda dövlət vəsaitini mənimsədiyi bildirilir.

Xatırladaq ki, M.Qəribovun ötən ay (14 fevralda) da həbs xəbəri yayılmışdı.
138 bələdiyyə sədri məsuliyyətə cəlb edilib"Bələdiyyələr koronavirusla mübarizə sahəsində yerli əhalinin sosial-iqtisadi problemlərinin həllində səmərəli fəaliyyət göstərmiş, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr etmiş, öz ərazilərində yaşayan aztəminatlı ailələrə, o cümlədən ahıl və tənha insanlara ərzaq və digər yardımlar çatdırmışdır".

Avrasiya.net xəbər verir ki, bunu parlametin iclasında çıxış edən Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

Vilayət Zahirov 2020-ci il ərzində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini deyib:

“"Bələdiyyələrin statusu haqqında" Qanuna edilmiş 2020-ci il 19 iyun tarixli dəyişikliyə əsasən, bələdiyyə qərarlarının inzibati nəzarəti həyata keçirən orqana göndərilməsi müddəti qısaldılaraq 5 iş günündən gec olmayaraq müəyyən edilib. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna 2020-ci il 29 iyun tarixdə edilmiş dəyişikliklər nəticəsində inzibati nəzarətin təkmilləşdirilməsi üzrə yeni normalar daxil edilib. Ədliyyə Nazirliyi Kollegiyasının 2020-ci il 21 noyabr tarixli Qərarı ilə “Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım haqqında Təlimat” təsdiq edilib. Həmçinin yerli özünüidarəetmə sahəsində bir sıra aidiyyəti qanunvericilik aktları təhlil edilərək, onlara dəyişikliklər edilməsi ilə bağlı qanun və fərman layihələri hazırlanıb Nazirlər Kabinetinə göndərilib, hazırda aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmaqla layihələr üzərində iş davam etdirilir.

Ötən il ərzində Ədliyyə Nazirliyində 79.858, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2.670 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb.

Nəticədə 76.433 akt qanunvericiliyə uyğun hesab edilib. Bələdiyyələrin fəaliyyəti ilə bağlı 3.206 müraciətə baxılıb və bu müraciətlərin 164-ü təmin və ya qismən təmin edilib. Bələdiyyə aktlarına və müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 3267 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib, 1384 akt dəyişdirilib. Bələdiyyələr tərəfindən təmin olunmayan 15 təklif üzrə məhkəmələrdə qaldırılmış iddialardan 2-si təmin edilib.

Nazirlik tərəfindən verilmiş təklif və ya iddiaların təmini nəticəsində bütövlükdə 8.217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokolları üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb.

Ölkə başçısının 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində görülmüş tədbirlər nəticəsində hazırda kompüter avadanlığı ilə təmin olunub və internetə çıxışı olan bələdiyyələrin sayı artıb.

2020-ci ilin avqust ayından “Bələdiyyələrlə iş portalı”nın ilkin versiyası istifadəyə verilib, nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi təşkil olunub. Eyni zamanda, ölkə bələdiyyələri barədə məlumatın əldə edilməsinə dair elektron xidmətin təşkili üzrə işlər yekunlaşdırılıb. Bu elektron xidmətin tətbiqi ilə vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə etmək imkanı təmin olunacaq.

Bələdiyyə torpaqlarının idarəçiliyi, icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, bələdiyyələrin debitor və kreditor borclarının həlli, yerli vergi və ödəniş obyektlərinin uçotunun dəqiqləşdirilməsi, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi, yerli büdcə prosesinin qanunauyğun təşkili, o cümlədən yerli özünüidarəetmə orqanlarında antikorrupsiya mədəniyyətinin gücləndirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.

Sahibkarlığın inkişafı sahəsində bələdiyyələr tərəfindən 7 yeni müəssisə təsis edilib. 77 bələdiyyədə kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işi öyrənilib, bu sahədə bələdiyyələrə zəruri kömək göstərilib.

Ötən il ərzində ümumilikdə, 86 maarifçilik tədbiri həyata keçirilib, bu tədbirlərdə 2315 bələdiyyə üzvü və qulluqçusu iştirak edib. İl ərzində 29 metodik vəsait hazırlanaraq bələdiyyələrə çatdırılıb. Həmçinin bələdiyyə aktları, eləcə də müraciətlər əsasında aparılan araşdırmalar zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 8.532 tövsiyə göndərilib.

Bələdiyyələrin işinin çevik əlaqələndirilməsi sahəsində bələdiyyələrin milli assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq davam etdirilmiş, beynəlxalq əlaqələrin genişləndirilməsi diqqətdə saxlanılıb".
Çempionlar Liqası: 1/4 finala ilk 2 vəsiqənin sahibləri bəlli olurBu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 2 cavab görüşü keçiriləcək. "Report"un məlumatına görə, qarşılaşmalar İtaliya və Almaniyada təşkil olunacaq.

"Yuventus" Turindəki "Alyans" stadionunda Portuqaliya "Portu"sunu qəbul edəcək. Bu komandalar arasındakı ilk oyun "Portu"nun qələbəsi ilə yekunlaşıb - 2:1. İtaliya təmsilçisinə mərhələ adlamaq üçün minimal hesabla qalib gəlmək də yetərlidir.

"Yuventus"dan Danilo cəzalı, Rodriqo Bentankur və Paulo Dibala zədəlidir, tam sağalmayan Corco Kyellini və Arturun meydana çıxması sual altındadır. "Portu"da isə Şansel Mbemba-Manqulu oynamaya bilər. Görüş niderlandlı referi Byorn Keypersə həvalə olunub.

Digər matç Dortmunddakı "Siqnal İduna Park"da "Borussiya" ilə İspaniya "Sevilya"sı arasında olacaq. Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edəcək. İlk görüşdə "Borussiya" 3:2 hesablı səfər qələbəsi qazandığı üçün növbəti mərhələyə vəsiqə baxımından daha şanslı görünür. Komandaların heyətlərində cəzalı və zədəli futbolçu yoxdur.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
Cavab görüşləri


9 mart
24:00. "Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya)
İlk oyun - 1:2

24:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)
İlk oyun - 3:2

Qeyd edək ki, 1/8 final mərhələsinin daha 2 cavab görüşü 10 martda, qalan 4 matçı isə 16-17 martda olacaq.
Koronavirus qripə yoluxma hallarını azaldıb - ÜSTÖlkələr tərəfindən koronavirusla mübarizə çərçivəsində tətbiq edilən tədbirlər qripə yoluxma hallarının sayını azaldıb.

Avrasiya.net-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Pandemiya və Epidemiya Xəstəlikləri şöbəsinin müdiri Silviya Brayand deyib.

S.Brayand bildirib: "Mövsümi qripə yoluxmaları izləyirik və Cənubi Yarımkürədə son dərəcə aşağı sirkulyasiya gördüyümüzü deyə bilərik. Bunun bir sıra açıqlamalarж ola bilər, amma ən real açıqlama ondan ibarətdir ki, koronavirusla mübarizə üçün tətbiq edilən tədbirlərin mövsümi qriplə mübarizədə son dərəcə təsirlidir".

Şöbə müdiri vurğulayıb ki, ÜST vəziyyətin xüsusilə koronavirusa qarşı vaksinasiya fonunda necə dəyişdiyini yaxından izləməyə davam edəcək: "Bu mərhələdə koronavirusla mübarizədə təsirli olan tədbirlərin digər yoluxucu xəstəliklərə qarşı da son dərəcə təsirli olduğu qənaətinə gələ bilərik".
Həbsdən çıxan dünya çempionuna vəzifə verildi - FotoQayınatasını döydüyü üçün 2019-cu ildə həbs olunan və bir müddət əvvəl azadlığa çıxan Ehram Məcidova vəzifə verilib.

Avrasiya.net Hit.az-a istinadən xəbər verir ki, beşqat dünya çempionu Kikboks Federasiyasında I vitse-prezident təyin olunub.

Bir neçə gün öncə E.Məcidov Azərbaycan Kikboks Federasiyasının sədri Adil Əliyevlə görüşüb.

Qeyd edək ki, Məcidov xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 2019-cu il iyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. 1979-cu il təvəllüdlü idmançı qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinirdi.
Prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.

Məlumat üçün bildirək ki, Orxan Əliyev AKF-nin prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədridir.
Bəşər Əsədin öldüyü xəbəri yayıldı...Suriya Prezidenti Bəşər Əsədin öldüyü iddia edilib.

Bu iddia suriyalı jurnalist Şadi Halvaçının Teleqram hesabından yayılıb.

Bildirilib ki, Əsəd koronavirusa yoluxduqdan sonra xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilib və oradaca ölüb. Onun cəsədinin Dəməşqdəki xəstəxanalardan birində saxlanıldığı deyilib. Ancaq sonradan sözügedən xəbəri yayan hesabın saxta olduğu məlum olub.

Qeyd edək ki, ötən gün Bəşər Əsəd və xanımı koronavirusa yoluxub.
Rusiya sərhədə 200 min hərbçi yerləşdirib - Turçinov2014-cü ilin əvvəlində Ukrayna ordusu öz dövlətini qorumağa hazır deyildi. Kritik vəziyyətdə olan ölkənin imkanları həddən artıq məhdud idi.

Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov deyib.

"Bir çox insan əsas təhlükənin tamhüquqlu bir qitə müharibəsi olduğunu anlamır. Rusiya Baş Qərargahı Krımdakı Ukrayna ordusunu 1 marta qədər qırmağı planlaşdırırdı. 1 martda Rusiya parlamenti tərəfindən qərar verildi və yarımadanın istilası başladı. O zaman Ukrayna Kremlin planlarını pozaraq dövlətimizi qoruya bildi. Sonra Donbasda indi də davam edən bir hərbi əməliyyata başladılar. Bunlar o dövrün gerçəkləridir, onları bilmək və başa düşmək lazımdır", - Turçinov qeyd edib.

Turçinov bildirib ki, yarımadanın işğalı zamanı bir çox Ukrayna əsgəri Rusiya tərəfinə keçdi: "Ukraynanı təslim etmək istəməyənlərin sayı hərbçilərin təxminən 30%-i qədər idi. Onlar da hərbi hissələrini müdafiə etmək əmrini aldılar".

Onun sözlərinə görə, Rusiya Baş Qərargah rəisi Ukrayna sərhədində çox güclü hərbi qruplaşma - ehtiyatı olan 200 mindən çox hərbçi cəmləşdirib və sərhəd aerodromlarında qurudan hücum təyyarələri yerləşdirib.
(axar)