İrana getmək istəyən vətəndaşlarımızın - Diqqətinəİranın Azərbaycandakı səfirliyi koronavirusla mübarizə dövründə İrana səfərin qaydalarını açıqlayıb.

Bu barədə Avrasiya.net-ə İran səfirliyindən məlumat verilib.

İran səfirliyi bildirir ki, İran İslam Respublikasnın Koronavirusla Mübarizə üzrə Qərargahı tərəfindən qəbul edilmiş qaydalara əsasən, yeni növ COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə İrana səfər etmək istəyən bütün xarici vətəndaşlar, o cümlədən Azərbaycan vətəndaşları səfərdən öncə giriş icazələri almalıdılar:

"Bununla əlaqədar İrana səfər etmək istəyən Azərbaycan vətəndaşları əvvəlcə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan çıxış icazəsi almalı və daha sonra isə İran İslam Respublikasnın Bakıdakı Səfirliyinin Konsulluq Şöbəsinə müraciət etməklə qeydiyyatdan keçərək İrana getmək üçün giriş icazələri almalıdılar".
Razadan Əliyevə: Zəfəriniz Pakistanda da qeyd olunduSizinlə görüşməkdən böyük şərəf hissi duyuram və bu cür yerinə düşən görüş fürsətinə görə Sizə olduqca minnətdaram. Sizin və Azərbaycan xalqının 44 günlük müharibədə tam Qələbəsi münasibətilə Sizi öz adımdan, Pakistanın bütün Silahlı Qüvvələri və Pakistan xalqı adından təbrik etmək istərdim.

Avrasiya.net xəbər verir ki, bunu Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza martın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda qəbulunda olarkən söyləyib.

“Deməliyəm ki, Zəfəriniz eyni istəklə Pakistanda qeyd olundu. Buna görə, Zati-aliləri, cənab səfir hadisələrin gedişatı haqqında bizi daim məlumatlandırırdı. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları bizim kütləvi informasiya vasitələrində əsas başlıqla gedirdi. Bir daha tam Qələbəniz münasibətilə Sizi təbrik edirəm”, - general qeyd edib.
Prezident Pakistanın Baş Qərargah rəisini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

Avrasiya.net xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev deyib:

- Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, sizin səfəriniz hərbi sahədə ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək. Bu günə qədər bu əməkdaşlıq çox səmərəli olmuşdur və biz tərəfdaşlığımızı genişləndirmək arzusundayıq.

Əvvəlcə, müharibə zamanı nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistana təşəkkürümü ifadə etmək istəyirəm. Torpaqlarımızın azadlığı uğrunda apardığımız müharibə 44 gün çəkdi və Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdı. Biz 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdik.

Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi. Pakistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının tərəfdarı kimi çıxış etdi və Ermənistanın təcavüzünü pislədi. Bu, həqiqi qardaşlıq və dostluğun nümunəsi idi. Yəqin bilirsiniz ki, Azərbaycanda insanlar Pakistan xalqı ilə, ölkənizlə bağlı öz hisslərini nümayiş etdirdilər, müharibə zamanı Pakistan bayraqlarını dalğalandırdılar. Bu, bir daha bizim birlik və qardaşlığımızı nümayiş etdirir.

Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq.

Əlbəttə, hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz. Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb.

Biz artıq Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının yaxşı nəticələrinin şahidi olduq. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək mövqelərimizi gücləndirəcəyik və sülhə töhfə verəcəyik. Çünki ölkələrimiz regionda sülh və ədalətin tərəfdarıdır. Biz beynəlxalq hüququn işləmədiyini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il ərzində icra edilmədiyini, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunmadığını, Ermənistanın cəzalandırılmadığını və sonsuz danışıqların dalana dirəndiyini görəndə ədaləti özümüz bərpa etməli olduq. Yəni, beynəlxalq hüquq işləmədiyi halda, o, güc vasitəsilə həyata keçirilməlidir. Biz buna nail olduq və bunu bütün dünyaya nümayiş etdirdik.

Ancaq biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik. Beləliklə, bizim hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunması işinə töhfə verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi və həmkarlarınızla səmərəli iş aparmağı arzulayıram.

Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza deyib:

- Çox sağ olun cənab Prezident. Əvvəlcə, Sizinlə görüşməkdən böyük şərəf hissi duyuram və bu cür yerinə düşən görüş fürsətinə görə Sizə olduqca minnətdaram. Sizin və Azərbaycan xalqının 44 günlük müharibədə tam Qələbəsi münasibətilə Sizi öz adımdan, Pakistanın bütün Silahlı Qüvvələri və Pakistan xalqı adından təbrik etmək istərdim. Deməliyəm ki, Zəfəriniz eyni istəklə Pakistanda qeyd olundu. Buna görə, Zati-aliləri, cənab səfir hadisələrin gedişatı haqqında bizi daim məlumatlandırırdı. Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları bizim kütləvi informasiya vasitələrində əsas başlıqla gedirdi. Bir daha tam Qələbəniz münasibətilə Sizi təbrik edirəm.
Daha bir vəzifəli şəxs minaya düşdü - Rəsmi açıqlamaMartın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Yoluxma azaldı, ölüm sayı artdıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229143 nəfər müalicə olunaraq sağalıb, 3230 nəfər vəfat edib, aktiv xəstə sayı 2960 nəfərdir.

Ölkədə son sutka ərzində 7928, hazırkı dövrədək isə 2618808 test aparılıb.
Polis Şamaxıda keçirilən toya basqın edibŞamaxıda “Şirvangöl” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, polislər tərəfindən həmin restorana baxış keçirilən zaman orada 50-yə yaxın şəxsin bir yerə toplaşaraq məclisdə iştirak etdiyi aşkar olunub. Restoranı işlədən Kənan Fərmanov və məclisi təşkil edən 13 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Qeyd edək ki, ötən gün oxşar hadisə Şəmkirdə də baş verib.
Rusiyada son sutkada 452 nəfər COVID-19-dan ölübRusiyada son bir gündə daha 10 535 nəfərə COVID-19 diaqnozu qoyulub.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 278 750 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 452 nəfər artaraq 87 348-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 853 734 nəfər sağalıb.
Xocalı hava limanının taleyi necə olacaq? - Azərbaycan şərtlərini irəli sürdüAzərbaycanın Qarabağda eyni vaxtda 3 şəhərdə - Füzuli, Laçın və Zəngilanda hava limanı planlaşdırması ermənilərin iştahını qabardıb. 44 günlük müharibədən "sürünərək" çıxan və hələ də eyni vəziyyətdə qalan qarşı tərəf Xocalı hava limanının istifadəyə veriləcəyinə ümid edir.

Publika.az xəbər verir ki, ənənələrinə sadiq qalaraq xəyal dünyasında yaşamağa davam edən ermənilər özləri də Azərbaycanın icazəsi olmadan hava limanının açılmayacağını bütün detalları ilə dərk edirlər.

Bölgədə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına çalışan Azərbaycan bunu, onsuz da, 3 hava limanı layihəsi ilə həyata keçirə biləcək.

"Sputnik Ermənistan" bildirir ki, ermənilər Dağlıq Qarabağa birbaşa uçuşların vaxtından danışarkən separatçı rejim dəfələrlə konkret tarixlərdən bəhs etmişdi. Başlanğıcda, təxminən 25 dekabr, sonra 10 yanvar təyin olunmuşdu. Ancaq nə dekabrda, nə yanvarda, nə də fevralda hava limanı işlədi. Çünki bu, içi boş vəddən başqa bir şey deyildi. Səbəb isə Xocalıya birbaşa beynəlxalq uçuşların yalnız hava limanının məxsus olduğu Azərbaycanın icazəsi ilə həyata keçirilə bilməsidir.

Hava limanı 1974-cü ildə Xankəndidən 9 kilometr aralıda - Xocalı qəsəbəsi ərazisində inşa edilib. Sovet dövründə əsasən İrəvan və Bakıya uçuşlarda istifadə olunurdu. 1991-ci ildə aktiv döyüş əməliyyatları başladıqdan sonra hava limanı hərəkətsiz qaldı. 2012-ci ildə bütün müasir tələblər nəzərə alınaraq yenidən qurulub. Beynəlxalq hava limanı kimi fəaliyyət göstərməsi üçün müvafiq aviasiya orqanlarına müraciətlər edilib. Beynəlxalq Mülki Aviasiya Təşkilatının mütəxəssisləri obyekti yerində araşdıraraq müsbət rəy veriblər.

Ancaq hava limanı yalnız helikopterlərə və kiçik təyyarələrə xidmət edib. İrəvan-Xocalı birbaşa uçuşu isə heç vaxt baş tutmadı. Baxmayaraq ki, Serj Sarkisyan prezident olaraq bunu şəxsən elan etmiş və ilk sərnişinin özü olacağını demişdi. Lakin rəsmi Bakının xəbərdarlıqlarına görə heç vaxt bu riskə getmədi. Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov və Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu İrəvandan gələn hər hansı təyyarənin Xocalıya uçmağa cəhd edəcəyi təqdirdə, raketlə vurulacağı barədə açıqlamalar vermişdi. Səslənən xəbərdarlıq olduqca real idi, çünki oxşar şey 90-cı illərin əvvəllərində baş vermişdi.

Mühəndis və texniki baxımdan hava limanı işlək vəziyyətdə olsa da, Azərbaycanın razılığı olmadan heç vaxt işləyə bilməz. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına, habelə Çikaqo Konvensiyasının və Varşava Sazişinin tələblərinə uyğun olaraq beynəlxalq uçuşlar yalnız hava limanının yerləşdiyi ölkənin milli aviasiya orqanının icazəsi ilə həyata keçirilə bilər.

İndi ermənilər hava limanının açılmasını bölgədə xidmət edən Rusiya sülhməramlılarının "rahatlığı" üçün açmağa ümid edir. Kontingent, yüklər və avadanlıqlar hazırda Rusiyadan Azərbaycanın Bərdə şəhərinə çatdırılır, sonra 100 kilometr məsafə gedərək Xankəndiyə aparılır. Azərbaycan kimi gözəl təbiətli ölkədə bu 100 kilometr məsafəni qət etmək Suriya kimi dəhşətli münaqişə bölgəsində illərini xərcləyən hərbçilər üçün sadəcə səyahət xarakteri daşıya bilər, nəinki əziyyət.

Xocalı hava limanının işləmə şərtləri ilə bağlı Bakı ilə danışıqlar aparılsa da, Milli Məclisinin deputatı Rasim Musabəyovun müsahibələrindən birində izah etdiyi kimi, Bakı yalnız Xocalı hava limanının işləməsinə idarə olunması qaydalarını özü müəyyənləşdirdiyi təqdirdə icazə verməyə hazırdır. Millət vəkili bütün gömrük və sərhəd nəzarətinin azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçirildiyini və heyətin Bakı aviasiya naviqasiyasına tabe olduğu təqdirdə icazə veriləcəyini bildirib.
Şabran sakini həmyerlisini tüfənglə hədələyib, itini öldürüb.

Rayon sakini Y.Mövlanovun fevralın 21-də Çaraq kəndi ərazisində bir nəfərin onu tüfənglə öldürəcəyi ilə hədələməsi və yanındakı çoban itini tüfəngdən açdığı atəşlə öldürməsi barədə müraciət edib.

Müraciətlə əlaqədar Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini R.Quliyev müəyyən edilərək saxlanılıb.Ondan nömrəsi silinmiş ov tüfəngi götürülüb.