Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...Qüdsi Osmanovun Putinlə birgə fotosu Krımda yox, Soçidə çəkilib; “Məyus oluram ki, bəzi azərbaycanlılar da ermənilərin ölkəmizə qarşı kampaniyasında yer alırlar”

Azərbaycanın Moldovadakı səlahiyyətli və fövqaladə səfiri Qüdsü Osmanovla bağlı bir müddətdir ki, xoşagəlməz məlumatlar, informasiyalar tirajlanır. Sosial şəbəkələrdə bir neçə nəfərin və Azərbaycanda bəzi aqreqator saytların üzərindən yayılan xəbərlərin mahiyyətinə baxdıqda, onların kampaniya, qara piar xarakteri daşıdığı aydın sezilir. Məsələnin daha çox narahatedici cəhəti odur ki, ermənilər bu cür kampaniyalardan təkcə səfirə qarşı deyil, bütövlükdə Azərbaycana və Azərbaycan diplomatiyasına qarşı kəmfürsətcəsinə istifadə edirlər.

Nəzərə alanda ki, aylardır Qüdsü Osmanov Moldovada erməni lobbisi ilə savaşır, hətta orada ermənilər Azərbaycan səfirini məhkəməyə veriblər və bundan Azərbaycana qarşı yararlanırlar, o zaman son baş verənlərin də təsadüfi olmadığı qənaətinə gəlmək olur. Bir səfirin üzərindən Azərbaycana qarşı çirkin bir kampaniya həyata keçirilir və çox təəəccüblü, təəssüf doğuran haldır ki, bu prosesdə bilərəkdənmi, bilməyərəkdənmi bəzi azərbaycanlılar da iştirakçıdırlar...

Öncə nəzərə çatdıraq ki, ötən ilin yayında – Tovuz döyüşləri zamanı dünyann bir sıra ölkələrində xaricdə yaşayan soydaşlarımız Azərbaycan Ordusuna dəstək mitinqləri keçirirdilər. Bu aksiyalar zamanı ermənilər azərbaycanlılara hücumlar təşkil edir, təxribatlar törədir, azərbaycanlıları tək tutduqda döyürdülər. Bu proses genişləndi və azərbaycanlılar bir neçə ölkədə erməniləri əzişdirəndən sonra onların gözü qırıldı.

Həmin dönəmdə Moldovadakı Azərbaycan diasporu da çox fəal idi və bir neçə dəfə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirmişdilər, həmçinin Ermənistan səfirliyinin qarşısında etiraz piketi təşkil etmişdilər. Həmin aksiya zamanı Kişinyovdakı ermənilər azərbaycanlılara xain hücum etmişdilər. Ancaq soydaşlarımız onları əzişdirib, yola salmışdılar.
Araşdırmalar zamanı üzə çıxmışdı ki, Moldovada ermənilərin təxribatını təşkil edən iki erməni bu ölkədə rəsmi şəxslərdir – biri deputat Qayk Vartanyan, digəri isə o vaxtkı prezident İqor Dodonun müşaviri Ernest Vardanyan idi. Bu fakt deşifrə edildikdən sonra səfir Qüdsi Osmanov azərbaycanlıların müdafiəsini təşkil etdi, təxribatın arxasında məhz o iki nəfərin dayandığını rəsmi bəyanatla, açıqlama ilə çatdırdı, Moldova hökumətindən həmin şəxslərin cəzalandırılmasını istədi.

Çünki həmin şəxslər milliyyətcə erməni olsalar da, Moldovada vəzifə tuturdular və bu cür aksiyalarda iştirakları qanunsuzdur.

Bu prosesdə Azrbaycan diasporu və səfirlik erməniləri əməllicə əzdi. Vəzifəli şəxslər günlərlə açıqlama yayaraq, təkziblər versələr də, onların əməlləri ifşa edildi.

Daha sonra isə erməni diasporu səfir Qüdsi Osmanova qarşı “qisas əməliyyatı”na başladı. Ona qarşı məhkəmədə də absurd iddia qaldırıldı. Mahiyyət bundan ibarətdir ki, niyə səfir azərbaycanlıların arxasında durub. Əlbəttə, bu məhkəmə iddiası əsassızdır. Sonuncu məhkəmə iclası fevralın 8-də oldu və proses mayın 8-dək təxirə salındı.

Faktiki olaraq səfir Qüdsi Osmanova qarşı Moldovadakı erməni diasporu tərəfindən uzun müddətdir bu və digər şəkildə qaralama kampaniyası aparılır. Bu, təsadüfi deyil, çünki Q.Osmanov Moldovada azərbaycanlıların müdafiəsi, diaspor təşkilatının güclənməsi, aktivliyi üçün maksimum səylər göstərir. Əgər bir neçə il öncə Moldovada erməni diasporu güclü idisə, indi Azərbaycan diasporu onları üstələyir. Bu, təbii ki, ermənilərin ona qarşı hücumuna səbəb olur. Moldovadakı durumu incələyərkən bu qənaətə gəlmək olur.
Və hiyləgərcəsinə bu qara piarı səfir üzərindən Azərbaycana qarşı yönəltməyə çalışırlar.

Bir müddət öncə - yanvarda belə şayiəni dövriyyəyə buraxdılar ki, səfir Qüdsi Osmanov Kişinyovda priton saxlayır, orada xoşagəlməz işlər baş verir. Daha sonra səfirin adını kazino biznesinə, intihar olaylarına bağlamağa çalışdılar. Bu iddiaların heç biri təsdiqini tapmadı və bəlli oldu ki, bunlar məhz Azərbaycan diplomatiyasına hücum üçün istifadə edilən çirkin məqsədlərdir, arxasında erməni izi var.

Çox təəssüf ki, bu prosesdə bilərəkdənmi, bilməyərəkdənmi bəzi azərbaycanlılar da iştirakçıdır.
Bu haqda bu yaxınlarda verdiyi müsahibəsində Osmanov özü ətraflı danışmışdı...

Son olaraq isə belə xəbər dövriyyəyə buraxılıb ki, Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri üzrə Prokurorluğu Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı, 1966-cı il təvəllüdlü Qüdsi Dursun oğlu Osmanov barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri üzrə cinayət işi başladıb.

Bunu Azərbaycandakı bəzi saytlar yazıb. İddia bundan ibarətdir ki, Qüdsi Osmanovun Rusiya Federasiyası tərəfindən işğal edilmiş Ukraynanın Krım Muxtar Respublikası ərazisinə qanunsuz səfər edib, orada bir tədbirdə Rusiya prezidenti Vladimir Putinin yanında dayanıb və Krımda (?) keçirilən sambo yarışını seyr edir. Buna dair foto da yazıya əlavə edilib.

Sayt iddia edir ki, Ukrayna Baş Prokurorluğu da bu görüntüləri incələyib və ölkənin ərazi bütövlüyünə və suverenlik haqlarına hörmətsizlik edən Azərbaycan səfiri barəsində cinayət işi açıb.

Məlumata görə, Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Prokurorluğu Qüdsi Dursun oğlu Osmanovun törətdiyi cinayəti Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci və 2-ci bəndləri ilə (Maddə 332-1. Müvəqqəti işğal altında olan Ukrayna ərazisinə giriş və çıxma prosedurunun pozulması) ilə təsnif edərək topladığı faktları araşdırılması üçün istintaqa göndərilib. Paralel olaqar Ukrayna Müdafiə nazirliyi Baş Kəşfiyyat idarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin də Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanovla bağlı məxfi araşdırma başladığı iddia olunur.

Və ən qəribəsi odur ki, saytın yazdığına görə, cinayət işinin Ukrayna Qarapapaq Türkləri Milli Şurasının Sədri Daşqın Gülməmmədovun rəsmi müraciəti əsasında açıldığı bildirilir.

Maraqlıdır ki, bu haqda hüquqşünas Aslan İsmayılov da facebook səhifəsində yazıb və Qüdsi Osmanova qarşı kampaniyaya qoşulub.

Məgər bu xəbərin bir ciddiyyəti varmı? Axı bu birbaşa Azərbaycanı müxtəlif dairələrin hədəfinə çıxarmaqdır...

Kiçik araşdırma aparırıq. Bəlli olur ki, Azərbaycan səfirinin heç bir qanunsuz səfəri olmayıb. Habelə hüquqşünaslarla dəqiqləşdirmələrdən aydın olur ki, hətta səfir Krıma getmiş olsaydı belə, ona qarşı cinayət işi başlanıla bilməz. Onun sadəcə arzuolunmaz şəxs kimi Ukraynaya girişi qadağan oluna bilər, bir də Azərbaycan Xarici İşlər Nazirliyinə bildiriş, nota göndərilə bilərdi. Bunlar da yoxdur. Ən əsası, Qüdsi Osmanovu tanıdığımız üçün söyləyə bilərik ki, o, çox ehtiyatlı davranışlı, diplomatik dəngələri daim qoruyan diplomatdır, heç bir halda Krıma getməz...

Səfir Qüdsi Osmanova bu məsələlərlə bağlı telefon açdıq. Cənab Osmanov belə şayiələrin dövriyyəyə buraxılmasından sadəcə, məyus olduğunu dedi: “Özümə görə təbii narahat deyiləm, çünki hansısa bir qanunsuz addımım yoxdur, sadəcə bu cür uydurmalardan düşmənlərimizin Azərbaycana qarşı istifadə etməsinə rəvac verənlərin sırasında azərbaycanlıların olmasından təəssüf edirəm. Krıma getməyim haqda deyilənlər tam yalandır. Mən Krıma nəinki bu yaxınlarda, heç bir zaman, hətta SSRİ vaxtı da getməmişəm. Putinlə birgə görüntüləndiyim foto 1 il öncə Soçidə çəkilib. Eyni tədbirə dəvət almışdım və qonaqlar kürsüsündə əyləşdiyim yer Rusiya Prezidenti Vladmir Putinə yaxın idi. İndi erməni lobbisi bu kadrları Krımda çəkilmiş kimi tirajlayır və bir səfirin üzərindən Azərbaycana qarşı istifadə etməyə çalışır. Krımda heç zaman olmamışam, o foto da Soçidə çəkilib, rəsmi dəvətlə iştirak etdiyim tədbirdir. Bu haqda Rusiyanın xəbər saytlarına baxa bilərsiz.

Çox təəssüf edirəm, məyus oluram ki, bəzi azərbaycanlılar da ermənilərin Azərbaycana qarşı kampaniyasında yer alırlar. Bizə o şəxslərin kimliyi bəllidir, sadəcə istəməzdim onların adlarını açıqlayım. Onlardan bizə qarşı prosesdə Tovuz hadisələri zamanı Moldovada istifadə etmişdilər. Moldova tərəfi həmin şəxslərin kimliyini bizə açıqlamışdı, mən bundan sadəcə məyusam. Onların bu işdə hansı məqsədlə iştirakçı olduğuna isə düşünürəm ki, dövlətimizin müvafiq orqanları qiymət verəcək, bu mənim səlahiyyətim daxilində olan məsələ deyil”...
Maraqlıdır ki, Aslan İsmayılov hüquqşünasdır, hər zaman fakt olmadan danışmamağa səsləyir, amma indi özü bir şayiənin üzərindən status yazır, heç bir araşdırma da aparmır.
Hüquqşünaslar deyir ki, səfir hətta Krıma getmiş olsaydı belə, hüquqi baxımdan buna görə səfirə cinayət işi açılmır.

Bəs elə isə Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri üzrə Prokurorluğu adından screeni dərc edilən məktub saxtadırmı?

Araşdırdıq, belə bir rəsmi məktub heç yerdə çıxmadı. Səfir özü də deyir ki, həmin məktub saxtadır, kimlərsə kompüterdə hazırlayıb: “Bu, sənəd saxtalaşdırılması halıdır, konkret cinayət əməlidir”.

Belə. Gerçəkdən acınacaqlı haldır ki, ermənilərin Azərbaycan səfiri üzərindən dövlətimizə qarşı həyata keçirdiyi qara piar kampaniyasında azərbaycanlılar və bəzi Azərbaycan saytları iştirakçıdır.

Ermənilər bu prosesdə bəlli bir mexanizm qururlar: məsələn, məqsədli yalanları öncə müxtəlif şəxslər vasitəsi ilə sosial şəbəkələrə sızdırırlar, bəzi azərbaycanlılar da bunları bilərəkdən, bilməyərəkdən tirajlayır, bəzi saytlar da dərc edir. Sonra ermənilər Azərbaycan saytlarına, Azərbaycan vətəndaşlarına istinad edərək, dərhal pulla bunu xarici mediada yazdırır və “bunu biz yox, özləri yazır” söyləyirlər. Beləcə, Azərbaycan dövlətinə qarşı kampaniya aparırlar. Hazırda Moldova saytlarında ermənilər bu işi həyata keçirir.

Musavat.com
Karxanada başına daş düşən fəhlə öldüCəlilabad sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un Muğan bürosu xəbər verir ki, hadisə bu gün Bakı şəhəri Qaradağ rayonunda yerləşən daş karxanalarının birində baş verib.

Daş karxanasında fəhləlik edən Cəlilabad rayonu Uzuntəpə kənd sakini, 1978-ci il təvəllüdlü Hüseynov Ariz Bəhramxan oğlu iş vaxtı başına daş düşməsi nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Paşinyan 10 səfiri istefaya göndərirErmənistan diplomatları arasında da Paşinyana qarşı etirazlar güclənir.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, bir sıra diplomat, o cümlədən səfirlər Paşinyanın istefasını tələb edirlər, amma hökumət hələlik onların etirazlarının qarşısını ala bilir:

“Nikol Paşinyan bunu bildikdən sonra diplomatlar arasında ciddi kadr islahatları keçirmək barədə qərar qəbul edib. Ümumilikdə 10 səfirin dəyişməsi nəzərdə tutulub”.

Qeyd edilib ki, xüsusilə Avropa ölkələrindəki səfirlər dəyişdiriləcək.
İran və Naxçıvan ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlığı müzakirə edibİranla Naxçıvan arasında ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlıq müzakirə edildi.

Avrasiya.net xəbər verir ki, İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Seyid Əhməd Hüseyni və Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev arasında keçirilən görüşdə ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmaqda qazandığı uğurlar münasibətilə və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən İran konsulu, ətraf mühit və təbii sərvətlər sahəsində əməkdaşlığın genişləndirilməsi ətrafında Azərbaycan tərəfi ilə fikir mübadiləsi aparıb.

Bununla əlaqədar Araz çayının ekoloji məsələlərinə və bu birgə irsin qorunmasına diqqət yetirməyin vacibliyi vurğulanıb və çayın suyunu və çirklənməsini azaldacaq imkanlar üzərində birlikdə çalışmağın əhəmiyyəti qeyd edilib.

Naxçıvanın Ekologiya və Təbii Sərvətlər naziri də Araz çayının su ehtiyatlarının istismarı ilə bağlı müxtəlif məsələlərdə İran İslam Respublikası ilə əməkdaşlığa toxunaraq bildirib ki, xoşbəxtlikdən bu sahədə hər hansı problem yoxdur və hər iki tərəfdən mütəxəssislər bir-biri ilə daim əlaqədədirlər. (APA)
Əfv Komissiyasında 750-dən çox müraciətə baxılıbBu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.

Bununla da komissiyada baxılan müraciətlərin sayı 750-ni ötüb.

Komissiyanın növbəti toplantısının martın 9-da keçirilməsi nəzərdə tutulur.
İH-dəki əməliyyatın təfərrüatı: Daha kimlər həbs oluna bilər?Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatlarla bağlı təfərrüatlar məlum olub.

Avrasiya.net Hit.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı həbs edilən Tural Zeynalov qısa müddət ərzində topdağıtmaz varidata sahib olmaqla diqqətə gəlib.

Martın 3-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Xəzər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Qurumun təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən həbs edilib.

Yeni məlumatlarda deyilir ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. O, qısa müddətdə “Audi-6”, “Niva” “Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Tural Zeynalovun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir.

İddialara görə, əməliyyatın Xəzər rayonunda, xüsusilə dəniz sahili ərazilərdə torpaqların saxta sənədlər əsasında ələ keçirilməsində iştirak edən bütün vəzifəli şəxslərin həbsinə qədər uzanacağı bildirilir.

Tural Zeynalov rayondakı torpaq mafiyasının xırda üzvlərindən biridir. Vəzifəsinə görə o, qanunsuz yollarla, sənədlərin saxtalaşdırılması vasitəsi ilə ələ keçirilən torpaqlara, xüsusən “Türkan bulvarı” ərazisinə dair Xəzər İcra Hakimiyyətindən verilən plan-sxemlərə imza atıb. Buna görə alınan külli miqdarda rüşvətdən ona da pay çatıb.

Kinorejissorun bu xəbərə ağlaması tənqid olundu - VideoKinorejissor Kənan MM-in ağlaya-ağlaya öz videosunu çəkib sosial şəbəkədə paylaşması tənqid olunub.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, o, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun həbsdən azad olunması ilə bağlı xəbəri eşidəndən sonra ağlamağa başlayır.

Görüntü Türkiyədə, məhkəmə iclasının keçirildiyi binanın qarşısında çəkilib.

Kənan MM-in belə bir video paylaşması gülüşlə qarşılanıb və tənqid olunub.
“Siyasi partiyaların sayı qanunla məhdudlaşdırıla bilməz”Elçin Mirzəbəyli: “Bu ölkə Konstitusiyasının 25-ci və 58-ci maddələrinə ziddir”

“Siyasi partiyalar haqqında” qanun dəyişməli və ölkədə həyata keçirilən islahatların məzmununa uyğunlaşdırılmalıdır


Yeni Azərbaycan Partiyası (YAP) ölkənin hakim partiyasıdır və bu partiyanın önəmini artıran əsas amillərdən biri və mənim qənaətimə görə birincisi Prezident İlham Əliyevin bu siyasi təşkilatın sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın isə sədrin birinci müavini olmasıdır. Məhz bu baxımdan, YAP-da baş verən dəyişikliklərin ictimai-siyasi mesaj xarakteri daşıyacağı, ölkənin siyasi sistemində həyata keçirilən islahatların bir hissəsi kimi önəm kəsb edəcəyi şübhəsizdir.

Avrasiya.net xəbər verir ki, bu sözləri BayMedia-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəylıi deyib.

BAXCP təmsilçisi qeyd edib ki, bizim necə düşünməyimizdən və arzularımızdan asılı olmayaraq, reallıq belədir. Məhz bu baxımdan da ölkənin siyasi sistemi barədə fikir yürüdərkən xəyallarımıza, arzularımıza deyil, reallığa münasibət bildirməliyik: “Bu barədə dəfələrlə danışsam və yazsam da, yenidən toxunmaq istəyirəm: Siyasi partiyalar çoxpartiyalı sistemin, hüquqi və dünyəvi dövlətçiliyin təməlini təşkil edir. Əgər ölkədə siyasi sistemin daxilində Azərbaycan dövlətçiliyinin təməl ideoloji prinsiplərinə, strateji hədəflərinə, inkişafına, maraqlarına münasibətdə vahid mövqe nümayiş etdirməyi və sadaladığım prinsipləri fəaliyyətinin “qırmızı cizgisi” elan edib, digər müstəvilərdə sivil, intellektual mübarizə aparmağı bacaran partiyalar yoxdursa, yaxud real təsir gücünə malik deyillərsə, onların yerini “beşinci kolon”, radikal və dövlət modelimiz üçün təhlükə sayıla biləcək qruplar, şəxslər, ideyalar tutacaq. Məhz bu səbəbdən də, siyasi fəaliyyətə və rəqabətə real məzmun vermək, siyasi partiyaların cəmiyyətdəki rolunu artırmaq və bunun üçün stimullaşdırıcı addımlar atmaq lazımdır. Bildiyim qədər, bu sahədə 2020-ci ilin əvvəllərindən başlayan islahatların daha geniş vüsət alacağı gözlənilir. Ola bilsin ki, bir qrup adam xroniki narazılıq daşıyıcısı olduqlarından, digər qrup isə prosesin içərisində yer aldıalqrından dəyişiklikləri hiss etmirlər. Amma ölkəmiz də, siyasi sistemimiz də sürətlə dəyişir. Və bu dəyişiklərin içərisində ağrıverici, ilk baxışda anlaşılmayan məqamlar da var. Bu da təbii qəbul olunmalıdır.

Məhz bu baxımdan, 6 siyasi təşkilatın Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı xəbərə sayğı duyduğum bəzi həmkarlarımın yarıironik münasibətini təqdir etmirəm. Təbii ki, bu yanaşmaların ironiyadan uzaq məqamlarına sayğıyla yanaşıram. Bu onların hüququdur və düşünürəm ki, insan hüquq və azadlıqları kompleks anlayış olduğu üçün, başqalarının da öz siyasi fəaliyyət platformalarını müəyyənləşdirmək, seçim etmək hüquqlarına hörmətlə yanaşmaq lazımdır.

Bütövlükdə isə partiyaların birləşməsinə müsbət yanaşıram və düşünürəm ki, ölkədə çoxpartiyalı sistemin inkişafı və siyasi fəaliyyətin real məzmun alması üçün, ideoloji baxışları üst-üstə düşən siyasi partiyaların bir araya gəlməsi, birləşməsi, strukturlaşması, institutlaşması əsas amillərdən biri kimi dəyərləndirilməlidir. Siyasi partiyalarda 10, 20 və daha çox yetkin, təcrübəli, iddialı və tanınmış siyasətçinin olmasından çəkinmək lazım deyil. Əksinə, belə şəxslərin sayı nə qədər çox olarsa, bu, həm partiyadaxili demokratiyaya, həm də siyasi sistemin inkişafına töhfə verə bilər”.

Siyasi partiyaların birləşməsi ənənəsinə gəldikdə isə, Elçin Mirzəbəyli bildirib ki, bu proses təbii şəkildə həyata keçirilməlidir: “Bunun üçün ilk növbədə “Siyasi partiyalar haqqında” qanun dəyişməli və ölkədə həyata keçirilən islahatların məzmununa uyğunlaşdırılmalıdır. Digər tərəfdən, siyasi partiyaların qeydiyyata alınması prosesində, təkcə üzvlərin sayı deyil, struktur və ölkənin inzibati ərazi bütövlüyünə görə təşkilatma faktoru da nəzərə alınmalıdır. Azərbaycan unitar dövlət olduğu üçün, bizim ölkəmizdə, məsələn Rusiyada olduğu kimi regional partiyaların yaranması mümkün deyil. Yaranan və fəaliyyət göstərən bütün partiyalar respublika əhəmiyyətlidir və bu səbəbdən də respublikanın inzibati ərazi subyektlərinin ən azı yarısını əhatə etməlidir. Ölkənin Seçki Məcəlləsində siyasi partiyaların prezidentliyə namizəd irəli sürməsi üçün, namizədin irəli sürülməsinin müdafiəsi məqsədilə 60-dan çox seçki dairəsindən 45 min imza toplanması tələb olunur. Bu, bir o qədər də çox deyil. Təkcə Bakı şəhərində 36 seçki dairəsi var. Bu baxımdan da, siyasi partiyaların qeydiyyata alınması, yaxud təkrar qeydiyyatı prosesində, təxminən 40 rayonda yerli təşkilatın mövcudluğu tələbi qoyula bilər. Qeyd edim ki, Azərbaycanda 11 respublika tabeli şəhər, 66 rayon var.

Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması və onların siyasi proseslərdəki rolunun artırılması üçün gələcəkdə proporsional seçki sisteminin tətbiqi də vacib şərtlərdən biridir”.

BAXCP-nin hansısa digər bir təşkilatla birgə, yaxud vahid bir platformada fəaliyyəti ilə bağlı suala cavab olaraq, Elçin Mirzəbəyli bunun partiyanın qurultayının səlahiyyətlərinə aid olan məsələ olduğunu deyib: “Ölkədəki siyasi partiyalara yaxından bələd olan bir siyasətçi kimi, birmənalı şəkildə deyə bilərəm ki, BAXCP Azərbaycanda real yerli təşkilatları, fəaliyyətdə olan icra strukturları, seçkili orqanları olan və siyasi proseslərdə fəal iştirak edən azsaylı siyasi partiyalardan biridir. Bu baxımdan, partiyanın növbəti qurultayına qədər, əgər bizə belə bir müraciət, yaxud müraciətlər olarsa, o zaman qurultay prosedur qaydaları çərçivəsində bu məsələyə baxa bilər”.

BAXCP sədrinin müavini siyasi partiyaların sayının qanunla məhdudlaşdırılmasınının yolverilməz olduğunu bildirib: “Əvvala bu ölkə Konstitusiyasının 25-ci və 58-ci maddələrinə ziddir. Digər tərəfdən, siyasi partiyaların sayının qanunla müəyyənləşdirilməsi bu sahədə də inhisarçılığa yol aça, vətəndaşların bərabərlik və birləşmək hüquqlarını məhdulaşdıra bilər”.

“Oba” marketdə nöqsanlar aşkarlandıAzərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük savxozu, Əli İsazadə küçəsi ilə Yeni Hövsan yolunun kəsişməsində fəaliyyət göstərən, Oba Market MMC-yə məxsus “Oba” marketdə yoxlama keçirib.

AQTA-dan Avrasiya.net-ə verilən məlumata görə, yoxlama zamanı marketdə sertifikatlaşdırılmadan İran İslam Respublikasından ölkəmizə gətirilən müxtəlif çeşidli süd məhsulları, balıq məhsulları, süfrə duzu, qənnadı məmulatları və müxtəlif növdə hazırlanmış giləmeyvəli alkoqolsuz içkilərin satıldığı, istifadə müddəti ötmüş, istehsal tarixi və son istifadə tarixi qeyd edilməyən pendirin satışa çıxarıldığı, kolbasa məhsulunun üzərində yararlılıq müddətindən artıq müddətin qeyd edildiyi aşkarlanıb.

Eyni zamanda müəssisədə temperatur rejiminə riayət edilmədiyi, məhsulların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, qida məhsullarının qeyri-qida və istehlaka yararsız məhsullarla eyni sahədə saxlanıldığı, müxtəlif çəkilərdə qablaşdırılmış məhsulların üzərindəki istehsal tarixi, saxlama müddəti və digər məlumatların dəyişdirildiyi müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.
Diplomatlar Füzuli rayonunun Merdinli kəndində - FotoAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət əməlləri ilə tanış olmaqdır.

Avrasiya.net xəbər verir ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və başqaları müşayiət edirlər.

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Füzuli rayonunun Merdinli kəndinə gəlib, buradakı məscidin hazırki vəziyyəti ilə tanış olublar.

Erməni vəhşiliyi barədə məlumat verən Prezidentinin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, bədnam qonşularımızın törətdiyi vəhşiliklərin ən bariz nümunələrindən biri də Merdinli məscididir. Belə ki, ermənilər bu məscidi tövlə kimi istifadə edərək, nəinki Azərbaycan xalqının, eləcə də bütün müsəlmanların dini hisslərini təhqir ediblər.