Bu gündən kafe və restoranlar açılırBu gündən Azərbaycanda ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri müştərilərə yerində xidmətlə fəaliyyətə başlayır.

Avrasiya.net xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da imzaladığı qərara əsasən, fevralın 1-i saat 00:00-dan etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.
Kürdə qayıq çevrildi, 2 nəfər batdıKür çayında gəzinti qayığı batıb.

Hadisə Kür çayının Mingəçevirdən keçən hissəsində baş verib.

Daxil olmuş çağırış əsasında aidiyyəti qurumlar qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb. İlkin məlumata görə, batdığı söylənən şəxslərdən biri qayıqçı, digəri gəzintiyə çıxan müştəridir. Onların Mingəçevir sakini olduğu və hadisənin qayığın çevrilməsi nəticəsində baş verdiyi bildirilir