Paşinyan: Məni bağışlayın...30 illik müstəqillik dövründə ölkə rəhbərliyi mümkün olan bütün səhvləri etdi. Son 2 il 10 ayda, inqilabdan sonra da səhvlər edildi.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mitinqdə çıxışında deyib.

“Söhbət hökumətimizdən, şəxsən məndən gedir. Mən hamınızdan, bütün Ermənistan vətəndaşlarından, bütün erməni diasporundan etdiyim səhvlərə görə məni bağışlamalarını xahiş edirəm, - Paşinyan bildirib.
Müxalifət İrəvanın mərkəzində mitində başladıİrəvanda Ermənistan parlamentinin qarşısında Vətənin xilası hərəkatının böyük mitinqi başlayıb.

Avrasiya.net xəbər verir ki, mitinq iştirakçıları Baş nazir Nikol Paşinyanın istefasını tələb edir, Baş Qərargah rəisini dəstəkləyirlər.

Mitinqdə “Ermənistansız Nikol”, “Nikol satqındır”, “Millət, ordu, qələbə” şüarları səsləndirilir.

Gürcüstanın Qardabani rayonunda məktəb yaxınlığında partlayış baş verib.

Hadisə zamanı 11 və 15 yaşlarında olan iki azərbaycanlı qardaş xəsarətlər alıb.

15 yaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, uşaqların məktəbdən evə gedərkən yolda naməlum əşya tapdıqları və məhz həmin əşyanın partlayış yaratdığı bildirilir.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Gürcüstanın Qardabani rayonunda baş vermiş partlayış hadisəsi ilə bağlı istintaqa başlanılıb.(Report)
Şurada nöqsanlar aşkarlandı: kimlər cəzalanacaq?Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında Hesablama Palatasının keçirdiyi yoxlamalar zamanı nöqsanların aşkarlanması təbii ki, normal haldır.

Bunu Axar.az-a Hesablama Palatasının Şurada nöqsanlar aşkarlamasına münasibət bildirən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib. O bildirib ki, il ərzində 500-dən çox layihə maliyyələşir və burada nöqsanların olması qaçılmazdır:

“Adətən dövlət büdcəsindən maliyyələşən qurumlar və təşkilatlarda Hesablama Palatası tərəfindən yoxlamalar aparılır. Bu iş büdcədən ayrılan vəsaitin istifadəsinə nəzarət məqsədilə icra edilir. Təbii ki, bu yoxlamalar normal qarşılanmalıdır. Dövlət vəsaitinin istifadə olunmasında şəffaflıq qorunmalı və hər şey açıq olmalıdır. Şura da öz fəaliyyətini şəffaflıqla davam etdirib və buna hər zaman diqqət yetirib. Təbii ki, iş olan yerdə müəyyən nöqsanların da olması mümkündür. Hesab edirəm ki, burada qeyri-adi heç bir şey baş verməyib. Şurada yoxlamalar aparılıb və biz də bunu normal qarşılayırıq. Şuranın layihələr çərçivəsində 1000-ə yaxın QHT ilə təması olur. İl ərzində 500-dən çox layihə maliyyələşir. Burada nöqsanların olması təbii ki, normaldır. Burada olan nöqsanların hamısı bizə bildirildikdən sonra onların aradan qaldırılması tərəfimizdən təmin olunmalıdır”.

Fərasət Qurbanov yoxlamalar zamanı ciddi nöqsanların olması, buna görə bir neçə əməkdaşın cəzalandırılması və işə hüquq-mühafizə orqanlarının qarışması barədə yayılan iddiaların doğru olmadığını bildirib:

“Bu kimi iddiaların hamısı əsassızdır. Hələlik proses davam edir. Ciddi nöqsanlar olması, hüquq-mühafizə orqanlarının işə qarışması kimi irəli sürülən iddialarla bağlı konkret fakt mövcud deyil. Yoxlamalar başa çatmamış Şuradakı nöqsanların nədən ibarət olması barədə danışmaq isə hələ ki, tezdir. Hansı sahədə nöqsan olacaqsa, onlarla barədə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Hesablama Palatasının Azərbaycan Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında həyata keçirdiyi yoxlamalarda nöqsanlar aşkarlanıb və yoxlama ilə bağlı rəy Milli Məclisə göndərilib.

Şuranın sədri millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevdir.
Sarkozi 3 il müddətinə azadlıqdan məhrum edildiFransanın keçmiş prezidenti Nikola Sarkozi korrupsiyada ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

Avrasiya.net xəbər verir ki, məlumatı "RİA Novosti" yayıb.

Bildirilib ki, cəzanın 2 ili şərtidir. O, real həbs cəzası almış ilk Fransa prezidentidir.

Qeyd edək ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.

Ermənilər yeni terror təşkilatı yaratdı: Təlim keçirlər - VideoErmənilər öz tarixi vərdişlərindən əl çəkməyərək onları qızışdıran, alət kimi istifadə edən qlobal güclərin dəstəyi ilə yeni silahlı terror təşkilatı yaradıb. “Voma” adlı terror təşkilatı hazırda fəaliyyətdədir və PKK-dan, “Asala”nın törəmələrindən ciddi dəstək alır.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən ASİMED (Əsassız Soyqırım İddialarına qarşı Mübarizə Dərnəyi) adlı təşkilatın rəhbəri, dosent Savaş Eğilməz deyib.

“Bu terror təşkilatı Qarabağdakı müharibədə də fəaliyyət göstərib”, - o əlavə edib.

S.Eğilməz bildirib ki, Ermənistanın tarixinə nəzər salanda onun daim terror fəaliyyətləri ilə anılan dövlət olduğu görünür.

“Son zamanlar da ermənilərin yaratdığı yeni terror təşkilatının Qarabağ savaşında fəaliyyətdə olduğunu görürürk. Bu terror təşkilatının adı “VoxjMnaluArvest”, yəni “sağ qalmaq uğrunda mübarizə” mənasını verən ermənicə sözlərin baş hərflərindən götürülüb, “Voma” adlanır. Ona erməni əsilli Rusiya vətəndaşı, 1965-ci ildə anadan olmuş kəşfiyyatçı Vova Vartanov başçılıq edir”, - o qeyd edib.

Eğilməz bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “Voma” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib.

“Bu terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla bütün xərcləri ödənilir. Bunları Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. Təlimə dağlıq şəraitdə sağ qalmağı bacarmaq, odlu silahlardan, bıçaqlardan istifadə, diversiya hücumlarının təşkili daxildir. Onlara təlim keçənlər istefada olan hərbçilərdir”, - Eğilməz deyib.

ASİMED başqanı ermənilərin bu fəaliyyətinin türk düşmənçiliyindəmn irəli gəldiyini deyir. Bildirir ki, gələcəkdə bu təşkilatın böyüyüb Türkiyəyə, Azərbaycana problem yaratmaması üçün indidən tədbir görmək lazımdır.

“Ermənilərə bunu deyirik: artıq özünüzü oyuncaq durumundan qurtarın. 100 ildir insanlar sizi istifadə edir. Türkiyə şərtləri içərisində, Türkiyənin müəyyən etdiyi şərtlər daxilində bizimlə dostluq olmasa da ittifaq qurmağın yollarını axtarın. Azərbaycanla ittifaq qurmağın yollarını axtarın. Əgər bunu etməsəniz sizi daha bir əsr istifadə edəcəklər və bu işdən tarixdə olduğu kimi, yenə ermənilər ziyanla çıxacaq”, - o bildirib.
Azərbaycanlı jurnalistin yazıları ərəb mediasındaMisir, Əlcəzair, İraq və İordaniya mətbuatında azərbaycanlı şərqşünas və jurnalist Haşim Məmmədovun Azərbaycanla ərəb ölkələri arasında diplomatik və iqtisadi əlaqələrdən bəhs edən geniş məqaləsi dərc edilib.

“Əl Dovlə”, “Ənbaarmasr”, “Nile1”, “Əl Hərir”, “Aldiplomasy”, “sotbaladna” və digər mətbuat orqanlarında yayılmış məqalədə xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə xüsusi diqqət yetirildiyi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirildiyi qeyd olunur.

Müəllif yazır: “İslam dünyası ilə əlaqələri inkişaf etdirmək, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığa nail olmaq Dağlıq Qarabağ probleminin müsəlman aləminə, eyni zamanda, ərəb ölkələrinin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi. Çünki Dağlıq Qarabağ münaqişəsi meydana gələn ilk illərdə Ermənistan beynəlxalq aləmdə belə bir yalan rəy formalaşdırırdı ki, guya sözügedən münaqişə dini zəmindədir və Azərbaycan Dağlıq Qarabağda xristian olan erməniləri sıxışdırır. Bunun əksini sübut etmək üçün Azərbaycana İslam aləminin siyasi dəstəyi vacib idi. Eyni zamanda, mühüm beynəlxalq humanitar təşkilatlarla yanaşı, İslam fondları, yardım cəmiyyətlərinin də azərbaycanlı qaçqın və məcburi köçkünlərə dəstək göstərməsinə nail olmaq lazım idi. Bu baxımdan ilk addım olaraq ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri xüsusi əhəmiyyət kəsb edirdi”.

Məqalədə diqqətə çatdırılıb ki, həmin ilin sentyabrında Misirə səfər edən ümummilli lider Heydər Əliyev rəsmi Qahirənin də siyasi dəstəyini ala bilib və iki ölkə prezidentlərinin görüşünün nəticələrinə dair verilən bəyanatda Misirin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı əksini tapıb. Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan Dostluq parkı salınıb, burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb. Eyni zamanda, Abşeron rayonunda Azərbaycan-Misir Dostluq parkı salınıb.

Məqalədə Azərbaycanla İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və Əlcəzair arasında əlaqələrdən, ölkəmizin İslam aləmində artan nüfuzundan da ətraflı bəhs olunub.
https://sotbaladna.com/6348/?fbclid=IwAR2YyyDa_Z9GYI-McOExbwZyMe7k-o8jYetQhJWgt2uBc3_hkxhwgvaKtU8
Abşeron rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan 1999-cu il təvəllüdlü İlham Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, İlham Cəlilov qonşusu, 2004-cü il təvəllüdlü Fəridə Məmmədovaya (ad soyad şərti verilib – red.) evlənmək məqsədi ilə elçi göndərərək özünə arvad edəcəyi barədə yalan vəd verib. O, Fəridəni aldadaraq 2019-cu il tarixdə Novxanı kəndindəki evə aparıb, evin yataq otağında onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İlham Cəlilov həmin tarixdə etdiyi hərəkətinin davamı olaraq cinsi ehtirasını təmin etmək niyyəti ilə 2020-ci ildə yenidən Fəridə Məmmədovanı yaşadığı Novxanı kəndindəki evinə aparıb, yataq otağında yenidən onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

“Başqası ilə cinsi əlaqədə olduğunu bildirdi”

İstintaq orqanı tərəfindən İlham Cəlilovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlham Cəlilov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır: “Əvvəllər məhkum olunmamışam, fərdi əməklə məşğul olmuşam. Fəridə ailəsi ilə Novxanı kəndində kirayə evdə yaşayıb. Fəridə bir neçə dəfə küçədə mənim qarşıma çıxıb. Fəridəyə evlənmək məqsədi ilə elçi göndərmək istədiyimi söylədim. Fəridə isə mənə əvvəl başqası ilə cinsi əlaqədə olduğunu və qızlıq pərdəsinin pozulduğunu bildirdi. Mən isə Fəridənin belə qəbul etdiyimi söylədim. Bundan sonra Fəridəyə görüşmək istədiyimi bildirdim”.

“Ağrının keçəcəyini söylədim”

İlham Cəlilovun sözlərinə görə, 2019-cu il tarixdə, saat 22.30 radələrində yolun kənarında Fəridə ilə görüşüb: “Birlikdə mənim yaşadığım evə getdik. Həmin vaxt evdə anam olduğu üçün və bizi görməməsi üçün Fəridəni evin arxa tərəfində olan otağa apardım. Evdə olan zaman saat 23.30 radələrində Fəridə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmağı istədim. Fəridə buna etiraz etmədi. Hər ikimiz əynimizdə olan paltarları çıxartdıq. Otaqda olan divana uzandıqdan sonra Fəridə ilə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Həmin vaxt qız ağrıdan qışqırdı. Mən isə Fəridəyə narahat olmamasını, ağrının keçəcəyini söylədim”.

İlham Cəlilov qeyd edib ki, səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə Fəridə ilə cinsi əlaqədə olub: “Həmin günü saat 06 radələrində işə gedəndə Fəridəni də aparacığımı dedim. Evinə ötürəndə Fəridəyə məscidin yanında qalmağını və işdən gələndə evə gətirəcəyimi bildirdim. Lakin işdən gələrkən Fəridəni orada görmədim”.

“İki dəfə cinsi əlaqədə oldum”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə 2020-ci il tarixdə, saat 14 radələrində Fəridə ilə birlikdə onun yaşadığı evə gəlib: “Fəridə ilə ailə quracağımı bildirərək sonuncunu yaşadığım evə çağırdım. Həmin vaxt evdə anam olduğu üçün bizi görməsin deyə Fəridəni evin arxa tərəfində olan otağa apardım. Saat 22.00 radələrində evdə olan zaman Fəridə ilə qeyri-təbii yol ilə cinsi əlaqədə olmaq istədim. Fəridə də etiraz etmədi. Hər ikimiz əynimizdə olan paltarları çıxartdıq. Otaqda olan divanda Fəridə ilə qeyri təbii yolla cinsi əlaqədə oldum. Bu zaman Fəridə ağrıdan qışqırdı. Ona ağrının keçəcəyini dedim. Fəridə ilə səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə cinsi əlaqədə oldum”.

İlham Cəlilov bildirib ki, həmin günü, gecə saat 03 radələrində Fəridə ilə evdən çıxıb və sonuncuya valideynlərinin narahat olmamaları üçün evinə getməyini məsləhət görüb. O, ifadəsinin sonunda tutduğu əməldən peşman olduğunu deyib.

“Görüşməyə razılıq verdim”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fəridə Məmmədova bildirib ki, İlham Cəlilovdan əvvəl başqası ilə cinsi əlaqədə olub, bakirəliyi pozulub. Onun sözlərinə görə, 2019-cu ildə İlham ilə rastlaşıb və sonuncu onunla evlənmək niyyətində olduğunu deyib: “İlhama ondan əvvəl başqası ilə cinsi əlaqədə olduğumu və qızlıq pərdəsinin pozulduğunu bildirdim. İlham isə məni belə qəbul etdiyini söylədi. Sonra İlham bir neçə dəfə mənimlə görüşmək istədiyini bildirdi. Lakin hər dəfə buna etiraz etdim. Bundan sonra İlham mənə əgər görüşməsəm, atama və anama kiminləsə əlaqədə olduğumu və qızlıq pərdəmin pozulduğu barədə deyəcəyini bildirdi. Mən də İlhamdan heç kimə bu barədə heç nə deməməyi söylədim. Onunla görüşməyə razılıq verdim”.

“Yaddaşımı itirdiyimi, evi tapa bilmədiyimi dedim”

Fəridə Məmmədova qeyd edib ki, 2019-cu il tarixdə saat 22:30 radələrində yaşadığı evdən çıxaraq yolun kənarında İlhamla görüşüb: “Onunla birlikdə onların evinə getdik. Həmin vaxt evdə İlhamın anası olduğu və bizi görməməsi üçün İlham məni evin arxa tərəfində olan otağa apardı. Evdə olan zaman saat 23:30 radələrində İlham mənimlə qeyri-təbii yolla cinsi əlaqədə olmağı istədi. Buna etiraz etmədim. İlham mənimlə qeyri-təbii yolla cinsi əlaqədə oldu. İlhamla səhərə qədər olan müddət ərzində iki dəfə qeyri-təbii yol ilə cinsi əlaqədə olduq. Həmin günü saat 06 radələrində İlham işə gedəndə məni də aparacığını dedi. Məscidin yanında qalmağımı və işdən gələndə məni yenə evə gətirəcəyini bildirdi. İlhamın məni düşürtdüyü yerdə qaldım. Lakin, bir qədər sonra qardaşım məni orada taparaq evə gətirdi. Məndən harada olduğunu soruşulduq da, yaddaşımı itirdiyimi, evi tapa bilmədiyimi dedim. İlhamla olan münasibətlərim barədə ailə üzvlərimə heç nə demədim”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

İlham Cəlilov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İctimai iştirakçılıq: keçmiş təcrübə və gələcək perspektivlərCəsarət Hüseynzadə
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri

Ölkəmizdə son dövrlər müxtəlif sahələrdə islahatlar aparılmaqdadır. Beynəlxalq təcrübə göstərir ki, müxtəlif neqativ halların qarşısının alınmasında və yaxud bu halların ifşa edilməsində ictimai nəzarət mexanizmlər əhəmiyyətli rola malikdir.

Dünya təcrübəsində rəsmi qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi uğurlu idarəetmənin təşviq olunması üçün mühüm alətlərdən biri sayılır. Çox təəssüf ki, ictimai nəzarət ilə bağlı ölkəmizdə bir o qədər də yaxşı təcrübə mövcud deyil.

İlham Əliyev: “Ölkədə ictimai nəzarət zəifdir, onu gücləndirmək lazımdır.”

Prezident İlham Əliyev tərəfindən də dəfələrlə ictimai nəzarətlə bağlı çağırışlar səsləndirilmiş və ictimai nəzarətin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Ölkə başçısı islahatların əsas dalğasının olduğu 2020-ci ilin martın 10-da yeni parlament üzvlərinin qarşısındakı çıxışında da bu məsələyə xüsusi diqqət yetirdi: “Ölkədə ictimai nəzarət zəifdir, onu gücləndirmək lazımdır. Qoy, vətəndaşlar yerli məmurların özbaşınalığı barədə məlumat versinlər.”

Prezident tərəfindən ictimai nəzarətin vacibliyi müxtəlif tədbirlərdə dəfələrlə qeyd olunub. Dövlətimizin başçısı qeyd edir ki, qanun pozuntularının, sosial ədalətsizliyin qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni mexanizm yarana bilər. Sitat: “İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür.”
Göründüyü kimi ictimai nəzarətin vacibliyi ölkə başçısı tərəfindən çox sərt şəkildə qoyulub. Eyni zamanda bu çağırışlar onu da özündə ehtiva edir ki, ictimai nəzarətlə bağlı vəziyyət ölkədə ürəkaçan deyil. Prezident tərəfindən bir neçə çıxışlarda müxtəlif fəaliyyətlərin icrasına ekspertlərin, jurnalistlərin və qeyri - hökumət təşkilatları nümayəndələrinin cəlb olunması vacibliyinin bildirilməsi, eyni zamanda o anlama gəlir ki, bəzi dövlət qurumları üçüncü sektoru özlərinə bir o qədər də yaxın buraxmır.

İctimai iştirakçılığın qanunvericilik təminatı və formaları

İctimai nəzarətin həyata keçirilməsi üçün müxtəlif mexanizm və imkanların yaradılması və bu imkanların qanunla təsbit olunması vacib şərtlərdəndir. Bu baxımdan informasiyaya əlçatanlığın və ictimai iştirakçılığın təmin olunması çox vacibdir. İnformasiyaya əlçatanlığın təmin olunması üçün qanunvericilikdə müddəalar yer almışdır. Düzdür bu sahədə də müəyyən problemlər qalmaqdadır. İctimai iştirakçılıqla bağlı məsələlərin qanunvericiliyə gətirilməsi isə yaxın keçmişlə bağlıdır. Bu yeni mexanizm eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri də tənzimləyir.

Qeyd olunan münasibətləri tənzimləyən əsas qanun “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 22 noyabr 2013-cü il tarixində imzalanılıb və 2014-cü il iyunun 1-dən qüvvəyə minib.

Bu Qanunla ilk dəfə Azərbaycanda vətəndaş cəmiyyəti institutları ifadəsinin hüquqi tərkibi (açılışı) verilmişdir. Qanuna əsasən vətəndaş cəmiyyəti institutları deyilərkən – qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri başa düşülür.
Qanun həmçinin ictimai iştirakçılığın prinsiplərinin qanunçuluq, könüllülük, şəffaflıq, plüralizm, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi olduğunu bildirir.

İctimai iştirakçılığın formaları

Sözü gedən qanuna əsasən ictimai iştirakçılığın 6 əsas forması var:
1. ictimai şura;
2. ictimai müzakirə;
3. ictimai dinləmə;
4. ictimai rəyin öyrənilməsi;
5. hüquqi aktların layihələrinin ictimai müzakirəsi;
6. yazılı məsləhətləşmə.
Eyni zamanda qanun ictimai iştirakçılığın digər formalarda həyata keçirilməsini də qadağan etmir.

İctimai iştirakçılığın “ölü” formaları

Son dövrlər ictimai iştirakçılığın ilə bağlı müzakirələr gedərkən əsas diqqət İctimai şuralara yönəlir. Halbuki ki, İctimai şuralar ictimai iştirakçılığın prosedura baxımdan ən çətin formasıdır. Digər formaların (ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsinin keçirilməsi və yazılı məsləhətləşmələrin aparılması) həyata keçirilməsi daha münasib və qısa zaman kəsiyində mümkündür.

Çox təəssüf ki, bir neçə mərkəzi icra hakimiyyəti orqanı istisna olmaqla qeyd olunan ictimai iştirakçılıq formalarından istifadə olunmur. Həmin formalar haqqında qanunda da geniş imkanlar yer almışdır.
Həmçinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası” da təsdiq edilib.

Müvafiq qaydalarda hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi ilə bağlı məqamlar öz əksini tapıb. Qaydalarla mərkəzi icra hakimiyyəti orqanı hazırladığı normativ hüquqi aktların layihələrini razılaşdırılması üçün göndərildiyi andan özünün rəsmi internet səhifəsinin xüsusi bölməsində yerləşdirilməsi vacib sayılır.

Qanunvericiliyin bu hissəsinin zəif həyata keçirilməsinin bir səbəbi də ictimai iştirakçılığın qeyd olunan formaları haqqında QHT-lər tərəfindən monitorinqlərin keçirilməməsi və jurnalist araşdırmalarının aparılmamasıdır. Bir sözlə qanunun bu imkanlarında az sayda insan xəbərdardır və müvafiq dövlət qurumları bundan istifadə edərək həmin formalara bir o qədər də diqqət yetirmirlər.
Hesab edirəm ki, ən azından nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları qanun layihələrin öz elektron resurslarında mütəmadi yerləşdirməklə və eyni zamanda rəsmi qurumlar ilə vətəndaş cəmiyyəti təşkilatları arasında kommunikasiyaların yeni müstəvidə inkişafı bu prosesi sürətləndirə bilər.

İctimai Şuralar: Uğursuz təcrübə və ümidli gələcək

Son dövrlərin populyar ifadəsi olan İctimai şuralar kənarda olanlar üçün qapalı mücrü, üzvlər üçün isə fərqli nəsnədir. Ən çox maraq doğuran isə İctimai şuraya üzv olan şəxsin növbəti dəfə nəyin bahasına olursa-olsun Şuraya can atmalarıdır. Hər bir vətəndaş cəmiyyəti institutu nümayəndəsinin seçilmək hüququnun olduğunu nəzərə alaraq, bu istəklərə də sayğı göstərmək zorundayıq.

Hüquqdan söz düşmüşkən, İctimai şuralar ilə bağlı məsələlər “ictimai iştirakçılıq haqqında” qanunla bərabər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 30 may 2014-cü il tarixdə qəbul olunmuş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” ilə tənzimlənir.
Bu 2 qanunvericilik aktının tətbiqinə gəldikdə isə mərkəzi icra hakimiyyəti orqanı sayılan 17 nazirlik, 7 dövlət komitəsi, 7 dövlət şirkətləri və xidmətlərinin hüquqşünasları müxtəlif və fərqli proseduralar həyata keçirirlər.

Qısacası hər bir qurum öz istədiyi kimi qaydalar qoyur, öz istədiyi sənədləri tələb edir və s.
Vəziyyət elə gətirib ki, ötən müddətdə ən azından bu qanunu oxuyub, başa düşdüyü və yaxud istədiyi kimi icra edənlərə də təşəkkür etməli olmuşuq.

Başqa sözlə desək 2020-ci ilədək cəmi 11 mərkəzi icra hakimiyyəti orqanı qanunun tələblərinə riayət edərək müvafiq ictimai şuralar yaratmışlar. Çox təəssüf həmin İctimai şuraların bir çoxunun yaradılmasında və fəaliyyətində heç də yaxşı nümunələr mövcud deyildir.
Ötən illərin təcrübəsi bu prosesdə aşağıdakı problemlərin olduğunu göstərir:
- İctimai şuraya keçirilən seçkilər ilə bağlı məlumatların əlçatan olmaması;
- Seçkilər ilə bağlı həm namizədlər üçün, həm də seçicilər üçün qanunda nəzərdə tutulmayan sənədlərin və yaxud sənəd nümunələrin qeyri adekvat formada tələb olunması;
- İctimai şuraların fəaliyyəti haqqında məlumatların olmaması;
- VCT-lərin bilik və bacarıqlarının zəif olması;
- Və s.

İctimai Şuralar bağlı yeni mərhələ

Son bir neçə ayda müxtəlif mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai şuraların yaradılması ilə bağlı məlumatlar ölkə mətbuatında yer almaqdadır. Kənardan elə görünür ki, hər hansı gözə görünməz qüvvə bu İctimai şuraların yaradılmasını sürətləndir.
Lakin bununla bağlı müəyyən qanunauyğun səbəblər mövcuddur. Belə ki, vətəndaş cəmiyyəti təşkilatlarının fəalları və xüsusən Açıq Hökumət Platformasının nümayəndələri həm ölkə başçısının ictimai nəzarətlə bağlı çağırışlarından ruhlanaraq, həmçinin bir çox qurumların “İctimai iştirakçılıq haqqında” qanunun tələblərini yerinə yetirmədiyin nəzərə alaraq, İctimai şuraların fəaliyyətinin genişlənməsi ilə bağlı məsələləri “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na daxil etməyə müvəffəq oldular.

Beləliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 27 fevral 2020-cil tarixli sərəncamı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” İctimai şuraların yaradılmasına çox böyük təkan verməkdədir.
Milli Fəaliyyət Planının 5.5-ci maddəsinə görə, 2020-2022-ci illərdə İctimai şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi nəzərdə tutulur.

Göründüyü kimi İctimai şuraların canlanması məsələsi Milli Fəaliyyət planında konkret göstərilmişdir. Lakin əsas məqam sözsüz ki, ölkə başçısının bu məsələ ilə bağlı mövqeyi və ictimai nəzarətin inkişafı ilə bağlı baxışlarıdır. İnanmaq istərdik ki, bəzi qurumlar artıq ictimai iştirakçılıqla bağlı maneələri aradan qaldıracaqlar.

2020-cildə sərt karantin tədbirlərinin ilə bağlı səlahiyyət müddəti bitmiş İctimai şuraların yenilənməsi və digər qurumlarda İctimai şuraların yaradılması prosesi yarımçıq qalmışdır.

Prosesə ötən ilin sonunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüşdən sonra yenidən start verilib.

Artıq bir neçə mərkəzi icra hakimiyyəti yanında ictimai şuralara seçkilər keçirilmiş və yeni komandalar formalaşıb. Hazırda 10 mərkəzi icra hakimiyyəti orqanı yanında İctimai şuralar (bir neçəsinin fəaliyyət müddəti bitib) mövcuddur. 4 qurumda isə seçkilərin keçirilməsi prosesi müxtəlif mərhələlərdədir. Eyni zamanda alınan məlumlara görə yaxın vaxtlarda bir neçə mərkəzi icra hakimiyyəti orqanında da seçkilərin keçirilməsi planlaşdırılır.

İctimai Şuraların fəaliyyətinin təşviq edilməsi

İctimai Şuraların yaradılması və səmərəli fəaliyyəti bir çox amillərdən asılıdır. İlk növbədə qanunvericilik bazasında muyəni dəyişikliklərin aparılması vacibdir. Bununla bağlı artıq müxtəlif təşəbbüslər göstərilməkdədir. Bundan başqa ötən illərin təcrübəsi göstərir ki, hansı ictimai şuranın fəal olması və uğurlu fəaliyyəti müəyyən mənada həmin qurumun rəhbərinin ictimai iştirakçılığa baxışından və münasibətindən asılıdır. Əlbəttə ki, bu heç də yaxşı təcrübə deyil.

Bu prosesdə əsas vacib olan məqam vətəndaş cəmiyyəti institutlarının fəallığıdır ki, çox təəssüf ki, bir çox hallarda biz bu təşəbbüskarlığı görmürük.
Əgər İctimai Şuranın əsas missiyalarında biri ictimai nəzarətin həyata keçirilməsidirsə, həmin qurumun müəyyən mənada ictimai şuraya təsiri başa düşüləndir. Məhz VCT-lərin bu prosesdə fəallığı və tələbkarlığının olmaması ictimai şuraların nüfuzunu xeyli zəiflədir.

Bir çox hallarda belə fikirlər də səsləndirilir ki, İctimai şura üzvləri media və sosial şəbəkə üzərindən tənqidi fikirlərini bildirmirlər.

Əlbəttə ki, o fikir də məntiqli deyil ki, İctimai şura üzvləri mətbuat və sosial şəbəkələr üzərindən müvafiq mərkəzi icra hakimiyyəti orqanını tənqid etməlidir və yaxud fikirlərinin ancaq həmin platforma üzərindən bildirməlidirlər. İctimai Şura üzvlərinin fikirləri qurum rəhbərliyi tərəfindən dinlənilirsə və qəbul edilirsə, bu daha konstruktiv formadır. İctimai şuranın üstünlüyü də məhz ondan ibarədir ki, rəhbərlik daha əlçatandır və bu imkanlardan istifadə olunması müsbət nəticələr verir.

Bütün hallarda hesab edirəm ki, təkcə İctimai şuraların üzvləri deyil, bütün vətəndaş cəmiyyəti təşkilatları ictimai iştirakçılığın və xüsusən də ictimai şuraların fəaliyyətinin uğurlu alınması üçün və xüsusən şəffaflığın təmin olunması üçün prosesləri yaxından izləməlidir.

Biz “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi olaraq, bir neçə ildir ki, bu sahədə ictimai nəzarəti, məlumatlandırmağı həyata keçirir və prosesi təşviq edirik.

Mütəmadi olaraq mediada mövzu ilə bağlı çıxış edirik, müsahibələr veririk, sosial şəbəkələrdə müzakirələr açırıq.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyə dəstəyi ilə “İctimai şuraların fəaliyyətinin təşviqi” layihəsi həyata keçirmişik. Layihə çərçivəsində təşviqat işləri aparılıb.

Bu ildən başlayaraq Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” layihəsi çərçivəsində "İctimai Şuralar üçün onlayn portalın yaradılması” təşəbbüsünü də həyata keçiririk.

Bu təşəbbüs çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar üçün mərkəzləşdirilmiş onlayn platforma – www.ictimaishura.az saytı hazırlamışıq.
Məqsədimiz informasiya mübadiləsi, ictimaiyyətlə qarşılıqlı fəaliyyət üzrə ictimai şuraların potensialı genişləndirmək, ictimaiyyətin məlumatlandırılması və seçkilər də daxil olmaqla İctimai şuraların fəaliyyətinə nəzarətin artırılmasına dəstək verməkdir.

Tərəfimizdən artıq İctimai şuraların vahid bazası yaradılır, mütəmadi olaraq İctimai şuralara keçirilən seçkilər haqqında məlumatlar verilir, seçki dövründə maarifləndirmə kampaniyası, mövzular ilə bağlı debatlar təşkil olunur. Yaradılan www.ictimaishura.az saytında İctimai şuraların məlumatlarının müstəqil yeniləməsi üçün funksionalıq təmin olunub və hər bir ictimai şura üçün subsaytlar formalaşdırılır.

Qanunvericilikdə dəyişikliklər vacibdir

Ötən 7 illik təcrübə onu göstərir ki, İctimai şuralar işlək mexanizmə çevrilməyib. Bu prosesdə dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarını qane etməyən məqamlar var. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin müvafiq qurumlarla keçirdiyi görüşdə mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri də çıxış edərək ictimai şuraların yaradılması və fəaliyyəti zamanı üzləşdikləri problemləri diqqətə çatdırıblar.

Onlar bəzi hallarda ictimai şuralara seçilən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin öz funksiyalarını, hüquq və vəzifələrini bilmədiklərini, habelə aidiyyəti sahə üzrə məlumatsız olduqlarını vurğulayıblar.

Çox təəssüf ki, bu da bir reallıqdır. Məsələnin bu formada qaldırılması bəzi qurumların seçki ilə bağlı məhdudiyyətləri tətbiq etmək istəyi ilə də əlaqəli ola bilər. Amma bütün hallarda qeyd olunan iradlarla bağlı problemlər mövcuddur.

Ümumi vəziyyət onu göstərir ki, qanunvericiliyə dəyişiklik olacaq. Fikrimcə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və həmçinin bu qanunun icrası ilə bağlı qəbul edilən Nazirlər Kabinetinin hər 2 qərarına dəyişikliklər edilməsi zamanın tələbidir. Bu dəyişikliklər QHT-lərin iştirakı ilə geniş müzakirələrdən keçməli və daha sonra qəbul edilməlidir.

Qum şəhərində Qarabağla bağlı konfrans keçirilirBu gün İranın Qum şəhərində Elmi Hövzələr Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq 17 Rəbiüləvvəl Qarabağ Konfransı” keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransda İranın xarici işlər nazirinin müavini Abbas Ərakçı, Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və digər rəsmi şəxslər iştirak edirlər.

Konfransda müxtəlif mövzularda çıxışlar olacaq müzakirələr aparılacaq.