İqdır Fondundan örnək addımKöln Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal Ufuk və Böyük Türk Qurultayı üçün Çağırış Komitəsinin rəhbəri İbrahim Xəlil Balayoğulları Türkiyədə fəaliyyət göstərən İqdır Fondunda görüş keçiriblər. Bu barədə Ufuk Kamal Ufuk məlumat verib. Onun sözlərinə görə, fondun Almaniya və Avropanın müxtəlif bölgələrində fəaliyyətinin genişləndirilməsi müzakirə edilib. Bundan başqa milli məsələlər, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycanın Qarabağ zəfəri barədə söhbət açılıb. Bu zəfərin bütün türk dünyasının qələbəsi olduğu önə çəkilib və bundan sonra ölkələrimizin inkişafını heç bir qüvvənin əngəlləyə bilməyəcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, İqdır Fondu Türkiyədə İqdır bölgəsinin, Türkiyənin xaricində isə başda Azərbaycan olmaqla Türk Dünyasının təhsil, mədəniyyət və iqtisadi sahələrinə dəstək verməyi əsas məqsəd olaraq görür. Bu qurum iqdırlılar tərəfindən təşkil edilən ilk fonddur.
Fondun rəhbərliyini hazırda Ədalət Naziriliyində dairə başqanı, hakim Özgür İnan Zor həyata keçirir. Fond xüsusilə Azərbaycan-Türk mədəniyyətinin tanıdılması, qorunması və genişləndirilməsi üçün fəaliyyət göstərməkdədir. İqdır Fondu bir ildən az bir müddətdə 150 azərbaycanlı və türkiyəli üniversitet tələbəsinə təhsil təqaüdü təsis edib.

Bundan başqa fond nəzdində Azərbaycan tarı və Azərbaycan milli sazı təhsili verilir. Azərbaycanlı tələbələrə maddi və mənəvi olaraq dəstək göstərilir.
Digər tərəfdən Qarabağ savaşında şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaq üçün İqdır bölgəsində bir meşə salınacaq. Meşə ərazisinə 2783 ting əkiləcək. Buraya “İqdır Vəqfi Qarabağ Şəhidləri Ormanı” adı veriləcək. Mart ayı ərzində bu fəaliyyət gerçəkləşdiriləcək.

Vəqfin loqosu üç rəngli Bayrağımızdan ilham alınaraq hazırlanıb. İqdır Fondunun hədəfi Azərbaycan türklərinin təhsil, həmrəylik və mədəniyyət ocağı olmaqdır.


Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTOMingəçevirdə 10-cu sinif şagirdi itkin düşüb.

Dünən günorta saatlarında Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib.

R. Abbasovun atası Məhərrəm Abbasovun verdiyi məlumata gör, oğlu dünən M.Ə.Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib. Əynində qara şalvar və qara-qırmızı zolaqlı kofta olub (apa).

"6 partiyanın YAP-a qoşulmasını ölkənin siyasi vitrini üçün ciddi hadisə kimi qiymətləndiririk"6 siyasi partiyanın hakim partiya olan Yeni Azərbaycan Partiyasının (YAP) qoşulması və YAP-ın bu gün keçirilən VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi ilk növbədə ölkədə siyasi plüralizmin və partiyalararası demokratik münasibətlərin mövcudluğundan xəbər verir. Bu, həmin partiyaların özlərinin müstəqil siyasi iradəsinin nəticəsidir və biz siyasilər sözügedən partiyaların bu qərarına hörmətlə yanaşmalıyıq. YAP-la mövqeləri, fəaliyyət prinsipləri və taktikaları üst-üstə düşən partiyaların bir araya gəlməsinə, onların hakim partiyaya inteqrasiya etməsinə bu gün cəmiyyətdə gedən proseslərin tərkib hissəsi kimi baxmaq lazımdır. Düşünürəm ki, həmin partiyalar YAP-a qoşulmaqla daha effektiv siyasi fəaliyyət imkanı əldə edəcəklər.

Bu hadisəyə həmçinin sivil inteqrasiya, təkamül yoluyla təmərküzləşmə və ən nəhayət, siyasi həmrəylik nümunəsi kimi də baxmaq olar. Yəni bu və ya digər partiya heç bir yan təsirlər olmadan, sırf partiyanın özünün müstəqil siyasi iradəsi əsasında ölkə siyasətinin flaqmanına – hakim Yeni Azərbaycan Partiyasına birləşmək barədə könüllü qərar qəbul edir. Siyasi platforması oxşar olan qurumların, qüvvələrin bir araya gəlməsi və böyük güc halında, yeni siyasi alyans kimi fəaliyyət göstərməsi çox normaldır. Bunda qeyri-adi heç nə yoxdur. Biz bu prosesə siyasi yetkinliyə malik olan cəmiyyət kimi yanaşmalı və “görəsən, bu partiyalar niyə birləşir?”,- deyə təəccüb dolu sual üzərində baş sındırmamalıyıq.

Bu prosesin pərdəarxasında heç bir konspirologiya-flan axtarmaq da lazım deyil. Çünki dünya təcrübəsində də bu kimi nümunələr çoxdur. Partiyaların birləşməsi və ya ayrılması məsələsi çoxpartiyalı sistemlərin mövcud olduğu ölkələrdə zaman-zaman rast gəlinən bir praktikadır, ənənədir. Xüsusən də Qərb ölkələrinin timsalında “siyasi qardaşlaşma”nın çoxlu nümunələrinə rast gələ bilərik.

Bu baxımdan hesab edirik ki, 6 partiyanın YAP-la birləşməsi ölkəmizdə siyasi dialoq mühitinin daha da gəlişməsinə və demokratik ənənələrin oturuşmasına xidmət edəcək. Bu hadisə ölkənin yeni siyasi sisteminin, yeni konfiqurasiyanın formalaşması prosesinin dərinləşməsini stimullaşdıracaq.

Nəticədə YAP-ın özü də yeni siyasi güc mərkəzi kimi ortaya çıxmaq imkanı qazanır. Eyni zamanda digər partiyaların səmərəli fəaliyyətinin təşkili üçün daha əlverişli şərait yaradılması mümkün olacaq. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış, Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi indi ölkənin siyasi qüvvələri ilə daha fəal əməkdaşlıq mərhələsinə keçir. Biz 6 partiyanın YAP-a qoşulmasını ölkənin siyasi vitrini üçün çox ciddi hadisə kimi qiymətləndirir və bu yeni siyasi güc mərkəzinə uğurlar diləyirik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Siyəzəndə “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan onlayn görüş keçirilibMartın 5-də Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş onlayn görüş keçirilib.

Rayonun idman ictimaiyyətinin iştirak etdiyi tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Yavuz Əliyev, məşqçi müəllimlər Şahin Kərimli, Emin Nəzərov, Fiziki Tərbiyə müəllimi Ruslan Cavadov və digərləri çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bədən tərbiyəsi və idmanın inkişafı ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müvəffəqiyyətlə həyata keçirilir. Bu siyasət daim öz bəhrəsini verir, idmançılarımız ən mötəbər yarışlarda uğurlu çıxışları ilə vətənin adını ucaldır, bayrağımızı yüksəklərə qaldırırlar. Şübhə yoxdur ki, dövlət rəhbərliyinin diqqət və qayğısı sayəsində idmançılarımız yeni-yeni möhtəşəm qələbələrə imza atacaqlar. Respublikamızın son illər artan potensialı nəticəsində beynəlxalq idman tədbirlərinin, o cümlədən bir çox idman növü üzrə dünya və Avropa çempionatlarının ölkəmizdə təşkilinin ənənəvi şəkil alması Azərbaycan idmanının inkişaf səviyyəsinin parlaq göstəricisidir. Respublika Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıya cavab olaraq bundan sonra da daha böyük uğurlara, qələbələrə imza atacaqlar.

5 Mart “Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə bir qrup məşqçi-müəllim idmanının inkişafındakı xidmətlərinə görə idarə tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.



#5Mart #BədənTərbiyəsivəİdmanGünü #SiyəzənGİİ


YAP İdarə Heyətinin yeni üzvləri - SiyahıBu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.

YAP-ın yeni İdarə heyətinin tərkibi aşağıdakı kimidir:

1. İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri

2. Mehriban Əliyeva - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti

3. Tahir Mirkişili

4. Cavid Osmanov

5. Sadiq Qurbanov

6. Hikmət Babaoğlu

7. Elşad Mirbəşiroğlu

8. Azər Badamov

9. Şahin İsmayılov

10. Ramin Məmmədov

11. Kamal Cəfərov

12. Əli Əhmədov

13. Mübariz Qurbanlı

14. Eldar İbrahimov

15. Bahar Muradova

16. Mixail Zabelin

17. Vasif Talıbov

18. İsmayılov Amin

19. İsgəndərov Anar

20. Rauf Əliyev

21. Eldar Əliyev

22. Musa Quliyev

23. Ədalət Muradov

24. Elnur Sadıqov

25. Tofiq Cahangirov

26. Tahir Budaqov

27. Aynur Sofiyeva

28. Ramiz Hüseynov

29. Fuad İbrahimov

30. Elmar Qasımov

31. Mahmudov Rəşad

32. Kərimzadə Pərvin

33. Cəfərov Samir

34. Əsgərli Asif

35. Akimov Elnarə

36. Əsgərov Valeh

37. Sucayev Əfsun

38. Həmzəyeva Ülviyyə

39. Bayramov Rövşən

40. Aslanov Bayram.

Azərbaycanı çox böyük nüfuza malik ölkəyə çevirdikBiz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

Yeni Azərbaycan Partiyasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən dövlətimizin başçısı deyib:

"Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır".
Biz bu tarixi missiyanı yerinə yetirdik - PrezidentYeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədaləti bərpa etdi.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında söyləyib.

“Bizim şanlı qələbəmiz qürur mənbəyimizdir və bu gün bizim qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurub, öz tarixi torpaqlarını işğalçılardan azad edib. Biz bu tarixi missiyanı yerinə yetirdik”, - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarında Azərbaycan xalqının bu işğalla heç vaxt barışmayacağını deyib.

“Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müxtəlif çıxışlarda, müsahibələrdə müharibədən əvvəl deyirdim ki, bizə yarımçıq hansısa sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi. Tarixi ədalətə cavab vermirdi və yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi və biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”, - deyə Prezident vurğulayıb.
Mübariz Mənsimov azad edildi - TəciliAzərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi başlayıb.

Avrasiya.net xəbər verir ki, bu haqda məlumatı “Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva öz Feysbuk hesabında yazıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun sərbəst buraxılması üçün protest verib. Bu gün hər kəs azərbaycanlı iş adamı və xeyriyyəçinin məhkəmə zalından azadlığa buraxılacağını gözləyir.

***

Məhkəmədə Mübariz Mənsimova söz verilib. O deyib ki, nə FETO-ya bir qəpik vermişəm, nə də köpəklərinə, vermərəm də. Tam əksinə, yalnız dövlətimizə yardım etmişəm. Mən bəraət istəyirəm”.

***

Məhkəmədə M.Mənsimovun vəkili Ərsan Şən çıxış edib və müdafiə etdiyi şəxsin FETÖ-ya hər hansı yardım etməsi barədə ifadələrin heç birinin dəlil-sübutu olmadığını bildirib, bunları böhtan adlandırıb.

Vəkil eyni zamanda heç bir sübut olmadığı üçün ittiham tərəfinin iddiasından imtina edilməsini, Mübariz Mənsimovun bəraətini istəyib.

***

Məhkəmə heyəti qərar vermək üçün müşavirə otağına gedib.

***

Məhkəmənin qərarı ilə Mübariz Məhsimov ev dustaqlığına buraxılıb.

M.Mənsimovun ölkədən çıxışına 5 illik qadağa qoyulmaqla cəzasının qalan hissəsini ev dustaqlığında keçirməklə bağlı qərar verilib.

Vəkillər məhkəmənin qərarından narazı olduqlarını və bəraət istədiklərini bildiriblər. Buna görə də şikayət veriləcək.
Strateq.az bağlandı“Strateq.az” xəbər saytı fəaliyyətini dayandırıb.

Avrasiya.net xəbər verir ki, bu barədə saytın təsisçisi və baş redaktoru Elxan Şükürlü bildirib. O qeyd edib ki, “Strateq.az” qeyri-müəyyən müddətədək fəaliyyətini dayandırır:

“Düz, 6 ildir - 2015-ci ilin 10 martından fəaliyyət göstərən və daha çox siyasi məzmunlu, analitik materiallarla görüşünüzə gələn, təsisçisi və baş redaktoru olduğum "Strateq.az" saytının fəaliyyətini qeyri-müəyyən müddətədək dayandırmaq qərarına gəldik.

Martın 10-dan etibarən, sayt yenilənməyəcək. Gələcəkdə fəaliyyətini bərpa edəcəksə də, mən baş redaktor olmayacam.

Bu 6 ildə çox az sayda olan, ancaq həddən artıq fədakar, bacarıqlı, milli-mənəvi dəyərlərimizi və həqiqi dövlət maraqlarımızı hər şeydən üstün tutan intellektual bir komanda ilə işlədik. 7 nəfərlə 70 nəfər kimi göründük!

Ancaq hər kəsə sübut etdik ki, bu ölkədə təmiz adını, şərəf və ləyaqətini ayaqlar altına atmayan, reketçiliklə, şantajla məşğul olmayan, sifarişlərlə "siyasi killer"lik etməyən, "reklam dilənçiliyi" ilə müxtəlif qapılarda sürünməyən jurnalistlərimiz də var!

Belə istedadlı və namuslu, zəhmətkeş jurnalistlərlə işlədiyim üçün çox şadam və onların hər birinə minnətdaram!

Bundan sonra bir kollektivdə olmaya bilərik, ancaq əsas odur ki, daha qalıcı münasibətlər - həddən artıq etibarlı, vəfalı dostlar, qardaş və bacılar qazandıq!

Eyni zamanda, bu 6 ildə bizi daim izləyən sadiq oxucularımızın da hər birinə təşəkkür edirəm!

Allah doğru yolda olanlarımıza kömək olsun!”.
ABŞ türk kriminal avtoritetin başına 5 milyon qoyduABŞ Dövlət Departamenti qırğız kriminal avtoritet Kamçibek Kolbayevin həbsinə imkan verəcək hər hansı informasiyaya görə 5 milyon dollar mükafat təyin edib.

Axar.z xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb.

Qeyd edək ki, Kolbayevin başına bundan öncə 1 milyon dollar mükafat təyin edilmişdi.

2012-ci ildə ABŞ onu dünyanın ən böyük narkobaronları siyahısına daxil edib.